Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə128/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   124   125   126   127   128   129   130   131   ...   156

 

389 


 

LÜTVƏLİ bəy ZÜLQƏDƏROV 

(1881-1920) 

 

Lütvəli  (tarixi  ədəbiyyatda 



Niftəli bəy yazılır Əslində, Lütvəli 

bəydir).  Lütvəli  bəy  Mehralı  bəy 

oğlu  Zülqədərov  1881-ci  ildə 

Yelizavetpol  (indiki  Gəncə)  qu-

berniyasında  iri  mülkədar  ailə-

sində  anadan  olmuĢdur.  Lütvəli 

bəy    orta  əsrlərdə  parlamıĢ  və 

Azərbaycan  dövlətçiliyində  mü-

hüm rol oynamıĢ məĢhur Zülqədə-

rovlar adlı türk tayfalarının iri nəs-

lindən  çıxmıĢ  Ģəxs  idi.  Zülqədə-

rovlar əsasən ġəmĢəddil (ġəmĢəd-

din) 

mahalının 



(Sultanlığının) 

(1747-1819)  iri  Xılxına  kəndində, 

Tovuz  ərazisində,  Öksüzlüdə,  bir  qismi  isə  ġəmkirdə  və  Zəyəmdə  

yaĢayırdılar...  

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Lütvəli bəy əvvəlcə 

Cəbrayıl  (Karyagin.  Ġndiki  Füzuli)  qəzasının  2-ci  sahə  polisinin, 

Yelizavetpol (Gəncə) qəza polisinin 3-cü sahəsinin pristavı,  habelə 

ƏrəĢ  qəzasında  pristav  vəzifəsində  iĢləmiĢdi.  Əhalinin  böyük  hör-

mətini  qazanmıĢdı.  Lütvəli bəy  əvvəllər Peterburqda çar  II Nikola-

yın sarayında qulluq etmiĢ, imperator və imperatriça Mariya Fyodo-

rovna tərəfindən yüksək dövlət mükafatlarına layiq görülmüĢdü... 

O,  1918-ci  il  oktyabrın  12-də  daxili  iĢlər  naziri  Behbud  xan 

CavanĢirin  78  nömrəli  əmri  ilə  ġamaxı  qəzasının  müvəqqəti  rəisi 

vəzifəsinə  təyin  edilmiĢ  və  bu  vəzifədə  1919-cu  ilin  iyununadək 

xidmət göstərmiĢdi. Sonuncu tarixdə, daxili iĢlər naziri N.Yusifbəy-

linin  23  iyun  1919-cu  il  tarixli  85  nömrəli  əmri  ilə  Göyçay  qəza-

sının rəisi (1-ci dərəcə üzrə 3.000 manat əmək haqqı ilə) təyin olun-

muĢdu  (Göyçay  qəzası  çar  hökumətinin  9  dekabr  1867-ci  il  tarixli 

inzibati islahatına əsasən 1 yanvar 1868-ci ildə Bakı quberniyasının 



 

390 


tərkibində  yaradılmıĢdı.  Mərkəzi  Göyçay Ģəhəri idi.  1917-ci  ilə  aid 

mənbələrdə  Göyçaya  Alxasova  (Alxas  adlı  Ģəxsin  adıdır)  və 

Yalman da demiĢlər) rəisi vəzifəsində fəaliyyət göstərmiĢdi. Lütvəli 

(Niftəli) bəy  Zülqədərovun qəza rəisi kimi sonuncu vəzifəsi  Cavad 

qəzasında olmuĢdu. Azərbaycan Cümhuriyyətinin daxili iĢlər naziri 

M.H.  Hacınskinin  1920-ci  il 14 fevral   tarixli  488 nömrəli əmri ilə 

L.Zülqədərov  Göyçay  qəzasaının  rəisi  vəzifəsindən  azad  olunub, 

mərkəzi  Tərtər  olan  CavanĢir  qəzasının    rəisi  təyin  edilmiĢdi.          

L.  Zülqədərov  Göyçay  qəza  rəisi  vəzifəsində  1920-ci  ilin  martına-

dək  xidmət  göstərmiĢdi.  1920-ci  il  martın  19-da  daxili  iĢlər  naziri 

M.Vəkilovun  əmri  ilə  Lütvəli  bəy  CavanĢir  qəzasının  rəisi  vəzifə-

sindən  azad  olunmuĢ,  onun    yerinə  Mustafa  bəy  Qabulov  təyin 

edilmiĢdi...  

...Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lütvəli 

bəy    Gəncədə  yaĢayırdı.  O,  1920-ci  il  Gəncə  üsyanında  (24  may-4 

iyun)  iĢğalçı  XI  orduya  qarĢı  yerli  əhalinin  sırasında  axıradək 

vuruĢmuĢdu.  Üsyan  yatırıldıqdan  sonra  Türkiyədən  ona  Gəncədən 

çıxıb  oraya  gəlmək  təklif  olunmuĢdu.  Lakin  lütvəli  bəy  buna  razı 

olmamıĢdı  və  rus  –  bolĢeviklər  onu  tutub  elə  1920-ci  ilin  iyun 

ayında güllələmiĢlər. Bundan sonra onunailəsi və nəsli də repressi-

yaya məruz qalmıĢdı. Zülqədərovlar təqibdən  yaxa qurtarmaq üçün 

Mehralıyev soyadını qəbul etmiĢdilər.  

Lütvəli bəyin  qardaĢı  Allahyar bəy də Azərbaycanda məĢhur 

idi. O, Gəncə  Ģəhər dumasının üzvü Gəncə Quberniyasının ġəmkir 

qəzasının  rəisi  olmuĢdu.  Lakin  bolĢeviklər  tərəfindən  qızıĢdırılmıĢ 

kəndlilər  tərəfindən  evinə  basqın  nəticəsində  arvadı  Səid-Nisə 

xanım gülləylə öldürülmüĢ, özü isə tutularaq diri-diri yandırılmıĢdı.  

Lütvəli  bəyin  oğlu  Kamran  bəy  Zülqədərov  sonralar  general 

rütbəsinə  yüksəlmiĢdi.  Bekə  ki  o,  Tiflisdə  gimnaziyanı  biritdikdən 

sonra Zaqafzaziya Dəmiryol Ġnstitutuna daxil olmuĢdu. Ġnstitutudan 

sonra bu sahədə çalıĢmıĢ, Zaqafzaziya Dəmiryol nazirinin müavini, 

daha sonra Gəncə Dəmiyolunun rəisi, Gəncə Politexnik Ġnstitutunun 

ndekanı  olmuĢdu.  Lütvəli  bəyin  qızı  Sima xanım Bakıda  yaĢayırdı 

və 1996-cı ilin iyulunda hələ sağ idi... 

 

 



 

391 


MƏMMƏD bəy SÜLEYMANBƏYOV 

 

Məmməd  bəy  Süleymanbəyov  Ġrəvan  quberniyasında  əsilli 



ailədə anadan olmuĢdu. Ali təhsilli hüquqĢünas idi. 1918-ci ildə Ba-

kıya köçmüĢdü. Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyi siste-

mində müstəntiq vəzifəsində iĢə düzəlmiĢdi. Onu 1919-cu ilin payı-

zında  təcrübəli  müstəntiq  kimi  DĠN  sahəsində  iĢləməyə  dəvət 

etmiĢdilər. Bununla əlaqədar Azərbaycan Cümhuriyyəti daxili iĢlər 

nazirinin müavini, general-mayor Əliyar bəy HaĢımbəyovun imza-

sıyla  DĠN-in  adından  Ədliyyə  Nazirliyinə  8  noyabr  tarixli  10980 

nömrəli xahiĢ  məktubu yazılmıĢdı. Məktubda Ədliyyə Nazirliyinin 

Bakı  Məhkəmə  Dairəsinin  Balaxanı-Sabunçu  sahəsinin  müstəntiqi 

Məmməd  bəy  Süleymanbəyovun  tutduğu  vəzifəsindən  azad  oluna-

raq  DĠN-in  sərəncamına  göndərilməsi  xahiĢ  olunurdu.  Məktuba 

müsbət  cavab  verilmiĢ  və  Məmməd  bəy  Süleymanbəyov  tutduğu 

vəzifədən azad edilərək  Azərbaycan DĠN-in sərəncamına göndəril-

miĢdi. Azərbaycan Cümhuriyyətinin daxili iĢlər naziri N.Yusifbəy-

linin  15  noyabr  1919-cu  il  tarixli  əmri  ilə  Məmməd  bəy  Süley-

manbəyov  14  oktyabr  1919-cu  ildən  sayılmaqla  Cavad  qəzasının 

rəisi vəzifəsinə (1-ci dərəcə üzrə 3.000 manat məvaciblə) təyin edil-

miĢ və bu vəzifədə 1920-ci ilin yazınadək xidmət göstərmiĢdi... 

 

 

 



AZAD bəy QOCAMANBƏYOV 

(1860-1920) 

 

Azad bəy Ağa Sadıq bəy Qocamanbəyov 1860-cı ildə ġamaxı 



qəzasının  Məlik-Çobanlı  kəndində  məĢhur  mülkədar  ailəsində  ana-

dan  olmuĢdu.  1918-1920-ci  illərdə  ġamaxı  Qəza  Polis  Ġdarəsində 

müxtəlif məsul vəzifələrdə, o cümlədən qəza rəisi vəzifəsində iĢlə-

miĢdi.  Onun  köməkçisi  sonralar  (sovet  dövründə)  general-mayor 

rütbəsi  almıĢ,  əslən  ağsulu  olan  Tərlan  bəy  Əliyarbəyov  idi.  Azad 

bəy  1918-ci  ildə  erməni-daĢnaklarla  mübarizədə  hünərlər  gös-

tərmiĢdi...  Azad  bəy  Qocamanbəyov  1920-ci  ilin  fevralında  ġama-

xıda 60 yaĢında vəfat  etmiĢ və Laləzar qəbristanlığında dəfn olun-

muĢdur. 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə