Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə88/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   84   85   86   87   88   89   90   91   ...   156

 

266 


məktəbi  açılacaq,  onun  müdavimləri  də  gizirlər  kimi  parlaq  nailiy-

yətlər əldə edəcəklər. 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  M.  Ha-

cınski bir peĢəkar milli kadr kimi məsul vəzifələrdə çalıĢsada, onun  

vaxtıilə  Azərbaycan  Xalq  Cümhuriyyəti  daxili  iĢlər  nazirinin  müa-

vini  vəzifəsində  xidmət  göstərdiyini  unutmamıĢdılar.  Azərbaycan 

SSR-in  cəza  orqanlarının  sərt  baxıĢları  ondanda  yan  keçməmiĢdi... 

Yeri  gəlmiĢkən,  Azərbaycan  Xalq  Cümhuriyyətinin    4-cü  və  5-ci 

hökumət  kabinetlərində  poçt  və  teleqraf  naziri  olmuĢ  Camo  bəy 

Hacınski (14 iyun 1888, Quba - 1942,Vyatka, Sibir) M. Hacınskinin 

kiçik qardaĢı idi və repressiyanın qurbanlarından biri olmuĢdur... M. 

Hacınski də repressiyaya məruz qalırdı... Bu isə onun səhhətində öz 

təsirini göstərmiĢdi. Xalqını ürəkdən sevən və onun istiqlalı yolunda 

var  qüvvəsini  əsirgəməyən  bu  milli  təəssübkeĢ  Ģəxs  xəstələnmiĢ, 

uzun  müddət  yataqda  yatmıĢdı...Mehdi  bəy    Süleyman  bəy  oğlu  

Hacınski  1941-ci  ilin  iyun  ayında  Bakıda  62  yaĢında  vəfat 

etmiĢdir... 

 

 



ƏLİYAR bəy HAŞIMBƏYOV 

(1856 – 1920) 

 

Əliyar  bəy  Mehdi  bəy  oğlu  HaĢım-



bəyov 1856-cı il martın 8-də Bakı Ģəhərin-

də  anadan  olmuĢdu...  Çar  Rusiyası  ordu-

sunda  xidmət  etmiĢ,  1908-ci  ildə  general-

mayor  hərbi  rütbəsinə  layiq  görülmüĢdü. 

Qafqaz  araba-karvan  briqadasının  koman-

diri  idi.  1917-ci  ildə  istefaya  çıxan  Əliyar 

bəy  Azərbaycan  Xalq  Cümhuriyyəti  ya-

randıqda  könüllü  olaraq  onun  xidmətinə 

keçmiĢdi.  O,  əvvəlcə  1918-ci  il  iyununun 

28-də təsis olunan Zaqatala quberniyasının 

qubernatoru  təyin  edilmiĢ  və  bu  vəzifədə 

1919-cu il martın 16-dək iĢləmiĢdi. Ə. HaĢımbəyov Zaqatalanın 1-ci 

qubernatoru  olmuĢdur.  Cümhuriyyət  hökumətinin  qərarı  və  daxili 



 

267 


iĢlər naziri X. Xasməmmədovun müvafiq əmri ilə general-mayor Ə. 

HaĢımbəyov  1919-cu  il  martın  16-dan  Cənub-Qərbi  Azəbaycan 

(Naxçıvan)  general-qubernatorluğunun  general-qubernatoru  təyin 

edilmiĢdi... Ə.  HaĢımbəyov  bu vəzifədə 1919-cu  ilin  avqustunadək 

fəaliyyət  göstərmiĢdi.  Sonuncu  tarixdən  tutduğu  vəzifəsindən  azad 

olunan  general  Ə.  HaĢımbəyovu  Azərbaycan  Xalq  Cümhuriyyəti 

daxili iĢlər nazirinin müavini vəzifəsinə irəli çəkmiĢdilər. Ə. HaĢım-

bəyov  nazir  müavini  kimi  (o  vaxt  iki  müavin  vardı)  DĠN-in  in-

tendant  sahəsini  həyat  keçirən  funksioner  -  məmur  idi.  Ə.  HaĢım-

bəyov DĠN-in təsərrüfat və təchizat iĢlərinin tələb olunan səviyyədə 

həyata keçirilməsini təmin edən Ģəxs kimi var qüvvəsini əsirgəmir-

di. Sənədlərdən Ə. HaĢımbəyovun o zaman çox vacib strukturlardan 

sayılan BaĢ Ġdarə hüquqlu DĠN-in Dəftərxanasının direktoru əvəzinə 

imza atdığı da bəlli olur... 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  dərhal  sonra 

bolĢeviklər  tərəfindən  həbs  olunan  general-mayor  Ə.  HaĢımbəyov 

Azərbaycan SSR Ali Ġnqilabi Tribunalının 29 may 1920-ci il tarixli 

hökmü  ilə  güllələnmiĢdi.  Bu  zaman  onun  55  yaĢı  vardı.  General 

Əliyar bəy HaĢımbəyov Nargin (Böyük Zirə) adasında sübutsuz və 

məhkəməsiz  güllələnən  79  nəfər,  o  cümlədən  13  nəfər  yüksək  rüt-

bəli azərbaycanlı hərbiçidən biri idi...Ümumiyyətlə,1920-ci il Gəncə 

üsyanından (24 may - 4 iyun 1920-ci il) sonra Azərbaycan Ordusu-

nun  12  generalı,  27  polkovnik    və  podpolkovniki,  46  kapitanı  və 

hərbi qulluqçusu bolĢeviklər tərəfindən güllələnmiĢdi... Onların sır-

asında  istiqlal  fədaisi,  general-mayor  Əliyar  bəy  Mehdi  bəy  oğlu 

HaĢımbəyovda vardı.... 

 

 

 




 

268 


İBRAHİM bəy HEYDƏROV 

 (1879-1949) 

 

Ġbrahim bəy Ġsa bəy oğlu Heydərov 



(Heydəroğlu)  1879-cu  il  avqustun  3-də 

indi  Dağıstan  ərazisində  olan  Azər-

baycanın  qədim  Dərbənd  Ģəhərində  (rus-

lar Dərbənd Ģəhərini 1806-cı ildə iĢğal et-

miĢdilər)  zadəgan  ailəsində  dünyaya 

gəlmiĢdi.  Ġbrahim  bəyin  mənsub  olduğu 

soyun  nümayəndələri  dəfələrlə  Dərbənd 

Ģəhərinin  baĢçıları  olmuĢlar.  Ġbrahim 

Heydərov  ilk  təhsilini  1897-ci  ildə  Tey-

murxan  ġurada  (sovet  dönəmində  bu 

Ģəhər  Buynaksk  adlanırdı)  baĢa  vurmuĢ-

du. 1907-ci ildə isə o zaman çox nüfuzlu 

sayılan  Sankt-Peterburq  Yol  Mühəndisləri  Ġnstitutunu  bitirmiĢdi. 

Ali  təhsilini  baĢa  vuran  Ġbrahim  bəy  Bakıya  gəlib  müxtəlif 

sahələrdə yol mühəndisi iĢləmiĢdi. 

Ġ. Heydərov çox ağıllı və enerjili bir Ģəxs idi və bunu xalqının 

tərəqqisinə  sərf  etməyə  çalıĢırdı.  O,  1907-ci  ildə  Bakıda  “NəĢri-

Maarif” Cəmiyyətinin Ġdarə heyətinin üzvü seçilmiĢdi. Artıq cəmiy-

yətdə yetərincə nüfuzlu bir Ģəxs kimi tanınan Ġ. Heydərov 1907-ci il 

oktyabrın 14-də 28 yaĢında Dağıstan Vilayəti və Zaqatala Dairəsin-

dən Rusiyanın Üçüncü Dövlət Dumasına (1907-1912) deputat seçil-

miĢ və Sankt-Peterburqa yollanmıĢdı. O, bu Ģəhərdə Podolsk küçəsi, 

ev 31, mənzil 11-də yaĢayırdı. 

Ġbrahgim  bəy  əqidəcə  əvvəl  sosial-demokrat  idi.  RSDF(b)P-

nin  Dərbənd  təĢkilatını  Müslüm  Ġsrafilov  və  baĢqaları  ilə  yaradan-

lardan  biri  olan  Ġ.  Heydərov  Dumada  Sosial-Demokrat  (bolĢevik) 

fraksiyasına daxil olmuĢdu. Lakin Dumada millətçi rus bolĢevikləri-

nin velikorus Ģovinizmi yürütdüklərini, milli azlıqların hüquqlarına 

tam etinasızlıqla yanaĢdəqlarına görərək, bu partiyanı tərk etmiĢ və 

3-cü sessiyada Müsəlman fraksiyasına keçmiĢdi. Ġ. Heydərov müba-

rizədən-mübarizəyə  bərkiyərək,  bundan  sonra  öz  seçicilərinin  ehti-

yac və tələblərini daha qəti surətdə müdafiə etməyə baĢlamıĢdı... 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə