Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə133/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   129   130   131   132   133   134   135   136   ...   156

 

405 


BƏHRAM bəy Məlik-ABBASOV 

Bəhram  bəy  Hüseyn  bəy  oğlu  Məlik-Abbasov  1857-ci  ildə 

ġuĢa  qəzasının  Nüvədi  kəndində  anadan  olmuĢdu.  Ġbtidai  təhsilini 

molla  yanında  almıĢdı.  Ordubad    Ģəhərində  oxumuĢdu.  Zəngəzur 

Qəza  Ġdarəsində  2-ci dərəcəli dəftərxana xidmətçisi kimi  iĢə baĢla-

mıĢdı. 1893-cü ildə qəza idarəsində tərcüməçi kimi xidmət etmiĢdi. 

Sonra  ədliyyə  sahəsində  çalıĢmıĢ  və  polis  pristavı  iĢləmiĢdi.  O,  

1919-cu  ilin  fevralında  CavanĢir  qəzasının  rəisi  idi.  1919-cu  il 

fevralın  15-də  Qarabağın  general-qubernatoru  Xosrov  bəyin 

yanında keçirilən müĢavirədə ermənilərin fitnə-fəsadlarının qarĢısını  

almaq  məsələlərinin  müzakirəsi  zamanı  öz  çıxıĢı  və  təklifləri ilə 

diqqəti  cəlb  etmiĢdi.  Bəhram  bəy  Məlik-Abbasov  Xudadat  bəy 

Rəfibəyli  Gəncənin  general-qubernatoru  təyin  edildikdən  sonra  (6 

may  1919-cu  il)  1919-cu  ilin  iyunundan  Gəncə  qəzasının  rəisi 

vəzifəsində iĢləmiĢdi... 

MİRZƏ MƏHƏMMƏD AXUNDOV 

(1876-1938) 

 

Məhəmməd  Hacı  Molla  ġükür  oğlu  Axundov  (əsl  soyadı 



Məhərrəmovdur)  1876-cı  ildə  ġuĢa  Ģəhərində  anadan  olmuĢdu. 

Ġbtidai    təhsilini  atasından  almıĢdı.  Atası  Qarabağın  baĢ  axundu 

Hacı  Molla  ġükür  ġərqdə  Ġslam  dinini  yaxĢı  bilən  adamlardan 

biriydi. Sonra mədrəsədə oxumuĢdu. Savadlı olduğundan hələ gənc-

liyindən  Məhəmməd  “Mirzə”  ünvanı  da  daĢıyırdı.  Müəllimlik 

fəaliyyəti  ilə  məĢğul  olmuĢdu. 

Əslən ġuĢadan olan, uzun müddətdir ki, ”ġuĢa” nəĢriyyatının 

və  eyni  adlı  qəzetin    rəhbəri  olan,  yorulmaz  tədqiqatçı-jurnalist 

Vasif Quliyev 1991-ci ildə çapdan buraxdırdığı “Mənim babam kim 

olub?”  adlı  kitabında  yazır:  ”...1904-cü  ildə  Mirzə  Məhəmmədin 

əlindən  təsadüfi  bir  xəta  çıxmıĢ,  heç    nədən  baĢ  verən  Ģəxsi 

münaqiĢə  zəminində  bir  nəfəri  vurub  öldürmüĢdü.  BeĢ  il  cəzasını 

Azərbaycandan  kənarda  çəkəndən  sonra  Vətəninə  dönmüĢ  və 

müəllimlikdən  əl  çəkib  Qacar  cəmiyyətində  nahiyə  kargüzarı 

vəzifəsində qulluq etmiĢdi. 1917-ci ilədək burada çalıĢmıĢ, sonra bir 

müddət iĢsiz qalmıĢdı. 




 

406 


Azərbaycan Xalq Cümhuriyyəti dövründə  əvvəlcə Ģəhər pris-

tavının katibi, Qubadlının pristavı, sonra ġuĢa Ģəhərinin polismeys-

teri, daha sonra isə Qarabağın general-qubernatoru Xosrov bəy Sul-

tanovun  sərəncamı  ilə  Zəngəzur  qəzasının  rəisi  (1919-cu  ilin  yan-

varından)  olmuĢdu.  Ona  qədər  qəza  rəisi  vəzifəsində  1864-cü  ildə 

ġuĢa  qəzasaının  Mehri  sahəsinin  Əldərə  kəndində  anadan  olmuĢ 

Fərrux bəy Sərməstbəyov çalıĢmıĢdı. Yazıçı Nəzər Heydərov  “Zən-

gəzur dağlarında” kitabında yamıĢdır: ”... ġəhərdə söz gəzirki, güya 

Qarabağın  general-qubernatoru  Xosrov  bəy  bizim  qəzada  həyəcanı 

yatırmaq  üçün  Hacı  Molla  ġükürün  oğlu  Mirzə  Məhəmməd 

Axundovu  ora  rəis  göndərir.  O,  belə  fikirləĢir  ki,  bununla    və 

Allahın köməyi ilə bolĢevizmin kökünü kəsəcək!”. 

...Mirzə  Məhəmməd  Axundov  ġuĢa  Ģəhərinin  polismeysteri 

vəzifəsində də iĢləmiĢdi...O, bu vəzifəyə təzəcə təyin olunmuĢdu ki, 

11-ci  ordu  tərəfindən  1920-ci  il  aprelin  27  Bakı  iĢğal  olundu  və 

ertəsi  günü  sovet  hakimiyyəti  quruldu.  11-ci  ordu  hissələri  sürətlə 

Qarabağa  doğru  irəlilədi  və  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

ġuĢadakı  məmurları  həbs  olunmağa  baĢladı.  Mirzə  Məhəmməd 

Axundovu da keçmiĢinə görə həbs etdilər, lakin günahı sübut olun-

madığından tezliklə buraxıldı. Bununla belə,  yeni quruluĢla barıĢa 

bilməyən  Mirzə  Məhəmməd  Axundov  həmin  andan  ömrünün 

axırınadək  sovet  hakimiyyətinə  qarĢı  gizli  mübarizə  aparmıĢ,  bu 

yolda dəfələrlə (1923, 1927, 1929, 1937) həbs olunmuĢ və yenidən 

azad olunmuĢdu... 

...Mirzə  Məhəmməd  Axundov  “Müsavat”  partiyasının  üzvü 

idi.  O,  Qarabağda  (ġuĢada,  Ağdamda)  Müsavatın  gizli  rəhbərlərin-

dən birinə çevrilərək sovet hakimiyyətinə qarĢı əks fəalyyətinə görə 

1929-cu ilin sonunda tutulmuĢ və Sibirə sürgün olunmuĢdu. Ancaq 

həbslər və sürgünlər də bu milli təəssübkeĢ Ģəxsi öz yolundan dön-

dərə  bilməmiĢdi.  1933-cü  ilin  qıĢında  57  yaĢında  Tomsk  vilayə-

tindəki 3 illik sürgün müddətini baĢa vurub ġuĢaya qayıtmıĢdı. Am-

ma  ona   ġuĢada  yaĢamağa icazə  verilməmiĢdi...  Odur  ki, Ağdama 

köçmüĢdü.  Ağdamda  da  müsavatçılarla  gizli  fəaliyyətini  davam 

etdirmiĢdi... O, Ağdam Müsavat təĢkilatının rəhbəri seçilmiĢdi... 

Mirzə  Məhəmməd  Axundov  otuzuncu  illərin  repressiya  qur-

banlarından biri olmuĢdu. Repressiyanın  tüğyan  etdiyi 1937-ci ildə 




 

407 


onu  da  həbs  etmiĢdilər.  Dağlıq  Qarabağ    Muxtar  Vilayəti    Siyasi 

Ġdarəsinin rəisi, dövlət təhlükəsizlik xidməti kapitanı Stepanik Saya-

dyanın  və  köməkçisi,  dövlət  təhlükəsizlik  kiçik leytenantı  Martiro-

sovun  imzaladığı  order  əsasında  Mirzə  Məhəmməd  Məhərrəmov 

(bu onun əsl familiyasıdır. Nəzər Heydərov onu öz kitabında Axun-

dov  kimi  yazdığından  sovet  sənədlərində  o  cür  yazılmıĢdı.  Lakin  

Mirzə Məhəmmədin qardaĢları Məhərrəmov soyadını daĢıyırdılar...) 

1937-ci il avqustun 4-də Ağdamda həbs edib  Stepanakertə (keçmiĢ 

Xankəndinə. 1923-cü il sentyabrın 1-dən  Ģəhərə Stepan ġaumyanın 

adı verilmiĢdi) gətirmiĢdilər. Düz 1 il 2 ay həbsxanada ona olmazın 

əzab-əziyyət  vermiĢdilər.Mirzə  Məhəmməd  Axundov  həbs  edilmiĢ 

məsləkdaĢları  Salman  Ağayev,  Cəlal  Zeynalov  və  baĢqaları  ilə 

birlikdə  1938-ci  il  oktyabrın  10-da  62  yaĢında  güllələnmiĢdi 

(Hərçənd,  tədqiqatçı-jurnalist  Vasif  Quliyev  yazmıĢdır  ki,  Mirzə 

Məhəmməd Axundov 1869-cu ildə döğulmuĢdur. Etimologiya üzrə 

tədqiqatçı  Ənvər  Çingizoğlu  isə  onun  ailə  sənədlərinə  əsaslanaraq 

M.Axundovun 1876-cı ildə anadan olduğunu bildirir. Ə. Çingizoğlu 

əsaslandırır ki, 1917-ci ilədək olan sənədlərin hamısında Mirzə Mə-

həmməd  Axundovun  təvəllüdü  1876-cı  il  olaraq  qeyd  olunmuĢ-

dur...). 

Mirzə  Məhəmməd  Axundovun  ailə  üzvləri  və  qohumları  da 

repressiyaya  məruz  qalmıĢlar...  Lakin  onların  davamçıları  bu  gün 

əqidəli  milli  istiqlal  fədailərindən  biri  olmuĢ  Mirzə  Məhəmməd 

Axundovun  əməlləri  və  əziz  xatirəsi  ilə  fəxr  edirlər.  Azərbaycan 

Republikasının millət vəkili, Xankəndindən olan camaat tərəfindən 

deputat  seçilmiĢ  Flora  xanım  Qasımova  Azərbaycanın  Milli 

Qəhrəmanı,  mərhum  Qarabağ  Ģəhidi  ġirin  Mirzəyevin  (15  yanvar 

1947,  Xankəndi  -  18  iyun  1992,  Ağdam)  həyat  yoldaĢı  və  unu-

dulmaz  Mirzə  Məhəmməd  Axundovun  nəvəsidir... 

 

 



 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə