Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə97/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   93   94   95   96   97   98   99   100   ...   156

 

294 


biri  idi.General-quberator  iĢlədiyi  dövrdə  (1919-cu  ilin  oktyabrı-

nadək) Qazaxda ciddi qayda-qanun yaratmıĢdı...Böyük milli qürura 

malik Ģəxsiyyət idi Məhəmməd Kovxa. Oğlu Həmid bəy də Gəncə 

hərbi  məktəbinin  ilk  məzunlarından  biri  kimi  sovet  hakimiyyətinə 

qarĢı mübarizə aparmıĢdı... 

Təəssüf  ki,  Məhəmməd  Kovxada  repressiya  qurbanlarından 

biri  olan  Ģəxsiyyətlərimizdən,  milli  istiqlal  fədailərimizdəndir.  M. 

Kovxa  Qazax  qəzasında    “Həqiqət  ordusu”  adlı  antisovet  təĢkilatı-

nın  fəal  üzvü olmuĢdu... M. Kovxa acı  tale  yaĢamıĢdır. 1926-cı  il-

dən baĢlayaraq, sovet hakimiyyət orqanları onun ailəsini də repres-

siyaya  baĢlamıĢdılar.  Özü  oğlu  Həmid  ilə  bir  müddət  Türkiyədə-

SarıqamıĢda yaĢasa da, ailəsinin repressiya edilməsinə dözməyərək, 

Qazaxa  qayıtmıĢdı...1929-cu  il  sentyabrın  14-də  70  yaĢlı  qocanı 

sovet  hakimiyyətinin  düĢməni  kimi  BaĢ  Dövlət  Siyasi  Ġdarəsinin 

(BDSĠ) müstəntiqi Revaz Xaçikyan dindirmiĢdi... M. Kovxa 1929-

1933-cü  illərdə  sürgün  həyatı  yaĢayıb.  Vəfatından  əvvəl  artıq  huĢu 

da getmiĢdi. Qazaxın sabiq general-qubernatoru Məhəmməd Kovxa 

1933-cü  ilin  payızında  74  yaĢında  sürgündə  ürəyi  partlamaqla 

dünyasını dəyiĢmiĢdir... 

 

 



 

XOSROV bəy SULTANOV 

(1879 – 1947) 

 

Qarabağın  general-qubernatoru  olmuĢ  Xosrov  bəy  Sultanov 



1879-cu  il  mayın  10-da  Zəngəzur  qəzasının  Hacısamlı  bəyliyinin 

(Hacısamlı-Qaraçorlu  bölgəsinin  də  yazılır)  QasımuĢağı  obasında 

Qurdqajı (Qurdhacı da deyilir) kəndində mülkədar ailəsində anadan 

olmuĢdu. Bu kənd yaĢayıĢ məntəqəsi, yurd yeri kimi çox qədimlərə 

gedən tarixə malikdir. Kəndin ilk adı Qurdgəzi olmuĢdur. Qurdqajı 

(Qurdhacı) çayının sahilində yerləĢirdi (kənd hazırda Laçın rayonu-

nunun ərazisinə daxildir). Xosrov bəyin atası böyük nüfuza və var-

 

dövlətə  sahib,  müdrik  kəlamlar  ustadı,  millətpərvər  Əli  PaĢa  bəy 




 

295 


(1837-ci  ildə  doğulmuĢdu)  Xanmurad 

bəy 


oğlunun  ailəsində  dünyaya 

gəlmiĢdi. 

Əli  PaĢa  bəy  Kəbirli  mahalın-

dan,  Pərioğulular  obasından  Abbas-

qulu  bəyin  qızı  Bəyim  xanımla  ailə 

həyatı  qurmuĢdu.  Bu  izdivacdan  Sul-

tan  bəy  (1871-1955),  Xosrov  bəy 

(1879-1947),  Ġsgəndər  bəy  (1897-

1923) və Rüstəm bəy oğulları (1875), 

Aftab xanım (1867) adlı qızı dünyaya 

gəlmiĢdi. Əli PaĢa bəyin ikinci arvadı 

Seyidlər  obasından  Hacı  Mir  Əziz 

ağanın  qızı  idi.  Həmin  nikahdan  da 

Zülfüqar bəy, Bahadur bəy, Ġsrafil bəy 

adlı  oğulları,  Ziba  xanım  və  Məhbub  xanım  adlı  qızları  doğul-

muĢdu. Beləliklə, Əli PaĢa bəyin 11 övladı vardı. 

Əli PaĢa bəyin böyük oğlu Sultan bəy (əsl adı Əli PaĢa bəyin 

ana  babasının  adını  qoyduğu  Əsəd  Sultan  idi)  və  qardaĢ-bacıları 

PaĢa  bəyin  əsas  kəndi  Qurqajı  olsa  da,  onlar  bir  müddət  Nağdalı 

kəndində  yaĢamıĢdılar...  Böyük  mülkədar  olan  Əli  PaĢa  bəy  və 

övladlarının  dədə-baba  peĢələri  qoyunçuluq  və  maldarlıqla  məĢğul 

olmaq idi.Onlar yayda Qurdqjl kəndinin ən uca yeri olan Qarapalçıq 

dağının  zirvəsində  tikdikləri  “Dağ  evi”ndə  yaĢayırdılar.  Əli  PaĢa 

bəy  və  həyat  yoldaĢı,  Qarabağ  xanlarının  nəslindən  olan  Dilrüba 

xanım  oğlanları  Xosrov  bəyin  həkimlik  və  Sultan  bəyin  isə  hərb 

sənətinə  yiyələnmələri  üçün  heç  nələrini  əsirgəməmiĢdilər.  Beləki, 

onlar  Sultan  bəy  Sankt-Peterburq  Hərbi  Akademiyasına,  Xosrov 

bəyi  isə  Odessadakı  “Novorossiysk”  Universitetinə  oxumağa 

göndərmiĢdilər.Rüstəm  bəy  isə  Sankt-Peterburq  Texnologiya 

Ġnstitutunu  bitirib  ali  təhsilli  neft  mühəndəsi  kimi  çalıĢmıĢdı. 

QardaĢlardan  Bahadur  bəy  hələ  cavan  ikən  naməlum  adamlar 

tərəfindən qətlə yetirilmiĢdi. Sonralar Sultan bəy qardaĢının qisasını 

qatillərdən  almıĢdı...  Əli  PaĢa  bəy  ermənilərin  Zəngəzur  qəzasına, 

hətta  ġuĢa  Ģəhərinə  hücumlarının  qarĢısını  alanda  baĢçılıq  etdiyi 




 

296 


dəstəsilə  hünərlər  göstərəndə,  ona  ən  yaxın  yardımçı  xalq 

qəhrəmanına çevrilmiĢ böyük oğlu  Sultan bəy idi. 

... Xosrov bəy ilk təhsilini Gəncə Klassik Gimnaziyasında, ali 

tibb  təhsilini  isə  Ukraynannın  Odessa  Ģəhərindəki  “Novorossiysk 

Universitetində”  və  Xarkov  Ģəhər  Universitetində  (1903)  almıĢdı. 

O,  Odessa  Universitetində  xalqımızın  böyük  oğlu  N.  Nərimanovla 

birlikdə oxumuĢ və onunla dostluq etmiĢdi. Tarixi ədəbiyyatda yazı-

lana  görə,  hələ  tələbə  olarkən  nadinc  bir  rus  oğlan  Ģəhərin  mərkə-

zində,  Xosrov  bəyin  yaĢadığı  küçənin  yaxınlığında  bir  qızla  kobud 

davrandığına  görə  Xosrov  bəy  həmin  oğlanın  yumruq  və  təpiklə 

dərsini  vermiĢdi.  Buna  görə  həmin  rus  oğlan  Xosrov  bəyi  duelə 

çağırmıĢdı. ”Dueli” qəsdən elə təĢkil etmiĢdilər ki, ilk gülləni rəqib-

atmalı olmuĢdu. Rəqib ilk atəĢdə Xosrov bəyi sol gözündən yarala-

mıĢdı. Lakin yaralı və həyəcanlı olmasına baxmayaraq, Xosrov bəy 

sərrast  cavab  atəĢilə  rəqibini  biryolluq  yarə  sərmiĢdi.  ĠĢ  elə  gətirir 

ki,  sonralar  həmin  qızla  Xosrov  bəy  ailə  qurur  və  bu  evlilikdən 

onların  bir  oğlu  dünyaya  gəlir.  Xosrov  bəy  babası  Xanmuradın 

Ģərəfinə  oğluna  Murad  adını  qoyur.Lakin  Murad  azyaĢlı  ikən 

xəstələnir və dünyasını dəyiĢir. Bu, Xosrov bəyə dərd olmuĢdu. 

...Xosrov  bəy  Sultanov  Tiflisdə  Azərbaycan  Xalq  Cümhuriy-

yəti elan olunan zaman ona imza atmıĢ 24+2 nəfər görkəmli ictimai-

siyasi xadimlərdən biri idi. 1918-ci il mayın 28-də F. Xoyskinin təĢkil 

etdiyi  Azərbaycan  Cümhuriyyətinin  1-ci  hökumət  kabinetində 

müsavatçı  X.  Sultanov  Azərbaycanın  ilk  hərbi  naziri  olmuĢdu  (2-ci 

və  3-cü  hökumət  kabinetlərində  isə  əkinçilik  naziri  kimi  fəaliyyət 

göstərmiĢdi). O, hökumətin qərarı ilə N.Yusifbəyli və ġ. Rüstəmbəyli 

ilə birlikdə Gəncəyə əmin-amanlığı bərpa etməyə göndərilmiĢdi. 

Azərbaycan  milli-azadlıq  hərəkatının  fəal  iĢtirakçısı  olan  X. 

Sultanov hələ  1917-ci  ildə “Müsavat”  partiyasına daxil olmuĢ,  Ru-

siya  Müəssisələr Məclisinə deputat seçilmiĢdi... Vaxtıilə Müsəlman 

fraksiyasının tərkibində Zaqafqaziya Seyminin üzvü olmuĢ X. Sul-

tanov sonra “Ġttihad” partiasına keçmiĢdi... Azərbaycan  Parlamenti 

təsis  olunanda  -  1918-ci  il  dekabrın  7-də  onun  tərkibinə  daxil 

edilmiĢdi. 

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ertəsi gün, 

1918-ci il mayın 29-da Cənibi Qafqazda sülh və əmin-amanlıq yara-




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə