Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə117/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   113   114   115   116   117   118   119   120   ...   156

 

354 


Q.Qudiyevin  birinci  arvadı  inquĢ  qızı  Qalidən  Əhməd  və 

Məhəmməd  adlı  oğlanları  qalmıĢdı.  Böyük  oğlu  Əhməd  25  fevral 

1909-cu  ildə  anadan  olmuĢdu.  Onun  barəsində  məlumat  yoxdur... 

Qudiyevin ikinci arvadı fars mənĢəli qız Qəmər Solan xanım HəĢi-

mova idi. Onlar  qanuni nikaha girməklə 1912-ci il noyabrın 27-də 

Moskvada  evlənmiĢdilər.  Qali  Xasbulatova  ilə  isə  1913-cü  il 

sentyabrın 10-da Ģəriət qaydasında ayrılmıĢdılar. Q. Qudiyevin 2-ci 

arvadı  Qəmər  Solan  xanımdan  8  noyabr  1913-cü  ildə  dünyaya 

gəlmiĢ  Leyla  adlı  qızı  vardı. 

Q. Qudiyevin daha bir arvadı Tamara olmuĢdu. Bakıda həbs-

xanada  olarkən  Tamaraya  məktub  yazmıĢdı.  Məktubda  deyilirdi: 

”Kommunistlərə  özlərini  göstərmək  və  vahimə  yaratmaq  üçün  iri  

fiqurlar lazımdır. Deyə bilərəm ki, mənim heç bir günahım yoxdur. 

XahiĢ  edirəm,  təcili  uĢaqlarla  Moskvaya,  atanın  yanına  yola  düĢ, 

oradan isə Parisə - qardaĢının yanına, lakin bu zaman inquĢlar olan 

yerdən  və  böyük  oğlum  Əhməddən  ayırma.  Bir  yerdə  onlar  üçün 

asan olacaq. Ümid edirəm, bu amansız, qanunsuz əsr və  repressiya 

baĢa çatacaq”. 

Tamara ərinin vədinə əməl etmiĢ, tezliklə  Moskvaya getmiĢ-

di. Orada uĢaqları Rusiya Dövlət Dumasının sabiq deputatının arva-

dı  Qolovinanın  malikanəsində  yerləĢdirmiĢdi.  Həmin  il  o,  Parisə, 

qardaĢının yanına gedə bilmiĢ, 1924-cü ildə isə 3  uĢağını da  yanına  

aparmıĢdı... 

Q.  Qudiyevin  oğlanlarından  biri,  Aslan  bəy  Qudiyev  Ġkinci 

Dünya  müharibəsi  (1941-1945)  dövründə  general  ġarl  De-Qollun 

baĢçılıq  etdiyi  “Azad  Fransa”  hərəkatının  gəal  iĢtirakçısı  olmuĢdu. 

Onun uĢaqları yox idi. Özü Parisdə müsəlman qəbirstanlığında dəfn 

olunmuĢdu.Q.Qudiyevin  fars  mənĢəli  arvadı  Qəmər  xanım 

Solandan olmuĢ qızı Leyla isə Moskvaya,Qudiyevlərin yeznələrinin 

yanına qayıtmıĢdı... 

Böyük M.Ə. Rəsulzadə özünün  “Azərbaycan Cümhuriyyəti” 

kitabında Quda Qudiyevi  “Ġstiqlal ġəhidi” adlandırmıĢdır (Kitabda 

tərcümə  səhvi  üzündən  Qudiyev  Bakı  valisi    Hadıyev  kimi 

yazılmıĢdır. ġübhəsiz , bu, Hadıyev deyil, Qudiyevdir...). 

 

 



 

355 


 

 

POLİSMEYSTERLƏR 

 

 

 



 

İSMAYIL  xan  ZİYADXANOV 

(1880-1920) 

 

Ġsmayıl  xan    Əbülfət  xan  oğlu 



Ziyadxanov  (Ziyadxanlı)  Gəncə  xanı 

Cavad  xanın  nəvəsi,  Azərbaycan  Xalq 

Cümhuriyyətinin görkəmli xadimlərin-

dən  biridir.  O,  15  avqust  1867-ci  ildə 

Gəncə  Ģəhərində  anadan  olmuĢdu. 

Moskva  Universitetinin  hüquq  fakul-

təsini bitirmiĢdi. Rusiya Birinci Dövlət 

Dumasına  Azərbaycandan  deputat 

seçilmiĢdi.  Ġ.  Ziyadxanov  ermənilərin 

Azərbaycanda  ən  qorxduğu  adamlar-

dan idi... 1918-ci ilin martında ġamaxı 

qəzasındakı  soyqrımın  səbəbkarı  daĢ-

nak  Stepan  Lalayanın  quldur  dəstələrini  Ġsmayıl  xan  Ziyadxanlının 

baĢçılıq  etdiyi  300  nəfərlik  süvari  alayı  darmadağın  etmiĢdi.  Bəd-

nam Stepan ġaumyan Ġsmayıl xanı Rusiya üçün  ən təhlükəli adam 

adlandırırdı... 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  podpolkovnik  rüt-

bəsində olan Ġsmayıl xan Ziyadxanov Gəncənin  polismeysteri  iĢlə-

diyi dövrdə Dağlıq Qarabağdakı mənfur daĢnaklardan bir qrupunun 

həbs edilərək Gəncəyə gətirilməsini həyata keçirənlərdən olmuĢdu... 

F.  Xoyskinin  2-ci  hökumət  kabinetində  Ġsmayıl  xan    Ziyadxanov  

hərbi    iĢlər  üzrə  müvəkkil  idi.  1919-cu  ildə  Ġrana  diplomatik  iĢə 

göndərilmiĢ Ġsmayıl xanı bolĢeviklər Azərbaycanda sovet hakimiy-

yəti qurulandan cəmi bir gün sonra həbs  etmiĢdilər. 




 

356 


Ġsmayıl xan Ziyadxanlının sağ qalmıĢ oğlu Cavad ağa söylə-

miĢdir  ki,  atamı  Gəncə  üsyanı    (24  may  -  4  iyun  1920-ci  il) 

ərəfəsində Bakıda, yeznəsi Kamil Səfərəliyevin evində həbs etmiĢ-

dilər. Tarixi ədəbiyyatlardakı faktlar gösrərir ki, Ġsmayıl xan Ziyad-

xanovu məhkəməsiz 11-ci ordunun Siyasi Ġdarəsinin Xüsusi Söbəsi-

nin  rəisi,  Azərbaycan  xalqının  qəddar  düĢməni  Semyon  Pankra-

tovun  əmri  ilə  1920-ci  il  iyun  ayının  6-da  görkəmli  ziyalılarımızın 

və  hərbçilərimizin  daxil  olduğu  79  nəfərin  içərisində  (onların 

arasında  Gəncənin  general-qubernatoru  Xudadat  bəy  Rəfibəyli, 

Azərbaycan Ordusunun BaĢ Qərargah rəisi, general-leytenant Məm-

məd  bəy  Sulkeviç,  general-mayor,  Ģahzadə  Məhəmməd  Mirzə 

Qacar, polkovnik Ġsgəndər bəy Seyfulin, milyonçu Murtuza Muxta-

rov,  Milli  Ordunun  generalı  Həbib  bəy  Səlimov  və  baĢqaları  da 

vardı) “ölüm adası” adlandırılan Nargin cəzirəsində (Bakının yaxın-

lığındakı Böyük Zirə adası) güllələnmiĢdi...Böyük M.Ə. Rəsulzadə 

özünün  yazdığı “Azərbaycan Cümhuriyyəti” kitabında  Ġsmayıl xan 

Ziyadxanlını “Ġstiqlal ġəhidi” adlandırmıĢdır... 

 

 



 

RÜSTƏM bəy MİRZƏYEV 

(1860-1920) 

 

Rüstəm bəy Hidayət bəy oğlu Mirzəyev (Mirzəzadə) 1860-cı 

ildə Gəncə Ģəhərində Zərrabi məhəlləsində anadan olmuĢdu. Ġbtidai 

təhsilini qardaĢı Aslan (Astan) bəy kimi (o, sonralar tanınmıĢ müsa-

vatçı  olmuĢdu..)  Gəncə  Ģəhər  Gimnaziyasında  almıĢ,  sonra  hüquq 

təhsilinə  yiyələnmiĢdi...  Gəncədə  N.Yusifbəylinin  rəhbərlik  etdiyi 

“Türk ədəmi Mərkəziyyət” firqəsinə, sonra isə “Müsavat” partiyası-

na daxil olmuĢdu... 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  bir  hüquqĢünas 

kadr olaraq 1918-ci il sentyabrından Bakı Polismeysterliyində döv-

lət  qulluqçusu  kimi  xidmətə  girmiĢdi...  Azərbaycan    hökumətinin 

qərarı  və  daxili  iĢlər  naziri  N.Yusifbəylinin  23  iyun  1919-cu  il 

tarixli əmri ilə Rüstəm bəy Mirzəyev (4-cü dərəcə üzrə əmək haqqı 

2.300 manat olmaqla) Bakı Ģəhərinin polismeysteri vəzifəsinə təyin 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə