Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə138/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   134   135   136   137   138   139   140   141   ...   156

 

422 


Ələkbər  bəy  öz  nəslindən  olan  Simuzər  xanım  Ġsmayıl  bəy 

qızı Qalabəyova ilə ailə qurmuĢdu. Onun Zülqədər bəy adlı oğlu və 

Dilbər xanım adlı qızı vardı... 

 

 



 

HÜSEYN bəy ŞIXLINSKİ 

(1886-1920) 

 

Hüseyn  bəy  ġərifbəy  oğlu  ġıxlınski  1886-cı  ildə  Qazax 



qəzasının  Ġkinci  ġıxlı  kəndində  anadan  olmuĢdu.  Hüseyn  bəy  ġıx-

lınski milli istiqlal hərəkatımızın fəal iĢtirakçılarından və fədailərin-

dən  biri  olmuĢdur...  Ali  təhsili  vardı...  Polisdə  xidməti  fəaliyyətə 

Tiflisdə  baĢlamıĢdı.  Oradan  Gəncəyə  dəyiĢilmiĢ,  Qəncə  Qəza  poli-

sinin 9-cu sahəsinin polis pristavı təyin edilmiĢdi. Sonra bir müddət 

ƏrəĢ Qəza Ġdarəsində də iĢləmiĢdi. 1914-1916-cı illərdə Nuxa (ġə-

ki) Qəza Ġdarəsində tərcüməçi olmuĢdu. 1916-1918-ci illərdə Nuxa 

Ģəhərinin pristavı vəzifəsində çalıĢmıĢdı... 

Hüseyn bəy ġıxlınski Azərbaycan Cümhuriyyəti DĠN-in əmri 

ilə 1918-1920-ci illərdə Bakı Polismeysterliyində Ģəhərin 6-cı polis 

sahəsinin və Liman sahəsinin (Minarət küçəsi-18) polis pristavı (5-

ci dərəcə əmək haqqı tarifi üzrə ayda 1800 manat məvacib almaqla) 

vəzifəsində  xidmət  etmiĢdi.  Azərbaycanda  sovet  hakimiyyətinin 

qurulmasından sonra (28 aprel 1920) təcrübəli kadr kimi Bakının 7-

ci sahə milis komissarı funksiyasında saxlansa da, 1920-ci il Gəncə 

üsyanında (24 may - 4 iyun 1920-ci il) iĢtirakda suçlandırılaraq həbs 

olunmuĢ və həmin il iyunun 27-də güllələnmiĢdir... 

 

 



 

BƏYLƏR bəy ƏLİYARBƏYOV 

 

Bəylər  bəy  Hüseyn  bəy  oğlu  Əliyarbəyov  1865-ci  ildə  ġuĢa 



Ģəhərində  anadan  olmuĢdu.  Ġbtidai  təhsilini  molla  yanında  almıĢdı. 

Sonra  ĢuĢa  real  məktəbində  oxumuĢdu.  ġuĢa  Qəza  Ġdarəsində  2-ci 

dərəcəli  dəftərxana  xidmətçisi  kimi  iĢə  baĢlamıĢdı.  Sonra  CavanĢir 



 

423 


qəzasında əvvəlcə tərcüməçi, sonra da pristav vəzifəsində çalıĢmıĢ-

dı.  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə,  1918-ci  ildə  Bəylər 

bəy  Əliyarbəyov  ġuĢa  qəzasının  4-cü  nahiyəsinin  (əslində  sahəsi-

nin) polis pristavı vəzifəsində xidmət aparmıĢdı... 

 

 

 



İBRAHİM bəy ƏLİBƏYOV 

 

Ġbrahim  bəy  Məhəmmədhüseyn  bəy  oğlu  1858-ci  ildə  ġuĢa 



qəzasının  Vərəndə  (indiki  Ağdərə)  sahəsinin  Dədəli  kəndində  ana-

dan olmuĢdu. ġuĢa Ģəhər qəza məktəbini bitirmiĢdi. Karyagin qəza 

polis idarəsində əvvəlcə tərcüməçi, sonra Bakı Ģəhərində polis pris-

tavı iĢləmiĢdi... 

 

 

 

MƏHƏMMƏDƏSƏN bəy MİRZƏCAMALOV 

 

Məhəmmədhəsən bəy MəmiĢ bəy oğlu Mirzəcamalov 1870-ci 



ildə  ġuĢa  Ģəhərində  doğulmuĢdu.  Əslən  Qarabağın  Hacılı  camaatı-

nın Gecəgözlü obasının Səlifbəyli tayfasından idi. ġəhər məktəbini 

bitirdikdən sonra ali pedaqoji məktəbə daxil olmuĢdu. Məktəblərdə 

rus dilini tədris edirdi. Onun gözəl aktyorluq bacarığıda vardı... 

Azərbaycan Xalq Cümhuriyyəti dönəmində M. Mirzəcamalov 

polisdə,  o  cümlədən  DĠN-də  ġuĢa  qəzası  üzrə  polis  redaktoru 

(kurator) vəzifəsində iĢləmiĢdi... 

Məhəmməd  Həsən  bəy  Mirzəcamalov  Sitarə  xanımla  ailə 

qurmuĢdu.  Onun  Əsgər  bəy,  Böyük  bəy,  Bala  bəy,  Firudun  bəy, 

Tofiq  bəy  adlı  oğulları,  Böyük  xanım,  Gülrux  xanım  və  Mahrux 

xanım adlı qızları vardı... 

 

 



 


 

424 


AĞA bəy MİSİRXANOV 

(1885-1938) 

 

Ağa  bəy  HəĢim  bəy  oğlu  Misirxanov  1885-ci  ildə  ġuĢa 



Ģəhərində dünyaya  gəlmiĢdi. Rusiyada 1917-ci  il fevral  inqilabına-

dək iri mülkədar, bəy olmuĢdu. Muradbəyli kəndində böyük torpaq 

sahələri vardı. A. Misirxanov çar hökuməti və Azərbaycan Cümhu-

riyyəti  dövrlərində  dövlət  qulluğunda  iĢləmiĢdi.  O  cümlədən,  Kar-

yagin  qəzasında  pristav,  Bakıda  Balaxanı-Sabunçu  Polismeyster-

liyində 6-cı polis sahə pristavının köməkçisi və pristav vəzifələrində 

xidmət göstərmiĢdi. Polisdə xidmətədək A. Misirxanov Milli Ordu-

muzun tərkibində Qarabağda ermənilərin separatçı çıxıĢlarının yatı-

rılmasında fəal iĢtirak etmiĢ, o cümlədən 1920-ci ilin mart-aprelində 

Əskəran döyüĢlərində dəstə komandiri kimi xüsusilə fərqlənmiĢdi... 

SovetləĢmənin ilk illərində həbs olunaraq,  güllələnəcıyini  yə-

qin bilən A. Misirxanov qısa müddət gizlənə bilmiĢdi...Lakin 11-ci 

ordu hissələri Qarabağa daxil olduqda A.Misirxanov aĢkar olunaraq 

1920-ci  ilin  mayında  həbs  edilmiĢdi.  Ġki  ilə  yaxın  həbsxanada 

yatdıqdan sonra azad olunmuĢ, keçmiĢdən tanıdığı,  sovet hakimiy-

yəti  qurulduqdan  sonra  məsul  vəzifələrdə  iĢləyən  dostları  Məm-

mədxan Məmmədxanovun, Əsəd Qarayevin, DadaĢ Bünyadzadənin, 

Mirzə  Məhəmməd  Qasımovun  köməkliyi  ilə  Ağdam  Kommunal 

Təsərrüfatı  Ġdarəsində  iĢə  düzəlmiĢdi.  1922-1929-cu  illərdə  burada 

iĢlədiyi  müddətdə  belə  A.Misirxanov  təqiblərdən  yaxa  qurtara 

bilməmiĢ, həbs edilmiĢ (1925), lakin yenə buraxılmıĢdı... A. Misir-

xanov  təcrübəli  kadr  olduğu  üçün  o,  1931-1932-ci  illərdə  Lahıcda 

(Ġsmayıllı)  və  Qubada  kommunal  təssərrüfat  idarələrində  də  iĢlə-

miĢdi.  Lakin  1932-ci  ildə  Qubada  səsvermə  hüququndan  (keçmiĢ 

mülkədar  və  Azərbaycan  Cümhuriyyətinin  məmuru  kimi)  məhrum 

edilərək  iĢdən  çıxarılmıĢdı.  Bir  müddət  Gəncədə  yaĢamıĢ  və  kənd 

təsərrüfatı iĢləri ilə məıĢğul olmuĢdu. A.Misirxanov otuzuncu illərin 

repressiya qurbanlarından biri olmuĢdu. O, 1938-ci il martın 15-də 

güya “trotskiçidir”, -deyə həbs olunmuĢ, əmlakı müsadirə edilməklə 

güllələnmə  cəzasına məhkum  edilmiĢdi. Hökm elə həmin il  yerinə 

yetirilmiĢdi... 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə