Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə83/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   79   80   81   82   83   84   85   86   ...   156

 

250 


Ġstər  DĠN-də, onun mərkəzi və yerli aparatlarında və istərsədə, qə-

zalarda polis əməkdaĢları azərbaycanlılarla yanaĢı ruslar, yəhudilər, 

gürcülər,  ermənilər,  polyaklar,  ukraynalılar,  ləzgilər,  talıĢlar,  ose-

tinlər və s. xalqların, millətlərin nümayəndələri xidmət göstərirdilər. 

Daxili  ĠĢlər  Nazirliyi  sistemində  iĢləyən  əməkdaĢların  bu  cür  bey-

nəlmiləl  kontingentdə  olması  Azərbaycan  Xalq  Cümhuriyyəti  Par-

lamentinin və Hökumətinin ölkə ərazisində yaĢayan bütün millətlərə 

və  xalqlara  eyni  gözlə,  bərabərhüquqlu  vətəndaĢlar  kimi,  baĢqa 

sözlə, demokratiya  prinsipindən  yanaĢmasının  nəticəsi  idi. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti döv-

ründə  Azərbaycan  hökumətinin  6  mart  1920-ci  il  tarixli  qərarı  və 

daxili  iĢlər  naziri    M.  Vəkilovun  əmri  ilə  həmin  vaxtadək  DĠN-in 

tərkibində  olan  Əks-KəĢfiyyat  Ġdarəsi  (sovet  tarixi  ədəbiyyatında 

“Müsavat Əks-KəĢfiyyatı” kimi yazılır. Əslində, Əks Ġnqilabla Mü-

barizə TəĢkilatıdır ...) Nazirliyin strukturundan çıxarılmıĢdı. 

... V.Ġ. Leninin baĢçılıq etdiyi sovet  Rusiyası hələ 1920-ci ilin 

əvvəllərindən Azərbaycandakı bolĢeviklərin köməyi ilə milli müstə-

qil dövlətimizin varlığına son qoymaq üçün əlveriĢli Ģərait və bəha-

nə gözləyirdi. Bunu V. Leninin Ġ.T. Smilqaya və  S. Orconikidzeyə 

1920-ci  il  martın  17-də  göndərdiyi  telaqram  da  sübut  edir.  Teleq-

ramda deyilirdi:   ”Bakını  almaq bizə  olduqca  və  olduqca  zəruridir. 

Bütün qüvvələri buna yönəldin. Qüvvələrin ora yeridilməsi haqında 

BaĢ komandınlıqla ĢərtləĢin”.  

1920-ci  ilin  aprelində  ġimali  Qafqazda  ağqvardiyaçı  general 

Denikini  məğlub  edən  11-ci  ordu  hissələri  V.Leninin  həmin 

niyyətini  əməli  olaraq  həyata  keçirmək  üçün  M.  Levandovskinin 

komandanlığı altında Dərbənd rayonunun Azərbaycanla sərhədboyu 

ərazilərində  cəmləĢməyə  baĢlamıĢdı.Yeri  gəlmiĢkən,burada  Azər-

baycan  Xalq  Cümhuriyyəti  ilə  Denikin  (Anton  Ġvanoviç  Denikin. 

Görkəmli  rus  hərbi  xadimi,  çar  ordusunun  general-leytenantı, 

”ağlar” hərəkatının  rəhbəri  (1872, PolĢa-1947, ABġ) hökuməti və 

ordusu arasındakı münasibətlər üzərində dayanaq. Belə ki, Denikin 

hökuməti  və  ordusu  Azərbaycandakı  milli  müstəqil  demokratik 

hökumətin fəaliyyətini bu və ya digər dərəcədə müdafiə etmiĢdir. 

Bunu bəzi tarixi faktlar da sübut edir. Məsələn, Denikin höku-

məti  Bakı  XKS-in  Azərbaycan  neftini  sovet  Rusiyasına  göndər-




 

251 


məsinə mane olmaqla əslində, bir növ Azərbaycan Cümhuriyyətinə 

kömək edirdi.  Ġngilislərə də  yaxın olan Denikin Azərbaycan höku-

mətinin  Britaniya  komandanlığı  ilə  normal  münasibətlərdə  olduğu-

nu  bilərək,  hətta  11-ci  ordu  ilə  döyüĢlərdə  məğlub  olduqdan  sonra 

belə, Azərbaycan Respublikasına qarĢı sovet Rusiyası daĢnak Ermə-

nistanı  tərəfindən  günü-gündən  güclənən  təcavüzkarlığı  görərək, 

Azərbaycan  hökumətinə  öz  istiqlaliyyətini  qorumaq  üçün  silahla 

kömək göstərmiĢdi... 

Tarixi  ədəbiyyatda  Denikin  ordusunun  1920-ci  ilin  aprelində 

gəmilərlə  Lənkərana  hər  cür  silah-sursat,  hətta  aeroplanda  göndər-

məsi  barədə  məlumat  vardır.  Həmin  silah  və  döyüĢ  sursatlarını, 

hərbi  ləvazımatların  Gəncəyə  çatdırılmasını  Azərbaycan  hökuməti 

daxili  iĢlər  naziri  M.Vəkilovun  baĢçılıq  etdiyi  Daxili  ĠĢlər 

Nazirliyinə  həvalə  etmiĢdi.  Nazir  M.  Vəkilovun  müvafiq  gizli 

əmrilə  Saloğlu  (indiki  Poylu-Ağstafa)  dəmiryol  polisinin  pristavı 

Ġsrafil  Ġbrahimov  həmin  silahların  Gəncəyə  aparılmasını  təmin 

etmiĢdi.  Bu  silahlardan  Azərbaycan  Ordusunun  əsgər  və  zabitləri, 

sovet  hakimiyyətini  qəbul  etməyən  milli  qüvvələrimiz  Gəncədə 

üsyana  qalxarkən,  1920-ci  il  mayın  24-dən  iyunun  4  -  dək  11-ci 

orduya  qarĢı  döyüĢlərdə  istifadə  etmiĢdilər. 



Qeyd: 20-30-cu illərdəki repressiyalar dövründə Bakıda həbs 

olunaraq güllələnməyə məhkum edilmişlərin demək olar ki, əksəriy-

yəti  Xəzər  dənizindəki  Nargin  adasından  başqa  daha  müdhiş  bir 

yerə  -  “ölüm  adası”na  aparılırdılar.  Barəsində  mərhum  akademik 

Ziya Bünyadovunda bəhs etdiyi həmin “qorxunc” ada “Xarə Zirə” 

(indiki Bulla) adasıdır...(“Zirə” “çökəklik yer” deməkdir 

Beləliklə,  Denikin  hökuməti  ilə  Azərbaycan  Cümhuriyyəti 

arasında müəyyən müsbət mənafe əməkdaĢlığı aparıldığı aĢkar olur. 

Hətta  Gəncədə  Denikin  ordusu  zabitlərinin  gizlənib  bolĢeviklərə 

qarĢı  döyüĢlərdə  milli  qüvvələrimizə  kömək  göstərmələri  faktı  da 

məlumdur. Odur ki, Rusiyanın xalq xarici iĢlər komissarı G. Çiçerin 

(1872-1936) hələ 1920-ci ilin yanvarında Azərbaycan Cümhuriyyə-

tinin xarici iĢlər naziri F.Xoyskiyə yazanda ki: ”Biz hökumətinizi o 

vaxt tanıyarıq ki, siz Denikinə qarĢı çıxasınız”. F.Xoyski cavabında 

yazmıĢdı: ”Biz müstəqil dövlətik, baĢqa dövlətin iĢinə qarıĢmırıq”. 




 

252 


Yuxarıda  bəhs  etdiyimiz  faktlara  əsaslanaraq  deyə  bilərik  ki, 

Denikin  hökumətinin  və  ordusunun  müstəqil  Azərbaycan  Cümhu-

riyyətinin  ərazisinini  açıq  qəsb  etmək  niyyəti  olmayıb...Açıq  qəsb-

karlıq  planını  bolĢevik  Rusiyası,  onun  təcavüzkar  11-ci  ordusu  ha-

zırlamıĢdı  və  həyata  keçirmək  üçün  fürsət  gözləyirdi.  Sənədlər 

sübut  edir  ki,  hələ  Dərbənddə  ikən  1920-ci  il  aprelin  25-də  11-ci 

ordu  komandanlığı  “Bakı  üzərinə  hücum  və  “Azərbaycanın  azad 

edilməsi  haqqında”  xüsusi  əmr  hazırlamıĢdı.Əmrdə  deyilirdi: 

”Müxtəlif  mənbələrdən  alınmıĢ  məlumatlara  görə,  Azərbaycan 

Cümhuriyyətinin  ordusu  12  minlik  bir  piyada  diviziyadan  (bunlar 

Bakı, Göyçay, Zaqatala, Gəncə və Qazax polklarıdır), 2 min nəfər-

lik polisdən, 300 nəfərlik Parlamenti mühafizə dəstəsindən və 400-

500 nəfərlik yunker məktəbinin Ģəxsi heyətindən ibarətdir. Ordunun 

ümumi  sayı  30  min  nəfərə  çatır.Azərbaycan  Cümhuriyyətinin 

qüvvələri  1920-ci  il  aprelin  birinci  yarısında  aĢağıdakı  kimi 

yerləĢmiĢdir:  Dağıstan  vlayəti  və  Azərbaycanın  Qusar-Quba-Xudat 

rayonlarının sərhədində 5 min nəfər; bilavasitə sərhəddə “jandarm” 

(əslində, sərhədi  mühafizə  polisi) divizonu dayanır.  Bakı  Ģəhərində 

Bakı piyada polku, 2 min nəfərlik polisin ehtiyat batalyonu və 300 

nəfərlik Parlamenti Mühafizə Dəstəsi yerləĢir”. 

Ermənilər də  Bakının və bütövlükdə Azərbaycanın 11-ci  “qı-

zıl ordu” tərəfindən tutulmasının sürətləndirilməsi üçün dəridən qa-

bıqdan çıxırdılar. Belə ki, hələ 1920-ci ilin əvvəllərində erməni nü-

mayəndələri Zaxaryan və Pirumov Moskvaya gedib, ərazi güzəĢtləri 

müqabilində  Azərbaycan  Cümhuriyyətini  devirmək  iĢində  “öz  tək-

liflərini” və “xidmət”lərini bildirmiĢdilər. Qarabağda ermənilərin qi-

yamı və daĢnak  Ermənistanıyla  Azərbaycan Cümhuriyyəti arasın-

da müharibə də planlaĢdırılmıĢdı. 72 minlik 11-ci ordu hissələrinin 

Ģimal sərhəddimizə - Samur çayı sahilinə cəmləĢdiyi Novruz Bayra-

mı günlərində, 1920-ci il martın 21-22-də Dağlıq Qarabağ erməni-

lərinin təxribat xarakterli qiyamı baĢlanmıĢdı. Antanta dövlətlərinin 

(Ġngiltərə, Fransa, ABġ) etirazına baxmayaraq, 11-ci ordu hissələri 

Azərbaycan sərhəddinə yeridilmiĢdi (40 minlik Azərbaycan ordusu-

nun demək olar, hamısı bu zaman Azərbaycanın qərbinə - Ermənis-

tanla sərhədə - Zəngəzura və Qarabağa yerləĢdirilmiĢdi). 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə