Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə121/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   117   118   119   120   121   122   123   124   ...   156

 

367 


 

MAHMUD bəy SƏFİKÜRDSKİ 

(1898-1977) 

 

Mahmud  bəy  Bala  bəy  oğlu  Səfikürdski  1898-ci  ildə  Qəncə 



qəzasının  Səfikürd  kəndində  (indu  Goranboy  rayonundadır)  hərbçi 

ailəsində  anadan  olmuĢdu.  Atası  Bala  bəy  Səfikürdski  1857-ci  ildə 

Səfikürd kəndində döğulmuĢ,çar ordusunda xidmət etmiĢ, praporĢik 

(gizir)  rütbəsi  almıĢdı...  O,  xidmət  zamanı  Birinci  Dünya  mühari-

bəsi  dövründə  Rusiya  qoĢunlarının  tərkibində  rumın  cəbhəsindəki 

döyüĢlərdə  iĢtirak  etmiĢdi.  Yelizavetpol  (Gəncə)  Quberniya  Ġdarə-

sində  tərcüməçi  də  iĢləmiĢdi.  Belə  bir  Ģəxsin  ailəsində  böyümüĢdü  

Mahmud bəy. 

...Mahmud  bəy  Səfikürdski  Gəncədə  Hüseynqulu    xan  Xoy-

skinin  sədr  olduğu  və  gənclərdən  ibarət  yaratdığı  “YaĢıl  qvardiya 

adlı”  özünümüdafiə  dəstəsinin  tərkibində  sədr  müavini  olmuĢdu... 

Mahmud  bəy  hüquq  sahəsi  ilə  yaxından  maraqlanırdı.  Lakin  iĢ  elə 

gətirmiĢdi ki, o, 1919-cu ildə hüquq fakultəsinə yox, BDU-nun tibb 

fakultəsinə daxil olmuĢdu. Ailə vəziyyəti və maddi çətinlik iĢləməyi 

tələb  etdiyindən  Azərbaycan  Əks  Ġnqilabla  Mübarizə  TəĢkilatnın 

rəisi  Nağı  bəy  ġeyxzamanlının  təklifi  ilə  bu  xüsusi  orqana  iĢə  gir-

miĢdi. Çünki N.ġeyxzamanlı onu Gəncədəki  fəaliyyətindən...  yaxĢı 

tanıyırdı və ona zəmanəti də özü vermiĢ və müavin vəzifəsinə təyin 

etmiĢdi.  Bu  təĢkilta  qəbul  Ģərtlərində  belə  təsdiq  olunmuĢdu  ki, 

rəhbər heyətə  yalnız iki partiyanın  “Müsavat”  (sədr)  və “Hümmət” 

(müavin) partiyalarının üzvləri təyin olunmalıdır. Odur ki, Mahmud 

bəy Səfikürdski “Hümmət”dən ƏMT-yə sədr müavini təyin edilmiĢ-

di. Beləliklə, gənc, bacarıqlı və perspektivli hesab olunan Mahmud 

bəy  Səfikürdski  1919-cu  il  noyabrın  15-də  Azərbaycan  Cümhuriy-

yəti DĠN-ə tabe olan Əks Ġnqilabla Mübarizə TəĢkilatının (Əks-KəĢ-

fiyat  Ġdarəsinin)  sədr  (rəis)  müavini  vəzifəsinə  təyin  olunmuĢdu. 

Həmin  vaxt  bu  qurum  DĠN-in  əsas  strukturlarından  biri  olan  Bakı 

General-Qubernatorluğunun  tabeliyindəydi.  Bu  mənada  Mahmud 

bəy  Səfikürdski tutduğu vəzifə nöqtey-nəzərindən həmdə, Bakı ge-

neral-qubernatorunun müavini  hüququnda idi... 




 

368 


M.  Səfikürdski  DĠN-in  Əks  Ġnqilabla  Mübarizə  TəĢkilatının 

rəis müavini vəzifəsində həmin qurumun ləğvinədək, yəni 1920-ci il 

martın 6-na qədər çalıĢmıĢdı. O, bu vəzifədə xidmət edərkən özünü 

layiqincə  aparmıĢ,  müstəqil  gənc  respublikamızın  təhlükəsizliyinin 

təmin  edilməsində  öz  bacarığını  əsirgəməmiĢdi.  Xüsusilə,  erməni 

cəsuslarına  və  ağqvardiyaçıların  təxribat  hərəkətlərinə  qarĢı  bütün 

imkanlarını səfərbər etmiĢdi... 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  bir  qrup 

orqanda  iĢləmək  təcrübəsi  olan  hümmətçi  kadr  Azərbaycan  SSR 

Fövqəladə Komissiyasında iĢə qəbul edilmiĢdi.Onların biri də Mah-

mud  bəy  Səfikürdski  idi.  Lakin  onun  FK-da  iĢləməsi  uzun  çəkmə-

miĢdi.  1920-ci  il  noyabrın  22-də  M.  Səfikürdskinin  həbs  edilməsi 

haqqında  1906  nömrəli  order  imzalanmıĢdı.  Bir  gün  sonra  onu  

Quba Ģəhərində həbs edib Bakıya göndərmiĢdilər. M. Səfikürdskini 

kommunistlərə  qarĢı  çıxıĢ  etməkdə  suçlandırırdılar...  Amma  “cina-

yəti” sübut olunmadığından azad etmiĢdilər. 1921-ci il yanvarın 21-

də  onun  haqqında  qərar  çıxarıldıki,  tutduğu  vəzifədə  qala  bilməz. 

Buna baxmayaraq, təqiblər davam edirdi və dözülməz Ģərait  yaran-

mıĢdı... 

Belə  vəziyyətdə  Mahmud  bəy  Azərbaycanı  tərk  etmək  məc-

buriyyətində qalmıĢdı. O, əvvəlcə Yuqoslaviyaya köçüb bir müddət 

orada yaĢamıĢ və ticarətlə məĢğul olmuĢdu. Sonrakı həyatını Türki-

yədə  yaĢmıĢdı...  Mahmud  bəy  Səfikürdski  1977-ci  ildə  Türkiyədə, 

79  yaĢında  vəfat  etmiĢdi.  Onun  Əli  bəy  adlı  oğlu,  Mələk  xanım, 

Bilqeyis  xanım və  Leyla xanım  adlı qızları vardı... 

 

 



 

HÜSEYNQULU xan XOYSKİ 

(1869-1955) 

 

Fətəli  xan  Xoyskinin  Cahangirdən  sonrakı,  özündən  böyük 



ikinci  qardaĢı  Hüseynqulu  xan  Xoyski  milli  istiqlal  hərəkatımızın 

fəal  iĢtitakçılarından  biri,  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

yaĢaması üçün var qüvvəsini axıradək sərf etmiĢ fədailərdən biridir. 

Hüseynqulu xan Ġsgəndər xan oğlu Xoyski 22 sentyabr 1869-cu ildə 




 

369 


Gəncədə anadan olmuĢdu. Ġsgəndər 

xanın ġəhrəbanu xanım Hacı Molla 

Zeynal  qızından  olan  Hüseynqulu 

xan  Cahangirdən  fərqli  olaraq 

Fətəli xanın doğma qardaĢı idi. 

PeĢə  etibarı  ilə  hərbçi  olan 

Hüseynqulu  xan  hələ  1917-ci  ildə 

Gəncədə  gənclərdən  ibarət  “Zelyo-

naya  qvardiya”  (“YaĢıl  qvardiya”) 

adlı  təĢkilat  yaradıb  onlara  təlim 

keçməklə məĢğul  olmuĢdu... 1918-

ci  il  Mayın  28-də  Tiflisdə  Azər-

baycan  Xalq  Cümhuriyyətinin  ya-

ranması  xəbərini  Gəncə  camaatına 

ilk  çatdıran  məhz  Hüseynqulu  xan 

olmuĢdu.  Azərbaycan  Cümhuriy-

yəti dövründə  əvvəlcə  261-ci  ġamaxı  piyada alayında batalyon  ko-

mandiri  vəzifəsində  xidmət  göstərmiĢdi.  Podpolkovnik  rütbəsi 

vardı. O, 1918-ci ilin iyununda Gəncənin ilk qubernatoru, general-

mayor  Ġbrahim  ağa  Vəkilovun  böyük  köməkçisi  (1-ci  müavini) 

(2.500 manat məvaciblə) təyin olunmuĢdu.Azərbaycan hökumətinin 

qərarı  və  DĠN-in  30  mart  1919-cu  il  tarixli  əmri  üzrə  nümunəvi 

xidmətlərinə  görə  Gəncə  qubernatoru  Ġbrahim  ağa  Vəkilova 

general-mayor, onun böyük köməkçisi Hüsynqulu xan Xoyskiyə isə 

polkovnik hərbi rütbəsi  verilmiĢdi. 1919-cu il mayın 6-da Gəncəyə 

yeni qubernator, Xudadat bəy Rəfibəyli təyin olunanda Hüseynqulu 

xan  həmin  vəzifədə  saxlanmıĢ  və  Azərbaycan  Xalq  Cümhuriyyə-

tinin  süqutuna  qədər  bu  vəzifədə  uğurla  axıradək,  canla-baĢla  xid-

mət  göstərmiĢdi.  O,  Xudadat  bəylə  bərabər,  Azərbaycan  Cümhu-

riyyətinin Gəncə General-Qubernatorluğu hakimiyyət  strukturunun 

sovet  hakimiyyəti  nümayəndələrinə  təhvil  verilməsi  (1920-ci  il 

aprelin 30-da) sənədlərinə  imza  atan  Ģəxs  olmuĢdu . 

1920-ci  il Gəncə  üsyanının  (24 may  -  4 iyun  )  əsas  iĢtirakçı-

larından biri olan Hüseynqulu xan bolĢeviklərin təqibindən və labüd 

güllələnmə təhlükəsindən yaxa qurtararaq Türkiyənin Ġstanbul Ģəhə-

rinə köçməyə macal tapa bilmiĢdi. Həyat yoldaĢı ġirinbəyim xanım, 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə