Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə111/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   107   108   109   110   111   112   113   114   ...   156

 

336 


və o, yenidən dəfələrlə keçmiĢdə general-qubernator və bəy nəslin-

dən  olduğuna  görə  həbs  olunmuĢ,  buraxılmıĢdı...  Azərbaycan  SSR 

Ali Ġnqilabi Tribunalının hökmünün icrası olaraq FK-nın əməkdaĢı, 

komissar  Nersesov  1920-ci  il  sentyabrın  19-da  733  saylı  orderlə 

Bakıda onu həbs edib, Bayıl həbsxanasına salmıĢdı... 

C.  Məlik-Yeqanov  sovet  hakimiyyəti  illərində  tikinti  trestin-

də, əmək birjasında çalıĢmıĢ, Azərbaycan SSR Xalq  Əmək Komis-

sarlığında  Qaçqınlar  ġöbəsinin  rəisi,1927-1928-ci  illərdə  Neft  

Məhsulları    SatıĢı    Ġdarəsinin    rəisi  vəzifəsində  iĢləmiĢdi.  1931-ci 

ildə “Gizli Müsavat” partiyasının üzvü ittihamı ilə həbs olunmuĢ və 

10  il  müddətinə  uzaq  Ģimala  sürgün  edilmiĢdi.  Onun  sürgündə  nə 

kimi  dəhĢətli  əzablara  düçar  olduğu  1934-1937-ci  illərdə  Kareliya-

dan,1935-ci  ildə  Komi  (Ural)  Ģəhərindən  arvadı  Məryəm  xanım 

Teymur  bəy  qızı  Bayraməlibəyovaya  (4  aprel  1898,  Lənkəran  -

1988,  Bakı,  90  yaĢ)  yazdığı  məktublardan  bilinirdi.  Cavad  bəy 

1935-ci  ildə  Komi  Ģəhərindən  Məryəm  xanıma  göndərdiyi  mək-

tubda  yazırdı:  ”...Sən  çox  yaxĢı  bilirsən  ki,  mən  Vətənimi  -  Azər-

baycanımı, xalqımı nə qədər sevirəm, hər Ģeydən üstün  tuturam  və  

hətta canımı  onlara  qurban  verirəm...”. 

C.  Məlik-Yeqanov  hələ  Lənkəranda  iĢləyərkən  Məryəm  xa-

nımla ailə qurmuĢdu. Onların  Azarya, Təlalə və Asiman adlı 3 öv-

ladı dünyay gəlmĢdi. Cavad  bəyin  həyat yoldaĢı  Məryəm  xanım 

ilk maarifçi qadınlarımızdan idi. Onu da 1937-ci il noyabrın 14-də 

həbs  edib  Ģimala  -  uzaq  Arxangelsk  Ģəhərinə    sürgün    etmiĢdilər. 

Zavallı  qadın  düz  19    ildən    sonra  Bakıya  qayıda  bilmiĢdi.  Bu  za-

man o artıq Ģikəst idi, dah gözləri görmürdü, dünya  iĢığına  həsrət 

idi.  Məryəm  xanım  1988-ci  il  dekabrın  2-də  həyatdan  köçmüĢdü. 

Əri Cavad bəy Məlik-Yeqanov isə ondan düz 45 il qabaq, 1942-ci il 

mayın  18-də  64  yaĢında  sürgündə  -  Kareliya  MSSR-in  Keme 

Ģəhərində, Medvejskaya Qori Ģəhərində ürək partalamasından vəfat 

etmiĢdi...Cavad bəy Məlik-Yeqanova ölümündən yalnız 17 il  sonra

1959-cu  ildə  bəraət  verilmiĢdi. 

 

 

   




 

337 


ƏBDÜL SƏMƏD bəy CƏMİLLİNSKİ 

(1892 – 1937) 

 

Əbdül  Səməd  bəy  (ağa)  Cə-



mil  ağa  (bəy)  oğlu  Cəmillinski 

1892-ci  ildə  Qarabağda,  CavanĢir 

qəzasının  (mərkəzi  Tərtər  idi)  Cə-

milli  kəndində  əsilzadə  ailədə  ana-

dan  olmuĢdu...  (Bəzi  tarixi  ədəbiy-

yatda  və  internet  məlumatında  Cə-

millinskinin  atasının  adının    Cəlal 

bəy olduğu bildirilir. Lakin bu, düz-

gün  deyildir.  Əbdül  Səməd  bəyin 

(ağanın)  atasına  babası  Cəmil  ağa-

nın  adı  qoyulmuĢdu.  Odur  ki,  Əb-

dül Səməd bəy Cəlal bəy oğlu yox, 

Cəmil  bəy  (ağa)  oğludur).  Əbdül 

Səməd  bəy  görkəmli  Azərbaycan 

Ģairəsi  XurĢudbanu  Natəvanın  qız 

nəvəsi idi. O, X. Natəvanın ikinci əri, ĢuĢalı Seyid Hüseyndən olan 

qızı Həcər bəyimin oğlu idi. Belə ki, Cəmil bəy Cəmillinski Həcər  

bəyimlə  (1869)  ailə  qurmuĢ və bu ailəlikdən onun 4 övladı, 3 oğlu 

və  1  qızı  dünyaya  gəlmiĢdi.  Oğlanların  adı  Əbdül  Səməd  bəy,  Kə-

nan bəy (onu daha çox “KəniĢ bəy”, ”GeniĢ bəy”  deyə çağırırdılar), 

Məhəmməd bəy, qızın adı  isə  Zərəngiz xanım  idi. 

”KəniĢ  bəy”  BaxıĢ  bəy  Qalabəyovun  qızı  Zivər  xanımla  ev-

lənmiĢdi. Bu evlilikdən Tubər xanım və Sara xanım adlı qızları dün-

yaya    gəlmiĢdi.  ”KəniĢ  bəy”  özündən  2  yaĢ  böyük  qardaĢı  Əbdül 

Səməd bəy kimi sovet dövründə repressiyanın qurbanı olmuĢdu. O, 

1937-ci ildə həbs edilərək, 16 noyabr da, 43 yaĢında güllələnmiĢdi... 

Əbdül  Səməd  bəyin  digər  qardaĢı  Məmməd  bəy  evlənməmiĢdi  və 

uĢağıda  olmayıb...  Bacısı  Zərəngiz  xanım isə  Məhəmməd  bəy  Nə-

cəfqulu  oğlu  Qalabəyov  ilə  ailə  qurmuĢdu.  Bu  izdivacdan  Yeganə  

adlı  bir  qızları  dünyaya  gəlmiĢdi. 

Beləliklə,  Səməd  bəy  X.  Natəvanın  birinci  əri,  knyaz    Xasay 

xan  Usmiyevdən  olan  qızı,  naxçıvanlı  -  Kəngərli  polkovnik  Əmə-




 

338 


nulla xana ərə getmiĢ qızı Xanbikənin oğlu, Azərbaycan Xalq Cüm-

huriyyəti  dövründə  Araz-Türk  Cümhuriyyətinin  baĢçılarından  biri, 

Cənub-Qərbi  Azərbaycan  (Naxçıvan)  general-qubernatoru  və  Lən-

kəran  qəzasında  DĠN-in Xüsusi  Səlahiyyətli müvəkkili  vəzifələ-

rində çalıĢmıĢ Bəhram xan Naxçıvanskinin xalası oğluydu (ögey). 

Səməd  bəy ixtisasca hüquqĢünas idi, Sankt-Peterburq Univer-

sitetini  bitirmiĢdi... Sonra  hərbi xidmətə cəlb olunmuĢdu...Polkovnik 

rütbəsi vardı... Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda onun xid-

mətinə keçmiĢdi. 1919-cu ilin avqustunda Azərbaycan Cümhuriyyəti 

hökumətinin qərarı ilə o Bakıdan Naxçıvana - Cənub-Qərbi Azərbay-

canın  (Naxçıvan)  general-qubernatoru    vəzifəsinə  göndərilmiĢdi.   

Ə.S. Cəmillinski, bu vəzifədə Azərbaycan Cümhuriyyəti daxili iĢlər 

nazirinin müavini vəsifəsinə irəli çəkilmiĢ general-mayor  Əliyar bəy 

HaĢımbəyovu əvəz etmiĢdi. Əbdül Səməd bəy Cəmillinski o zaman  

Naxçıvan bölgəsində mürəkkəb və çətin problemlərin hökm sürdüyü 

bir  Ģəraitdə  xidmət  göstərmiĢdi...  Ə.S.Cəmillinski  Naxçıvan  Milli  

ġurasının    üzvü  idi...  General-qubernator  Ə.S.  Cəmillinski  Behbud  

ağa    ġahtaxtlının  (1881-Naxçıvan,  30.05.1924,  Tiflis)  baĢçılığı  ilə 

Qaçqınlar  Komitəsi  təsis  etmiĢdi...Ə.S.Cəmillinski  Cənub-Qərbi 

Azərbaycan (Naxçıvan) general-qubernatoru vəzifəsində 1920-ci ilin 

martınadək fəaliyyət göstərilmiĢ və sonuncu  tarixdən geriyə, Bakıya, 

DĠN-in  sərəncamına çağırılmıĢdı... 

Əbdül   Səməd bəyin 2  övladı vardı: oğlunun  adı  Cəmil  bəy, 

qızının  adı  isə  Həcər  xanım  idi.  Hər  ikisinə  valideynlərinin  adını 

vermiĢdi... 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  polkov-

nik  Əbdül  Səməd  bəy  Cəmillinski  xaricə  mühacirət  etməyib,  Və-

tənində  qalmıĢdı.  Hərcənd,  onu    nə  gözlədiyini    yaxĢı  bilirdi...  Bir 

müddət “sakit” keçsə də, onun keçmiĢini unutmamıĢdılar. Ə.S. Cə-

millinski məhz keçmiĢdə Azərbaycan Xalq Cümhuriyyətinə xidmət  

göstərdiyi  üçün  otuzuncu  illərdə  repressiyaya  məruz  qalmıĢ  və 

1937-ci ildə həbs olunmuĢdu. Əbdül Səməd bəy  Cəmillinski 1937-

ci il noyabrın 7-dən 8-nə keçən gecə 45 yaĢında güllələnmiĢdi... O, 

həmin gecə cəmi güllələn 127 nəfərin içərisində 1-ci idi... 

 

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə