Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə139/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   135   136   137   138   139   140   141   142   ...   156

 

425 


Ağa  bəy  Misirxanov  Tərlan  xanım  Kərim  bəy  qızı  ilə  ailə 

qurmuĢdu. Onun 5 övladı - ġəmsəddin bəy, Tahir bəy adlı oğlanları, 

Sənubər xanım, Elza xanım və Rəhilə xanım adlı qızları vardı... 

 

 



 

TƏRLAN bəy ƏLİYARBƏYOV 

(1892-1956) 

 

Tərlan  bəy  Abdulla  bəy  oğlu 



ƏlĠyarbəyov 28 noyabr 1892-ci ildə 

Ağsu  Ģəhərində  anadan  olmuĢdu. 

Hərbçi  yolunu  seçən  Tərlan  bəy 

üçüncü  Qafqaz  alyında  əsgər  kimi 

xidmət edərkən, 1911-ci ildə Tiflis-

dəki Mixaylovsk piyada hərbi mək-

təbini  1-ci  dərəcəli  diplomla  bitir-

miĢdi.  Podporuçik  rütbəsində  ġa-

maxıdakı  205-ci  piyada  alayında 

xidmətə  baĢlamıĢdı.  1914  -1918-ci 

illər  Birinci  Dünya  müharibəsinin 

fəal  iĢtirakçısı  olmuĢ,  ağır  yara  al-

mıĢdı.  Dördüncü  dəfə  yaralanan 

Ģtabs-kapitan  bir  müddət  Brest 

Ģəhərindəki  hospitalda müalicə olunduqdan sonra  Bakıya  göndəril-

miĢdi. 1918-ci ilin avqustunda Azərbaycan Cümhuriyyəti ordusuna 

çağırılan  Tərlan  bəy  Əliyarbəyov  2-ci  alayın  komandir  köməkçisi 

təyin edilmiĢdi... 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  daxili  iĢlər  orqanlarında 

Tərlan bəy kimi kadrlara ehtiyac vardı. ġamaxı Ģəhər polis pristavlı-

ğında  pristav  kimi  xidmətə  qəbul  edilən  T.  Əliyarbəyov  çox  keç-

mədən,  1919-cu  ilin  noyabrında  27  yaĢında  ikən  ġamaxı  qəzasının 

rəisi  Azad  bəy  Qocamanbəyovun  (1860-1920)  köməkçisi  təyin 

edilmiĢdi... 

1920-ci  ilin  mayında  T.  Əliyarbəyov  Bakı  Hərbi  Ġdarəsinin 

rəis  müavini  olmuĢdu...  O,  1922-ci  ildə  Kürdəmir  və  Qaraqoyunlu 




 

426 


ərazilərində  “quldur  dəstəsi”nin  ləğvi  əməliyyatlarında  iĢtirak  et-

miĢdi...  1923-1929-cu  illərdə  Azərbaycan  SSR  hərbi  komissarının 

köməkçisi  (müavini)  və  ərazi  idarəsinin  rəisi  vəzifələrində  çalıĢ-

mıĢdı.  1927-ci  ildə  M.  Frunze  adına  Hərbi  Akademiyanın  Ali  ko-

manda heyəti kursunu bitirmiĢdi... 1925-1931-ci illərdə Azərbaycan 

KP MK-nın üzvlüyünə namizəd olmuĢdu. 1941-ci ildə M.F. Frunze 

adına Hərbi Akademiyanı bitirmiĢdi. 

1941-1945-ci  il Böyük  Vətən müharibəsi  baĢlananda polkov-

nik  T.  Əliyarbəyov 416-cı  atıcı  diviziyasının  komandiri,  58-ci  kor-

pusun komandir müavini olmuĢdu... Müharibə illərində T. Əliyarbə-

yovun  döyüĢ  xidmətlərini  yüksək  qiymətləndirən  SSRĠ  Ali  Soveti 

Rəyasət Heyətinin  fərmanı  ilə  1944-cü ildə  T. Əliyarbəyov  generl-

mayor rütbəsi ilə təltif edilmiĢdi. 

General T. Əliyarbəyov 1946-1948-ci illərdə Azərbaycan SSR 

maarif nazirinin müdafiə iĢləri üzrə müavini vəzifəsində çalıĢmıĢdı. 

General-mayor  T.Əliyarbəyov  15  fevral  1956-cı  ildə  Bakıda  64 

yaĢında  vəfat  etmiĢdi...  O,  Azərbaycan  SSR  Ali  Sovetinin  Ġkinci 

ÇağırıĢ  deputatı  olmuĢdu.  General  T.Əliyarbəyovun  xidmətləri 

Lenin  ordeni,  Qırmızı  Bayraq  ordeni,  Qırmızı  Ulduz  ordeni  və 

çoxlu  medallarla  təltif  olumuĢdu.  Doğulduğu  ġamaxıda  abidəsi 

qoyulmuĢ və adına küçə verilmiĢdir... 

T. Əliyarbəyovun iki oğlu vardır: Pərviz və Nadir. Pərviz Əli-

yarbəyov uzun illər milis və polis orqanlarında iĢləmiĢ, o cümlədən 

ġamaxı  Rayon  Daxili  ĠĢlər  Ġdarəsi  və  Polis  ġöbəsinin,  Bakının 

Nəsimi  Rayon  Polis  Ġdarəsinin  rəisi  vəzifələrində  iĢləmiĢdi.  O, 

Ģöhrətli atası kimi  yaxĢı xidmətlərinə görə bir sıra medallarla təltif 

olunaraq  təqaüdə  çıxmıĢdır...Tərlan  Əliyarbəyovun  nəvəsi,  Pərviz 

Əlyarbəyovun  oğlu  Fərman  Əlyarbəyovda  uzun  illər  polis 

orqanlarında  xidmət  göstərmiĢ,  polis  polkiovnik-leytenantı  rütbəsi-

nə  yüksəlmiĢ  və  hazırda  Azərbaycan  Respublikası  DĠN-in  Nəqliy-

yatda BaĢ Polis Ġdarəsinin Dəmir Yolunda Polis Ġdarəsinin TəĢkilti-

Ġnspektor ġöbəsinin zabitidir... 

 

 

 



 

427 


 

YUSİF bəy SULTANOV 

 

Yusif  bəy  Məmməd  bəy 



oğlu  Sultanov  1860-cı  ildə  ġuĢa 

qəzasının 

Zəngəzur  sahəsinin 

Püsyan  nahiyəsinin  Bəxtiyarlı 

kəndində  anadan  olmuĢdu.  Mək-

təb  təhsili  vardı...  Rus-yapon 

(1904-1905)  müharibəsində  iĢti-

rak  etmiĢ,  buna  görə  medal  al-

mıĢdı.  1899-cu  il  yanvarın  1-də 

kollec  qeydiyyatçısı,  titulyar  mü-

Ģavir  rütbələrinə  layiq  görülmüĢ-

dü. O, 3-cü Aleksandr, 4-cü dərəcəli ġiri-XurĢid (Ġran) ordenləri ilə 

də təltif olunmuĢdu. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) 

Yusif bəy  ġamaxı qəzasının Mədrəsə sahəsinin polis pristavı vəzi-

fəsində  xidmət etrmiĢdi... 

Yusif  bəy  Sultanov  Qafur  ağa  Səmədovun  qızı,  qubalı  Fətəli 

xanın nəvəsi ilə ailə qurmuĢdu. Onun Bahadur bəy adlı oğlu, Göv-

hər xanım,  Sevda  xanım və Rübabə  xanım  adlı  qızları  vardı... 

 



 

428 


 

NƏTİCƏ 

 

 



Beləliklə,  əziz  oxucular,  Sizlər  kitabın  əsas  mətnində  XX 

əsrin  əvvəllərində  xalqımızın  tarixində,  onun  dövlətçilik  salnamə-

sində  Birinci  Respublika  kimi  xrakterizə  olunan  Azərbaycan  Xalq 

Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) varlığı dönə-

mində baĢ verən mürəkkəb və ziddiyyətli proseslər fonunda xidmət 

göstərmiĢ  daxili  iĢlər  nazirləri,  onların  silahdaĢları  olan  digər 

Ģəxsiyyətlərin  -  fədailərin  həyatı  və  fəaliyyətinin  müxtəlif  çalarları 

ilə  tanıĢ  oldunuz.  Əlbəttə,  bir  Ģəxsiyyət,  bir  dövlət  xadimləri  kimi 

həmin  daxili  iĢlər  nazirlərinin,  həmçinin  silahdaĢlarının  rolu  və 

fəaliyyəti, aqibətləri də Ģübhəsiz müxtəlifdir. Xüsusilə, hər bir daxili 

iĢlər  naziri,  onun  Ģəxsiyyəti  və  fəaliyyətri  heç  də  birmənalı  deyil, 

ayrı-ayrı rakurslardan, müsbət və mənfi tərəflərdən qiymətləndirilir, 

dəyərləndirilir,  xarakterizə  edilir.  Odur  ki,  Sizlərə  təqdim  olunan, 

bir qədərdə ensiklopedik məlumat xarakteri daĢıyan bu kitabda bəhs 

olunan  Ģəxsiyyətlərin  -  istiqlal  fədailərinin  hər  birinin  fəaliyyətinə 

və Ģəxsiyyətinə görə də obyektiv qiymət verməyə çalıĢdıq. 

Kitabı  yazarkən  biz  ilk  növbədə  real  faktlara,  mənbələrə  və 

sənədlərə,  habelə  tarixi  ədəbiyyatlardakı  obyektiv  xarakterik  məlu-

matlara,  informasiyalara,  onların  təhlilinə  əsaslanmağa  və  bunlara 

yeri  gəldikcə  analoji  müqayisədə  münasibətimizi  də  bildirməyə 

cəhd göstərmiĢik... Əlbəttə, kitabda bəhs olunan daxili iĢlər nazirlə-

rinin  özləri  kimi,  milli  istiqlalımızın  qorunmasında  xidmətlər  gös-

tərmiĢ onların silahdaĢlarının - istiqlal fədailərinin xalqa, dövlətçili-

yimizə  göstərdikləri  xidmət  təzadlı  nəzərə  çarpır.  Bu  da  təbiidir... 

Lakin mübaliğəsiz və birmənalı Ģəkildə demək olar ki, 1918-1920-

ci  illərdə  ilk milli müstəqil dövlətimiz kimi tarix  səhnəsində təĢək-

kül tapıb qısa zaman kəsiyində fəalyyət göstərmiĢ Azərbaycan Xalq 

Cümhuriyyəti dönəmində daxili iĢlər naziri olmuĢ 7 Ģəxsin (Ģəxsiy-

yətin),  onların  silahdaĢları  sayılan  müavinlərinin,  general-quberna-

torların,  qubernatorların,  qəza  rəislərinin,  polismeyster  və 

pristavların  hər  biri  əsl  istiqlal  mübarizi,  əsl  istiqlal  fədaisi  idi. 

Onların  bir  çoxu  bu  yolda  canlarını  qurban  vermiĢdir...  Onların 

hamısının  amalı  bir  idi  -  tarixdə  ilk  dəfə  müsəqillik  əldə  etmiĢ, 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə