Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə78/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   74   75   76   77   78   79   80   81   ...   156

 

234 


Cəbrayıl qəzası çar hökumətinin  “Qafqazda inzibati islahatlar 

haqqında” 9 dekabr 1867-ci il tarixli  fərmanına əsasən Yelizavetpol  

quberniyasının tərkibində 8 qəzadan biri kimi 1 yanvar 1868-ci ildə 

təsis  olunmuĢdu.  Ərazisi  3276,31  kv.verst,  əhalisi  89584  nəfər,  o 

cümlədən 44.493 nəfəri (49,66 faizi) kiĢi, 45.091 nəfəri (50,33 faizi) 

isə  qadın  idi.Onun  tərkibinə  ġuĢa  qəzasının  Vərəndə  (indiki  Ağ-

dərə) sahəsi,  Qarabulaq  sahəsi  (indiki Füzuli), qisməndə  Beyləqan, 

Qubadlı və Zəngilan əraziləri daxil edilmiĢdi. Cəbrayıl qəzası zəruri 

inzibati  ərazi  dəyiĢiklikləri  aparılan  zaman,1  iyul  1883-cü  il  qanu-

nuna  əsasən  Yelizavetpol  (Gəncə)  quberniyası  tərkibində  CavanĢir 

qəzası ilə birlikdə müstəqil inzibati ərazi vahidi kimi yenidən yara-

dılmıĢdı.  Maili  düzənlikdə,  Ġncəçay  vadisində,Gəyən  çölündə  yer-

ləĢirdi.  Cəbrayıl  strateji  cəhətdən  əlveriĢli,  mühüm  yer  olduğundan 

rus hərbi qarnizonu tərəfindən orada hərbi Ģəhərcik salınmıĢdı. Cəb-

rayıl qəzasının adı orta əsrlərdə  yaĢamıĢ Cəbrayıl Ata adlı nüfuzlu 

bir  Ģəxsin  adı  ilə  (o,  AlıpaĢa  dağının  görkəmli  bir  yerində  dəfn 

olunmuĢdur...)  əlaqədar  olaraq  belə  adlandırılır.Cəbrayıla  əhali 

arasında “Qıraxtin” (yəni qıraxda, ucqarda  yerləĢən),”Qıraxdin” və  

“Tulus Cəbrayıl” da demiĢlər  (”tulus”  türk  tayfasının  adıdır). 

1918-ci  il  avqustun  30-da  F.  Xoyskinin  baĢçısı  olduğu  Azər-

baycan  Xalq  Cümhuriyyəti  hökumətinin  qərarı  ilə  daha  bir  tarixi 

ədalətsizlik bərpa olunmuĢ, çarizmin müstəmləkə siyasətinin rəmzi 

olan  Karyagin  adə  ləğv  edilmiĢ  və  əvvəlik  Cəbrayıl  qəzasaının  adı 

özünə  qaytarılmıĢdı.  AXC  süqut  etdikdən  və  Azərbaycanda  sovet 

hakimiyyəti  qurulduqdan  sonra  quberniyalar  1920-ci  il  aprelin  28-

dən  ləğv  olunsada,  bütün  qəzalar  (16  qəza),  o  cümlədən  mərkəzi 

Cəbrayıl  Ģəhəri  olmaqla  Cəbrayıl  qəzası  1929-cu  ilin  aprelinədək 

respublikanın  inzibati  ərazi  vahidi  kimi  qalmıĢ,fəaliyyət  göstər-

miĢdi.1929-cu il aprelin 8-dən baĢlayaraq  Azərbaycan  SSR-in inzi-

bati-ərazi  idarəetmə  bölgüsündə  yeni  dəyiĢiklilər  aparılmağa  baĢ-

lanmıĢdı.  Bu,  qəzaların  ləğvi  rayonlaĢma  ilə  əlaqədar  idi.Odur  ki, 

1929-cu  ilin  aprelindən  Cəbrayıl  qəzası  da  ləğv  olunmuĢ  və  bir  il 

sonra  əvəzində  sabiq  Cəbrayıl  qəzasının  altıda  bir  hissəsi  hesabına 

yeni Cəbrayıl rayonu yaradılmıĢdı. Ġndiki müstəqil Cəbrayıl rayonu 

da  elə  həmin  vaxtdan  mövcuddur.Cəbrayıl  Ģəhəri  və  rayonu  23 

avqust 1993-cü ildə rus-erməni qəsbkarları tərəfindən iĢğal edilmiĢ-




 

235 


dir.Ermənistan  Respublikası  rəhbərliyi  indi  Cəbrayıl  Ģəhərinə  “Jra-

kan”  adı  vermiĢdir... 

Yuxarıda qeyd etdiki, Cəbrayıl qəzası yaradılanda onun tərki-

binə  Qarabulaq (keçmiĢ  Karyagin,  indiki  Füzuli rayonu),  Beyləqan 

(keçmiĢ  Jdanov  rayonu),  Qubadlı  və  Zəngilan  əraziləri  də  daxil 

olunmuĢdu. Fikrimizcə, Cəbrayılla əlaqədar olduğu üçün qısaca bu 

rayonların da tarixinə nəzər salmaq yerinə düĢər. 

QARABULAQ.  Füzuli Ģəhərinin və rayonunun keçmiĢ, lakin 

həqiqi  adıdır.  Qarabulaq”  türkcə  ”böyük  bulaq”  anlamındadır.”Qa-

ra”  türkcə  “böyük”  deməkdir.”Qarabulaq”,  yəni  ”bol  sulu  bulaq, 

çeĢmə”  mənasındadır.Lakin  əksər  alimlər  və  tədqiqatçılar  hesab 

edirlər  ki,  Qarabulaq  ərazidə  yaĢayan  qədim  türk  tayfaları  Qarabu-

laqlıların adıyla bağlıdır. Qarabulaqlılar sülaləsi döyüĢkən Kəngərli 

türk  tayfalarındandırlar.Hazırda  Naxçıvan  Muxtar  Respublikaında 

Qarabulaqlılar yaĢayırlar. Azərbaycan  SSR dönəmində  DQMV-nin 

Xankəndi  rayonuna  tabe  olan  Qarabulaq  kəndi  (və  sovxozu)  sonra 

qəsəbə  statusu  almıĢdı.Qarabulaq  (indiki  Füzuli  Ģəhəri)  Araz  çayı-

nın qolu olan Köndələnçayın sahilində, Qarabağ silsiləsinin ətəyin-

də  yerləĢir. Qarabulaq adına tarixdə  əvvəldən  rast  gəlinsədə ,  onun 

düzən yerdə, qıĢlaq sahəsi əsasında 1827-ci il sentyabrın 10-da sa-

lınması  yazılır...1905-ci  il mayın 14-də Qarabağ  xanlığının Rusiya 

tərkibinə keçməsini rəsmiləĢdirmiĢ Kürəkçay müqaviləsinin  (“And-

lı öhdəlik”) 100 illiyi tamam olanda, bu münasibətlə  Cəbrayıl qə-

zasının adı dəyiĢdirilərək,vaxtıilə çar Birinci Aleksandrın sevimlisi 

olmuĢ,  Qarabağda  və  Azərbaycanın  digər  yerlərinin  istilasında 

xidmətlər göstərmiĢ, rus ordusunun zabiti, polkovnik Pavel Mixay-

loviç. Karyaginin (1761, Poltava Ģəhəri, Ukrayna - 14 dekabr 1807, 

ġuĢa Ģəhəri) Ģərəfinə Karyagin qəzası adlandırılmıĢdı.Yeni yaranan  

Karyagin  qəzasının  mərkəzi Cəbrayıl Ģəhəri elan olunmuĢdu. 

BEYLƏQAN.  Azərbaycan    Respublikasının    paytaxtı    Bakı-

dan  265 kilometr  məsafədə yerləĢir. Bu rayon yeganə rayondur ki, 

Həzrəti Cərcis Peygəmbərin qəbri onun ərazisindədir. (Həzrəti Cər-

cis  Peyğəmbər 7-ci əsrdə təkallahlığı  təbliğ üstündə təqibdən  yaxa 

qurtarmaq  üçün  Beyləqan  ərazisinə  gəlmiĢdi.  Peyğəmbərin  türbəsi 

16-cı əsrdən ziyarətgah yerinə çevrilmiĢdir...). Beyləqan Azərbayca-

nın orta əsrlərdə inkiĢaf etmiĢ sənətkarlıq və ticarət Ģəhəri olmuĢdur. 




 

236 


Karvan yollarının üstündə yerləĢən bu Ģəhərin adı  9-14-cü əsrlərdə  

çəkilir.  Ərəb  müəlliflərinin  məlumatına  görə  Beyləqan  Ģəhəri  5-ci 

əsrin sonu - 6-cı əsrin əvvəllərində Sasani ĢahənĢahı Ġ Qubad (488-

531) tərəfindən salınmıĢdır. Beyləqan  Ģəhərinin  xarabalıqları rayo-

nun  Kəbirli  kəndi  yaxınlığında  Örənqala  adı  ilə  tanınmıĢdır.  1933-

1961-ci  illərdə  rayonun  Kəbirli  kəndindən  cənubda  Örənqala  yaĢa-

yıĢ yerində arxeoloji tədqiqatlar aparılmıĢdı. Örənqalanı AMEA-nın 

müxbir  üzvü,  görkəmli  mərhum  arxeoloq,  tarix  elmləri  doktoru 

Qara    Əhmədov  (1928-2003)    tədqiq  etmiĢdir.  (Qeyd:  Qara  Məm-

məd  oğlu  Əhmədov.  1928-ci  ildə  Qəbələ  rayonunun  Çarxana  kən-

dində doğulmuş, 2003-cü ildə isə Bakıda vəfat etmişdir. Qara müəl-

lim  orta  əsr  Beyləqan  şəhərinin  tarixini  kompleks  şəkildə  tədqiq 

etmiş və 1979-cu ildə buna dair eyni adlı sanballı monoqrafiya nəşr 

etdirmişdir. O, Beyləqanda 30-dan artıq sənət sahəsinin  olduğunu  

yazmışdır.).  Beyləqan  hakimi  olmuĢ  Məsud  ibn  Namdarın  (əslən 

beyləqanlı  idi,  orada  doğulmuĢdu.  MənĢəəcə  kürddür.  Hökmdar, 

həm  də  Ģairdir)  və  13-cü  əsr  ərəb  tarixçisi,  monqol  yürüĢlərinin 

müasiri  Ġzzəddin  Əbül  Həsən  Əli  ibn  Məhəmməd  Ġbn  Əl-Əsrin 

(1160-1234) yazdıqlarından məlim olub ki, Beyləqan Ģəhəri monqol 

sərkərdələri Cəbə və Subudayın Azərbaycana yürüĢü zamanı, 1221-

ci il oktyabr ayının 9-u-noyabr ayının 18-də baĢ verən qanlı döyüĢ-

lərdən sonra müqavimət göstərdiyi üçün süquta uğradılmıĢdı... Tari-

xin  müxtəlif  dönəmlərində  Beyləqan  Gəncə  Əmirliyinin,  Cavad, 

Cəbrayıl və Karyagin qəzalarının tərkibində olmuĢdur... 

Beyləqanın  ən    iri    yaĢayıĢ    məntəqələrindən    biri    Birinci  

ġahsevən  kəndidir. Kənd Araz çayına yaxın, DaĢburun stansiyasın-

da yerləĢir. Kənd adını tarixdə öz döyüĢkənliyi ilə ad çıxarmıĢ məĢ-

hur  köçəri-elat  Sahsevən  tayfasının  adından  götürmüĢdür.  ”ġah-

sevən” adı  Birinci ġah Ġsmayıl Səfəvinin (1487-1524) hakimiyyəti 

dövründə  (1501-1524)  yaranmıĢdır.  ”Sahsevən”,  yəni    “Ģahın  sev-

diyi  el”,  ”elin  sevdiyi  Ģah”  deməkdir.  ”ġahsevənlərin  erkən  vətəni 

Güney (Cənubi)  Azərbaycan olmuĢdur. ġahsevənlər  xüsusi qəbilə 

və tayfa  birliyi olmayıb, ayrı-ayrı qəbilə və tayfa birliklərinə daxil 

olan  icma-qəbilə  qruplarının,  qəbilə  və  oymaqlardan  ayrılaraq  bir-

ləĢməsi nəticəsində əmələ gəlmiĢdi. Qaynalarda  yazılmıĢdır: ”ġah-

sevənlər. ġahsevən atlıları. Birinci ġah Abbas Səfəvi Cənnətiməkan 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə