Kərimov Tofiq Mirzə oglu


POLİSMEYSTERLƏRİN KÖMƏKÇİLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə125/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   121   122   123   124   125   126   127   128   ...   156

 

379 


 

POLİSMEYSTERLƏRİN KÖMƏKÇİLƏRİ 

 

 



 

 

MEHRƏLİ bəy FƏRZƏLİBƏYOV 

(1878-1942) 

 

Mehrəli  bəy  Murtuzaqulu 



(Mürsəlqulu)  bəy  oğlu  Fərzəlibə-

yov  1878-ci  ildə  ġuĢa  Ģəhərində 

əsilli  ailədə  anadan  olmuĢdu.  ġə-

hər  real  məktəbini  bitirmiĢdi... 

”Müsavat”  partiyasına  daxil  ol-

muĢdu...  Azərbaycan  Xalq  Cüm-

huriyyəti  dövründə,  1918-ci  ildən 

polis orqanlarında xidmətə girmiĢ-

di.O cümlədən 1919-1920-ci illər-

də  Bakı  Polismeysterliyində  baĢ 

polis  qulluqçusu,  Bakı  Ģəhərinin 

polismeysteri  Rüstəm  bəy  Mirzə-

yevin (5-ci dərəcə üzrə ayda 1800 

manat  əmək  haqqı  ilə)  böyük 

köməkçisi  vəzifəsində  çalıĢmıĢdı  (Qeyd:  1919-cu  ildə  Bakı  polis-

meysteri  ayda  2.300  manat,  onun  böyük  köməkçisi  isə  1800  manat 

məvacib alırdı...) YaxĢı fəaliyyətinə görə Azərbaycan Cümhuriyyəti 

daxili iĢlər nazirinin əvəzi  ġəfi bəy Rüstəmbəylinin 14 mart 1920-

ci  il  tarixli  45  nömrəli  əmri  ilə  ġamaxı  qəzasının  rəisi  Səlim  bəy 

AğakiĢibəyov tutduğu vəzifəsindən azad olunub Quba qəzasına rəis 

göndərilində,  onun    yerinə    Mehrəli    bəy    Fərzəlibəyov    tövsiyə 

olunmuĢdu... 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  Mehrəli 

bəy  Fərzəlibəyov  da  XDĠK-in  11  may  1920-ci  il  tarixli  əmrilə  tut-

duğu vəzifəsindən azad olunmuĢdu. Bir müddət ona toxunmamıĢdı-



 

380 


lar...Lakin  otuzuncu  illərin  repressiya  dalğası  ondanda  yan 

keçməmiĢ,  məhz  AXC-nin  keçmiĢ  polis  məmuru  olduğuna  görə 

təqiblərə  məruz qalmıĢ, 1942-ci  ildə  həbs  olunmuĢdu... 

 

 



 

MƏNSUR bəy ŞIXLINSKİ 

(1892-1920) 

 

Mənsur  bəy  Hüseyn  bəy  oğlu  ġıxlınski  1892-ci  ildə  Qazax 



qəzasının Ġkinci ġıxlı kəndində anadan olmuĢdu. O, Qori Müəllim-

lər Seminariyasını bitirmiĢ, bir müddət pedaqoji fəaliyyətlə məĢğul 

olmuĢdu... 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə,  Bakıya  gəlmiĢ  və 

Bakı Polismeysterliyində qilluğa girmiĢdi. Əvvəlcə kiçik polis mə-

muru (onun köməkçiləri Velyamin Naydel və Mirhəmid bəy TalıĢ-

xanov  idi)  vəsifəsində  xidmət  aparmıĢdı.  Tədricən  xidməti  pillədə 

yüksəlmiĢdi. Mənsur bəy qanunların, ictimai asayiĢin qorunmasında 

və  cinayətkarlıqla  mübarizədə  qətiyyətilə  fərqlənirdi.  Odurki,  Bakı 

Ģəhərinin  polismeysteri  Rüstəm  bəy  Mirzəyevin  böyük  köməkçisi 

(1-ci  müavini)  təiyn  edilmiĢdi.  Ondan  əvvəl  bu  vəzifədə  Mehrəli 

bəy Fərzəlibəyov çalıĢırdı. Lakin M.Fərzəlibəyovu 1920-ci il martın 

14-də  ġamaxı qəzasının rəis əvəzi təyin etdikləri üçün həmin tarix-

dən  xidməti  vəzifədə  irəli  çəkilməklə  məhz  Mənsur  bəy  ġıxlınski 

onun yerinə təyin olunmuĢdu. Mənsur bəy bu vəzifədə var qüvvəsi-

ni sərf  etməklə sovet  hakimiyyəti  qurulanadək  xidmət  göstərmiĢ-

di. 

Onbirinci  ordunun  Azərbaycanı  iĢğal  etdiyi  27  aprel  1920-ci 



ildən  sonra  XDĠK  yaranmıĢdı.  Qısa  müddətdə  təcrübəli  kadr  kimi 

Mənsur  bəyi  Bakının  7-rayonunun  milis  komissarı  vəzifəsində 

saxlamıĢdılar.  Lakin  1920-ci  il  mayın  7-də  onu  keçmiĢ  Bakı 

Polismeysterinin  zabiti  kimi  həbs  etmiĢdilər.  Mənsur  bəy  XDĠK 

rəhbərliyindən  (o  zaman  Azərbaycan  SSR-in  xalq  daxili  iĢlər  ko-

missarı  əslən  Qazaxdan  olan  Həmid  Sultanov  idi)  yalnız  ailə  iĢləri 

ilə məĢğul olacağına söz verdikdən sonra həbsdən azad edilmiĢdi... 

Buna baxmayaraq, hiss edirdi ki, təqibdən yaxa qurtara bilməyəcək. 




 

381 


Odur  ki,  1920-ci  ilin  yazında  Tovuza  getmiĢ,  müəllim  vəzifəsinə 

düzəlmiĢdi.  O,  Gəncədə  keçirilən  maarif  iĢçilərinin  qurultayında 

iĢtirak  etmiĢdi.  Elə  həmin  ilin  iyulunda  Tovuz  Qəza  Fəhlə-Kəndli 

MüfəttiĢliyinin katibi seçilmiĢdi. 

Mənsur  bəyin  sonrakı  ömrü  təqiblərlə  davam  etmiĢ  və  faciə 

ilə sona yetmiĢdi. Sovet hakimiyyətinin onu bağıĢlamaq niyyəti yox 

idi.  Azərbaycan  Xalq  Cümhuriyyətinə  xidmət  göstərdiyinə  görə  və 

Gəncə üsyanı (24 may  - 4 iyun 1920) ilə əlaqədar olmaqda günah-

landırılıb  11-ci  ordunun  Gəncədə  yerləĢən,  qaniçən  M.D.Velika-

novun  komandir  olduğu  20-ci  atıcı  diviziyasının  Xüsusi  ġöbəsinin 

əməkdaĢları tərəfindən 1920-ci il oktyabrın 18-də həbs olunub məh-

kəməsiz  güllələnmiĢdi... 

 

 

 



SARI ƏLƏKBƏR 

(1885-1961) 

 

Sarı  Hacı  Ələkbər  Ġmamqulu 



oğlunun  adı  hələ  çarizm  dövründən 

“qaçaq  Sarı  Ələkbər”  adı  ilə  məĢhur 

idi.  O,  1885-ci  ildə  Gəncənin  Bağ-

banlar  (camaat  arasında  Bağmanlar 

deyilir) 

qəsəbəsində 

döğulmuĢdu. 

Deyilənə  görə  rus  çarı  Sarı  Ələkbərə 

Ģəxsi  hədiyyə  olaraq  qızılla  iĢlənmiĢ 

əsa  bağıĢlamıĢdı...Ġran  da  onu  təltif 

etmiĢdi...Sarı 

Ələkbər 


Gəncənin 

böyük  təəsübkeĢi  olmuĢdu.  Çar  döv-

ründə naməlum adamlar indiki Gəncə 

küçəsində  yaĢayan  Ģəhərin  ən  zəngin 

ailələrindən  olan  Axundovların  evinə 

(hazırda bu binada bank yerləĢir) qul-

durcasına basqın etmiĢ, ailə üzvlərini öldürmüĢdülər. Yalnız 5 yaĢlı 

Mirəli (o sonralar tanınmıĢ zooloq alim olmuĢdu) çarpayının altında 

gizləndiyindən sağ qalmıĢdı. Sarı Ələkbər uzun axtarıĢlardan sonra 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə