Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə75/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   71   72   73   74   75   76   77   78   ...   156

 

225 


sından aytılmıĢ, aralı durmuĢ adamlar və s. kimi izah edirlər. Mən-

bələrdə 26 qazaxlı tirəsinin olduğu göstərilir...Qazax tayfası ilk orta 

əsrlərdə  ġimali  Qafqazda,  Kuban  çöllərində,  DəĢti-Qıpçaq  deyilən 

ərazidə  yaĢamıĢdır.Qazaxlar  Azərbaycana  11-ci  əsrdə  köçmüĢlər. 

Qazax rayonu ərazisində Gürcüstana etdikləri hərbi xidmətlərə görə 

gürcü çarı Ġkinci Georginin dövründə (1072-1089) məskunlaĢmıĢdı-

lar. Buna qədər həmin ərazinin adı Kisal (Kasal) olmuĢdur. Qazağa 

Qarapapaqlı  və  Qazanlı da demiĢlər. 

Qazax  qəzası  1868-ci  il  yanvarın1-də  təĢkil  olunmuĢdu.  Qa-

zax Ģəhərinin əsası isə 1909-cu ildə qoyulmuĢdur. 1930-cu il avqus-

tun  8-də  Qazax  rayonu  yaradılıb.1959-ci  ildə  Ağstafa  rayonunun 

ərazisi  də  Qazax  rayonuna  verimiĢdi  (Ağstafa  rayonu  1939-cu  il 

yanvarın  24-də  təĢkil  olunmuĢdu.1959-cu  il  dekabrın  4-də  ərazisi 

Qazax rayonuna qatılmıĢdı.Azərbaycan Respublikası Nazirlər Kabi-

netinin  qərarı  ilə  1990-cı  il  mayın  18-də  Ağstafa  rayonu  yenidən 

müstəqil rayon olmuĢdur).1963-cü ildə Tovuz rayonu da Qazax ra-

yonunun  tərkibinə  qatılmıĢdı  (“Tovuz”,  ”Tavuz”,  ”Touz”,  ”Tauz” 

tayfa  və  ya  tayfa  baĢçısıdır.  Belə  ehtimal  edilir.Tovuzun  ilkin  adı 

Ağçala olmuĢdur.Tovuza Qovlar Sabad (Qovlar türk-peçeneq tayfa-

sının adıdır) və Alakol da (Alakol, yəni ara-sıra bitki olan yer, adda-

budda kolu olan sahə də demiĢlər.Tovuzda rayon 1930-cu ildə təĢkil 

olunmuĢdu. 1964-cü ildə Tovuz rayonu Qazax  rayonundan  ayrıla-

raq, yenidən  müstəqil  rayondur. 

Daxili ĠĢlər Nazirliyinin Qazax Qəza Ġdarəsində Xüsusi Səla-

hiyyətli müvəkkili (qubernator hüquqlu) (aylıq məvacibi 3.000 ma-

nat)  Əmir  xan  Xoyski  idi (1888-1954) (o, bu vəzifəyə Azərbay-

can  Cümhuriyyətinin daxili iĢlər naziri N.Yusifbəylinin 13 oktyabr 

1919-cu il tarixli əmri ilə təyin edilmiĢdi). Qəza rəisi əvəzi Abdul-

layev,onun  böyük  köməkçisi  Yusif  bəy  ġərifov,  kiçik  köməkçisi 

Məcid  bəy  ġıxlinskiydi.Qazax  Ģəhərinin  polis  pristavlığı.Pristav 

Həsən Kazımov (bu vəzifədə əvvəl 1855-ci ildə ġuĢa qəzasının Və-

rəndə  sahəsinin  Yağlavənd  obasında  anadan  olmuĢ  Həsənali  bəy 

Əsgərxanov iĢləmiĢdi. Həsənalı bəy Əsgərxanov yaxĢı xidmətlərinə 

görə hələ çar dövründə “Georgi” xaçına  layiq  görülmüĢdü. Həsə-

nalı  bəy  həm  də  Ģair  idi.  O,  ”Kovxa”    təxəllüsü    ilə    Ģerlər    yaz-

mıĢdır...).  




 

226 


Qəza sahə  polis  pristavlıqları:1-ci  sahə  polis pristavlığı.  Pris-

tav  vəzifəsi  boĢdur.  2-ci  sahə  polis  pristavlığı.  Pristav  Məmməd 

Rzayev. 3-cü sahə polis pristavlığı. Pristav Ġsrafil Ġbrahimov (1897-

1938).  4-cü  sahə  polis  pristavlığı.Pristav  Abdulla  Mustafayev.  Qa-

zax  qəzasının  Sərhədi  Mühafizə  Dəstəsi.  Komandiri  Hacı  Rəhim 

Sibhanverdixanov. Mühafizə üzrə rəis Musa Tumayev. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ilin iyunun-

da türklərin gəliĢindən sonra Məhəmməd Kovxa (Mahmudov) (1859-

1933)  Qazaxın  general-qubernatoru  olmuĢdu.  Ondan  əvvəl  bu  vəzi-

fəni  ay  yarım  Hacı  Kərim  Sanılı  (1878-1937)  tutmuĢdu...    H.  Sanılı 

sol  menĢevik  idi  və  bu  vəzifəyə  gürcü  menĢevik  hökumətinin 

köməkliyi ilə gəlmiĢdi. Onun Məhəmməd Kovxa (tarixi ədəbiyyatda 

Koxa  yazılır,  əslində  Kovxadır...)  ilə  düĢmənçiliyi    vardı.  Lakin 

nüfuzlu  mülkədar  nəslindən  olan  kəndxuda  (kovxa)  Məhəmməd 

Kovxanı yerli əhali müdafiə edirdi və onların tələbiylə H. Sanılı vəzi-

fədən  kənarlaĢdırılmıĢ  və  Azərbaycan  Cümhuriyyəti  hökuməti  tərə-

findən M.Kovxa general-qubernator vəzifəsinə  təyin  edilmiĢdi. 

ZAQATALA  QUBERNĠYASI.  Mərkəzi  Zaqatala  Ģəhəri. 

Mövcud ehtimala görə Zaqatala 12-ci əsrdə yaĢamıĢ Zəkəriyyə adlı 

bir  Ģəxsin  adını  daĢıyır.  ”Zəkəriyyə”  “Zaqatala  qalası”  mənasında-

dır. BaĢqa fikrə görə, ləzgilərə məxsus zağa, ”saxa” etnik qrupunun 

adının dəyiĢilmiĢ formasıdır. Zaqatala Bazar da adlanıb. Bu, qədim 

türk  tayfasının  adıdır.  Zaqatala  Azərbaycanda  hərbi-inzibati  ərazi 

vahidi  kimi  1860-cı  ilin  mayında  təĢkil  olunmuĢdu.Azərbaycan 

Xalq Cümhuriyyəti dövründə Zaqatala qubeniyası 1918-ci il iyunun 

28-də  yaradılmıĢdı.  Həmin  vaxt  general-mayor  Əliyar  bəy  HaĢım-

bəyov  (1856-1920)  Zaqatalanın  qubernatoru  təyin  edlmiĢdi.  Sovet 

hakimiyyəti  qurulduqda  quberniyalar  dərhal  ləğv  olunsada,  qəzalar 

inzibati ərazi idarəetmə vahidi kimi 1929-cu ilin aprelinədək saxlan-

mıĢdı. Zaqatala qəza kimi 1920-ci il aprelin 28-dən 1929-cu ilin ap-

relin  8-dək  mövcud  olmuĢdur.1930-cu  ildə  hazırkı  Zaqatala  Ģəhə-

rində qala tikilmiĢdi. ”Yenilməz batalyon” bədii filmi həmin qalada 

çəkilmiĢdir. Ġndiki Zaqatala  rayonu  1930-cu ildə  təĢkil  edilmiĢdir. 

XX əsrin əvvəllərində Samux Ģəhərinin mövcud olmasını Sa-

mux  meĢələrində  onun  indi  də  qalmaqda  olan  xarabalıqları  sübut 

edir. Samux Ģəhərinin ərazisi Kürü çayının hər iki sahilində Qazannı 




 

227 


dağlarının  ətəklərini  Qanlı  Qobu  ilə  Qabırrı  çayı  vadisi  arasında 

olan  ərazini  əhatə  edibdir.  Tədqiqatçıların  bir  qisminin  fikrincə, 

”Samux”  alban  sözü  olub,”meĢəlik”,  ”ov  yeri”  deməkdir.  Digər 

qisim tədiqatçıların qənaətinə görə,”Samux” üç çayın (Kür, Qabırrı 

və Alazan”) birləĢdiyi yerdir. BaĢqaları hesab edir ki, “Samux” sözü 

fars dilində  “üç çay qolu” deməkdir.  Samux rayonu 1931-cu il  no-

yabrın 24-də təĢkil olunmuĢdu. Azərbaycan SSR Ali Soveti Rəyasət 

Heyətinin  24  yanvar  1939-cu  il  tarixli  4  nömrəli  qərarı  ilə  Səfərə-

liyev rayonu  (inqilabçı Xanlar Səfərəliyev soyadını daĢıyırdı) Kiro-

vabad  (o  vaxt  Gəncə  belə  adlanırdı)  Ģəhərinin  ərazisinə  daxil  olan 

inzibati  ərazi  idi. 1940-cı  il  yanvarın 16-da bu  rayon Ģəhərin tərki-

bindən  çıxarılıb  republikanın  kənd  rayonları  sırasına  daxil  edildi. 

1948-ci  ildən  baĢlayaraq  Mingəçevir  SES-in  tikintisi  ilə  əlaqədar 

olaraq  Samuxun  ərazisinin  çox  hissəsi  su  altında  qalmıĢdı.1954-cü 

il  yanvarın  28-də  Azərbaycan  SSR  Ali  Sovetinin  qərarı  ilə  Samux 

rayonu ləğv  edilərək  ərazisi Səfərəliyev rayonu ilə birləĢdirilmiĢdi. 

1959-cu  il  dekabrın  4-də  Səfərəliyev  rayonu  müstəqil  rayon  kimi 

ləğv edilərək Gəncə Ģəhərinə birləĢdirilmiĢdi. 1963-cü il yanvarın 4-

də  keçmiĢ  Səfərəliyev  rayonunun  ərazisi  Xanlar  rayonuna  daxil 

edilmiĢdi.Samux  öz  tarixi  adını  yalnız  90-cı  illərin  əvvəllərinədə 

bərpa  edə  bilmiĢdir,  Azərbaycan  Respublikası  Ali  Sovetinin  Milli 

ġurasının 1992-ci il 18 fevral tarixli 72 saylı qərarı ilə Səfərəliyev 

Ģəhər  tipli  qəsəbə  olmaqla  yeni  inzibati  ərazi  vahidi  kimi  yaradıl-

mıĢdı. Milli  ġuranın 1992-ci il 31 dekabr tarixli qərarı ilə Səfərə-

liyev  qəsəbəsinin  adı  dəyiĢdirilib  Nəbiağalı  qəsəbəsi  adlandırılmıĢ-

dır. Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli Qanunu-

na əsasən isə Nəbiağalı və Kolayır kəndi biləĢdirilərək Samux qəsə-

bəsi  adlandırılmıĢ,  Samux qəsəbəsinə  Ģəhər statusu verilmiĢ  və Sa-

mux  rayonu  da  müstəqil  rayon  kimi  yaradılmıĢdır.  Bakı  ilə  Samux 

Ģəhərinin  arasındakı  məsafə  362  km-dir. 

...  Xanlar  rayonu  1954-cü  il  yanvarın  28-də  Səfərəliyev 

rayonu  ilə  birləĢdirilmiĢdi.  Səfərəliyev  rayonu  1938-ci  ilədək  gör-

kəmli  dövlət  xadimi  və yazıçı    N.Nərimanovun    (1870-1925)  Ģərə-

finə Nərimanov rayonu adlanırdı. Nərimanov adının verilməsinə qə-

dər  rayon  Yelenendorf  (almanca  Helelenendorf)  (22  aprel  1819-cu 

ildən) adlanmıĢdır. Belə ki, hələ 19-cu əsrdə,1819-ci il aprelin 22-də 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə