Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə126/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   122   123   124   125   126   127   128   129   ...   156

 

382 


basqının  Yevlaxdan  olan  8  nəfərlik  dəstə  tərəfindən  törədildiyini 

dəqiqləĢdirmiĢdi.  Öz silahlıları  ilə  Yevlaxa gedərək həmin 8 nəfəri 

bir-bir tapıb güllələmiĢdi... 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Sarı Ələkbər Gəncə 

polismeysterinin böyük köməkçisi (1-ci müavini) vəzifəsində çalıĢ-

mıĢdı... Sarı Ələkbər Gəncə üsyanının (24 may - 4 iyun 1920-ci il) 

rəhbərlərindən biri olmuĢdu. Üsyan Ģəhərin ermənilər yaĢayan ikin-

ci  hissəsində  baĢlanmıĢdı.  Üsyana  1924-cü  il  mayın  24-də  axĢam 

Bala  Bağban  məscidinə  toplaĢmıĢ  partizan  dəstələrinin  rəhbərləri 

Sarı Ələkbər və qaçaq Qənbərlə razılaĢdırıldıqdan sonra polkovnik 

Cahangir bəy Kazımbəyov tərəfindən iĢarə verilmiĢdi. Üsyanın  ge-

diĢində məlum olmuĢdu ki, qatı  kommunist  olan  türk  Səid Cava-

dov və onun  cəsusları gecələr üzümlüklərin araları ilə gedib üsyan-

çıların  toplandıqları  yerləri,  silah-sursatların  yerini,  11-ci  ordunun 

qərargahına xəbər verirlər və beləliklə, xəyanətlə məĢğuldurlar. Sarı 

Ələkbər  Səid  Cavadovu  və  cəsus    yoldaĢlarını    tutaraq    güllələ-

miĢdi... 

Qeyd etmək lazımdır ki, Sarı  Ələkbərə qədər bütün Gəncəba-

sarda  məĢhur  olan,  onun  yaxın  dostu  və  silahdaĢı  qaçaq  Qənbər 

Qəni  oğlu  Bəhmənli  Gəncə  üsyanının  sonadək  mübarizə  aparmıĢ 

rəhbər  iĢtirakçılarından  biri  idi.  O,  Sarı  Ələkbərlə  birlikdə  partizan 

dəstələrinin  baĢçısı  idi.  Gəncədə  Qaçaq  Qənbərin  çörəkbiĢirmə 

kombinatı vardı. Qaçaq Qənbər, Gəncənin general-qubernatoru Xu-

dadat bəy Rəfibəylinin qohumu idi. Əvvəllər, çar Rusiyası dövründə 

Gəncə  Polismeysterliyində  uryadnik  vəzifəsində  xidmət  etmiĢdi. 

Vaxtıilə əhaliyə zülm edən çar məmurlarına divan  tutduğuna görə  

tutulub  Sibirə  sürgün  edilmiĢdi.  Qolu  qandallı  halda  həbsxanadan 

qaça bilmiĢdi... Adına xalq arasında “Qaçaq Qənbər” deyilmiĢ, Ģə-

ninə  mahnılar  qoĢulmuĢdu.  Qaçaq  Qənbər  Gəncənin  sabiq  rəisi  də 

olmuĢdu...  Gəncə  üsyanının  (24  may  -  4  iyun  1920)  sonunda  artil-

leriya  atəĢindən  ağır  yaralanmıĢdı.  11-ci  ordunun  əlinə  keçməməsi 

üçün Sarı Ələkbər və digər silahdaĢları tərəfindən döyüĢ meydanın-

dan çıxarılsa da, sonrakı taley  məlum deyildi... Yalnız son illər ya-

zılmıĢ tarixi ədəbiyyatda onun bolĢeviklər tərəfindən ələ keçirilərək, 

1920-ci  ildə  Bakı  yaxınlığındakı  Nargin  adasında  güllələnməsi 

barədə  məlumatlar  öz  əksini  tapmıĢdır...  Böyük  M.Ə.  Rəsulzadə 




 

383 


özünün “Azərbaycan Cümhuriyyəti” adlı kitabında “qaçaq Qənbəri” 

“Ġstiqlal ġəhidi” adlandırmıĢdır... 

...  Sarı  Ələkbər  və  silahdaĢları  axıradək  vuruĢsada,  qüvvələr 

qeyri-bərabər  idi.  Üsyanın  gediĢində  öz  istiqlaliyyətini  müdadfəyə 

qalxmıĢ 13 minə qədər günahsız milli təəssübkeĢimiz həlak olmuĢ-

du (Ancaq 11-ci ordunun 8,5 min Ģəxsi heyəti də məhv edilmiĢdi...). 

Bu  iĢdə  M.D.Velikanovun  komandir  olduğu  20-ci  atıcı  diviziya 

mənfur rol oynamıĢdı. Diviziyanın topçuları günahsız dinc əhalinin 

evlərini  kütləvi artilleriya atəĢinə tutmuĢdular. Gəncədə salamat bir 

ev, bina qalmamıĢdı. Gecələr 11-ci ordunun Xüsusi  ġöbəsinin rüt-

bəli  zabiti  Libermanın  və  mauzerçi    Sarkisin  əli  ilə  Quru    Qobuda 

və  Ģəhərin  kənarında  günahı  olmayan  insanların    kütləvi    Ģəkildə 

güllələnməsi  qəddarlıqla  həyata  keĢirilmiĢdi...  Mayın  29-da  leysan 

yağıĢlar, Gəncə və QoĢqar çaylarının daĢaraq Ģəhəri basması vəziy-

yəti faciəli hala gətirmiĢ, dinc əhalinin çıxarılmasını olduqca çətin-

ləĢdirmiĢdi.  Sel  aparması  nəticəsində  minlərlə  insan  həlak  olmuĢ-

du...  Üstəlik,  belə  faciəli  Ģəraitdə  ermənilər  bolĢeviklərə  bələdçilik 

etmiĢ  və  onlarən  tərəfindən  vuruĢmuĢdular...  Əvəzində  polkovnik 

Stankeviçin  komandirlik  etdiyi  denikinçilər  gəncəli  üsyançılarla 

çiyin-çiyinə  vuruĢmuĢdular... 

Üsyan  qan  içində  boğulduqdan  sonra  Gəncəyə  gəlmiĢ  Azər-

baycan  SSR  XKS-in  sədri  N.  Nərimanov  və  Azərbaycan  FK-nın 

sədri Əyyub Xanbudaqov 11-ci ordunun azərbaycanlılara qarĢı vəh-

Ģiliklərini  təhqiq  etmiĢdi...Törətdikləri  qəddarlıq  və  vəhĢiliklərə 

görə N. Nərimanov Azərbaycan SSR-in  xalq  daxili  iĢlər komissarı 

Həmid  Sultanovu bərk tənbeh etmiĢ, Xüsusi ġöbənin rəisi Liberma-

nı və erməni mauzerçisi Sarkisi, habelə daha bir neçəsini tutdurmuĢ 

və həbsdə saxlanılan xeyli günahsız gəncəlini azad etdirmiĢdi. 

1920-ci  il  iyunun  4-də  gecə  Gəncə  alayının  tabeliyində  olan 

qüvvələr,  o  cümlədən  Sarı  Ələkbərin  baĢçılıq  etdiyi  sağ  qalan 

partizan dəstələrinin üzvləri buraxılmıĢdı... Üsyanın məğlubiyyətin-

dən  sonra  Türkiyəyə  keçməyə  müvəffəq  olmuĢ  Sarı  Ələkbər  Qars 

Ģəhərində  yaĢamağa  baĢlamıĢdı.  Sarı  Ələkbərin  Ġsmayıl,  Qulu  adlı 

oğlanları və Brilyant adlı qızı vardı. Türkiyəyə onlardan birini, yal-

nız 10  yaĢlı  Ġsmayılı  gizlətməklə  özü ilə aparmağa macal  tapa bil-

miĢdi  Sarı  Ələkbər.  Gəncə  üsyanından  dərhal  sonra  Sarı  Ələkbərə 




 

384 


məxsus binalar, karvansaralar, ev əĢyaları, bütün var-dövləti müsa-

dirə  olunmuĢdu.  Həyat  yoldaĢı  Cəvahir  xanım,  oğlu  Qulu  və  qızı 

Brilyant  isə sovet hakimiyyəti  tərəfindən Qazaxıstana sürgün olun-

muĢdu. 


Bir  neçə  il  sonra  Göyçədən  Məmmədəli  bəy  adlı  bir  tacir 

Gəncəyə  gələrkən,  Sarı  Ələkbərin  bacılarına  onun  Qars  Ģəhərində 

məskunlaĢdığı barədə xəbər vermiĢdi. O, Sarı Ələkbərin ailəsinin də 

Türkiyəyə  gəlməsini  arzuladığını  bildirmiĢdi.  Sarı  Ələkbərin  həyat 

yoldaĢı və  iki övladını onun silahdahdaĢları gizlicə etibarlı Ģəxslə-

rin  köməyi  ilə  sürgündən  azad  etdirib,  Gəncəyə  gətirmiĢdilər.  Bu 

müddətdə  göyçəli  Məmmədəli  bəyin  də  nə  dərəcədə  etibarlılığı 

sınağa    çəkilmiĢdi.  Axırda  o,  sonuncu  dəfə  Türkiyədən  dönərkən 

özü ilə tutarlı dəlilər - Sarı Ələkbərin papağını və kəmərini gətirdik-

dən sonra daha Ģübhə yeri qalmamıĢdı. Bundan sonra, 1924-cü ildə 

Sarı Ələkbərin ailəsi Məhəmmədəli bəylə birlikdə Ermənistan –Tür-

kiyə  sərhəd  məntəqəsindən  birinə  gəlmiĢdi.  Sarı  Ələkbərin  buraya 

göndərdiyi  adamlar  onları  qarĢılayıb  Türkiyəyə  -Trabzona  Sarı 

Ələkbərin  yanına  aparmıĢdılar... 

Sarı  Ələkbvərin 5 bacısı və bir qardaĢı vardı. Bacıları Nərgiz, 

Kübra,  Gilə,  Sarabəyim  və  ömrünü  Orta  Asiyada  sürgündə  baĢa 

vurmuĢ  Zinyət  Gəncənin əsl milli təəssübkeĢləri idilər. Sarı Ələk-

bərin yeganə qardaĢı Məhəmmədrzanı bolĢevikləĢmiĢ daĢnak-ermə-

nilər bir satqının vasitəsilə ələ keçirərək, qətlə yetirmiĢdilər... Bacı-

lardan  Nərgiz  və  Gilə  gecə  ikən  Məmmədrzanın  qayınatası  Hacı 

Kərim kiĢinin köməyi ilə bolĢeviklərin yerləĢdiyi  kazarmadan qar-

daĢlarının meyidini çıxararaq, onu arabada, ot-ələfin altında gizlət-

məklə gətirib Gəncədəki  Səbizkar qəbristanlığında dəfn etmiĢdilər. 

Onlar  Məhəmmədrzanın  gizləndiyi  yeri  bolĢeviklərə  niĢan  vermiĢ 

satqını  da  böyük  miqdarda  pul  verməklə  təhvil  almıĢdılar.  Hələ 

gəncliyindən at çapmağı, tüfəng atmağı yaxĢı bacaran Nərgiz xanım 

qisas alaraq satqını Kür sahilində öz  əlləriylə güllələmiĢdi (Nərgiz 

xanım 1975-ci ildə dünyasını dəyiĢmiĢdir). 

Sarı Ələkbərin bacısı  Kübranın  nəvəsi  Füzuli müəllim 1991-

ci  ildə,  Azərbaycanın  müstəqilliyini  təzəcə  qazanmasından  sonra 

Türkiyəyə getmiĢdi. O, qayıtdıqdan sonra söyləmiĢdir ki, Sarı Ələk-

bərin  özü  ailəsi  ilə  birlikdə  Türkiyədə  böyük  nüfuz  sahibi  idilər. 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə