Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə85/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   81   82   83   84   85   86   87   88   ...   156

 

256 


qurulması, həmin il mayın 15-də isə qəzalarda silah gücünə bərqərar 

olmasıyla baĢa çatdı... 

Böyük  M.Ə.  Rəsulzadə  bu  münasibətlə  sonralar  yazdığı  

“Qara  gün  münasibətilə”  əsərində  xarici  təcavüz  nəticəsində  bey-

nəlxalq münasibətlərə və hüquqlara zidd olaraq dünya ölkələri tərə-

findən 1920-ci il yanvarın 11-də de-yure tanınmıĢ suveren dövlətin 

-  Azərbaycan  Xalq  Cümhuriyyətinin  zor  iĢlədilməklə  devrildiyini 

qeyd  etmiĢ  və  27  apreli  “qara  gün”  kimi  səciyyələndirmiĢdi... 

O,  ”Nahaq  qan  yerdə  qalmaz”  adlı  digər  bir  məqaləsində  isə  yaz-

mıĢdı: ”...Azərbaycanlılar Mehdi zühuruna  inanırlar (dünya müsəl-

manları arasında qəbul olunmuĢ belə bir ümumi inam var ki, qeybə 

çəkilmiĢ  12-ci  imam  Mehdi  Sahib  əz-Zaman  nə  vaxtsa  (“Qiyamət 

Günü”) yenidən zühur edəcək... (”Mehdi” ərəbcə  “doğru yola gəl-

miĢ”  deməkdir). BolĢeviklər bütün sərvət və zənginliyi dağıdaraq, 

hər kəsi bir loğma çörəyə möhtac etmək siyasətinin, bir əlində silah, 

bir əlində çörək tutan bu Ģeytanə politikanın xalqı nə kimi vasitələr-

lə  bolĢevik  etdiyini  görüncə  Azərbaycan xalqı...bundan sonra,  təbii 

ki,  Mehdinin  gəlməsini  gözləyir.  ”Azərbaycan  Mehdisi”  xalqının 

idealından, Milli Ġstiqlalından  ibarətdir”. 

Müstəqil  dövlətçiliyini  itirib,  bu  dəfə  sovetləĢmiĢə  formada 

Rusiyanın  tərkibinə  qatılan  Azərbaycan  xalqının  milli  təəssübkeĢli 

qüvvələrinə qarĢı 11-ci ordunun “Bakı əməliyyatı” çox qəddarlıqla-

“qırmızı terror” yolu ilə baĢa çatdırılmıĢ, minlərlə azərbaycanlı dar 

ağacından  (hətta  evlərin  balkonundan,  küçələrdə  səyyari  qurulmuĢ 

tirlərdən  və  s.)  həbsxanalara  atılmıĢ,  baĢqa  sözlə,  repressiyaya 

məruz qalmıĢdılar. Bu haqda çoxlu sənədlər, fotolar və faktlar var . 

Belə  bir  statistik  fakt  var:  -  1920-ci  ilin  aprelin  29-dan  həmin  il 

sentyabrın  1-dək  Azərbaycan  Fövqəladə  Komissiyası  (FK) 

tərəfindən 1308 adam həbsə alınmıĢdı. Bunun 1261-i kiĢi, 47-si isə 

qadın və uĢaq idi. Ümumiyyətlə, 20-ci illərdə FK tərəfindən həbslər 

aparılması adi bir iĢə çevrilmiĢdi. Belə ki, sovet hakimiyyəti qurul-

duqdan  sonra  təkcə  1921-ci  ilin  avqustunadək  Azərbaycanda  “qır-

mızı  terror”    vasitəsilə    48  min  adam  məhv  edilmiĢdi  ki,  bununda 

çox  hissəsi  görkəmli  ictimai-siyasi  xadimlərdən  və  ziyalılardan  o 

cümlədən  Azərbaycan  Xalq  Cümhuriyyəti  daxili  iĢlər  orqanlarının 

canını  fəda  etmiĢ  Ģəxsiyyətlərindən  ibarət  idi...  Bu  akt  otuzuncu  




 

257 


illərdə  də  davam  etdirilmiĢdi.  Belə  ki,  təkcə  1934-1938-ci  illərdə 

27.854 nəfər XDĠK tərəfindən güllələnməyə məhkum olunmuĢdu... 

BolĢeviklər Azərbaycan Cümhuriyyətinin görkəmli xadimləri-

nə toxunmayacaqlrı barədə verdikləri vədə əməl etmədilər və 11-ci 

ordu  da  Anadoluya  getmədi.  Bütün  milli  təfəkkürlü,  demokratik 

ruhlu  siyasi  partiyalar  (“Müsavat”,  ”Ġttihad”,  ”Əhrar”  və  s)  onların 

liderləri,  Azərbaycan  Cümhuriyyəti  Parlamentinin  və  Hökumətinin 

görkəmli  üzvləri,  dövlət  xadimləri  təqibə,  həbslərə  məruz  qalmıĢ, 

güllələnmiĢ,  bir  çoxları  canını  qurtarmaqla  ölkədən  qaçmaya  və 

siyaisi mühacir həyatı yaĢamağa məcbur olmuĢdular. Onların içəri-

sində  Azərbaycan  Xalq  Cümhuriyyətinin  görkəmli  ictimai-siyasi 

xadimi, sabiq daxili iĢlər naziri Mustafa bəy Vəkilovda vardı. 

1920-ci  il  aprelin  28-də  Azərbaycanda  sovet  hakimiyyəti 

qurulduqdan və baĢ verən “hadisələrdən” sonra M. Vəkilov məcbur 

olaraq  əvvəlcə  Tiflisə,  həmin  il  dekabrın  sonundan  isə  Ġstanbula 

gedərək ömrünün axırınadək orada yaĢamıĢdı... 

...XI ordunun Xüsusi ġöbəsinin əməkdaĢları Bakıda hakimiy-

yət  bolĢeviklərin  əlinə  keçdikdən  dərhal  sonra  M.Ə.  Rəsulzadənin 

“sağ əli” hesab etdikləri Mustafa bəyi əlimyandı ilə axtarırdılar. On-

lar M.Vəkilovun gizlənə biləcəyi bütün evləri və mənzilləri diqqətlə 

axtarsalar  da,  izinə  düĢə  bilməmiĢdilər.  Mustafa  bəy  uzaq  qohumu 

olan  Xədicə  Qayıbovanın  (24  may  1893,  Tiflis-19  oktyabr  1938, 

Bakı) evində gizlənərək, nəhayət, fürsət tapıb yük qatarı ilə Tiflisə 

gedib  çıxa  bilmiĢdi.  Bundan  sonra  siyasi  mühacir  həyatı  yaĢayan 

M.Vəkilov  Tiflisdə  fəaliyyətini  dayandırmamıĢdı.  O,  Azərbaycan-

dan buraya təĢrif buyurmuĢ digər mühacirlərə faktiki rəhbərlik edə-

rək, qısa müddətdə Bakı ilə konsprativ əlaqə yarada bilmiĢdi... 

Haşiyə:  Xədicə  xanım  Osman  qızı  Qayıbova  Azərbaycan 

Xalq Maarif Komissarlığı nəzdində ġərq Musiqisi ġöbəsinin mü-

diri.  ġərq  Konservatoriyasının  (indiki  Azərbaycan  Dövlət  Kon-

servatoriyasının)  yaradıcısı.  Milli  ruhlu  azərbaycanlı  pianoçu 

qadın. O, 10 gündən çox Mustafa bəyi evində gizlətmiĢdi. Hətta 

Azərbaycan  Ġnqilab  Komitəsinin  sədri  M.D.  Hüseynovdan  Mus-

tafa  bəyin    SSRĠ-də  leqal  (açıq)  Ģəkildə  yaĢaması  barədə  razılıq 

da  əldə  etmiĢdi.  Lakin  M.Vəkilov  Azərbaycan  Ordusunun  sabiq 

zabiti  Sultan  Hüseynzadənin  (1897-1962)  köməyi  ilə  Bakıdan 



 

258 


qaça bilmiĢdi... Xədicə xanım Osman qızı Qayıbova isə sonralar 

repressiya  olunaraq  həbs  edilmiĢ  və  Azərbaycan    SSR  XDĠK 

“Üçlüyünün”  1938-ci  il  19  oktyabr  tarixli  qərarına  əsasən 

müstəsna cəza tədbiri-ölüm hökmü ilə güllələnmiĢdi. 



Qeyd: Sultan İbrahim  İsmayıl bəy oğlu  Hüseynzadə.  1897-ci 

il yanvarın 13-də Salyan şəhərində anadan olmuşdu. Atası İsmayıl 

bəy (1868-1943) görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin yega-

nə qardaşı idi.General-mayor Məhəmməd Sadıx bəy Ağabəyzadə də 

Əli  bəy  və  İsmayıl  bəy  Hüseynzadələr  ilə  əmiuşağı  idi.  Görkəmli 

Azərbaycan şairi M.Ə .Sabirin (1862-1911) də Əli bəy Hüseynzadə 

ilə qohumluq əlaqəsi vardı. Belə ki, Sabir Əli bəyin xalası Fatmanın 

qızı Naib xanımın qaynatası idi. Əli bəy Hüseynzadə özü 24 fevral 

1864-cü ildə Kür sahilində Salyan şəhərində anadan olmuşdu. Atası 

Tiflis Müsəlman Məktəbinin riyaziyyat müəllimi Molla Hüseyn Hü-

seynzadə,  anası  Qafqazın  seyxülislamı  Axund  Əhməd  Hüseynza-

dənin  qızı  Xədicə  xanım  idi.  Əli  bəy  1911-ci  ildə  İstanbulda  əslən 

milliyyətcə  çərkəz  olan  süvari  zabiti  Şəmsəddin  Sami  bəyin  (Hü-

seynzadənin) qızı Əthiyə xanımla evlənmişdi. Onların 3 övladı dün-

yaya gəlmişdi: qızı Saida bəyim (6 aprel 1914), oğlu Səlim Turan (9 

iyun  1915-oktyabr  1994)  və  kiçik  qızı  Feyzavər  xanım  (31  dekabr 

1920)  idi.  Saida  Fransada  ali  təhsil  almış,  riyaziyyat  müəllimi 

işləmişdi.  Oğlu  Turan  Səlim  rəssam  idi.Turan  Səlim  1994-cü  ilin 

oktyabrında  Parisdə,  79  yaşında  vəfat  etmiş  və  oradakı  müsəlman 

qəbristanlığında dəfn olunmuşdu. Əli bəy Hüseynzadənin övladları-

nın uşaqları olmayıb. 

Hərbi  təhsil  almıĢ  Sultan  Hüseynzadə  əvvəllər  poruçik  (baĢ 

leytenant)  rütbəsində  çar  ordusunda  xidmət  etmiĢ,  zaman-zaman 

rütbəsi artmıĢdı. Hərbi ordenidə vardı. O, Azərbaycan Xalq Cümhu-

riyyəti  dövründə  Mill  Ordumuzun  zabiti  kimi  müstəqilliyimizin 

müdafiəçilərindən,  1918-ci  ildə  Kürüstü  kəndlərimizi  talan  edən 

erməni  daĢnak  silahlı  qüvvələrinə  qarĢı  döyüĢlərdə  türk  ordusu  əs-

gərləri  ilə  birlikdə  vuruĢlarda  hərbi  əməliyyatlara  baĢçılıq  edən 

cəsur komandirlərdən biri kim özünü göstərmiĢdi. Sovet hakimiyyə-

ti qurulduqdan sonra bir peĢəkar hərbçi kadr kimi Azərbaycan SSR-

in  hərbi  hissələrində  xidmətini  davam  etdirirdi.  Lakin  o,  Azərbay-

can FK-nın nəzarətə götürdüyü 141 nəfər “Ģübhəli Ģəxsdən” biri idi. 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə