272
may 1918-15 dekabr 1918) nəqliyyat, poçt və teleqraf naziri vəzifə-
sinə təyin edilmiĢdi. Hökumət baĢçısı Ə.Çermoyevin rəhbərlik etdiyi
Qafqaz Dağlılar Birliyinin nümayəndə heyəti 1918-ci il noyabrın
sonunda Bakıya gələndə, Azərbaycan Cümhuriyyəti hökuməti ilə bir
sıra müqavilələr imzalanan zaman müqavilələrdən birinə nəqliyyat,
poçt və teleqraf naziri kimi Ġ. Heydərov qol çəkmiĢdi.
1918-ci il dekabrın 15-də Dağıstanın Ġttifaq ġurası (Qafqazın
Dağlı Xalqlarının Birliyi Cəmiyyətinin Parlamenti) təsis olundu.
ġura Ə. Çermoyevin istefasını qəbul etdi. Yeni hökumətin təĢkili
daxili iĢlər naziri PĢimaxo Kotsevə həvalə olundu. P. Kotsevin yeni
hökumət kabinetində (15 dekabr 1918-23 mart 1919) Ġ. Heydərova
yollar naziri vəzifəsi verilmiĢdi.
Ġbrahim bəy Heydərov 1919-cu ilin yazında Fransanın paytax-
tı Parisdə keçirilən beynəlxalq Sülh Konfransında Avropa dövlətləri
ilə danıĢıqlar aparmaq üçün Dağıstandan göndərilən nümayəndə
heyətinin tərkibində idi... Payızda oradan geri qayıdanda artıq gene-
ral Denikin Dağıstanı tutmuĢdu. Ġ. Heydərov əldə silah denikinçilərə
qarĢı vuruĢmuĢdu...
1920-ci ilin əvvəllərində 11-ci ordu Dağıstanı denikinçilərdən
təmizlədikdən və orada sovet hakimiyyəti qurulduqdan sonra
Ġ. Heydərov Bakıya gəlmiĢdi. Burada ictimai-siyasi, habelə mədəni
tədbirlərdə fəal iĢtirak edərək,”Əhrar” partiyasının üzvü Ağa Kərim
Əminovla (1888,Bakı- 1921, Bakı) birlikdə xeyriyyə konsertlərinin,
teatr tamaĢalarının, həmçinin Üzeyr bəy Hacıbəylinin (18 sentyabr
1885, ġuĢa qəzasının Ağcabədi kəndi - 23 noyabr 1948, Bakı)
“Leyli və Məcnun” operasının, habelə “Azərbaycan gecələri”nin
təĢkilində fəal iĢtirak etmiĢdi.
1920-ci ilin əvvəlində Ġbrahim bəy Heydərovu çətin bir
sahəyə, yeni bir məsul vəzifəyə təyin etmiĢdilər. Belə ki, o, Azər-
baycan hökumətinin qərarı ilə 1920-ci il yanvarın 6-da Azərbaycan
Cümhuriyyəti daxili iĢlər nazirinin müavini vəzifəsinə təyin edil-
miĢdi. Həmin vaxt daxili iĢlər naziri Məhəmməd Həsən Hacınski
idi. Hərtərəfli, təcrübəli, peĢəkar kadr olan Ġbrahim bəy Heydərov
daxili iĢlər nazirinin müavini vəzifəsində 1920-ci il martın 10-dək
fəaliyyət göstərmiĢ, bu vəzifədə həmin sahənin inkiĢafı üçün, o
273
cümlədən respublikada ictimai asayiĢin mühafizəsi və cinayətkar-
lıqla mübarizədə var qüvvəsini sərf etmiĢdi...
... Daxili iĢlər nazirinin müavini Ġbrahim bəy Heydərovun
1920-ci il yanvarın 23-də Bakıdan Qarabağ General-Qubernatorlu-
ğuna məxfi qrif altında göndərdiyi teleqramda deyilirdi:
”ġuĢa. Hüseyn bəy Mahmudbəyova. Səlim bəyə çatdırınki,
(rotmistr Səlim bəy Qarabağdakı kürd süvari divizionunun
komandiri idi) Xəlil paĢa Xosrov bəy Sultanovun sərəncamında
olmasını əmr edir. Nömrə 423.
Daxili iĢlər naziri əvəzi Heydərov”.
Bir gün sonra, yanvarın 24-də Xəlil paĢanın bu gün axĢam
qatarla ġuĢaya salınacağını, onun üçün Yevlax stansiyasına
avtomobil göndərməyi əmr edirdi .
...Daxili iĢlər nazirinin müavini Ġbrahim bəy Heydərov türk
generalı Xəlil paĢanın Azərbaycandakı fəaliyyətindən...xəbərdar idi.
Azərbaycanın istiqlal fədailərindən biri Ġsa bəy AĢurbəyli (1878-
1938) bir çox milli təəssübkeĢlərimiz kimi otuzuncu illərdə həbs
olunduqdan sonra XDĠK-in müstəntiqinə verdiyi ifadələrində Ġb-
rahim bəy Heydərovun kommunistlərlə “əməkdaĢlığı”nı bildirmiĢdi.
Bu, general Mustafa Faruq Nuru paĢa ilə əlaqədardı.Belə ki,
bolĢeviklər tərəfindən Batumda həbs edilmiĢ Nuru paĢanı xilas et-
mək lazım idi. Ġ. Heydərov və silahdaĢları Nuru paĢanın xilasını çə-
tinliklə də olsa təĢkil etməyi bacarmıĢ (bu iĢi əslən göyçaylı, Azər-
baycan Parlamentinin üzvü Yusif Yaqub oğlu Əhmədov (Əhməd-
zadə). Otuzuncu illərdə repressiyaya məruz qalmıĢ, həbs olunaraq,
1938-ci il iyulun 26-da güllələnmiĢdi) və onu azad etdirib Bakıya
gətirmiĢdi. Bakıda sabiq daxili iĢlər naziri Behbud xan CavanĢirin
yanında Nuru paĢa, Həmid Sultanov, Əli Heydər Qarayev, Ġbrahim
bəy Heydərov, Ġsa bəy AĢurbəyli və Zaqafqaziya Diyar Komitəsi
nümayəndəsinin iĢtirakı ilə yığıncaq olmuĢdu. Ġclasda qəbul edilən
qərara əsasən Nuru paĢa təhlükəsizlik nöqteyi-nəzərdən daha etibar-
lı hesab olunan Dağıstana yola salınmıĢdı...Sonra onun ardınca Tür-
kiyədən general Xəlil paĢa da Bakıya gəlmiĢdi...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Ġ. Heydə-
rov lazımlı bir mütəxəssis kimi Azərbaycan SSR yollar, poçt və te-
leqraf naziri Cəmil bəy Vəzirovun (1886, ġuĢa qəzası, Zümürxaç
274
kəndi - 1943, Oryol Ģəhəri, Rusiya) müavini təyin edilmiĢdi. Ancaq
heç bir ay keçməmiĢdi ki, Azərbaycan FK tərəfindən həbs olunmuĢ-
du. Onu Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin həbsdə yatan
görkəmli xadimlərinin azad olunmasına yardım göstərməsində suç-
layırdılar. Ġ. Heydərov yalnız, Azərbaycan SSR XKS-in sədri, köhnə
dostu N. Nərimanovun iĢə qarıĢmasından sonra 1920-ci ilin sonunda
həbsdən azad edilmiĢ və daha Bakıda qalmayıb Gürcüstana getmiĢdi.
Orada hələ sovet hakimiyyəti qurulmamıĢdı. MenĢevik hökuməti onu
köhnə dostu kimi səmimi qarĢılamıĢdı. Lakin 1921-ci il fevralın 25-
də Gürcüstan sovetləĢəndən sonra Ġ. Heydərov Fransaya mühacirət
etməyə məcbur olmuĢ və ailəsi ilə 1925-ci ilədək orada yaĢamıĢdı.
Ġbrahim bəy Fransada siyasi fəaliyyətlə məĢğul olaraq, xarici ölkələr-
də aparılan diaspor iĢini birləĢdirmək, Qafqaz xalqlarının azadlıq mü-
barizəsinə rəhbərlik məqsədilə Parisdə yaĢayan Ə. TopçubaĢov, Ə.
Çermoyev, Ceyhun Hacıbəyli (2 fevral 1891, ġuĢa - 22 oktyabr 1962
Paris), Heydər Bammatov (1890, Dağıstan – 1965, Fransa, milliy-
yətcə kumık idi) daxil olduğu Konfedarasiya təsis etmiĢdi.
1925-ci ildə Türkiyə hökuməti Ġbrahim bəy Heydərovu Ġstan-
bula dəvət etmiĢdi. Ġbrahim bəy Türkiyəyə köçdükdən sonra “Hey-
dəroğlu” soyadını qəbul etmiĢdi. Ġbrahim Heydəroğlu Türkiyədə
Kayseri dəmir yolu xəttində, Türkiyənin Yollar Nazirliyində və axı-
rıncı iĢ yeri olan AbadlaĢdırma Nazirliyində müxtəlif məsul vəzifə-
lərdə çalıĢmıĢ, yüksək elmi heyətin üzvü olmuĢdu. O, 1949-cu ildə
70 yaĢında vəfat etmiĢ və Ankaradakı Cəbəçi məzarıstanlığında
dəfn olunmuĢdur...
Ġbrahim bəy Heydəroğlunun nəsil və ailəsi barədə də bir qədər
bəhs etmək yerinə düĢər. Onun nəslinin baĢçısı Hacı Osman bəy
Heydərov Dərbəndin köklü sakinlərindən idi. O, Dərbənd Ģəhərinin
də baĢçısı olmuĢdu. Hacı Qasım bəyin Nemətulla və Minətulla adlı
2 oğlu vardı. Nemətulla (4 oktyabr 1827 - 20 yanvar 1901) hərbçi
olmuĢ, çar Rusiyasının general-mayoru (1844) rütbəsinədək yüksəl-
miĢ, 3-cü dərəcəli “Müqəddəs Georgi” ordeninə layiq görülmüĢ və
Rusiyada bu ordeni alan ilk müsəlman idi. Ġkinci oğul Minətulla
bəyin 3 oğlu dünyaya gəlmiĢdi: Ġsa bəy, Musa bəy və Qasım bəy.
1822-ci il təvəllüdlü Ġsa bəy Heydərov Ġbrahim bəyin atasıydı. O,
Dostları ilə paylaş: |