Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə123/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   119   120   121   122   123   124   125   126   ...   156

 

373 


Onun  dəfninə  Avropanın  hər  yerindən  məsləkdaĢları  və  mübarizə 

yoldaĢları gəlmiĢdilər. Hüseynqulu xan Xoyskinin qızı Valiyyə xa-

nım Xoyski böyük hörmətlə Ġstanbulun  “Fəri köy” qəbristanlığında 

dəfn olunmuĢdu... 

C.  Kazımbəyli  mətbuat  sahəsində  məqalələrlə  çıxıĢlar  edirdi. 

Onun    hələ  1951-ci  ildə  Almaniyanın    Münhen  Ģəhərində  çıxan 

azərbaycanlı mühacirlərin təsis  etdiyi  Azərbaycan Milli Birlik TəĢ-

kilatının  orqanı  olan  “Azərbaycan  jurnalında  “Qafqaz  imperializm 

ərəfəsində” məqaləsi dərc edilmiĢdi. C. Kazıımbəylinin Azərbaycan 

Milli  Birliyinin  ABġ-da  da  çıxan  orqanı  “Azərbaycan”  jurnalının 

1953-cü  il  tarixli  12-ci  (dekabr)  nömrəsində  “Gəncə  üsyanı  haq-

qında xatirələr” adlı məqaləsi dərc olunmuĢdu. Məqalədə o, ilk dəfə 

olaraq  Gəncə  üsyanının  tarixi  ilə  əlaqədar  sovet  dövründə  təhrif 

olunmuĢ fakta aydınlıq gətirmiĢdi. Belə ki, sovet tarixçiləri həmiĢə 

Gəncə  üsyanının  1920-ci  il  mayın    25-31-də  baĢ  verdiyini  yazmıĢ-

lar.  Cahangir  bəy  isə  üsyanın  təĢkilatçılarından  biri  kimi  (Gəncə 

üsyanı  Cahangir bəyin iĢarəsi ilə baĢlanmıĢdı) onun 1920-ci il ma-

yın  24-də  axĢam  saat  8-də  baĢlanıb,  iyun  ayının  4-də  gecə  saat  3 

radələrində baĢa çatdığını yazmıĢdır. Bu faktı Cahangir bəyin qaynı, 

Gəncə üsyanının iĢtirakçılarından biri, ömrünün sonunadək ABġ-da 

mühacir  həyatı  yaĢamıĢ  Zahid  xan  Xoyski,  Nağı  bəy  ġeyxzamanlı 

və baĢqaları da təsdiq etmiĢlər... 

Ömrünün axır  günlərini  də mühacirətdə- Almaniyada keçirən, 

orada  fəaliyyət  göstərən  “Azadlıq”  radiosunda  iĢləmiĢ  (C.  Kazım-

bəyli  “Azadlıq”  radiosunun  yaradıcılarından  biri  idi)  polkovnik 

Cahangir  bəy  Kazımbəyli  1955-ci  il  yanvar  ayının  17-də  Berlin 

Ģəhərində müəmmalı Ģəkildə, 67 yaĢında vəfat etmiĢ və orada torpağa 

tapĢırılmıĢdı... Həmin vaxt Türkiyədə çıxan qəzetlərdə dərc olunmuĢ 

nekroloqlarda  Cahangir  bəyin  ölümünün  SSRĠ  DTK-nın  agentləri 

tərəfindən təĢkil  olunduğu yazılmıĢdı... Nekroloqlarda bildirilirdi ki, 

ömrü  boyu  sovet  quruluĢu  ilə  barıĢmaz  olmuĢ  Cahangir  bəy  Türki-

yədən Berlinə bir qadının “sifariĢi” ilə dəvət olunmuĢ və bundan çox 

keçmədən onun müəmmalı Ģəkildə həlak olması  xəbəri  yayılmıĢdı... 

Artıq  yuxarıda  bəhs  etdiyimiz  kimi,  C.  Kazımbəylinin  həyat 

yoldaĢı  Valiyyə  xanım  Ġstanbulda  “Fəri  köy”  qəbristanlığında  dəfn 

olunmuĢdu. Onların 3 oğlu qalmıĢdı. Böyük oğlu  Əli bəy Ġstanbul-




 

374 


da, ortancıl oğlu Mustafa bəy və övladları  Ġtaliyada, kiçik oğlu Ab-

bas bəy isə PolĢada yaĢayırlar... (Qeyd: Bütün tarixi ədəbiyyatlarda 



Cahangir bəy haqqında bəhs olunarkən onun atasının adı yazılma-

yıbdır.  Baxmayaraq  ki,  Türkiyədə  onu  Kazımoğlu  kimi  çağırmış-

lar... Ehtimalımıza görə, Cahangir bəy böyük oğluna atası Əli bəyin 

adını qoymuşdur... Əli bəy İstanbulda məşhur Taksim Meydanında 

yaşayırdı...). 

C.  Kazımbəylinin  qayınatası  Hüseynqulu  xana  gəldikdə,  o, 

SSRĠ-nin düĢməni olan PolĢanın (Poloniyanın) rəhbəri, milliyyətcə 

polyak  tatarı  olan  Yuzef  Pulsudskinin  (1867-1935)  dəvətilə  bir 

müddət  orada  yaĢamıĢ,  sonra  yenidən  Ġstanbula  dönmüĢdü.  Hərbi 

rütbəsi polkovnik olan Hüseynqulu xan 1925-ci ildən sonra Türkiyə 

Cümhuriyyətinin prezidenti Mustafa Kamal PaĢa Atatürkün (1881-

1938)  göstəriĢilə  oğlu  Ġsgəndər  xanla  birlikdə  hərbi  məktəbdə 

tərcüməçi  kimi  çalıĢmıĢdı.  Hüseynqulu  xanın  oğlu  Ġsgəndər  xan 

ixtisasca  hüquqĢünas  idi. Hər ikisi rus dilini təmiz bildiyindən on-

lar Türk Hava Yolları Qüvvələrinin tabeliyində türklərə uçuĢ təlim-

ləri öyrədən rus təyyarəçiləri ilə tərcümə iĢlərinə cəlb olunmuĢdular 

(bu, 1921-ci il martın 16-da Moskvada Türkiyə ilə RSFSR arasında 

bağlanmıĢ dostluq və əməkdaĢlıq haqqında müqaviləyə uyğun idi). 

(Tarixi dövrü mətbuatda Hüseynqulu xana general verilməsi barədə 

məlumat da vardır...). 

 

 

 



KƏRİM xan İRƏVANSKİ 

(1883-1919) 

 

Kərim  xan  Ġrəvanski  məĢhur  nəsildən  olan  Abbasqulu  xan 



Ġrəvanskinin  (1830-1907)  oğlu  idi.  O,  15  noyabr  1883-cü  ildə  Ġrə-

vanda  anadan  olmuĢdu.  Çar  ordusunda  layiqli  xidmətinə  görə  pol-

kovnik hərbi rütbəsinə yüksəlmiĢdi. Qafqazda Kabardin süvari pol-

kunda  xidməti  zamanı  igidliyi  ilə  ad  çıxarmıĢdı.Onun  çar  Ġkinci 

Aleksandrın  (1818-1881)  qardaĢı,  böyük  knyaz  Mixail  Aleksan-

droviçlə və rus ordusunun görkəmli sərkərdəsi, həmyerlisi, general-

leytenant Hüseyn xan Naxçıvanski ilə yaxĢı  münasibətləri vardı... 



 

375 


Kərim xan Ġrəvanski nümunəvi xidmətinə görə çoxlu müxtəlif 

təltiflərə layiq görülmüĢdü. Azərbaycan Cümhuriyyəti hökumətinin 

baĢçısı  F.  Xoyskiyə  göndəril-

miĢ 28 yanvar 1919-cu il tarixli 

364  nömrəli  xidməti  qeydlərdə 

bildirilirdi  ki,  Kərim  xan  Ġrə-

vanski  1918-ci  ilin  sonu-1919-

cu ilin əvvəllərində olan dövrdə 

erməni  daĢnak  ordusu  ilə  dö-

yüĢlərdə 

azərbaycanlılardan 

ibarət 1000 nəfərdən artıq Nax-

çıvan  süvarilərinə  komandirlik 

etmiĢ  və  düĢmənə  tutarlı  zər-

bələr  endirmiĢdir.  Azərbaycan 

Xalq  Cümhuriyyəti  höküməti-

nin  28  fevral  1919-cu  il  tarixli 

qərarı  ilə  Bəhram  xan  Nax-

çıvanskinin baĢçılığıyla Cənub-

Qərbi  Azərbaycan  (Naxçıvan) 

General-Qubernatorluğu 

yarandıqda  məhz    Kərim  xan 

Ġrəvanski onun  hərbi  hissə üs-

rə  köməkçisi    (müavini)    təyin  

edilmiĢdi... 

...1919-cu  il  martın  26-da  Kərim  xan  Ġrəvanski  Cənub-Qərbi 

Azərbaycan  (Naxçıvan)  General-Qubernatorluğunun  hərbi  hissə 

üzrə köməkçisi vəzifəsindən “tərxis” olunmuĢ və o, yenidən Qafqa-

za, Kabardin süvari  polkuna qayıtmıĢdı. K. Ġrəvanski Nalçik Dairə-

sində  milliyyətcə  balkar olan bir əsilzadə ailəsindən çıxmıĢ  ġənu-

də Kumukerovna Aydabulova (qız familiyası ġamĢita Qazıməhəm-

mədovna idi) evlənmiĢdi... 

Polkovnik  Kərim xan Ġrəvanski 1919-cu il oktyabr ayının 9-

da  Volqaboyunda  Saritsın  cəbhəsində  gedən  döyüĢlərdən  birində 

həlak  olmuĢdu...Cəbhə  komandanlığının  təĢkiltçılığı  ilə  Kərim 

xanın  nəĢi  Nalçik  Ģəhərinə  gətirilərək  oradakı  Volnıy  Aul  qəbris-

tanlığında dəfn  olunmuĢdu... 

Kərim xan İrəvanski) 

(şəkildə sağdan ayaqüstə) 

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə