367
MAHMUD bəy SƏFİKÜRDSKİ
(1898-1977)
Mahmud bəy Bala bəy oğlu Səfikürdski 1898-ci ildə Qəncə
qəzasının Səfikürd kəndində (indu Goranboy rayonundadır) hərbçi
ailəsində anadan olmuĢdu. Atası Bala bəy Səfikürdski 1857-ci ildə
Səfikürd kəndində döğulmuĢ,çar ordusunda xidmət etmiĢ, praporĢik
(gizir) rütbəsi almıĢdı... O, xidmət zamanı Birinci Dünya mühari-
bəsi dövründə Rusiya qoĢunlarının tərkibində rumın cəbhəsindəki
döyüĢlərdə iĢtirak etmiĢdi. Yelizavetpol (Gəncə) Quberniya Ġdarə-
sində tərcüməçi də iĢləmiĢdi. Belə bir Ģəxsin ailəsində böyümüĢdü
Mahmud bəy.
...Mahmud bəy Səfikürdski Gəncədə Hüseynqulu xan Xoy-
skinin sədr olduğu və gənclərdən ibarət yaratdığı “YaĢıl qvardiya
adlı” özünümüdafiə dəstəsinin tərkibində sədr müavini olmuĢdu...
Mahmud bəy hüquq sahəsi ilə yaxından maraqlanırdı. Lakin iĢ elə
gətirmiĢdi ki, o, 1919-cu ildə hüquq fakultəsinə yox, BDU-nun tibb
fakultəsinə daxil olmuĢdu. Ailə vəziyyəti və maddi çətinlik iĢləməyi
tələb etdiyindən Azərbaycan Əks Ġnqilabla Mübarizə TəĢkilatnın
rəisi Nağı bəy ġeyxzamanlının təklifi ilə bu xüsusi orqana iĢə gir-
miĢdi. Çünki N.ġeyxzamanlı onu Gəncədəki fəaliyyətindən... yaxĢı
tanıyırdı və ona zəmanəti də özü vermiĢ və müavin vəzifəsinə təyin
etmiĢdi. Bu təĢkilta qəbul Ģərtlərində belə təsdiq olunmuĢdu ki,
rəhbər heyətə yalnız iki partiyanın “Müsavat” (sədr) və “Hümmət”
(müavin) partiyalarının üzvləri təyin olunmalıdır. Odur ki, Mahmud
bəy Səfikürdski “Hümmət”dən ƏMT-yə sədr müavini təyin edilmiĢ-
di. Beləliklə, gənc, bacarıqlı və perspektivli hesab olunan Mahmud
bəy Səfikürdski 1919-cu il noyabrın 15-də Azərbaycan Cümhuriy-
yəti DĠN-ə tabe olan Əks Ġnqilabla Mübarizə TəĢkilatının (Əks-KəĢ-
fiyat Ġdarəsinin) sədr (rəis) müavini vəzifəsinə təyin olunmuĢdu.
Həmin vaxt bu qurum DĠN-in əsas strukturlarından biri olan Bakı
General-Qubernatorluğunun tabeliyindəydi. Bu mənada Mahmud
bəy Səfikürdski tutduğu vəzifə nöqtey-nəzərindən həmdə, Bakı ge-
neral-qubernatorunun müavini hüququnda idi...
368
M. Səfikürdski DĠN-in Əks Ġnqilabla Mübarizə TəĢkilatının
rəis müavini vəzifəsində həmin qurumun ləğvinədək, yəni 1920-ci il
martın 6-na qədər çalıĢmıĢdı. O, bu vəzifədə xidmət edərkən özünü
layiqincə aparmıĢ, müstəqil gənc respublikamızın təhlükəsizliyinin
təmin edilməsində öz bacarığını əsirgəməmiĢdi. Xüsusilə, erməni
cəsuslarına və ağqvardiyaçıların təxribat hərəkətlərinə qarĢı bütün
imkanlarını səfərbər etmiĢdi...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir qrup
orqanda iĢləmək təcrübəsi olan hümmətçi kadr Azərbaycan SSR
Fövqəladə Komissiyasında iĢə qəbul edilmiĢdi.Onların biri də Mah-
mud bəy Səfikürdski idi. Lakin onun FK-da iĢləməsi uzun çəkmə-
miĢdi. 1920-ci il noyabrın 22-də M. Səfikürdskinin həbs edilməsi
haqqında 1906 nömrəli order imzalanmıĢdı. Bir gün sonra onu
Quba Ģəhərində həbs edib Bakıya göndərmiĢdilər. M. Səfikürdskini
kommunistlərə qarĢı çıxıĢ etməkdə suçlandırırdılar... Amma “cina-
yəti” sübut olunmadığından azad etmiĢdilər. 1921-ci il yanvarın 21-
də onun haqqında qərar çıxarıldıki, tutduğu vəzifədə qala bilməz.
Buna baxmayaraq, təqiblər davam edirdi və dözülməz Ģərait yaran-
mıĢdı...
Belə vəziyyətdə Mahmud bəy Azərbaycanı tərk etmək məc-
buriyyətində qalmıĢdı. O, əvvəlcə Yuqoslaviyaya köçüb bir müddət
orada yaĢamıĢ və ticarətlə məĢğul olmuĢdu. Sonrakı həyatını Türki-
yədə yaĢmıĢdı... Mahmud bəy Səfikürdski 1977-ci ildə Türkiyədə,
79 yaĢında vəfat etmiĢdi. Onun Əli bəy adlı oğlu, Mələk xanım,
Bilqeyis xanım və Leyla xanım adlı qızları vardı...
HÜSEYNQULU xan XOYSKİ
(1869-1955)
Fətəli xan Xoyskinin Cahangirdən sonrakı, özündən böyük
ikinci qardaĢı Hüseynqulu xan Xoyski milli istiqlal hərəkatımızın
fəal iĢtitakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin
yaĢaması üçün var qüvvəsini axıradək sərf etmiĢ fədailərdən biridir.
Hüseynqulu xan Ġsgəndər xan oğlu Xoyski 22 sentyabr 1869-cu ildə
369
Gəncədə anadan olmuĢdu. Ġsgəndər
xanın ġəhrəbanu xanım Hacı Molla
Zeynal qızından olan Hüseynqulu
xan Cahangirdən fərqli olaraq
Fətəli xanın doğma qardaĢı idi.
PeĢə etibarı ilə hərbçi olan
Hüseynqulu xan hələ 1917-ci ildə
Gəncədə gənclərdən ibarət “Zelyo-
naya qvardiya” (“YaĢıl qvardiya”)
adlı təĢkilat yaradıb onlara təlim
keçməklə məĢğul olmuĢdu... 1918-
ci il Mayın 28-də Tiflisdə Azər-
baycan Xalq Cümhuriyyətinin ya-
ranması xəbərini Gəncə camaatına
ilk çatdıran məhz Hüseynqulu xan
olmuĢdu. Azərbaycan Cümhuriy-
yəti dövründə əvvəlcə 261-ci ġamaxı piyada alayında batalyon ko-
mandiri vəzifəsində xidmət göstərmiĢdi. Podpolkovnik rütbəsi
vardı. O, 1918-ci ilin iyununda Gəncənin ilk qubernatoru, general-
mayor Ġbrahim ağa Vəkilovun böyük köməkçisi (1-ci müavini)
(2.500 manat məvaciblə) təyin olunmuĢdu.Azərbaycan hökumətinin
qərarı və DĠN-in 30 mart 1919-cu il tarixli əmri üzrə nümunəvi
xidmətlərinə görə Gəncə qubernatoru Ġbrahim ağa Vəkilova
general-mayor, onun böyük köməkçisi Hüsynqulu xan Xoyskiyə isə
polkovnik hərbi rütbəsi verilmiĢdi. 1919-cu il mayın 6-da Gəncəyə
yeni qubernator, Xudadat bəy Rəfibəyli təyin olunanda Hüseynqulu
xan həmin vəzifədə saxlanmıĢ və Azərbaycan Xalq Cümhuriyyə-
tinin süqutuna qədər bu vəzifədə uğurla axıradək, canla-baĢla xid-
mət göstərmiĢdi. O, Xudadat bəylə bərabər, Azərbaycan Cümhu-
riyyətinin Gəncə General-Qubernatorluğu hakimiyyət strukturunun
sovet hakimiyyəti nümayəndələrinə təhvil verilməsi (1920-ci il
aprelin 30-da) sənədlərinə imza atan Ģəxs olmuĢdu .
1920-ci il Gəncə üsyanının (24 may - 4 iyun ) əsas iĢtirakçı-
larından biri olan Hüseynqulu xan bolĢeviklərin təqibindən və labüd
güllələnmə təhlükəsindən yaxa qurtararaq Türkiyənin Ġstanbul Ģəhə-
rinə köçməyə macal tapa bilmiĢdi. Həyat yoldaĢı ġirinbəyim xanım,
Dostları ilə paylaş: |