Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə120/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   116   117   118   119   120   121   122   123   ...   156

 

364 


ci  il  dekabrın  7-də  açılan  Azərbaycan  Parlamentinə  millət  vəkili 

seçilmiĢdi.  Onlar  eyni  zamanda  Bakı  qubernatorunun  köməkçiləri 

(Ə.  Zizikski  böyük  köməkçi  (1-ci  müavin),  Həmdulla  əfəndi  isə 

köməkçi (müavin) təyin edilmiĢdilər... Əli bəyin millət vəkili seçil-

məsi  erməniləri  bərk  narahat  etmiĢdi.  Onlar  Əli  bəyi  aradan  gö-

türmək üçün terror aktı planı hazırlamıĢ və onun həyata keçirilməsi 

Erməni  Milli  ġurasının  üzvü  Armikə  və  Vartanın  qızı  HaykanuĢa 

tapĢırılmıĢdı... 

Əli bəy parlamentdə “Ġttihad” partiyasını və fraksiyasını təm-

sil  edirdi.  Parlamentdə  “Ġttihad”  fraksiyasının  13  nəfər  üzvü  içəri-

sində  Əli bəyin  adı  sayca 10-cu çəkilirdi...  Əli bəy  Zizikski doktor 

Qara  bəy  Qarabəylinin  (Qarabəyovun)  sədr  olduğu  “Ġttihad”  parti-

yasının 1919-cu ilin aprelində olmuĢ 1-ci və 1920-ci ilin yanvarında 

keçirilmiĢ  2-ci  qurultayında  partiyanın  Mərkəzi  Komitəsinə  üzv 

seçilmiĢdi... 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  yeni 

quruluĢa qarĢı müqavimət hərəkatında iĢtirak etsədə, təqibdən yaxa 

qurtarmaq  üçün  Ġrana  keçib  bir  müddət  orada  yaĢamıĢdı.  Ġrana-

Cənubi  Azərbaycana  mühacirətə  gedəndə  atası  Harun  bəy  (1843-

1915)  kimi  qayğılarını  onlardan  əsirgəmədiyi  Quba  əhalisi  onu 

Quba-Xaçmaz  yoluna  qədər  müĢayiət  etmiĢ,  “Yolunu  gözləyirik, 

bəy!”,  -  demiĢdilər.  Ġranda  olarkən  Əli  bəy  ġimali  Azərbaycanda 

baĢ verən hadisələr barədə ögey qardaĢı Hacıbala Məmmədyarovun 

Ġrana  tez-tez  gəlib  gedən  tanıĢları  vasitəsilə  xəbərdar  olurdu.  ġah 

rejiminə  uyğunlaĢa  bilməyən  Əli  bəy  Hacıağa  Ġbrahim  oğlunun 

köməkliyi ilə 1922-ci ildə Vətənə qayıtmıĢdı... 

Vaxtıilə  onun  köməkçisi  olmuĢ  M.C.  Bağırov  Azərbaycan 

SSR  FK-nın  sədri  və  xalq  daxili  iĢlər  komissarı  təyin  edildikdən 

sonra  1922-ci  ildə  Əli  bəyin  Vətənə  qayıtmasına  kömək  etmiĢdi. 

M.C. Bağırov Əli  bəy  Zizikskinin Qubada üzə  çıxmasaı  və  Bakıda 

yaĢaması  üçün  qanuni  sənədlər  düzəltmiĢdi.  Beləliklə,  Ə.  Zizikski 

leqal imkan əldə etmiĢdi. Lakin Ə. Zizikskini M.C. Bağırov da həbs 

olunmaqdan xilas edə bilməmiĢdi. O, Əli bəyi yalnız 1928-ci ilədək 

müdafiə  edə  bilmiĢdi  və  Azərbaycan  Cümhuriyyətinin  digər  gör-

kəmli xadimləri kimi onu da həbs etmiĢdilər. Bu, belə baĢ vermiĢdi. 



 

365 


...Əli bəy Bakıda Köhnə Qəbristanlıq küçəsi, 79 nömrəli evdə 

ailəsi ilə birlikdə yaĢayır və Ģəxsi mülkünü kirayiyə verməklə dola-

nırdı. 1927-ci ilin axırlarında M.C. Bağırovun göndərdiyi adam Əli 

bəyə xəbər verdiki, onun baĢı üzərində qara buludlar sıxlaĢmaqdadır 

və  yüksək  vəzifədə  çalıĢan  A.  Mikoyan  onunla  ciddi  maraqlanır. 

Təcili  Bakıdan  getsin.  Bu  xəbərdarlıqdan  sonra  Əli  bəy  Zizikski 

hara  gedəcəyi  barədə  götür-qoy  etməyə  və  hazırlaĢmağa  baĢladı. 

Təzədən Ġrana qayıda bilməzdi, orada Ģah rejimi (fars Pəhləvilər) tə-

rəfindən azərbaycanlılara qarĢı aparılan ifrat millətçi siyasətinə görə 

Rusiyada yaĢaya bilməzdi, oranın psixologiyasına, həyat tərzinə və 

dini  mənsubluğuna  görə,  Türkiyəyə  getməyi  qərarlaĢdırdı...Bu  fik-

rini  bacıları  Umra  xanıma  və  Sona  xanıma,  həyat  yoldaĢı  Fatma 

xanıma bildirdikdən sonra vaxt  itirmədən ev  əĢyalarını sataraq  yol 

pulu və sənədlər hazırlamıĢdı. 

SərniĢin gəmisində ailə üzvləri buraxılıĢ məntəqəsindən keçsə 

də, onu özünü gözlərinə qara eynək taxmıĢ 4 nəfər hündürboy Azər-

baycan  DSĠ  əməkdaĢı  həbs  edib,  qollarına  qandal  vuraraq,  öz  ida-

rələrinə gətirmiĢdilər. Əli bəyi fikir götürmüĢdü ki, Türkiyəyə gedə 

biləcəyini bacıları və həyat yoldaĢından baĢqa heç kəs bilmirdi... 

DSĠ  əməkdaĢları,  baĢ  müstəntiq  Andrey  Andreyev  və  müs-

təntiq  AĢot Sumbatyan Əli bəylə pis və amansız  rəftar edib onu ələ 

salır, keçmiĢini təhqir esdir, rezin dəyənəklə döyür, vaxtı ilə Qubada 

ermənilərin “qəhrəmanı” Amazaspın qoĢunlarını darmadağın etdiyi-

ni,    Bakı  üzərinə  Xırdalana  qədər  yürüĢünü  və  s-ni  xatırlayırdı... 

Sorğu-sualı əl-qolu bağlı Əli bəyin üzünə siqaret üfürə-üfürə aparan 

A. Sumbatyan və A. Andreyev bu mərd Ģəxsin yenilməzliyi və cəsa-

rətli cavabları qarĢısında mat qalmıĢdılar. Onu millətçilikdə günah-

landırırdılar.  Əli  bəyə  dostu,  Gəncənin  general-qubernatoru  Xu-

dadat  bəy  Rəfibəyliyə  böhtan  dolu  yazılmıĢ  kağıza  qol  çəkməsini, 

əvəzində  yaxĢı  vəzifə  verəcəklərini  təklif  etmiĢdilər.  Lakin  o, 

bundan qəti imtina etmiĢdi. Odur ki, Əli bəyin dırnaqlarını da çıxar-

mıĢdılar. Rezin dəyənəklə vurulan zərbələrdən qanla dolmuĢ ağzın-

dan qan süzülsə də, o, bütün ağır iĢgəncələrə mərdliklə dözmüĢ, ona 

qarĢı irəli sürülən ittihamı qətiyyətlə rədd etmiĢ və demiĢdi:  Əgər 

günahım  varsa,  Qubadakı  meydanda  xalqın  qarĢısında  mühakimə 

edin, təqsirim hamıya əyan olsun ”. 




 

366 


1928-ci ildə Azərbaycana rəhbərlik edən Levon Mirzoyan, Əli 

Heydər  Qarayev  və  Hüseyn  Bala  Ağaverdiyev  üçlüyü  onlara  düĢ-

mən olan M.C. Bağırovu Azərbaycandan “çıxardıqdan” sonra (M.C. 

Bağırov  onların  əlindən  Tiflisə,  keçmiĢ  dostu  və  vaxtıilə  onun 

Azərbaycan FK-da müavini olmuĢ, həmin vaxt Zaqafqaziya partiya 

komitəsinin  1-ci  katibi  vəzifəsində  iĢləyən  Lavrenti  Beriyanın  ya-

nına  “qaçmıĢdı”)  Əli  bəyi  Bakıda  Çəmbərəkənddəki  həmin  evində 

həbs etmiĢdilər. Onu M.C. Bağırovun  yerinə təyin edilmiĢ, Novruz 

Rizayev  (1883-1941)  Ģəxsən  həbs  etmiĢdi.  Ə.  Zizikskini  N.  Riza-

yevin sədr olduğu Azərbaycan SSR DĠSĠ  Kollegiyasının 1928-ci  il 

6  avqust  tarixli  qərarına  əsasən  güya  “erməni  qırğını  törətmək” 

ittihamı ilə həbs etmiĢdilər... 

1928-ci  il  avqustun  ortaları  idi.  Bacısı  Umra  xanım  (1907-ci 

ildə  Zizik  kəndində  anadan  olmuĢdu.  O,  kəndin  ilk  alimlərindən 

idi...Sonralar  Azərbaycan  Tibb  Universitetini  bitirib  adlı-sanlı 

ginekolq olmuĢdu. 1987-ci ildə dünyasını dəyiĢmiĢdir) həbsxanaya 

qardaĢına növbəti dəfə çörək gətirəndə ona bildirmiĢdilərki, Əli bəy 

daha  burada  yoxdur. Haraya  aparıldığı da bəlli deyildir... 

Ə. Zizikskini 1928-ci il sentyabrın 17-də güllələmiĢdilər... Bu 

zaman  onun  ömrünün  yetkin  yaĢı  idi.  Beləliklə,  Əli  bəyi  cəmi  50 

yaĢı  olarkən  güllələmiĢdilər...(Qeyd:  Əli  bəy  Zizikskinin  ölüm 

tarixinin  dəqiq  üzə  çıxarılması  Bakı  Avrasiya  Universitetinin 

perofessoru Ə.Tahirzadəyə məxsusdur). 

Azərbaycan Ġstiqlal Hərəkatının və Azərbaycan Xalq Cümhu-

riyyətinin  görkəmli  xadimi Əli  bəy  Zizikskinin  adına Qubada küçə 

vardır... 

 

 

 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə