Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə137/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   133   134   135   136   137   138   139   140   ...   156

 

419 


pristav  Nurəddin  Hacı  Seyid  Hüseyin  oğlu  Seyidzadə  1968-ci  ildə 

Gəncədə  vəfat  etmiĢ  və  oradakı  Səbizkar  qəbristanlığında  dəfn 

olunmuĢdu... Nurəddin Seyidzadənin ikimərtəbəli mülkü Gəncə Ģə-

hərindəki Firuz Məlikov küçəsindədir...  

 

 

 



İSRAFİL İBRAHİMOV 

(1897-1938) 

 

Ġsrafil  Ələkbər  öğlu  Ġbrahimov 



1897-ci  ildə  Ġrəvan  quberniyası,  Sür-

məli qəzasının Qaraqoyunlu kəndində 

anadan olmuĢdu.1918-ci ildən “Hüm-

mət” təĢkilatının üzvü olmuĢdu. 

Azərbaycan Xalq Cümhuriyyəti 

dövründə  Qazax  Ģəhərinin  polis  pris-

tavlığında  3-cü  sahənin  pristavı  və 

Ağstafada  Poyly  (Saloğlu)  stansiya-

sının polis pristavı vəzifəsində xidmət 

etmiĢdi... 

Sovet  hakimiyyəti  qurulduqda 

bolĢeviklər  partiyasına  daxil  olmuĢ-

du.  Partiya  ləqəbi  “Saqqal  Ġbrahim” 

idi.  Ġ.  Ġbrahimov  bir  təcrübəli  kadr  kimi  Azərbaycan  SSR  XDĠK 

orqanlarında müxtəlif məsul vəzifələrdə, o cümlədən 1921-1923-cü 

illərdə  XDĠK-in  müavini,  eyni  zamanda  BaĢ  Milis  Ġdarəsinin  rəisi, 

1925-1926-cı  illərdə  XDĠK  Kollegiyasının  üzvü  və  eyni  zamanda 

Ġslah Əmək Müəssisələri BaĢ idarəsinin rəisi olmuĢ, sonrakı illərdə 

Azərbaycan  SSR  XKS-də  və  Naxçıvan  MĠK-də  məsul  vəzifələrdə 

çalıĢmıĢ,  ġamaxı  rayonu  Ġcraiyə  Komitəsinin  sədri  iĢləmiĢdi.  Ġ. 

Ġbrahimov otuzuncu illərdə repressiyanın qurbanı olmuĢdu. 1937-ci 

ildə  “ġamaxı  iĢi”  üzrə  Həmid  Sultanovla  günahkar  bilinərək  həbs 

olunmuĢ və 1938-ci il yanvarın 20-dən 21-nə keçən gecə Azərbay-

can SSR xalq daxili iĢlər komissarı vəzifəsini icra edən T.M. Bor-

Ģovun (1901-1956) əmri ilə 41 yaĢında güllələnmiĢdi (Timofey Mi-



 

420 


xayloviç  BorĢov  Azərbaycan  SSR-in  Qusar  rayonunda  anadan 

olmuĢdu. Etdiyi cinayətlərə görə Bakıda M.C. Bağırovun məhkəmə-

sində (12-26 aprel 1956-cı il) məhkəmənin hökmü ilə güllələnməyə 

məhkum olunmuĢ, hökm həmin ilin may ayında yerinə yetirilmiĢdi) 

Ġ. Ġbrahimov o gecə güllələnən 7 nəfərin sırasında sayca 3-cü idi. 1-

ci isə Azərbaycan SSR-in ilk xalq daxili iĢlər komissarı Həmid Sul-

tanov (1889-1938) güllələnmiĢdi. 

Ġsrafil  Ġbrahimovun  Validə  və  Nəzakət  adlı  qızları  vardı. 

Onlar 80-ci illərin ortalarınadək Bakıda yaĢayırdılar... 

 

 



 

ABUTALIB SADIQOV 

(1867-1983) 

 

Abutalıb Hacı Sadıq oğlu Sadıqov 1867-ci ildə ġuĢa Ģəhərində 



anadan olmuĢdu. Molla yanında oxumuĢdu. Sonra ġuĢa real məktə-

bini  bitirmiĢdi.  ġuĢa  Qəza  Ġdarəsində  2-ci  dərəcəli  dəftərxana  xid-

mətçisi  kimi  əmək  fəaliyyətinə  baĢlamıĢdı...1919-1920-ci  illərdə 

Bakı  Qəza  Ġdarəsində-Balaxanı-Sabunçu  ərazisində pristav  və Bakı 

Ģəhər  Polismeysterliyinin  6-cı  Mixaylovski  sahəsinin  polis  pristavı 

vəzifəsində  (5-ci  dərəcə  əmək  haqqı  tarifi  üzrə  ayda  1800  manat 

olmaqla) xidmət etmiĢdi... 

Abutalıb Sadıqovun Adil adlı oğlu vardı... 

Adil Abutalıbov 1903-cü ildə ġuĢada anadan olmuĢdu. Sonra-

lar tibb sahəsində tanınmıĢ terapevt, tibb elmləri doktoru, professor 

olmuĢdu.  1929-cu  ildə  Azərbaycan  Tibb  Ġnstitunu  bitirmiĢdi... 

1965-1972-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb  Ġnstitu-

tunun  (indiki  Azərbaycan  Tibb  Universitetinin)  daxili  xəstəliklə 

propedefikası kafedrasının professoru idi. Onun tədqiqatları əsasən, 

patalogiyaya, ürək-damar sistemi problemlərinə, qastroenterologiya 

və  kurortologiyaya  həsr  olunmuĢdu.  Professor  Adil  Abutalıb  oğlu 

Sadıqov 1983-cü ildə 80 yaĢında Bakıda vəfat etmiĢdir... 

 

 



 


 

421 


 

ŞAHZADƏ ƏRDƏŞİR mirzə QOVANLI-QACAR 

 

ġahzadə ƏrdəĢir mirzə Bəhmən mirzə oğlu 1875-ci il sentya-

brın 2-də Yelizavetpol (Gəncə) quberniyası, ġuĢa qəzasının ġuĢa Ģə-

hərində əsilzadə ailədə anadan olmuĢdu. ġahzadə ƏrdəĢir mirxə xü-

susi ailə tərbiyəsi almıĢdı. Anasının adı da Bərdə xanım idi. 

ġahzadə  ƏrdəĢir  mirzə  11  avqust  1908-ci  ildə  2-ci  dərəcəli 

dəftərxana  qulluqçisu  kimi  ġuĢa  Qəza  Polis  Ġdarəsində  xidmətə 

baĢlamıĢdı.  1912-ci  il  aprelin  18-də  Yelizavetpol  (Gəncə)  Quber-

niya  Ġdarəsinin  (qubernatorun)  əmri  ilə  ġuĢa  Qəza  Polis  Ġdarəsinə 

tərcüməçi təyin edilmiĢdi. 1914-cü il mayın 27-də ġahzadə ƏrdəĢir 

mirzə ġuĢa qəzasının Kirs,  Fingə  və Sarıbaba  ərazilərində  yerləĢən 

yaylaqlara dağbəyi vəzifəsinə göndərilmiĢdi. 1916-cı il mayın 21-də 

o, ġuĢa qəzasının Qırxqız və Meydan ərazilərində  yerləĢən  yaylaq-

lara həmin vəzifəyə təyin edilmiĢdi.  

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  ġahzadə  ƏrdəĢir 

mirzə 1919-cu ildən əvvəlcə ġuĢa Ģəhərinin ermənilər yaĢayan 1-ci 

hissəsinin,1920-ci  ildə  isə  2-ci  sahənin  polis  pristavı  vəzifəsində 

xidmət göstərmiĢdi... 

 

 

 



ƏLƏKBƏR bəy QALABƏYOV 

(1887-1920) 

 

Ələkbər  bəy  Bahadur  bəy  oğlu  Qalabəyov  1887-ci  ildə  Ca-



vanĢir  qəzasının  Bərdə  nahiyəsinin  Əyricə  kəndində  əsilli  ailədə 

anadan olmuĢdu. Ġlkin təhsilini ġuĢa real mətəbində və gimnaziyada 

almıĢdı.  Sonra  Sankt-Peterburq  Universitetinin  hüquq  fakultəsini 

bitirmiĢ.Yevlax sahə polis pristavı vəzifəsində xidmətə baĢlamıĢdı... 

Azərbaycanda sovet hakimiyyəti qurulduqadan sonra Ə. Qala-

bəyov 1920-ci ildə Əyricə kəndində bolĢeviklər tərəfindən cəmi 31 

yaĢı olarkən öldürülmüĢdü... 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə