266
məktəbi açılacaq, onun müdavimləri də gizirlər kimi parlaq nailiy-
yətlər əldə edəcəklər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra M. Ha-
cınski bir peĢəkar milli kadr kimi məsul vəzifələrdə çalıĢsada, onun
vaxtıilə Azərbaycan Xalq Cümhuriyyəti daxili iĢlər nazirinin müa-
vini vəzifəsində xidmət göstərdiyini unutmamıĢdılar. Azərbaycan
SSR-in cəza orqanlarının sərt baxıĢları ondanda yan keçməmiĢdi...
Yeri gəlmiĢkən, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü və 5-ci
hökumət kabinetlərində poçt və teleqraf naziri olmuĢ Camo bəy
Hacınski (14 iyun 1888, Quba - 1942,Vyatka, Sibir) M. Hacınskinin
kiçik qardaĢı idi və repressiyanın qurbanlarından biri olmuĢdur... M.
Hacınski də repressiyaya məruz qalırdı... Bu isə onun səhhətində öz
təsirini göstərmiĢdi. Xalqını ürəkdən sevən və onun istiqlalı yolunda
var qüvvəsini əsirgəməyən bu milli təəssübkeĢ Ģəxs xəstələnmiĢ,
uzun müddət yataqda yatmıĢdı...Mehdi bəy Süleyman bəy oğlu
Hacınski 1941-ci ilin iyun ayında Bakıda 62 yaĢında vəfat
etmiĢdir...
ƏLİYAR bəy HAŞIMBƏYOV
(1856 – 1920)
Əliyar bəy Mehdi bəy oğlu HaĢım-
bəyov 1856-cı il martın 8-də Bakı Ģəhərin-
də anadan olmuĢdu... Çar Rusiyası ordu-
sunda xidmət etmiĢ, 1908-ci ildə general-
mayor hərbi rütbəsinə layiq görülmüĢdü.
Qafqaz araba-karvan briqadasının koman-
diri idi. 1917-ci ildə istefaya çıxan Əliyar
bəy Azərbaycan Xalq Cümhuriyyəti ya-
randıqda könüllü olaraq onun xidmətinə
keçmiĢdi. O, əvvəlcə 1918-ci il iyununun
28-də təsis olunan Zaqatala quberniyasının
qubernatoru təyin edilmiĢ və bu vəzifədə
1919-cu il martın 16-dək iĢləmiĢdi. Ə. HaĢımbəyov Zaqatalanın 1-ci
qubernatoru olmuĢdur. Cümhuriyyət hökumətinin qərarı və daxili
267
iĢlər naziri X. Xasməmmədovun müvafiq əmri ilə general-mayor Ə.
HaĢımbəyov 1919-cu il martın 16-dan Cənub-Qərbi Azəbaycan
(Naxçıvan) general-qubernatorluğunun general-qubernatoru təyin
edilmiĢdi... Ə. HaĢımbəyov bu vəzifədə 1919-cu ilin avqustunadək
fəaliyyət göstərmiĢdi. Sonuncu tarixdən tutduğu vəzifəsindən azad
olunan general Ə. HaĢımbəyovu Azərbaycan Xalq Cümhuriyyəti
daxili iĢlər nazirinin müavini vəzifəsinə irəli çəkmiĢdilər. Ə. HaĢım-
bəyov nazir müavini kimi (o vaxt iki müavin vardı) DĠN-in in-
tendant sahəsini həyat keçirən funksioner - məmur idi. Ə. HaĢım-
bəyov DĠN-in təsərrüfat və təchizat iĢlərinin tələb olunan səviyyədə
həyata keçirilməsini təmin edən Ģəxs kimi var qüvvəsini əsirgəmir-
di. Sənədlərdən Ə. HaĢımbəyovun o zaman çox vacib strukturlardan
sayılan BaĢ Ġdarə hüquqlu DĠN-in Dəftərxanasının direktoru əvəzinə
imza atdığı da bəlli olur...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan dərhal sonra
bolĢeviklər tərəfindən həbs olunan general-mayor Ə. HaĢımbəyov
Azərbaycan SSR Ali Ġnqilabi Tribunalının 29 may 1920-ci il tarixli
hökmü ilə güllələnmiĢdi. Bu zaman onun 55 yaĢı vardı. General
Əliyar bəy HaĢımbəyov Nargin (Böyük Zirə) adasında sübutsuz və
məhkəməsiz güllələnən 79 nəfər, o cümlədən 13 nəfər yüksək rüt-
bəli azərbaycanlı hərbiçidən biri idi...Ümumiyyətlə,1920-ci il Gəncə
üsyanından (24 may - 4 iyun 1920-ci il) sonra Azərbaycan Ordusu-
nun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı və
hərbi qulluqçusu bolĢeviklər tərəfindən güllələnmiĢdi... Onların sır-
asında istiqlal fədaisi, general-mayor Əliyar bəy Mehdi bəy oğlu
HaĢımbəyovda vardı....
268
İBRAHİM bəy HEYDƏROV
(1879-1949)
Ġbrahim bəy Ġsa bəy oğlu Heydərov
(Heydəroğlu) 1879-cu il avqustun 3-də
indi Dağıstan ərazisində olan Azər-
baycanın qədim Dərbənd Ģəhərində (rus-
lar Dərbənd Ģəhərini 1806-cı ildə iĢğal et-
miĢdilər) zadəgan ailəsində dünyaya
gəlmiĢdi. Ġbrahim bəyin mənsub olduğu
soyun nümayəndələri dəfələrlə Dərbənd
Ģəhərinin baĢçıları olmuĢlar. Ġbrahim
Heydərov ilk təhsilini 1897-ci ildə Tey-
murxan ġurada (sovet dönəmində bu
Ģəhər Buynaksk adlanırdı) baĢa vurmuĢ-
du. 1907-ci ildə isə o zaman çox nüfuzlu
sayılan Sankt-Peterburq Yol Mühəndisləri Ġnstitutunu bitirmiĢdi.
Ali təhsilini baĢa vuran Ġbrahim bəy Bakıya gəlib müxtəlif
sahələrdə yol mühəndisi iĢləmiĢdi.
Ġ. Heydərov çox ağıllı və enerjili bir Ģəxs idi və bunu xalqının
tərəqqisinə sərf etməyə çalıĢırdı. O, 1907-ci ildə Bakıda “NəĢri-
Maarif” Cəmiyyətinin Ġdarə heyətinin üzvü seçilmiĢdi. Artıq cəmiy-
yətdə yetərincə nüfuzlu bir Ģəxs kimi tanınan Ġ. Heydərov 1907-ci il
oktyabrın 14-də 28 yaĢında Dağıstan Vilayəti və Zaqatala Dairəsin-
dən Rusiyanın Üçüncü Dövlət Dumasına (1907-1912) deputat seçil-
miĢ və Sankt-Peterburqa yollanmıĢdı. O, bu Ģəhərdə Podolsk küçəsi,
ev 31, mənzil 11-də yaĢayırdı.
Ġbrahgim bəy əqidəcə əvvəl sosial-demokrat idi. RSDF(b)P-
nin Dərbənd təĢkilatını Müslüm Ġsrafilov və baĢqaları ilə yaradan-
lardan biri olan Ġ. Heydərov Dumada Sosial-Demokrat (bolĢevik)
fraksiyasına daxil olmuĢdu. Lakin Dumada millətçi rus bolĢevikləri-
nin velikorus Ģovinizmi yürütdüklərini, milli azlıqların hüquqlarına
tam etinasızlıqla yanaĢdəqlarına görərək, bu partiyanı tərk etmiĢ və
3-cü sessiyada Müsəlman fraksiyasına keçmiĢdi. Ġ. Heydərov müba-
rizədən-mübarizəyə bərkiyərək, bundan sonra öz seçicilərinin ehti-
yac və tələblərini daha qəti surətdə müdafiə etməyə baĢlamıĢdı...
Dostları ilə paylaş: |