Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə140/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   136   137   138   139   140   141   142   143   ...   156

 

429 


istiqlaliyyət  qazanmıĢ  Azərbaycan  Xalq  Cümhuriyyətinin  dövlətçi-

liyini  nəyin  bahasına  olursa-olsun  qoruyub  saxlamaq,  möhkəmlən-

dirmək və inkiĢaf etdirmək idi. F. Xoyski, B. CavanĢir, X. Xasməm-

mədov,  N.  Yusifbəyli,  M.H.  Hacınski,  M.  Vəkilov,  general-mayor 

M.S. Ağabəyzadə, M. Hacınski, Ə. HaĢımbəyov, ġ. Rüstəmbəyli, Ġ. 

Heydərov,    X.  Sultanov,  general-mayor  M.G.Tlexas,  Məlik-Yeqa-

nov,  X.  Rəfibəyli,  general-mayor  Ġ.A.Vəkilov,  B.  Naxçıvanski,  S. 

Cəmillinski, R. Axundzadə, M. ġahmalıyev və baĢqaları həmin mü-

qəddəs  amal  uğrunda  var  qüvvələrini  sərf  etmiĢ,  bəziləri  canlarını 

fəda  etmiĢlər...  Xalqımızın  Avropa  təhsili  görmüĢ,  qabaqcıl  ziyalı-

ları,  burjua-demokratik  məsləkli  nümayəndələri  olan  bu  tarixi 

Ģəxsiyyətlər əsl istiqlal fədailəri, əsli milli mücahidlərimiz, müstəqil 

dövlətimizin qurucuları, keĢikçiləri və qoruyucuları... idilər. 

Xalqımızın  ümummilli  lideri,  Azərbaycan  Respublikasının 

Prezidenti,  müasir  Azərbaycan  Respublikasını  Azərbaycan  Xalq 

Cümhuriyyətinin varisi hesab edən ulu öndər Heydər Əliyev söylə-

miĢdir ki, Azərbaycan Xalq Cümhuriyyəti öz varlığı dövründə çox 

iĢ görüb, ən əsası - müstəqillik yolunun baĢlanğıcını qoyub. 

Fəqət, o zamankı mürəkkəb tarixi Ģəraitdə daxili və xarici düĢ-

mənlərin təzyiqi altında böyük əziyyətlər və qurbanlar bahasına əldə 

edilmiĢ milli istiqlaliyyətimizi, müstəqilliyimizi qoruyub saxlaya bil-

mədilərsə də istiqlalın nə qədər Ģirin olduğunu sübut edən tarixi təc-

rübə qoyub getmiĢdilər. Vaxtı ilə böyük Məhəmməd Əmin Rəsulzadə 

Azərbaycan Cümhuriyyətinin tarixi yeri barədə Ġosf  Stalinin (CuqaĢ-

vili): ”Bu ilyarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz? - 

sualına  cavabında  demiĢdi:  ”...  Çox  Ģey  verə  bilmədik,  amma  milli 

azadlığın  nə  olduğunu  baĢa  saldıq.  Azca  da  milli  istiqlal  dadızdır-

dıq...”.  F.Xoyskinin,  B.CavanĢirin,  N.Yusifbəylinin,  M.H.Hacınski-

nin,  Ə.HaĢımbəyovun,  Ö.F.Nemanzadənin,  M.G.Tlexasın,  X.Rəfi-

bəylinin,  M.ġeyxzamanovun,  M.Əxicanovun,  R.Axundzadənin,       

Ə. Zizikskinin, H.Əfəndinin, M. Kovxanın, Q. Qudiyevin, N. Əliza-

dənin, M. ġahmalıyevin, Ə. Qarxunlunun (Tağıyevin) və baĢqa milli 

istiqlal  fədailərimizin  Ģəxsi  həyatları  vaxtsız  faciələrlə  sona  yetdi. 

Özü  də  məkrli  və  qəddar  düĢmənlərimiz  olan  erməni-bolĢevik-daĢ-

nakların fitnə-fəsadları ilə... Lakin onlar qurban getsələrdə, Ģəxsiyyət-

ləri və əməlləri ilə örnək oldular gələcək nəsillərə. 




 

430 


 

XRONOLOGİYA 

 

 



Birinci Respublika – Azərbaycan Xalq Cümhuriyyətinin daxili 

işlər nazirləri. 

 

Fətəli  xan  İsgəndər  xan  oğlu  Xoyski.  28  may  1918  -  17  iyun 

1918-ci il. 

Behbud xan Azad xan oğlu Cavanşir. 17 iyun 1918 - 7 dekabr 

1918-ci il. 



Xəlil bəy Hacıbaba bəy oğlu Xasməmmədov. 26 dekabr 1918-

ci il - 14 mart 1919-cu il. 



General-mayor  Məhəmməd  Sadıq  bəy  Ağabəyzadə.  23 

oktyabr  1918-ci  il  -  1  yanvar  1919-cu  il;  14  mart  1919  -  16  aprel 

1919-cu il. 

Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli. 16 aprel 1919 - 22 dekabr 

1919-cu il. 



Məhəmməd Həsən Cəfərqulu oğlu Hacınski. 24 dekabr 1919-

cu il - 18 fevral 1918-ci il. 



Mustafa bəy Nadir bəy oğlu Vəkilov. 18 fevral 1920 - 27 aprel 

1920-ci il. 

 

 

 




 

431 


 

KİTABDA İŞLƏNƏN ƏCNƏBİ (ŞƏRQ VƏ AVROPA) 

MƏNŞƏLİ SÖZLƏRİN İZAHI VƏ ŞƏRHLƏR 

 

 



-A- 

 

Abşeron –  farsca “şoran, duzlu su“ deməkdir. 

Adilə – ərəb sözüdür, ”baldız” deməkdir. 

Adyutant  –  latınca  “adjutans”,  almanca  “adjutant”  sözlərdən  ibarət 

olub, ”kömək edən” (zabit) deməkdir. 

Agent – latınca “agentus” “işgörən”; fransızca “ajan”; rusca”agent 

kiminsə tapşırığı ilə hərəkət edən,” ”cəsus” deməkdir. 

Ağdam – türk sözüdür, ”kiçik qala” deməkdir. 

Axund  –    ərəb  sğzüdür,  hərfi  mənası  “rəhbər”,  ”müəllim”,  ”mürşid”, 

”yol göstərən”, ”nəsihətçi” deməkdir. 

Albay – türk  sözüdür, ”alay bəyi” (polkovnik) deməkdir. 

Alp – türk sözüdür, ”qəhrəman” deməkdir. 

Amnistiya  – yunanca “annetia” sözündən olub, ”unutmaq, bağışlamaq” 

deməkdir. Amnistiya ümumi əfv, məhkəmə və ya dövlət başçısı tərəfindən 

məhkum edilən şəxslərin qismən, yaxud tamamilə bağışlanmasıdır. 

Ankara – yunanca “ankura” sözündən olub, ”lövbər salınan yer” deməkdir. 

Analogiya  –    yunanca  “analogiya”  terminindən  olub,  ”oxşarlıq”,  ”uy-

ğunluq”  deməkdir. 

Antanta – ingilis sözüdür, ”saziş” deməkdir. Antanta XX əsrin əvvəllərin-

də İngiltərə, Fransa və Rusiya arasında bağlanan (1904) “üçlər sazişidir. 

Antik – yunan sözüdür,”qədim, klassik” deməkdir. Antik dedikdə, qədim 

(klassik) Yunanıstan  və Roma quldarlıq mədəniyyəti başa düşülür. 

Ajan –  fransız  sözüdür, ”polis”, ”jandarm” deməkdir. 

Aqreman  –  fransızca  “aqremant”,  sözündən  olub,  ”bəyənmək”,  ”razı-

lıq” deməkdir. Aqreman bir dövlətin başqa dövlət tərəfindən təklif edilən, 

göndərilən  şəxsi  öz  ölkəsində  diplomatik  nümayəndəliyin  başçısı  kimi 

qəbul etməyə qabaqcadan verdiyi razılıqdır. 

Apellyasiya –  latın sözüdür,”appelltio” “müraciət deməkdir. Apellyasiya 

məhkəmə hökmündən ali instansiyalara şikayətetmə formalarından biridir. 

Asayiş  –  fars  sözüdür,  ”əmin-amanlıq,  dinclik,  sakitlik,  nizam,  qayda” 

deməkdir. 

Asi –  türk sözüdür, ”itaət etməyən düşmən” deməkdir. 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə