Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə130/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   126   127   128   129   130   131   132   133   ...   156

 

395 


bəy  Azərbaycan  Xalq  Cümhuriyyə-

tinin görkəmli ictimai-siyasi xadim-

lərindən  Xudadat  bəy  Rəfibəylinin  

əmisi  oğlu  idi.

 

 

Əyyub  bəy  1890-cı  ildə  Gən-



cənin Bala Bağban qəsəbəsində mö-

təbər  bir  ailədə,  Gəncə  camaatının 

ağsaqqalı sayılan Ələkbər Rəfibəyli-

nin  (1839,  Gəncə  -  3  aprel  1919, 

Gəncə) qardaĢı MəĢədi bəy Rəfibəy-

linin ailəsində anadan olmuĢdu. Əy-

yub  bəy  ilkin  təhsilini  Gəncə  rus 

liseyində  almıĢdı...  Hələ  çarizm 

dövründə  qubernatorun  1909-cu  il 

17  sentyabr  tarixli  116  nömrəli  əmri  ilə  Yelizavetpol  (Gəncə) 

Ģəhərinin  3-cü  hissəsinin  pristav  köməkçisi  iĢləyən  Əyyub  bəyə 

müvəqqəti olaraq pristav vəzifəsi  həvalə olunmuĢdu. Rusiyada baĢ 

verən  1917-ci  il  oktyabr  inqilabından  sonra  Əyyub  bəy  Rəfibəyov 

artıq Yelizavetpol Ģəhər Polismeysterliyinin pristavı idi. 

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda Əyyub bəy Rəfi-

bəyov yenə Gəncə Ģəhər polisinin pristavı təyin edilmiĢ və fəaliyyət 

göstərmiĢdi.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutu  ərəfəsində, 

1920-ci  ilin  aprelində  Əyyub  bəy  Rəfibəyov  Nuxa  qəzasının    rəisi  

vəzifəsində  xidmət  edirdi. 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulan  zaman  Əyyub  bəy 

onunla  barıĢmamıĢ,  qardaĢı,  Azərbaycan  Milli  Ordusunun  Qara-

bağdakı  1-ci  CavanĢir  piyada  alayının  komandiri  olan  polkovnik 

Səməd  bəy  Rəfibəyli  (1891-1980),  əmisi  oğlu  Qafar  bəy  və  digər 

Rəfibəylilərlə  birlikdə  müstəqilliyimizi  bərpa  etmək  üçün  Gəncə 

üsyanında yaxından iĢtirak etmiĢdi. Üsyan 11-ci ordu tərəfindən qan 

içində boğulduqdan sonra Əyyub bəy 1920-ci ilin iyununda bir neçə 

silahdaĢı  ilə  birlikdə  Türkiyəyə  keçmiĢ,  siyasi  mühacir  kimi  orada 

yaĢamıĢ və ömrünün sonunadək sovet hakimiyyətinə qarĢı mübari-

zəni davam etdirmiĢdi... Bütün digər Rəfibəylilər kimi Əyyub bəyin 

də  atası,  qardaĢ-bacıları  və  qohumları  sovet  hakimiyyəti  tərəfindən 

ağır  məhrumiyyətlərə  düçar  olunmuĢdular... 



 

396 


Türkiyəyə  keçərkən  Əyyub  bəyin  baĢına  yolda  qəribə  bir  ha-

disə gəlmiĢdi. Belə ki, o və  yol  yoldaĢları Qarsa Batum (Gürcüstan) 

tərəfdən getməyi qərarlaĢdırmıĢdılar.Lakin iĢ elə gətirmiĢdi ki, yolları 

uzanmıĢ və məcburən  Ermənistan  ərazisindən keçməli olmuĢdular. 

Bu vaxt  bir Gəncə ermənisi  Əyyub  bəyi  tanıyıb  Ermənistanın ha-

kimiyyət  orqanlarına  xəbər  vermiĢdi  və  onu  həbs  etmiĢdilər.  Canla-

rını qurtaran yoldaĢları bu haqda Ġstanbulda olan, Mustafa Kamal Pa-

Ģa  Atatürkün  dostu  vı  sevimlisi,  Əyyub    bəyin    qardaĢı,  general-

mayor Səməd bəyə (Əbdülsəməd bəy Sayqın) xəbər çatdırmıĢdılar. O 

isə  bunu  Türkiyə  Ordusunun  ġərq  cəbhəsinin  Kol  (nizami)  ordu 

komandanı,  general  Kazım  Qarabəkir  paĢaya  demiĢdi.  Kazım  Qara-

bəkir paĢanın Ermənistan tərəfi ilə apardığı danıĢıqdan sonra bir neçə 

ermənini dəyiĢməklə Əyyub bəy xilas edilib Türkiyəyə  gətirilmiĢdi... 

Əyyub  bəy  Rəfibəyli rus  dilini  təmiz  bilirdi. Odur ki, Tür-

kiyədə  əvvəlcə  Qarsda,  sonra  da  Ərzrumda,  Trabzonda,  Ġstanbulda 

və  Ankarada  Milli  Güvənlik  Kurulu-Milli  Əmniyyət  TəĢkilatında 

tərcüməçi,məsləhətçi və s. vəzifələrdə düz 40 il çalıĢmıĢ, “ Sayğın”, 

yəni  sayılan,  hörmətli  adını  da  qazanmıĢdı.  Əyyub  bəy  Türkiyə 

polisinin Qafqazdan gələnlərə nəzarət üzrə mütəxəssisi  kimi SSRĠ-

yə  qarĢı  mübarizə  aparmaq  üçün  təĢkil  etdiyi  partizan  dəstələrinə 

azərbaycanlıları  cəlb  etməklə  məĢğul  olmuĢdu.  Nəzəri  məĢğələ  və 

əməli  təlim  yeri  Əlaziqi  Ģəhərində  idi...Azərbaycan  SSR  Xalq  

Dövlət Təhlükəsizlik Komissarlığının Birinci ġöbəsinin 1941-ci ilə 

aid  məlumatında  bildirilirdi  ki,  Əyyub  bəy  Rəfibəyov  Türkiyə  

KəĢfiyyat Ġdarəsinin Qars  filialının rəis müavinidir  və orada  Sovet 

Ġttifaqına göndərilən türk cəsuslarının hazırlanması  ilə məĢğul olur. 

Siyasi  mühacir  sayılan,  sovet  quruluĢuna  və  ideologiyasına 

qarĢı dərin  nifrət  bəsləyən  Əyyub bəy  beləliklə, türk-əks kəĢfiy-

yatının  mühüm simalarından birinə  çevrilmiĢdi.  O,  həyatının  sonu-

nacan  Türkiyədə  yüksək  hərbi  vəzifəyə  yüksəlmiĢ,  Mustafa  Kamal 

PaĢa  Atatürkün  böyük  hörmət  göstərdiyi  qardaĢı,  general-mayor 

Səməd bəy Rəfibəyli (19 yanvar 1980-ci ildə 88 yaĢında Ġstanbulda 

vəfat  etmiĢdir),  əmisi  oğlu,  Gəncə  üsyanında  rus-bolĢevik-erməni 

qüvvələrinə  qarĢı  axıradək  Ģücaətlə  döyüĢüb  ad  çıxarmıĢ  Qafar 

bəylə  (qısa  müddətdə  Türkiyədə  hörmət  qazanıb  Qarsın  valisi 

(qubernatoru)  səviyyəsinə  yüksələn    Qafar  “Əskəran”ın    (Rəfibəy-




 

397 


linin  təəssüf  ki,  ömrünün    sonlarında  gözləri  tutulmuĢdu...),  Gəncə 

üsyanının  rəhbərlərindən  biri  Sarı  Ələkbərlə,  Gəncənin  general-

qubernatoru  Xudadat  bəyin  oğlu  Kamil  Arran  bəy  və  baĢqa  Vətən 

həsrətlilərilə birgə Rəfibəylilərin və digər nəsillərin baĢına olmazın 

müsibətlər  gətirmiĢ  sovet  hökumətinə  qarĢı  yorulmadan  mübarizə 

aparmıĢdı... 

Vətən həsrətli,  ömrü keĢməkeĢlərdə  və  mücadilələrdə  keçmiĢ 

Əyyub bəy Rəfibəyli 1979-cu il yanvarın 19-da Türkiyənin paytaxtı 

Ankarada 89 yaĢında vəfat etmiĢ və orad dəfn olunmuĢdur. Əyyub 

bəyin övladları, nəvələri və qohumları indi  Ġstanbulda  və Ankarada 

yaĢayırlar... 

 

 



ƏŞRƏF bəy TAĞIYEV (QARXUNLU) 

(1867-1930) 

 

ƏĢrəf  bəy  Həsən  bəy  oğlu  Tağıyev 



(tarixi  ədəbiyyatda  ƏĢrəf  bəy  Qarxunlu 

kimi də yazılır) 1867-ci ildə ġirvan Dairə-

sinin Yuxarı Qarxunlu (indi Yevlax rayo-

nundadır)  əsilli  ailədə  anadan  olmuĢdu. 

Kür qırağındakı Yuxarı  Qarxun kəndi  ilə 

Yevlax  stansiyasının  arası  1  km.-dir. 

(Qeyd:  “Qarxun”  qədim  türk  tayfaların-

dan birinin adıdır. 14-cü əsrin divan baş-

çısı,  məşhur  tarixçi  alim  Fəzlulah  Rəşi-

dədinin (1280-1349) özünün məşhur “Ca-

mi 

ət-təvarix”- 

“Tarixlərin 

cəmi” 

əsərində  ilk  dəfə  “Qarxın”  adına  rast 

gəlinir.  Özbəkistanda  da  bu  adda  tayfa  olmuşdur...  Səlcuq 

türklərindən  olan  qarxunluların  bir  bölüyü  də  Azərbaycana  gəlib 

çıxmışdır... ”Qarxın” Azərbaycan dilində “Qarxun “ kimi işlənilir. 

Qarxunluların qonşuları igidliklikləri ilə ad çıxarmış qaramanlılar 

da qədim türk tayfalarındandır). 

Yuxarı  Qarxun  ƏrəĢ  qəzasının  mərkəzi  idi.  Türklər  1918-ci 

ilin  iyununda  Azərbaycana  gələndə  ƏĢrəf  bəy  ƏrəĢ  qəzasının 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə