Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə135/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   131   132   133   134   135   136   137   138   ...   156

 

412 


QİYAS bəy ŞIXLINSKİ 

(1895-1972) 

 

Qiyas bəy Cahandar ağa (bəy) 



oğlu  ġıxlınski  1895-ci  ildə  Qazax 

qəzasının  Ġkinci  ġıxlı  kəndində  əsil-

zadə  ailədə  dünyay  gəlmiĢdi  (“Dəli 

Kür” bədii filmindəki Cahandar bəy 

surəti  Qiyas  bəyin  atası  Cahandar 

ağanın  prototipidir.  Qiyas  bəy  ġıx-

lınski  mərhum  xalq  yazıçısı  Ġsmayıl 

ġıxlının  dayısıdır).  Kənddə  ibtidai 

məktəbi  bitirdikdən  sonra  Qori  Se-

minariyasına  daxil  olmuĢ,  lakin  2-ci 

kursdan məktəbdən xaric edilmiĢdi... 

Sonrakı  illərdə  quberniya idarələrin-

də 

müxtəlif  vəzifələrdə  qulluq 



etmiĢdi. 

Qiyas  bəy  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Parla-

mentin  üzvü,  ƏrəĢ  qəzasının  rəisi  ,Yevlaxın  Qarxunlu  kəndindən 

olan  ƏĢrəf  bəy  Tağıyevin  ((1867-1930)  köməkçisi  (müavini) 

vəzifəsində  xidmət  göstərmiĢdi.  Ancaq  buna  qədər  Ģtabs-kapitan 

rütbəsində  Gəncənin  polis  pristavı  və  ƏrəĢ  qəzasının  2-ci  polis 

sahəsinin  pristavı  vəzifələrində  çalıĢmıĢdı.  ƏĢrəf    bəylə  Qiyas  bəy 

hər  ikisi  eyni  zümrəyə  məsub  olub,  ailəvi  dost  idilər.  Hər  ikisi  də 

Azərbaycan  Xalq  Cümhuriyyətinə  can-baĢla  və  sədaqətlə  xidmət 

etmiĢdilər... Ancaq hər ikisi də gələcəkdə sovet hakimiyyəti repres-

siyasının qurbanı olmuĢdu... 

Qiyas  bəy  1920-ci  il  Gəncə  üsyanının  iĢtirakçısı  olduğundan 

sovet  hakimiyyəti  qurulduqdan  sonra  bir  müddət  gizlənməyə  məc-

bur  qalmıĢdı.  Lakin  sonra  Azərbaycan  SSR  FK-DSĠ-nın  sədri  və 

xalq daxili iĢlər komissarı kimi məsul vəzifələrdə çalıĢan Mir Cəfər 

Bağırovla  yaxın  Ģəxsi  münasibətləri,  əlaqələri  və  dostluğu 

səbəbindən  Qiyas  bəy  üzə  çıxmıĢ,  əvvəlcə  onun  tərəfindən  Qazax 

qəzasında  milis  dəstəsinin  komandiri,  sonra  isə  Qazax  Qəza  Milis 

Ġdarəsinin rəisi təyin olunmuĢdu. 



 

413 


1920-ci  illlərin  ikinci  yarısında  Azərbaycanın  Ģimal-qərb 

bölgələrində  sovet  hakimiyyətinə  qarĢı  narazılıqlar  və  çıxıĢlar  baĢ 

verirdi.  Bunlardan  biri  Zaqatalada  baĢ  vermiĢ  ”üsyan”  idi.  Həmin 

“üsyan”ın  yatırılması  zamanı  Qiyas  bəy  M.C.  Bağırovu  labüd 

ölümdən  xilas etdiyi üçün onların arasında bir-birinə etimad dahada 

mohkəmlənmiĢdi. Sovet hakimiyyətinə qarĢı silahlı dəstələr yaradan 

bir çox qaçaq dəstəsinin baĢçıları Qiyas bəyin kiĢi kimi verdiyi sö-

zün üstündə durduğunu görüb, üzə çıxmıĢ və silahı yerə qoymuĢdu-

lar... Bu, M.C. Bağırovun  Qiyas bəyə hörmətini daha da artırmıĢdı. 

1927-1929-cu  illərdə  Qiyas  bəy  ġıxlınski  Qazax  qəzasının 

Salahlı  nahiyəsinin  milis  rəisi  iĢləmiĢdi.  Lakin  1928-ci  ildə  Azər-

baycana  rəhbərlik  edən  L.Mirzoyan,  Ə.H.Qarayev  və  B. 

Ağaverdiyev  üçlüyü  özlərinə  düĢmən  saydıqları  M.C.Bağırovu 

respublikadan  çıxmağa  məcbur  etdikdən  sonra  (M.C.Bağırov 

Tiflisə,  dostu  L.  Beriyanın  yanına  qaçmıĢdı...)  Qiyas  bəyin  qaçaq 

düĢməkdən  baĢqa  çarəsi  qalmamıĢdı.  Onun  düzəltdiyi  antisovet 

qaçaq dəstəsinə dostları Tomtuoğlu Əmiraslan və Sədi, Borçalıdan 

Həmzə  bəy,  ġıxlınskilərdən  qardaĢı  Həsən  ağa,  Alay  bəy,  Ġsrafil 

bəy, Mustafa ağa, Süleyman ağa və baĢqaları daxil idilər. Bu dəstə 

bir  müddət  Dağıstan  səmtdə  fəaliyyət  göstərmiĢdi.  Dəstə  həmin 

vaxt  (1930-cu  ilin  fevralında)  Nuxada  BaĢ  ġabalıd  kəndindən  olan 

Molla Mustafa Məhəmməd oğlu ġeyxzadənin baĢçılığı altında sovet 

hakimiyyəinə  qarĢ  baĢlanan  və  ətraf  8  rayonu  əhatə  edən  Nuxa-

Zaqatala  üsyanında  )  tarixi  ədəbiyyatda  və  dövrü  mətbuatda  bu 

1930-cu  il  “ġəki  üsyanı”  kimi  öz  əksini  tapmıĢdır...)  da  iĢtirak 

etmiĢdi...Üsyan  ordu  və  XDĠK  qüvvələri  tərəfindən  yatırıldıqdan 

sonra Qiyas bəyin dəstəsi təqib olunduğundan fasiləsiz olaraq yerini 

dəyiĢir, gah Mamay dağında, gah da Borçalı və BaĢ Keçiddə görü-

nür, tez-tez onları izləyən milis qüvvələri ilə toqquĢmalı olurdular. 

Q. ġıxlınski Türkiyə Cümhuriyyətinin Prezidenti Mustafa Ka-

mal  PaĢa  Atatürklə  də  əlaqə  saxlayırdı...Q.  ġıxlınski  20-ci  illərin 

sonlarında  sovet  hakimiyyətinə  qarĢı  çıxmıĢdı...  O,  1930-cu  il  iyu-

lun  29-da qohumları və  silahlı dəstəsilə  Türkiyəyə  -  əvvəlcə  Qarsa 

keçmiĢ, orada üsyançı dəstələrin qərargah rəisi olmuĢdu. Türkiyənin 

hakimiyyət  orqanları  ilə  əlaqə  Qiyas  bəyin  vasitəsilə  aparılırdı. 

Buraya  çoxsaylı  qaçaq  dəstələrinin  silah-sursatla  təminatı,  hərbi 




 

414 


təlimlər,  yaralılarn  müalicəsinin  təĢkili  və  baĢqa  iĢlər  daxil  idi  ki, 

onlara  da  Qiyas  bəy  özü  rəhbərlik  edirdi.  Qiyas  bəy  sonra  Van 

bölgəsində Qara Köçədə məskunlaĢmıĢdı... 

Azərbaycan BSĠ-nin Türkiyəyə qaçmıĢ üsyançı dəstələrə qarĢı 

nəzərdə  tutduğu  tədbirlər  baĢ  tutmadığından  onların  Azərbaycanda 

qalmıĢ  ailə  üzvlərinə,  arvad-uĢaqların  və  digər  qohumlarına  divan 

tutulmasına  baĢlanılmıĢdı.  Bəzilərini  sadəcə  güllələyir,  yaxud  sür-

günlərə göndərirdilər... Belə Ģəraitdə Türkiyənin ağırlaĢmıĢ beynəl-

xalq  vəziyyətində  hakimiyyət  orqanları  Qiyas  bəy  və  Əmiraslan 

Tomtuoğluna silahı  yerə qoymağa və bir daha sərhədi  keçməməyə 

(qaçaqların  Zaqafqaziya  sərhədlərinə reydləri axırıncı  dəfə 1936-cı 

ildə  olmuĢdu)  razılaĢdılar.  Onlar  da  Türkiyənin  SSRĠ  ilə  qarĢılıqlı 

münasibətlərinə  bir  daha  xələl  gəlməməsi  üçün  buna  əməl  etmiĢ-

dilər.  Üstəlik,  Qiyas  bəy  və  Tomtuoğlu  Əmiraslanın  Moskvadakı 

Türkiyə  səfirliyi  vasitəsilə  Azərbaycanda  qalmıĢ  ailələri  ilə  birləĢ-

məyə imkan verilməsi barədə etdikləri xahiĢ də sovet hökuməti tərə-

findən rədd edilmiĢdi... 

Siyasi fəaliyyətini davam etdirən Qiyas bəy Ġkinci Dünya mü-

haribəsi dövründə azərbaycanlı əsirlərin xilas edilməsi və milli legi-

onların  yaradılmasında  yaxından  iĢtirak  etmiĢdi.  1943-cü  ildə  Al-

maniya  və  Türkiyə  arasında  gizli  müqavilə  bağlanmıĢdı.  Müqavi-

ləyə  görə  Qiyas  bəy  ġıxlınskinin  baĢçılığı  ilə  Türkiyədə  yaĢayan 

qafqazlılar geri qayıdıb Sovetlər Ġttifaqına daxildən zərbələr vurmaq 

üçün cəbhə açmalıydılar. Ancaq Qiyas bəyin tərəfdarları içərisində 

Ġman  Bolluq  bəy  adlı  birisi  bu  məlumatı  sovetlər  tərəfə  20  min 

lirəyə satdığından həmin niyyət baĢ tutmamıĢdı... 

Qiyas  bəy  1944-cü  ildə  mühüm  tapĢırıqla  SSRĠ-yə  sonuncu 

gəliĢində  Batumda  həbs  olunmuĢdu.  Lakin  Ģəxsiyyətini  müəyyən-

ləĢdirə  bilmədiklərinə  görə  onu  azad  etmiĢdilər.  Müharibədən  son-

rakı  illərdə  Qiyas  bəy  cəzalanma  qorxusu  altında  Vətənə  qayıtmaq 

istəməyən  azərbaycanlı  hərbi  əsirlərin  məsələləri  ilə  məĢğul 

olurdu... 

Qiyas  bəy  ġıxlınski  1949-1955-ci  illərdə  yenə  Qarsda,  1955-

1965-ci illərdə Ağrıda yaĢayıb... Ağrıda yaĢayarkən evlənmiĢ, 3 oğlu 

və  2  qızı  dünyaya  gəlmiĢdi.  Oğlanlarından  Çingiz  bəy  Alqazax 

(1938, Ġqdır Ģəhəri, Türkiyə -1992, Ankara, Türkiyə) hərbi təyyarəçi 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə