Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə81/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   77   78   79   80   81   82   83   84   ...   156

 

244 


Füzuli    rayonu    tarixdə  “Fioletovka”  da  adlanmıĢdır.  Füzuli 

Ģəhərinin  mərkəzindən  1  kilometr  məsafədə,  onun  qərb  hissəsində 

yerləĢən,  xalq  arasında  və  tarixi  mənbələrdə  “QızılqıĢlaq”  adlanan 

yaĢayıĢ hissəsi vaxtıilə “Fioletovka” adlandırılmıĢdı. Bu, həmin his-

sədəki  küçəyə  1918-ci  il  sentyabrın  20-də  Türkmənistanda  güllələ-

nən 26 Bakı  komissarından biri  -  bolĢevik  Ġvan  Fioletovun  (19 de-

kabr  1883  -  20  sentyabr  1920)  adının  verilməsindən  sonra  olmuĢ-

dur... 


Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Cəbrayıl  qəzasının 

tərkibində  olan  Füzuli  ərazisi  inzibati  idarəçilik  cəhətdən  Birinci 

Böyük Bəhmənli (tarixdə Böyük və bala Bəhmənli kəndlərinin adı 

Saday  bəy obası  kimi  də  tanınır.  Vaxtıilə, Nadir  Ģah ƏfĢar 1735-ci 

ildə  Bəhmənli  oymağının  böyük  qismini  Xorasan  (Ġran)  əyalətinin 

Sərəxs adlanan ərazisinə sürgün etmiĢdi. Bəhmənli oymağının baĢ-

çılarından  biri  Ağa  bəy  olmuĢdur.  Ağa  bəyin  Bəylər  bəy  adlı  qar-

daĢı vardı. Ağa bəy və övladları Bəhmənli obasında məskunlaĢmıĢ-

dılar.  Ağa  bəyin  oğlu  Baba  bəy  (1796)  bir  müddət  Bala  Bəhmənli 

obasına  baĢçılıq  etmiĢdir.  Ağa  bəyin  digər  qardaĢı  Alı  bəyin  də 

Əhməd bəy (1798) adlı oğlu vardı. Əhməd bəy hazırkı Əhmədbəyli 

kəndinin əsasını qoymuĢdur...) polis sahə pristavlığına, Ġkinci Hora-

diz  polis  sahə  pristavlığına  və  Üçüncü  Cəbrayıl  polis  sahə 

pristavlığına  ayrılmıĢdı.  Birinci  sahə  polis  pristavlığının  pristavı  

Həbib  Məhərrəmov,  Ġkinci sahə polis pristavlığının pristavı Həsən 

bəy Vəzirov və Üçüncü sahə polis pristavlığının pristavı  Camal bəy 

Əlibəyov (1907-1937) idi. 

Qeyd: 1593-cü il Osmanlı qaynaqlarından birində indiki Fü-

zulinin  Horadiz  kəndinin  də  adı  çəkilir.”Horadiz”  irandilli  (fars) 

sözdür;  ”hor”  “od”,  ”günəş”,  ”işıq”,”diz”  “qala”,  yəni  “Günəş 

qalası”, ”qala kənd” (“məskən, yurd, qala” anlamındadır). Onyed-

dinci  əsrin  ikinci  yarısında  kəndin  sahibi  Səfəvi  dövlətinin  (1501-

1736) adlı-sanlı əmirlərindən biri Xələf bəy idi. 1823-cü ilə aid rus 

mənbəyində bildirilir ki, Horadiz kəndi Cəfərqulu xana məsusdur). 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra,  1920-ci 

il iyulun 29-da Karyagin Qəza Ġnqilab Komitəsinin sədri Məmməd-

xan  Məmmədxanov  onun  qərargahını  Qoçəhmədli  kəndinə  köçür-

müĢdü...(Burada “Qoçəhmədli” sözü, ”qoç”-“igid”, ”cüssəli”, ”qəh-



 

245 


rəman” deməkdir, ”əhmədli” isə etnonimdir. Qoçəhmədli bu kənddə 

ilkin  məskunlaĢmıĢ  nəslin  adıdır).(1593-cü  ilə  aid  Osmanlı 

qaynaqlarından  birində  bildirilir  ki,  Gəncə-Qarabağ  əyalətinin  Di-

zaq nahiyəsində Qoçəhmədli kəndi mövcuddur). Qoçəhmədli kəndi 

1867-1905-ci illərdə Cəbrayıl qəzasının tərkibində olmuĢdur. 

1929-cu  ilin  yazında  aparılan  yeni  inzibati  ərazi  bölgüsünün 

tətbiqi və rayonlaĢmaya keçilməsiylə əlaqədar olaraq, respublikada-

kı bütün qəzalar, o cümlədən Karyagin qəzası da ləğv olundu, əvə-

zində rayon yaradıldı. Bu dəfə yeni yaranan rayona daha Karyaginin 

adı  verilmədi. Rayon Sərdar  rayonu adlandırıldı. Beləki,1929-cu il 

martın  1-də  Azərbaycan  XKS  əslən  Qarğabazar  kəndindən  olan 

(“Qarğabazar” adına hələ 1724-cü il tarixli bir türk qaynağında rast 

gəlinir.Kəndin mənĢəyi burada ilkin məskun olmuĢ Qarqar türk tay-

fasının  adı  ilə  əlaqələndirilir.  Qarğabazar  karvan  yolları  üzərində 

yerləĢirdi.  Burada  səsli-küylü,  izdihamlı,  gur  bazar  da  mövcud  idi. 

Məhz  bazarın  olması  ilə  əlaqədar  sonralar  kəndin  adı  “Qarqar  ba-

zarı”,  ”Qarqarlar  bazarı”  adlandırılmıĢ,  zaman-zaman  hallalanaraq 

“Qarğabazar” Ģəkilinə düĢmüĢdür) məĢhur inqilabçı Bünyad Sərda-

rovun  (həqiqi  soyadı  Ġbrahimovdur)  1919-cu  ildə  faciəli  vəfatının 

(Bünyad  Bakıda  çarizmə  qarĢı  mübarizə  dövründə,  Balaxanı  neft 

mədənlərində  iĢlərkən  inqilabi  fəaliyyəti  zamanı-1908-ci  ildə 

təqibdən  yaxa  urtarmaq  üçün  “Sərdarov”  soyadını  götürmüĢdü.  O, 

1919-cu  ilin  yazında  “Ġbrahim  Ata”  pasportu  ilə  gecə  ikən  kiçik 

balıqçı  qayığında  HəĢtərxandan  Xəzərə  çıxıb  (qayıqda  silah  və  s. 

vardı) Bakıya yollanarkən  “Çeçen adası” deyilən yerin yaxınlığında 

ağqvardiyaçı  keĢikçi  gəmisi  tərəfindən  yaxalanmıĢ,  çoxlu  iĢgəncə-

lərdən sonra boynuna daĢ bağlanmaqla, güllələnərək dənizdə batırıl-

mıĢdı.)  10-cu  ildönümü  ilə  əlaqədar  olaraq,  Karyagin  rayonuna  və 

Ģəhərinə Sərdar adını vermiĢdi. Lakin SSRĠ XKS-in təzyiqi altında 

Azərbaycan SSR XKS 1931-ci ilin əvvəlində Sərdar adını ləğv edib, 

yenidən Karyaginin adını bərpa etmiĢdi. Sərdar rayonu RPK-nın ilk 

1-ci  katibi  Məmməd  Əsədov,  RĠK-in  ilk  sədri  Əziz  Nuriyev  və 

Rayon  Milis  Ġdarəsinin  ilk  sədri  Əbdül  Məmmədov  olmuĢdular. 

Beləliklə,  Karyagin  adı  1931-ci  ilin  əvvəlində  yenidən  bərpa  olun-

muĢdu. Bu ad 1959-cu ilin aprelinədək qalmıĢdır (Karyagin rayonu-

na  xalq  arasında  uzun  müddət  “Qaryagin”  demiĢlər.  Hətta  rəsmi 




 

246 


sənədlərin  bir  çoxunda,  tarixi  ədəbiyyatlardada  “Qaryagin”  adı 

yazılmıĢdır.  Hələ  indinin  özündədə  belə  deyənlər  var).  1959-cu  il 

aprelin  2-də  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  qərarı 

ilə  dahu  Ģair  Məhəmməd  Füzulinin  anadan  olmasının  400  illiyi 

Ģərəfinə Karyagin adı ləğv edilmiĢ, rayona və Karyagin Ģəhərinə M. 

Füzulinin  (1494-1556)  adı  verilmiĢdir  (“Füzuli”  ərəb  sözüdür, 

”həddi  bilinməyən”,”həddini  aĢan”  deməkdir).  Əlli  min  nəfərə  ya-

xın əhalisi qeydə alınmıĢ Füzuli Ģəhəri və rayonun böyük hissəsi 23 

avqust  1993-cü  ildən  erməni  qəsbkarları  tərəfindən  iĢğal  olunmuĢ-

dur   (Kiçik Qafqazın  cənub-Ģərq qurtaracağı  ilə  Araz çayı  arasında 

1386  kv.km.ərazisi  olan  Füzuli  rayonunun  yalnız  22  kəndi  iĢğalda 

deyildir.  Hazırda  rayonun  inzibati  mərkəzi  Horadiz  Ģəhərindədir. 

Azərbaycan  Respublikasının  2007-ci  il  23  oktyabr  tarixli  qərarı  ilə 

Horadizə Ģəhər statusu verilmiĢdir. 

QUBADLI.  Qarabağ  yaylasının  cənub-Ģərqində  yerləĢir.  On-

altıncı  yüzilliyin  sonunda  Azərbaycana  köçmüĢ  səlcuq  türklərinə 

mənsub  Qubad  nəslinin  adını  daĢıyır.  Tarixin  müxtəlif  dönəmlə-

rində  Qubadlıya  AĢağı  Xoca  Musaxlı  (19-cu  əsrin  ikinci  yarısında 

Zəngəzur qəzasında  yaĢayan  yerli tayfanın  adıdır), Dondarlı  (orada 

yaĢayan  qədim,  döyüĢkən  dondarlı  türk  tafalarının  adıdır),  Xanlıq, 

Məmmədli, Yuxarı Cibikli, Sarıyataq da demiĢlər. Ġnzibati ərazi va-

hidi  kimi  Qubadlı  rayonu  1933-cü  ildə  təĢkil  olunmuĢdu.  Ərazisi 

826 kv.km., əhalisi 31.000 nəfər idi. 1963-cü il yanvarın 4-də ləğv 

edilmiĢ və ərazisi Zəngilan rayonuna verilmiĢdi. 1964-cü ildə yeni-

dən  müstəqil  rayon  olmuĢdur.  Qubadlı  31  avqust  1993-cü  ildə  Er-

mənistan “silahlı qüvvələri” tərəfindən iĢğal edilmiĢdir. Ermənistan 

Respublikası rəhbərliyinin Azərbaycan (türk) mənĢəli toponomlərin 

erməni adları ilə əvəz edilməsi siyasətinə uyğun olaraq iĢğal altında 

olan Qubadlı Ģəhəri  indi “Sanasar” adlandırılmıĢdır. 

ZƏNGĠLAN. Zəngilan Kiçik Qafqazın cənub-qərbində, Arazın 

sol sahilində yerləĢir. ġimaldan Qubadlı və Cəbrayıl, qərbdən Ermə-

nistanla, cənubdan və Ģərqdən Ġranla həmsərhəddir. XV əsrin məĢhur 

cöğrafiyaĢünası  və  tarixçilərindən  biri  yazırdı  ki,  Zəngilanın  əsası 

hicri  tarixin  15-ci  ilində  axırıncı  Peyğəmbərimiz  Məhəmməd  Əley-

hissalamın  (570-632)  622-ci  ildə  Məkkədən  Mədinə  Ģəhərinə  hicrət 

etməsi ili ilə baĢlanır, yəni əsası 636-cı ildə qoyulub. ”Zəngilan”  hə-




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə