Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə80/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   76   77   78   79   80   81   82   83   ...   156

 

240 


 

 

 

 

Şimali Azərbaycanda (Muğanda) və Cənubi Azərbaycanda 

(Ərdəbildə) Şahsevənlilər. 

Şahsevənli at belində 



 

241 


 

Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  24  yanvar  

1939-cu  il  tarixli  Fərmanı  ilə  o  vaxtkı  Karyagin  (indiki  Füzuli), 

Qaradonlu  (indiki  ĠmiĢli)  və  Ağcabədi  rayonlarının  əraziləri  hesa-

bına  yeni  inzibati  ərazi  vahidi  kimi    Jdanov    rayonu  yaradılmıĢdı 

(Andrey Aleksandroviç Jdanov (26 fevral 1896,Mariupul, Ukrayna-

31  avqust  1948,  Moskva)  görkəmli  partiya  və  dövlət  xadimi,  Sov. 

ĠKP  MK-nın  üzvü  idi.  Yeni  rayon  onun  Ģərəfinə  adlandırılmıĢdı). 

Fərmanı  Ali  Sovetin  Rəyasət  Heyətinin  sədri  Mir  BəĢir  Qasımov 

(1879-1949) və Ali Sovetin  katibi  Əziz  Əliyev (1897-1961) imza-

lamıĢdılar (QeydƏziz Məmmədkərim oğlu Əliyev. Görkəmli dövlət 

və elm xadimi. 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Ha-

mamlı  kəndində  anadan  olmuşdu.Ə.  Əliyev  Azərbaycan  Respub-

likasının  Prezidenti  İlham  Əliyevin  babası,  görkəmli  oftalmoloq, 

akadmik Zərifə xanım Əliyevanın atasıdır. 1998-ci il may ayının 14-

də Əziz Əliyevin 100 illik yubileyi, 2006-cı il dekabrın 5-də isə 110 

illiyi dövlət səviyyəsində keçirilmişdi...). 

Gəncə. Böyük Bağmanlar  məhəlləsi. Şahsevənlər  məscidi. 

1882-ci ildə tikilmişdir, hazırda fəaliyyətdədir. 

 



 

242 


...“Ağcabədi”, ”Ağca” və “bədi”, ağımtıl, quru, ĢumlanmamıĢ, 

bozumtul  torpaq”  deməkdir.Tarixin  müxtəlif  dönəmlərində 

Ağcabədiyə “Boyat” (yerli türk tayfasının adıyla), Yeni  Qaradolaq 

(yerli  türk  tayfasının  adıyla),  Sarvanlar,  Minaxorlu  (at  bəslənən 

yer),  Qaravəllili  (yerli  türk  tayfasının  adıyla),  Mirzə  Haqverdilər 

(yerli nüfuzlu Ģəxsin adıyla), həmçinin “Üzeyirabad” da demiĢlər... 

Ağcabədidə Beyləqan adlı kənddə var. Yerli məlumata  görə əhali 

vaxtı  ilə  Beyləqan  Ģəhərindən  köçüb  gəlmiĢdir.    Beyləqanın    mər-

kəzi  1932-1938-ci    illərdə  5  nömrəli  Mil  sovxozuydu  (bu  sovxoz 

Mil düzündə salınmıĢ ilk dövlət təssərrüfatı  orqanı idi. Mil sovxozu 

1927-ci ildə salınmıĢ və tədricən Mil sovxozlar qrupunun mərkəzinə 

çevrilmiĢdi.  Sonralar,  1985-ci  ildə  rayon  təsərrüfatı  üçün  böyük 

əhəmiyyət  kəsb  edən  “Yeni  Xan  qızı  kanalı”  (Qarabağn  axırıncı 

xanı  Mehdiqulu  xanın  qızı  XurĢidbanu  Natəvan  çəkdirdiyi  üçün 

belə  adlanır.  Kanal  1924-cü  ilədək  “Xan  qızı  arxı”  kimi  xalq 

arasında  məĢhur  idi.  Həmin  ildə  bu  ad  dəyiĢdirilib  S.  Orconikidze 

adına kanal adlandırılmıĢdı. Xan qızı arxı öz mənbəsini Araz çayı-

nın  baĢ  dəhnəsindən  götürür.  Bu  arxın  qədim  adı  Barlaks  olmuĢ-

dur). Yeni rayon yarandıqdan sonra da bu sovxoz Ģəhər tipli qəsəbə 

kimi 1966-cı ilədək Jdanov rayonunun mərkəzi olmuĢdur. Beyləqan 

1939-1963-cü  illərdə  Jdanov  rayonu  adlanmıĢdı.  1964-cü  il  yanva-

rın 4-də respublikada  aparılan inzibati-ərazi  bölgüsü və dəyiĢiklik-

lərlə  əlaqədar  olaraq  rayon  ləğv  edilmiĢ  və  ərazisi  ĠmiĢli  rayonuna 

verilmiĢdi.  Lakin  1965-ci  ildə  yenidən  müstəqil  rayon  kimi  təĢkil 

olunmuĢdur.  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  sədri 

Süleyman  Tatlıyevin  (1  mart  1934,  Bakı-1  avqust  1993,  Bakı,  59 

yaĢ) imzaladığı 18 mart 1989-cu il tarixli fərmanla Jdanov adı ləğv 

edilmiĢ  və  Beyləqanın  tarixi  adı  özünə  qaytarılmıĢdır.Tarixin 

müxtəlif dönəmlərində Beyləqana Paytakaran (“Paytakaran” farsca 

“Arranın  anası”  deməkdir,  Ģəhərin  qalıqları  Beyləqanda  Təzəkənd 

adlanan  ərazidədir),  Balasakan,  Biləqan,  Sarısu,  Soltanbud  (Soltan 

Ģəxs  ad,  “bud”  farsca  “təpə  deməkdir,  yəni  Soltanın  təpəsi),  5 

nömrəli  sovxoz,  Mil  Minarə  də  demiĢlər).  2009-cu  ildə  Beyləqan 

rayonu  özünün  70  illik  yubileyini  təntənə  ilə  qeyd  etmiĢdir... 

Artıq    yuxarıda  qeyd  etdyimiz  kimi,  Karyagin  qəzası  (indiki 

Füzuli  rayonu)    1905-ci    il  mayın  14-də  Kürəkçay  müqaviləsinin 




 

243 


100  illiyi  tamamında  keçmiĢ  çar  polkovniki  Pavel  Karyaginin 

Ģərəfinə  təĢkil olunmuĢdu. Bunadək  qəzanın ərazisi Qarabulaq ki-

mi  tanınırdı  (“Qarabulaq”  türk  sözüdür,”qara”  böyük,”bulaq”  isə 

“bol  sulu  çeĢmə”,  yəni  “böyük  bulaq”  deməkdir.  Beləliklə,  Füzuli 

Ģəhərinin  əsası  1827-ci  ildə  (sentyabrın  10-da)  qoyulmuĢ  və  ilkin 

adı  Qarabulaq  olmuĢdur.  Qarabulaq  yaĢayıĢ  məntəqəsi  öz  adını 

vaxtıilə  orada  çıxan  çoxlu  sayda  təbii  bulaqların  adından  almıĢdır. 

Ġstanbulun  baĢkanlıq  arxivində  saxlanılan  930  saylı  “Gəncə-

Qarabağ  əyalətinin  müfəssəl  dəftəri”  adlanan  tarixi  sənəddə  indiki 

Füzuli  Ģəhərinin  adı  “Dizaq  nahiyəsinə  tabe  olan  Qarabulaq 

QıĢlağı” kimi qeyd olunmuĢdur. Həmin mənbədə 1886-cı ildə Qara-

bulaqda 45 ailənin (104 kiĢi, 109 qadın)  yaĢadığı  bildirilir. 

Qeyd etmək lazımdır ki, 1827-ci ilədək  indiki  Füzuli  rayo-

nunun adı  “Molokan” adlanıb. Bu onunla əlaqədar idiki, hələ 1822-

ci  ildə Qarabulaq qıĢlağı  (kəndi)  ərazisinə çar Rusiyasının mərkəzi 

quberniyalarından  ucqarlara  köçürmə  siyasətinin  nəticəsi  olaraq  46 

molokan ailəsi köçürülmüĢdü (“molokan” rusca “süd kimi pak” qi-

dalananlara deyilirdi. ”Molokanlar”ın öz dini təriqətləri vardı və on-

lar bunu süd kimi pak” adlandırırdılar. Təriqətin adı da elə bundan 

götürülmüĢdü.  Təriqətin  baĢçısı  Semyon  Ukleyin  hesab  olunurdu). 

Molokanlar əvvəlcə Tombov quberniyasından Zəngəzurun ərazisinə 

- Bazarçay kəndinə gəlib məskunlaĢsalar da, burada çəyirtkə onların 

əziyyətlə  becərdikləri  məhsulları  (taxıl,  arpa,  qarğadalı,  kələm, 

çuğundur və s.) tələf etdiyi üçün hamılıqla Qarabulaq kəndinə gəlib 

burada həmiĢəlik məskunlaĢmıĢdılar.  Bundan sonra  yaĢayıĢ məntə-

qəsi bir müddət “Molokan” adlandırılmıĢdı. ĠĢgüzar molokanlar yer-

li qarabulaqlılarla tez dil tapmıĢ və ünsiyyət bağlamıĢdılar. Onların 

saldıqları  “Molokan  bazarı”  deyilən  bazar  bütün  ətraf  yerlərdən 

əhalinin axıĢıb gəldiyi izdihamlı tricarət mərkəzinə çevrilmiĢdi. Bu-

raya nəinki Qarabağın hər yerindən, hətta Ġrandan ticarət məqsədilə 

çoxlu tacirlər gəlirdi. ”Molokan” adlanan mərkəz 1827-ci ildə Qara-

bulaq  yaĢayıĢ məntəqəsi adlanmağa baĢlamıĢdı.  Odur  ki,  Füzulinin 

bir  adı  da  əhali  arasında  çağrılan  “Molokan”  rayonu  olmuĢdur). 

(Yeri gəlmiĢkən, Füzulinin adına xalq arasında ƏrgünəĢ,  Maralyan, 

Azıx,  AĢağı  Güzlək və s. də demiĢlər). 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə