Kərimov Tofiq Mirzə oglu


Publisist –  yunanca “publikus” sözündən olub,  ”ictimai” deməkdir.  Pud



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə147/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   143   144   145   146   147   148   149   150   ...   156

 

448 


Publisist –  yunanca “publikus” sözündən olub,  ”ictimai” deməkdir. 

Pud  –   fars sözüdür, çəki vahididir. Pud 16   kiloqramdır. 

 

 

-R- 

 

Rabitə  –  ərəb  sözüdür,  ”iki  şeyi  bir-birinə  bağlayan  ip,  bağ,  əlaqə, 

ünsüyə  körpüsü” deməkdir. 

Ratfikasiya  –    latın  sözüdür  ,”hökumətin  dövlətləarası  müqaviləni  və 

digər sənədi təsdiq etməsidir”. 

Reablitasiya  –  latın  sözü  olub,  ”hüquqlarının  bərpa  olunması  barədə 

bəraət almaq” deməkdir. 

Real –  latınca “realis” sözündən olub, ”kerçək, həqiqi” deməkdir. 

Referendum  –  latınca  “xəbər  verilməli  şey,  ümumxalq  səsverməsi” 

deməkdir. 

Reforma  –  fransızca  reforme,  latınca  “reformare”  “yenidənqurma” 

deməkdir. 

Rekvizit  –  latınca  “requistum”  sözündən  olub,  ”tələb  olunan,  zəruri” 

deməkdir. 

Residivisit – latınca “resdivus” sözündəndir” geri qayıdan,təkrar”,rusca 

“residivist”  mühakimə  olunmuş  şəxsin  ienidən  cinayət  etməsi,  təkrar 

cinayət edən cani “deməkdir. 

Respublika  –  latın  sözüdür,  res  “iş”,  publikus  “ictimai,  ümumi,  yəni 

ümumxalq, ictimai idarəetmə hakimiyyəti” deməkdir. 

Rəis  –  ərəb  sözüdür,”başçı,  başçılıq  edən,  sədr,  amir,  amirlik  edən, 

rəhbər, rəhbərlik edən, idarə edən” deməkdir. 

Rotmistr  –    polyak  sözüdür,süvari  qoşunlarda  zabit  rütbəsi  və  belə  rüt-

bəni daşıyan zabit. Rotmistr kapitan rütbəsinə uyğundur... (bax səh161). 

Rövşən –  fars sözüdür, ”aydın,  aşkar,  işıqlı” deməkdir. 

Rütbə –  ərəb sözüdür ,”xidməti dərəcə, xidməti ad”dır. 

 

 

-S- 

 

Sabit –  ərəb sözüdür,”dəyişməz, möhkəm” deməkdir. 

Sabotaj  –  fransız  sözüdür,”qəsdən  işləməmək,  işə  mane  olmaq,  işi 

pozmaq” deməkdir. 

Sadizm  –  fars  sözüdür.  ”Başqasına  əziyyət  verməkdən  həzz  almaq” 

deməkdir. 

Salyan –  farsca “illik bağ, illik gəlir” deməkdir. 


 

449 


Samux  –  alban  sözüdür,  ”meşəlik,  ov  yeri”  deməkdir.  Samux  həm  də 

farsca “üç çay” deməkdir. 

Sancaq –  türk sözüdür,”bölgə, mahal, inzibati ərazi” deməkdir. 

Sanksiya  –  latınca “sanctio” sözündən olub,”ciddi qərar” deməkdir. 

Satranc –  ərəb sözüdür ,”şahmat, şahmat oyunu” deməkdir. 

Saziş –  fars sözüdür, ”qarşılıqlı razılıq”, anlaşma, fikir birliyi, həmrəy-

lik, müqavilə” deməkdir. 

Seym  –  polyak  sözüdür,”qanunverici  orqan”  anlamındadır.  Məsələn, 

Polşa seymi və s. 

Sədr –  ərəb sözüdü, ”ən yüksək vəzifə, başçı, rəis, idarə edən” deməkdir. 

Səhih –  ərəb sözüdür,”dəqiq, düzgün, doğru” deməkdir. 

Səhm –  ərəb sözüdür,”hissə, pay” deməkdir. 

Səltənət –  ərəb sözüdür,”sultanlıq, hökmdarlıq” deməkdir. 

Səlim –  ərəb sözüdür ,”sağlam, eybsiz, nöqsansız” deməkdir. 

Sərəncam  –  ərəb  sözüdür,”hökm,  ixtiyar,  əmr,  göstəriş,  təmimnamə” 

deməkdir. 

Səməd  –  ərəb  sözüdür,”əbədi,  daimi,  əbədiyaşar,  əbədi  mövcud  olan” 

deməkdir. 

Sərbaz –  fars sözüdür,”piyada əsgər” (İranda) deməkdir. 

Situasiya  –    fransızca  “situation”,  rusca  “sutiasiya”  sözündən 

olub,”vəziyyət, şərait” deməkdir. 

Siyasi  –    ərəb  sözüdür,  ”dövlətə,dövləti  idarəyə  aid”  deməkdir. 

Soltanbud-farsca şəxs adı, bud “təpə”, yəni Soltan təpəsi deməkdir. 

Siyasət –  ərəb sözüdür,”hiylə, fənd, biclik” deməkdir. 

Solidarizm  –  fransız  sözüdür,  ”həmrəylik,  mənafeylərin  ümumiliyi” 

deməkdir. 

Subay  –  türk sözüdür ,”zabit” deməkdir. 

Status  –  latın  sözüdür,”beynəlxalq  hüquqda,  yaxud  vətəndaşların,  hər 

hansı hüquqi şəxsin hüquqi vəziyyəti” deməkdir. 

Statut  –  latınca “statium” sözündən olub ,”qərara alıram”  deməkdir. 

Suveren  –  alman  sözüsür,”istiqlaliyyətə,  müstəqilliyə  malik  olmaq” 

deməkdir. 

Suverenitet 

–  (suverenlik)  almanca  “souveranitat”,  fransızca 

souverainete” sözündən olub,”ali hakimiyyət” deməkdir. 

Süqut  –  ərəb sözüdür, ”yıxılma”, düşmə.enmə” deməkdir. 

Sülalə –  ərəb sözüdür, ”soy, nəsil, övlad, xanədan” deməkdir. 

Sülh  –  ərəbcə  sələm,  silm  sözündən  olub,”sizə  sülh  və  əmin-amanlıq 

olsun!” deməkdir. 

Seyid –  ərəbcə “seyyidi” sözündən olub, ”böyük, başçı, ağa” deməkdir. 


 

450 


 

-Ş- 

 

Şamaxı –  ərəbcə “hündürlük” deməkdir. 

Şeyx –  ərəbcə “şaxə” sözündəndir,”qocalmaq” deməkdir. 

Şəriət –  ərəb sözüdür,”məqsədə doğru aparan düzgün yol, ilahi qanun” 

deməkdir. Şəriət həm də elmdir. 

Şeyxülislam  –  ərəbcə “şeyx əl-islam” sözündən olub.müsəlmanların çox 

nüfuzlu  və  şərəfli  ali  dini  rütbəsi  ,ən  mötəbər  dini  başçısıdır.  Zaqafqa-

ziyada şeyxülislam rütbəsi 1823-cü ildə təsis olunmuşdur. 

Şəcərə –  ərəb sözüdür ,”nəsil, budaq, nəsil ağacı” deməkdir. 

Şəmkir –  türk sözüdür. ”Şəms”, “Günəş”, Kir”, “tapınan”, yəni Günəşə 

tapınanlar yurdu” deməkdir. 

Şəmkür –  ərəbcə “Kür qalası, Kür mayağı” deməkdir. 

Şəmşir  –  fars sözüdür,”qılınc” deməkdir. 

Şiə –  ərəb sözüdür, hərfi  mənası “tərəfdar” deməkdir. 

Şura –  ərəb  sözüdür , ”müzakirə, məşvərət, məsləhət yeri” deməkdir. 

Şurta –  ərəb  sözüdür, ”siyasi polis”  deməkdir. 

 

 

-T- 

 

Tabur  –  türk sözüdür ,”batalyon” (hərbi hissə) deməkdir. 

Tabor –  türk sözüdür ,”üç bölükdən ibarət hərbi qurumdur”. 

Takım  –  türk sözüdür, ”bölüm, qisim” deməkdir. 

Taqım  –  türk  sözüdür,”üç  manqadan  ibarət  hərbi  qurum  (vzvod) 

deməkdir. 

Tahir –  ərəb sözüdür, ”pak ,təmiz” deməkdir. 

Teqmen –  türk sözüdür ,”leytenant (hərbi rütbə)” deməkdir. 

Teokratiya – yunan sözüdür,”hakimiyyətin ruhanilərdən,din xadimlərinin 

əlində olduğu dövlət idarəçilik üsulu” deməkdir. 

Təkamül  –    ərəb  sözüdür,  ”tədrici  inkişafla  kamilliyə  catma, 

mükəlləşmə” deməkdir. 

Təmərküzləşmə – ərəb sözüdür, ”mərkəzləşmə, mərkəzləşdirmə” deməkdir. 

Tənzimat – ərəb sözüdür, ”islahat, islahetmə, dirçəlmə” deməkdir. 

Təsis –  ərəb sözüdü, ”əsasını qoyma ,yaratma” deməkdir. 

Təsnifat  –   ərəb sözüdür, ”siniflərə ayırma” deməkdir. 

Təşəkkül  –  ərəb sözüdür,”təşkilolunma,  formalaşma,  müəyyən  bir  şəkilə 

düşmə” deməkdir. 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə