Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə76/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   72   73   74   75   76   77   78   79   ...   156

 

228 


Azərbaycana gəlmiĢ ən böyük icma olan alman koloniyaçıları Yele-

nendorf  adı  ilə  həmin  yaĢayıĢ  məntrəqəsini  salmıĢdılar.  1869-cu  il 

aprelin  22-də  koloniya  özünün  50  illiyini  təntənəli  surətdə  qeyd 

etmiĢdi. 1896-cı ildən etibarən isə Yelenendorfda və onun ətrafında 

ermənilər görünməyə və orada məskunlaĢmağa baĢlamıĢdılar. Səfə-

rəliyev  rayonu  (Samux)  isə  məĢhur  qarğabazarlı  inqilabçı  Xanlar 

Səfərəliyevin  (1885-1907)  adı  verilmiĢdi.  Xanlar  Həsən  oğlu  Səfə-

rəliyev.  1885-ci  ildə  Cəbrayıl qəzasının (indiki Füzuli rayonu) Qo-

çəhmədli kəndində anadan olmuĢdu.Gənc yaĢlarından çarizmə qarĢı 

mübarizədə qorxmaz inqilabçı kimi ad çıxarmıĢdı.1907-ci il sentya-

brın 19-da milyonçu Abuzər bəy tərəfindən muzdla tutulmuĢ Süley-

man adlı dağıstanlı qatil tərəfinfən axĢam sevgilisi ilə görüĢə çıxdığı 

zaman  arxadan  atılan  güllə  ilə  qətlə  yetirilmiĢdi.Bu  zaman  onun 

cəmi  22  yaĢı  vardı.  Xanlar  Səfərəliyevin  dəfni  böyük  izdahamla 

keçmiĢ və o, Bibiheybətdə torpağa tapĢıırılmıĢdı. Xanların atası Hə-

sən kiĢi dostu Əbdül Məmmədovla (Əbdül Məmməd oğlu Məmmə-

dov. 1888-ci ildə Cəbrayıl qəzasının (indiki Füzuli rayonu) Qoçəh-

mədli  kəndində  anadan  olmuĢdu.  Sonralar,  1930-cu  ildə  “Sərdar” 

rayonu adlanan (indiki Füzuli rayonu) rayonun Milis Ġdarəsinin rəisi 

olmuĢdu.  Mərd adam kimi ad çıxarmıĢdı. 1934-cü ildə vaxtsız, cə-

mi 46 yaĢında dünyasını dəyiĢmiĢdir...) Dağıstana gedib oğlunu öl-

dürən Süleymanı tapmıĢ və qisas  əvəzi  olaraq onun öldürülməsinə 

nail  olmuĢdu...).  Xanlara  Qovlarsarı  və  Qaraarx  da  demiĢlər.). 

Xanlar  rayonu  2008-ci  ilədək  öz  adını  saxlamıĢdı.  Hazırda  Göygöl 

rayonu adlanır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 

2008-ci  il  tarixli  qərarı  ilə  Xanlar  rayonu  mərkəzi  Göygöl  Ģəhəri 

olan Göygöl rayonu adlandırılmıĢdır. 

Zaqatalanın  qubernatoru  (aylıq  məvacib  3.000  min  manat). 

Məhəmməd  bəy  ġahmalıyev  (1870-1924)  (o  bu  vəzifəyə  Azərbay-

can  Xalq  Cümhuriyyətinin  daxili  iĢlər  naziri  N.Yusifbəylinin  16 

aprel  1919-cu  il  tarixli  əmri  ilə  təyin  edilmiĢ  və  28  aprel  1920-ci 

ilədək xidmət etmiĢdi). Zaqatalaq quberniya mühafizə polisinin ins-

pektoru ġamil bəy Dibirov (ġamil bəy Dibirov qubernator Məhəm-

məd bəy ġahmalıyevi əvəz etmiĢdi... O, Zaqatala jandarmeriyasının 

və polis qarnizonunun rəisi sayılırdı. Otuzuncu illərdə  repressiyaya 

məruz  qalmıĢ,  həbs  olunaraq  güllələnmiĢdi);  quberniya  mühəndisi 




 

229 


Məmməd  bəy  Sultanov,Quberniya  Ġdarəsinin  katibi  Ağa  bəy  ġıx-

linski.  Qubernator  yanında  xüsusi  tapĢırıqlar  üzrə  məmur  Abbasəli 

bəy  Məmmədov.  Quberniya  Ġdarəsinin  mühasibi  Vasili  Lev.Kar-

güzar  Abdulla  Səfərov.Arxivarius  Həzrət  Süleymanov.Tərcüməçi 

Əliağa QardaĢov. Zaqatala Ģəhər polis pristavlığı. Pristav Yusif bəy 

Ağayev. ġəhər polisi üzrə nəzarətçilər Mehralı DarıĢev  və  ġıxamir  

QardaĢov  idi. 

Quberniya  üzrə  ərazi  polis  strukturları  7  sahə  polis  idarəsin-

dən  ibarət  idi.  1.  Zaqatala  ġəhər  Polis  Ġdarəsi.  2.  Car  Sahə  Polis 

Ġdarəsi. Rəisi Hacı Məcid. Onun köməkçisi Rəsul Qaraəhmədov. 3. 

Balakən sahə  polisi. Pəisi  Muqu  Ġzmayılov.  Köməkçisi Əmircanov 

(Ġndiki Balakən rayonu 1930-cu ildə təĢkil edilmiĢdir. 1963-cü ildə 

ləğv  ediərək  ərazisi  Zaqatala  rayonuna  verilmiĢdi.  1965-ci  ildə 

yenidən müstəqil rayondur. Balakənə Sarıbulaq da demiĢlər...). Tala 

Sahə  Polis  Ġdarəsi.  Rəisi  Mahmud  bəy  Gülməmmədov,  köməkçisi 

Aleksandr Qaraəhmədov. 4. Muxax Sahə Polis Ġdarəsi. Rəisi Məm-

mədəli  Mansurov,  köməkçisi  ġirin  bəy  Mirzəbəyov.  5.  Qax  Sahə 

Polis Ġdarəsi. Rəisi Teymuraz Qaraqada oğlu , köməkçisi Bədrəddin 

Abbasov  (Qaxa  Qara  tala,  Tanqıt,  Qarağan,  Ağyazı  və  Qıpçaq  da 

demiĢlər...Ġndiki  Qax rayonu 1930-cu ildə təĢkil olunmuĢdur. 1963-

cü ildə ərazisi ləğv edilərək, Zaqatala rayonuna verilmiĢdi. 1964-cü 

ildə yenidən müstəqil rayon olmuĢdur. 6. Əliabad Sahə polis idarəsi. 

7. Almalı Sahə Polis Ġdarəsi. (Azərbaycan tarixĢünaslığında təqdim 

olunan  strukturu  müasir  tarixĢünaslıq  dövriyyəsinə  ilk  dəfə  təqdim 

edən bu sətirlərin müəllifləridir (Ġ.M.Əliyarlı, T.R.Behbudov. Müs-

təqil  Azərbaycan  polisinin  yaranması  və  fəaliyyəti.  1918-1920-ci 

illər. Bakı, 1998-ci il, səh.29-37). 

QARABAĞ GENERAL-QUBERNATORLUĞU.Mərkəzi ġu-

Ģa Ģəhəri idi. Tərkibinə  ġuĢa, Zəngəzur, Cəbrayıl və  CavanĢir qə-

zaları  daxil  idi.  Qarabağ  (müvəqqəti)  general  qubernatoru  Xosrov 

bəy Sultanov ġuĢa Ģəhərində otururdu (ġuĢa Ģəhərinin əsası 1750-ci 

ildə  Qarabağ  xanı  Pənahəli  xan  Sarıcalı-CavanĢir  tərfindən  qoyul-

muĢ,  1757-ci  ildə  tikilib  baĢa  çatdırılmıĢdı  .  ġəhər  onun  Ģərəfinə 

Pənahabad  da  adlanrdı.  ġəhərin  adı  havasının  ĢüĢə  kimi  Ģəffaflığı, 

təmizliyi və təbiətinin  saflığı ilə əlaqədardır. X. Sultanovun böyük 

köməkçisi  (birinci  müavini)  Hüseyn  bəy  Mahmudbəyov  (1874-




 

230 


1920),  köməkçisi  (mülki  hissə  üzrə)  Qri-

qori  Kələntərov,  məsləhətçilər  Xosrov 

bəy  Folatov,  Ġbrahim  bəy,  Levon  Vara-

petyan    və    Akop    Balasanyan    idi.  ġuĢa 

Ģəhərinin  pristavı  AĢot  Andriasyan,  kö-

məkçisi  Məmmədqulu  xan  Qaradağski 

(əslində,  Qarabağski),  Ģəhərin  1-ci  hissə-

sinin  polis  pristavı  ġahzadə  ƏrdəĢir  mir-

zə,  2-ci  hissəsinin  polis  pristavı  Srtanis 

Melkumov,  köməkçisi  Mahmud  bəy 

Axundov idi. 

Qeyd: Xosrov bəy İbrahim bəy oğlu 

Folatov  (tarixi  ədəbiyyatda  belə  yazılır. 

Əslində,  Poladovdur...).  1860-cı  ildə  Şuşada  anadan  olmuşdu. 

İbtidai  təhsilini  molla  yanında  almışdı.  Sonra  Şuşa  şəhər 

məktəbində  oxumuşdu.  Bir  müddət  Şuşa  Qəza  İdarəsində  məmur 

işləmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə artıq polkovnik 

rütbəsində polisdə müxtəlif məsul vəzifələrdə, o cümlədən Qarabağ 

General-Qubernatrorluğunda məsləhətçi vəzifəsində çalışmışdı... 

Ermənilər  qubernator  X.  Sultanova  məktub  göndərmiĢdilər. 

Məktubda  Ağdam  Ġnzibati  Ġdarəsinin  rəisi  Xosrov  bəy  Poladova 

təĢəkkür  bildirilirdi.  Deyilirdi  ki,  1918-ci  il  iyun  ayının  ilk  günlə-

rində Yevlax stansiyasından ġuĢaya gedərkən (həmin vaxt Yevlaxın 

sahə pristavı Ələkbər bəy Qalabəyov idi) Ağdam stansiyasında sax-

lanıldıq. Çünki həmin vaxt  ġuĢada “çaxnaĢma” baĢ vermiĢdi... Bu 

zaman biz polkovnik Xosrov bəy Poladovun rəhbərlik etdiyi Ağdam 

Ġnzibati Ġdarəsi tərəfindən son dərəcə səmimi və qayğıkeĢ münasibət 

gördük. Bizim üçün ayrılmıĢ binada nəinki sərbəst, təhlükəsiz gəzir-

dik,  hətta  özümüzə  lazım  olan  zəruri  ərzaq  malları  da  alırdıq.  Biz 

Ġnzibati Ġdarə əməkdaĢları tərəfindən çox səmimi münasibət gördük. 

Xüsusilə,  ermənilərin  saxlandığı  məntəqənin  müdiri    Əbdürrəhim 

bəy  Xocalinskinin  xidmətlərini  qeyd  etməliyik  (tarixi  ədəbiyyatda 

Xozalanski  yazılır.  Fikrimizcə,  Xocalinski  düzdür.  Xocalinski  son-

ralar,  otuzuncu  illərdə  repressiyaya  məruz  qalıb,  həbs  edilmiĢ  və 

1937-ci  il  noyabrın  15-dən  16-na  keçən  gecə  74  yaĢında  güllələn-

miĢdir...). Bütün bu Ģəraiti nəzərə alaraq, biz aĢağıda imza atmıĢ 94 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə