Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə95/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   91   92   93   94   95   96   97   98   ...   156

 

287 


Azərbaycanda  sovet  hakimiyyəti  “qurulduqdan”  sonra  Y.  Zi-

yaya peĢəkar hərbçi kadr kimi iĢ təklif olunmuĢdu... 1921-ci ilin əv-

vəllərində  Yusif    Ziya  Naxçıvanın  hərbi  komissarı  təyin  edilmiĢdi. 

Fevral-mart  aylarında  ailəsini  də  Naxçıvana  gətirmiĢdi.  Yeni  hərbi 

komissar  Naxçıvan  torpağına  göz  dikən,  ona  əl  uzadan  daĢnak 

silahlı dəstələrinə zərbələr endirməklə Naxçıvanda hörmət və nüfuz 

qazanmıĢdı. Hətta onun adına kənddə olduğu söylənilirdi... 

Yusif  Ziya  Talıbzadə  1921-ci  ilin  fevralından  dekabrınadək 

Naxçıvanda hərbi komissar vəzifəsində xidmət etmiĢdi. Lakin Nax-

çıvan torpaqlarına iddialarla yanaĢan, sərhədləri tez-tez pozan ermə-

ni millətçilərinə, daĢnaklara münasibətdə loyal siyasət yeridən sovet 

rəhbərliyi  ilə  barıĢmayan  Y.Z.Talıbzadə  Bakıya  gəlib  Azərbaycan  

XKS-in  sədri  N.  Nərimanovla  görüĢmüĢ,  bu  quruluĢla  uyğunlaĢa 

bilmədiyini  və  sovetlərə  qulluq  etmək  istəmədiyini  bildirmiĢdi.  N. 

Nərimanov  ona  xaricə  mühacirətə  getməyə  rəsmi  sənəd  vermiĢdi. 

Türkiyəyə qayıdan Y.Z. Talıbzadə görkəmli hərbi siyası xadim Ən-

vər paĢanın (Nuru paĢanın ögey qardaĢı) komandanlıq etdiyi orduda 

xidmətə  baĢlamıĢdı.  O,  Orta  Asiyada  istiqlaliyyət  uğrunda  mübari-

zəni davam etdirən türk xalqlarının “qızıl ordu”ya qarĢı döyüĢlərin-

də yardımçı olmuĢdu. Tarixi mühacirət ədəbiyyatında Y.Z. Talıbza-

dənin  məhz  Orta  Asiyada  1923-cü  il  mayın  18-də  “qızıl  ordu”ya 

qarĢı  döyüĢlərdən  birində  qəhrəmancasına  həlak  olduğu  bildirilir... 

Tarixi ədəbiyyatlardakı məlumatlardan birində deyilirki, Yusif  Ziya  

Ənvər  paĢanın  müavini  olmuĢ  və  onun  həlak  olmasından  (1922) 

sonra  “qırmızı”  ordu  ilə  döyüĢlərdən  birində  ağır  yaralanmıĢdı.  O, 

xilas olmaq üçün Amu-Dərya (Ceyhun) çayını yaralı halda üzə-üzə 

keçmək istəyərkən  bataraq  həlak  olmuĢdu... 

1923-cü  ildə  Orta  Asiyadan  gəlmiĢ  bir  nəfər  Yusif  Ziyanın 

qana bulaĢmıĢ köynəyini və həmiĢə yanında gəzdirmiĢ olduğu bala-

ca  ölçülü  (cib)  Quranını  onun  kiçik  qardaĢı,  görkəmli  yazıçı-Ģair 

Abdulla  ġaiqə  (Talıbzadəyə)  (1881,  Tiflis  -  1959,  Bakı)  vermiĢdi. 

Həmin  qanlı  Quran  Abdulla  ġaiqin  mənzil  muzeyinin  ekspozisiya 

salonunda bu gündə mühafizə olunmaqdadır. 

 



 

288 


 

 

PARLAMENTİ MÜHAFİZƏ POLİSİ 

 

 

 



 

NAĞI bəy ƏLİZADƏ (ƏLİYEV) 

(1897 – 1920) 

 

Nəsli-kökü  bakılı  olan  Nağı  bəy 



Əlizadə  (Əliyev)  1897-ci  ildə  Bakıda 

doğulmuĢdu... Podpolkovnik rütbəsində 

olan  Nağı  bəy  Azərbaycan  Xalq 

Cümhuriyyəti yarandıqda onun uğrunda 

çalıĢmıĢdı...1919-cu  il  fevralın  18-də 

Azərbaycan  Parlamenti  öz  iclasında 

“Parlamenti  Mühafizə  Polisinin  təĢkili” 

məsələsini müzakirə etmiĢdi. Müzakirə-

nin  gediĢində  belə  bir  strukturun  yara-

dılması  zəruri  hesab  edilmiĢ,  4  maddə-

dən  ibarət  qanun  layihəsi  təsdiq  olun-

muĢdu.  Yeni  qanuna  görə  200  nəfərlik 

polis dəstəsinin yaradılması məqbul sayılmıĢdı. M.Ə. Rəsulzadənin 

təklifi  ilə  yeni  yaradılan  polis  strukturu  “Parlamenti  Mühafizə 

Dəstəsi” 

adlandırılmıĢdı.(Sənədlərdə  “Parlamentin  Qoruyucu 

Bölüyü” də yazılmıĢdır...). Yeni strukturun təĢkilinə dövlət xəzinə-

sindən 2.200000 manat ayrılmıĢdı. Parlamenti Mühafizə Dəstəsinin 

komanda  (idarə)  heyəti  6  Ģtat  vahidi  üzrə  təsis  olunmuĢdu. 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Mühafizə Dəstəsinin 

rəisi podpolkovnik Nağı bəy Əlizadə (Əliyev) təyin edilmiĢdi. Onun 

aylıq  məvacibi  4500  rublidi.Köməkçisi  rotmistr  HaĢımbəyov  təyin 

olunmuĢdu.  Məvacibi  3.800  rubl  idi.  Parlamenti  Mühafizə  Dəstəsi 

Parlamentin  Rəyasət  Heyətinə  tabe  olub,  onun  tərəfindən  də 

formalaĢdırılır  və  vazxtaĢırı  ona  hesabat  verirdi.  Lakin  o  bəzi 

məsələlərdə... Azərbaycan Cümhuriyyəti DĠN-ə də tabe idi və zəruri 




 

289 


hallarda onun tədbirlərinə də cəlb olunurdu... 

...Azərbaycan    Cümhuriyyəti    Parlamentini  Mühafizə  Polisi-

nin  ilk  rəisi Nağı bəy Əliyev Azərbaycanda sovet hakimiyyəti elan 

olunduqdan  sonra  bolĢeviklər  tərəfindən  həbs  edilərək, elə 1920-

ci ildə güllələnmiĢdi... Böyük M.Ə. Rəsulzadə özünün “Azərbaycan 

Cümhuriyyəti”  kütabında  qaimməqam Nağı bəy Əlizadəni  “Ġstiq-

lal ġəhidi”  adlandırmıĢdır... 

 

 



 


 

290 


 

 

GENERAL-QUBERNATORLAR 

 

 



 

 

MURAD GƏRAY bəy TLEXAS 

(1874-1920) 

 

Bakının  general-qubernatoru, 



general-mayor  Murad  Gəray  bəy 

Tlexas  milliyyətcə  çərkəz  idi  (çər-

kəzlərdə müsəlmandır).O, 21 oktyabr 

1874-cü  ildə  Kuban  vilayətində, 

Yekaterinodar  (indiki  Krasnodar) 

Ģəhərində  hərbçi  ailəsində  doğul-

muĢdu.  Sankt-Peterburqdakı  Mixay-

lovsk  Artilleriya  Məktəbini  bitirdik-

dən  sonra,  1904  -1905-ci  illər  rus-

yapon  müharibəsində  və  Birinci 

Dünya  müharibəsində  (1914-1918) 

döyüĢlərdə  bərkimiĢ,  özünü  nümu-

nəvi  döyüĢ  zabiti  kimi  göstərərək,  Ģöhrət  qazanmıĢdı...  Murad 

Gəray  bəy  çar  Rusiyası  ordusunda  nümunəvi  xidmətinə  görə 

general-mayor ali hərbi rütbəsinə layiq görülmüĢdü... 

...Azərbaycan  Xalq  Cümhuriyyətinin  Murad  Gəray  bəy  kimi 

peĢəkar kadrlara ehtiyacı vardı. O cümlədən Daxili ĠĢlər Nazirliyini 

də  belə  kadrlarla  möhkəmləndirmək  son  dərəcə  vacib  idi.  Odur  ki, 

Azərbaycan  hökumətinin  baĢçısı  və  eyni  zamand  daxili  iĢlər  naziri 

olan  N.Yusifbəylinin  1919-cu  il  4  dekabr  tarixli  əmri  ilə  general-

mayor Murad Gəray bəy Tlexas  Bakının general-qubernatoru vəzi-

fəsinə təyin edilmiĢdi. O, Birja küçəsi (indiki Üzeyir Hacıbəyov) 8 

nömrəli  ünvanda  otururdu.  M.  Tlexas  bu  vəzifədə  AXC-nin  süqu-

tuna qədər qətiyyətlə və sədaqətlə xidmət göstərmiĢdi... 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə