Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə89/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   85   86   87   88   89   90   91   92   ...   156

 

269 


Faktlar və dövrü sənədlər sübut edir ki, Ġbrahim bəyin deputat 

kimi  fəaliyyəti  səmərəli  olmuĢdur.  Onun  Dumadakı  qətiyyətli, 

alovlu,  tutarlı,  əsaslandırılmıĢ  çıxıĢları,  xüsusilə,  xalqın  inkiĢafı  və 

tərəqqisində  mühüm  olan  təhsil  və  maarrifçilik  məsələlərini  ön 

plana  çəkməsi  bir  qayda  olaraq,  müzakirələr  zamanı  mübahisələrə 

səbəb olurdu. Onun ibtidai məktəblərdə ana dilinin qeyri millətlərə 

məcburi  öyrədilməsinin  özünü  doğrultmadığı  ilə  bağlı  fikirləri,  bu 

layihənin  həyata  keçirilməsinin  əslində,  qeyri-xalqların  dili  və  mə-

dəniyyətinə qarĢı yönəldiyini isbat etməsi birmənalı qarĢılanmırdı... 

Zaqafqaziyadan  Üçüncü  Dumayaya  seçilmiĢ  deputatlar  X.  Xas-

məmmədov, N. Çxeidze və baĢqalarıda onu müdafiə edirdilər. Onlar 

Rusiyada dini təhsilin də durumunu kəskin tənqid esdərək, məktəb-

lərdə dini təhsil proqramlarında bərabərlik yaradılmasını tələb edir-

dilər.  Ġ.  Heydərov  “böyük  dövlətçilik”  kimi  imperiya  siyasətini  də 

tənqid edirdi. O, Dumada  “Rusiya ruslar üçündür!”, - çağırıĢı ilə çı-

xıĢ edən rus Ģovinist monarxiyaçı qrupuna qarĢı mübarizə aparanla-

rın sırasında idi. 

1909-cu ildə Üçüncü Dumanın kürsüsündən çıxıĢ edən Ġ. Hey-

dərov  çarizmin  Rusiyanın  mərkəzi  quberniyalarından  “köçürmə  si-

yasəti”ni  də  real  faktlar  və  həyati  missallar  gətirməklə  tənqid  edir, 

bu  siyasətin  Qafqazdada  sabitliyin  pozulmasına  və  millətlərarası 

qarĢıdurmaya səbəb olduğunu söyləyirdi. 

1913-cü  ildə  Rusiyanın  Daxili  ĠĢlər  Nazirliyi  “Ucqarlarda 

yerli  özünüidarənin  yaradılması  haqqında”  qanun  layihəsi  iĢləyib 

hazırlamıĢdı.  Vaxtıilə  Dumada  həmin  məsələni  qaldıranlardan  biri 

məhz Ġ. Heydərov idi. 

Ġbrahim  bəy  Heydərovun  Dumadan  sonrakı  həyatı  və  fəaliy-

yəti  yenidən  Bakıyla  bağlı  olmuĢdu.  O,  1913-cü  il  martın  27-dən 

Bakı  ġəhər  Ġdarəsinin  üzvü,  Ġdarənin  təsərrüfüt  bölməsinin  rəisi, 

həmçinin sorğu qiymətlərinin toplanması üzrə Ģəhər komissarı vəzi-

fələrində  iĢləmiĢdi.  Ġ.  Heydərov  1913-cü  ildə  “Dəyanət”  və  “ġə-

rakət”  adlı  neft-sənaye  cəmiyyətlərini  təĢkil  etmiĢ,  1914-cü  ildə 

yaradılan qeyri-maarrifçi  “ġəfa” Cəmiyyətinin (sədri Tağı Nağıyev 

idi) Ġdarə Heyətinin üzvü seçilmiĢdi. Ġ. Heydərov 1914-cü ildə Mə-

həmməd  Həsən  Hacınski  ilə  birlikdə  “Qafqazı  Öyrənən  Cəmiyyət” 



 

270 


yaratmağa  təĢəbbüs  göstərmiĢ,  onun  Nizamnaməsini  Bakı  ġəhər 

Qradonaçalnikliyinə təqdim etmiĢdi. 

1916-cı  ildə  “Nicat”  Cəmyəti  sədrinin  müavini  seçilən           

Ġ. Heydərov artıq o dövrün ən nüfuzlu ictimai-siyasi xadimlərindən 

sayılırdı.  Bunu  onun  görkəmli  Ģəxsiyyətlər  -  M.Ə.Rəsulzadə, 

Ə.M.TopçubaĢov, M.H.Hacınski, X.H. Xasməmmədov və baĢqaları  

ilə  birgə  fəaliyyəti  sübut  edirdi. 

Rusiyada 1917-ci ililn fevralında Romanovlar sülaləsinin 300 

illik hakimiyyətinə (1613-1917) son qoyan burjua-demokratik inqi-

labından  sonra  yaranmıĢ  əlveriĢli  tarixi  Ģəraitdə  Ġ.  Heydərovun  do-

ğulduğu Dağıstanda da yeni müvəqqəti hakimiyyət qurumu -  Mü-

səlman  Komitəsi  yarandıqda  məhz  Ġbrahim  Heydərovu  onun  sədri 

seçmiĢdilər. Bunu nəzərə alan Rusiya Müvəqqəti hökumətinin pay-

taxtı Tiflisdə yerləĢən, Zaqafqaziyada səlahiyyətli hakimiyyəti olan 

Zaqafqaziya  Xüsusi  Komitəsi  1917-ci  il  martın  9-da  Ġ.  Heydərovu 

Dağıstan  Vilayəti  Müvəqqəti  Ġcraiyyə  Komitəsinin  sədri  təyin  et-

miĢdi. Ġ. Heydərov 1917-ci il martın 22-də Bakıda yaradılmıĢ Mü-

səlman  Ġctimai TəĢkilatları Komitəsinin Müvəqqəti  Ġcraiyyə  Komi-

təsinin  Milli  Bürosunun  tərkibinə  seçilmiĢdi.  Büronun  sədri       

M.H. Hacınski  idi. 

1917-ci il aprelin 5-də Zaqafqaziya Xüsusi Komitəsi öz sərən-

camıyla Ġ. Heydərovu Dağıstan Vilayətinin komissarı təyin etmiĢdi. 

Həmin ilin noyabrında Rusiyanın hər yerində Müəssisələr Məclisinə 

seçkilər keçirildi. Müəsisələr Məclisinə Dağıstandan olan namizəd-

lər içərisində Ġ. Heydərov da vardı. Noyabrın 12-də Ġ. Heydərov Ru-

siya  Müəssisələr  Məclisinə  üzv  seçilmiĢdi.  Lakin  1918-ci  ilin  yan-

var ayında RSFSR hökumətinin baĢçısı V. Ġ. Lenin (10 aprel 1870, 

Simbirsk - 21 yanvar 1924, Nijni-Novqorod) Müəssisələr Məclisini 

qovduqdan  və  bu  ali  qanunverici  orqanını  müdafiə  edən  nümayiĢ-

çilər  güllələndikdən  sonra  Zaqafqaziya  Xüsusi  Komitəsi  də  bolĢe-

viklərin hakimiyyətini tanımadı. Bu cür kəskinləĢmiĢ ictimai Ģərait-

də  sosialistlər  (Mahaç  Dahadayev  və  digərləri)  Ġ.  Heydərovun 

yerinə  baĢqa  komissar  seçilməsinə  nail  oldular.  Dağıstanda  daha 

qalmağın faydasız olduğunu görən Ġ. Heydərov Bakıya gəlmiĢdi. 

1918-ci  ilin  əvvəllərində Tiflisdə  Rusiyanın  sabiq  Müəssiələr 

Məclisinə seçilmiĢ deputatlardan ibarət Zaqafqaziya Seymi yaradıl-




 

271 


dı. Ġ . Heydərov da Dağıstandan olan təmsilçi kimi Seymdəki Mü-

səlman Sosialist blokunun üzvü olmuĢdu. O elə ilk gündən Seymin 

iĢində fəal iĢtirak etmiĢdi. Onun 15 fevral 1918-ci ildə Seymin Mü-

səlman  Sosialist  bloku  adından  söylədiyi  geniĢ  nitqi  (müharibə, 

sülh,  torpaq,  sosial  və  əmək  qanunvericiliyi,  milli  məsələ  və  s. 

barədə) diqqətəlayiq olub alqıĢlarla qarĢılanmıĢdı. Ġ . Heydərov Za-

qafqaziya Seyminin qərarı ilə 1918-ci ilin fevral-martında keçirilən 

Trabzon  konfransında  iĢtirak  edən  nümayəndə  heyətinin  tərkibinə 

daxil  edilmiĢdi.  O,  Trabzon  konfransında  iĢtirak  etdiyi  müddətdə, 

Zaqafqaziya  Seyminin  1918-ci  il  martın  17-dəki  iclasında  Zaqaf-

qaziya  hökumətinin  heyəti  təsdiq  olunmuĢdu.  Y.P.  Gegeçkorinin 

(1891-1954) baĢçılıq etdiyi həmin hökumətdə  Ġ. Heydərova ümumi 

müfəttiĢ  (dövlət  nəzarəti  naziri)  vəzifəsi  tapĢırılmıĢdı.  1918-ci  il 

martın 26-da Y. Gegeçkorinin baĢ nazir olduğu 2-ci hökumət kabi-

netində də Ġ . Heydərov həmin vəzifədə saxlanmıĢdı. 

1918-ci  il martın 31-də V.Leninin birbaĢa  göstəriĢi ilə  S. ġa-

umyanın  daĢnak  bandasının  Bakıda  törətdiyi  qanlı  qırğınlardan 

sonra Zaqafqaziya seymi 2 aprel 1918-ci il tarixli iclasında Ġbrahim 

bəy  Heydərov,  Mustafa  bəy  Mahmudov  (1878,Göyçay  qəzasının 

Kürdəmir kəndi - noyabr 1937, repressiya olunub və güllələnib) və 

Cavad  bəy  Məlik-Yeqanovdan  (1878,  ġuĢa  qəzası,  Tuğ  kəndi  -  14 

may  1942,  Kareliya  MSSR,  Medvejskaya  Qori  Ģəhəri,  sürgündə 

vəfat  edib)  ibarət  nümayəndə  heyəti  yaratmıĢ  və  Bakıya  yola 

salmıĢdı. Buraya 1 gürcü və 1 erməni, həmçinin daha baĢqa  2 depu-

tatda əlavə olunmuĢdu. Bakıdakı mart soyqrımından sonra Trabzon 

konfransındakı iĢtirakını yarımçıq qoyub Tiflisə dönən M.Ə. Rəsul-

zadə Seymin rəhbərliyi qarĢısında qəti Ģərt qoymuĢdu ki, əgər Seym 

bolĢevikləri  Bakıdan  çıxarmağa  çalıĢmasa,Müsəlman  fraksiyası 

onun  tərkibindən  çıxacaq.  Bundan  sonra  Seym  Bakıya    6  min    nə-

fərlik  hərbi  qüvvə  yola  salmıĢdı... 

Bakıya gəlmiĢ Ġ. Heydərovu bolĢeviklər həbs etmiĢdilər (1918-

ci ilin ortaları). Onu yalnız 1918-ci il mayında azad etmiĢdilər. Həbs-

də  olmasına  baxmayaraq,  o,  1918-ci  il  mayın  11-də  Qafqazın  Dağlı 

Xalqlarının  Birliyi  Cəmiyyətinin  (Dağlılar  Cəmiyyətinin)  “Tapa” 

ləqəbli Əbdül Məcid Çermoyevin (15 mart 1882, Qroznı, Çeçenistan 

-  28  avqust  1936,  Paris)  təĢkil  etdiyi  2-ci  hökumət  kabinetində  (11 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə