Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə103/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   99   100   101   102   103   104   105   106   ...   156

 

312 


Xasay  xanın  valideynləri  narazı  qalsalarda,  onun  Natəvanla 

izdivacından  2  övladı:  1  oğlan  və  1  qız  dünyaya  gəlmiĢdi.  Oğlana 

X. Natəvanın atası Mehduqulu xanın adını qoymuĢdular (X. Usmi-

yevlə  X.  Natəvanın  birgə  ailə  həyatı  çox  uzun  sürməyib  və  19-cu 

əsrin 60-cı illərinin əvvəllərində ayrılmıĢdılar...). Böyük oğlu Meh-

duqulu  xan  1855-ci  ildə  ġuĢada  anadan  olmuĢdu.  Rus  ordusunun 

zabiti, podpolkovnik (26 fevral 1859) idi. Həm də “Vəfa” təxəllüsü 

ilə  ana  dilində  lirik  qəzəllərdə  yazmıĢdır.  O,  1900-cü  il  sentyabrın 

5-də cəmi 45 yaĢında Tiflisdə Mixaylovski küçəsindəki 148 nömrəli 

mülkündə vəfat etmiĢdi... 

X.  Usmiyevin  və  X.  Natəvanın  qızlarının  adı  isə  Xanbikə 

(Fatmabikədə  deyirdilər)  idi.  Xanbikə  xanım  CavanĢir  1856-cı  ildə 

ġuĢada anadan olmuĢ, 1921-ci ildə Ağdamda 65 yaĢında vəfat etmiĢ, 

Ġmarət  Qərvənd  qəbristanlığında  babası  Mehtiqulu  xanın  uyuduğu 

məqbərə-kompleksdə  dəfn  edilmiĢdi.  Ona  anası  X.  Natəvandan 

Ģairəlikdə keçmiĢdi. Xanbikə xanım Naxçıvanın  məĢhur  Kəngərlilər 

nəslindən  çar  polkovniki  Əmənulla  xana  ərə  getmiĢdi.  Əmənulla 

xanın vaxtsız ölümündən sonra isə ikinci dəfə yazıçı Cəlil Məmməd-

quluzadənin dostu, Gəncədə yaĢayan naxçıvanlı tacir Kərbəlayi Cab-

bar  Hacı  Ələsgərovla  ailə  qurmuĢdu...  (Xanbikənin  anası  X.  Natə-

vanda X. Usmiyevdən ayrıldıqdan sonra 1861-ci ildə ikinci dəfə ġuĢa 

Qəza idarəsində katib vəzifəsində çalıĢan (əsl sənəti papaqçı olub) 53 

yaĢlı  Seyid  Hüseynə  ərə  getmiĢdi.  X.  Natəvanın  S.  Hüseyndən  5 

övladı olmuĢdu. Onlardan biri Mir Abbas ağa 1885-ci ildə 17 yaĢında 

həyatdan  vaxtsız  köçmüĢdü.  Onun  məzarı  Ağdamda  Qarabağ  xanlı-

ğının  dəfn  olunduğu  Ġmarət-Qərvənd  məqbərə-kompleksində  anası 

XurĢudbanu  Natəvanın  yanındadır  (X.  Natəvan  2  oktyabr  1897-ci 

ildə  ġuĢada  vərəm  xəstəliyindən  vəfat  etmiĢdi).  Yeri  gəlmiĢkən, 

Azərbaycan Respublikasının Prezidenti Ġlham Əliyev 3 aprel 2012-ci 

ildə  X.  Natəvanın  180  illik  yubileyinin  keçirilməsi  haqqında  sərən-

cam vermiĢdi. Sərəncama əsasən 2012-ci il sentyabrın 14-də Bakıda  

Muğam  Mərkəzində  yubiley  tədbiri  keçirilmiĢdir... 

...Xanbikə xanım Bəhram xan Naxçıvanskinin anası idi. Xan-

bikə xanımın birinci əri, Bəhram xanın atası Kəngərli Əmənulla xan 

Bəhram  xanı  kiçik  yaĢlarından  nənəsi  X.  Natəvanın  yanında  qoy-

muĢdular.  X.  Natəvan  nəvələri    Bəhram    xanı  və  Əkbər    xanı    öz 




 

313 


yanında – malikanəsində böyütmüĢ və tərbiyəsi ilə məĢğul olmuĢdu. 

O,  rus    dilini  yaxĢı  öyrənmək  üçün    Bəhram    xanı  və  ondan  1  yaĢ 

kiçik  qardaĢı  Əkbər  xanı  Qarabağın  barıĢdırıcı  hakimi  Lunyakinin 

evində  yerləĢdirmiĢdi.  Sonra  nənəsi  ilə  Tiflisə  gedən  Bəhram  xan 

oradakı  ədadiyə (realnı-orta hərbi məktəb) məktəbə daxil olmuĢdu. 

1886-cı  ildə  valideynləri  Vladiqafqazdan,  çar  ordusunda  xidmət 

edən  polkovnik  Əmənulla  xanın  iĢ  yerindən  geri  dönmüĢ  və  onlar 

Naxçıvan Ģəhərinə gedib orada yaĢamağa baĢlamıĢdılar. Əvvəlcə bir 

müddət  Tiflisdə  Qafqaz  CaniĢinliyinin  Hərbi  Qərargahında  Ģtal-

meyster (ordu süvari zabiti), sonra mülkü qulluqda çalıĢan Bəhram 

xan  1899-1904-cü    illərdə  Naxçıvan    ġəhər  Polisində  pristav  kö-

məkçisi vəzifəsində iĢləmiĢdi. Həmin  illərdə o, Naxçıvan Ģəhər mü-

səlman ibtidai məktəbində həm də fəxri nəzarətçi idi... Bəhram xan 

sonra kollec katibi və kollec assessoru, titulyar  müĢavir (çar  Rusi-

yasında 9-cu dərəcəli mülki rütbə), saray müĢaviri (çar Rusiyasında 

7-ci  dərəcəli  mülki  rütbə)  vəzifələrində  çalıĢmıĢdı.  1906-1909-cu 

illərdə  Bəhram  xan  Naxçıvan  Ģəhərinin  baĢçısı  olmuĢdu.  1912-

1916-cı  illərdə  isə  fəxri  barıĢdırıcı  hakim  (xırda  mülki  və  cinayət 

iĢlərinə baxan hüquqĢünas) vəzifəsində fəaliyyət  göstərmiĢdi. 

Bəhram  xan  Naxçıvanski  1919-cu  ilin  yanvarından  Cənub-

Qərbi  Qafqaz (Qars)-Araz Türk Demokratik  Respublikasının xari-

ci əlaqələr üzrə komissarı olmuĢdu. Paytaxtı Qars və Naxçıvan olan 

(Naxçıvana “Bulğan” da, yəni  “yurd, alaçıq yeri” demiĢlər) bu res-

publikanın tərkibinə Naxçıvan qəzası da daxil idi (Naxçıvan qəzası 

hələ 1841-ci il yanvarın 1-də yaranmıĢdı. Ərazisi 3.858,8 verst, əha-

lisi isə 100.771 nəfərydi). Andronikin  baĢçılığı  ilə erməni-daĢnak-

ların  hücumu güclənən zaman, 1918-ci il iyulun sonu-avqustun əv-

vəllərində  paytaxtı  Naxçıvan  Ģəhəri  olan  Araz-Türk  Respublikası, 

onun  Nazirlər  ġurası  yaranmıĢdı...1919-cu  il  fevralın  28-də  Azər-

baycan  Xalq  Cümhuriyyəti  hökumətinin  qərarı  ilə  Naxçıvan  qəza-

sında  sabitliyin  yaxĢılaĢdırılmasını  təmin  etmək  məqsədilə  Cənub-

Qərbi  Azərbaycan  (Naxçıvan)  General-Qubernatorluğu  yaradılmıĢ 

və onun xərcləri üçün 2 milyon manat vəsait ayrılmıĢdı. Elə həmin 

tarixdən də partiya  mənsubiyyəti  üzrə müsavatçı olan Bəhram xan 

Naxçıvanski  general-qubernator  təyin  edilmiĢdi.  General-quberna-

torluğun  iqamətgahı yaranmıĢ mürəkkəb  Ģəraitə görə  əvvəlcə qısa 




 

314 


müddət  Ordubadda  yerləĢmiĢdi.  Lakin  tezliklə,  Naxçıvan  Ģəhərinə 

köçürülmüĢdü.B. Naxçıvanski general-qubernator vəzifəsində 1919-

cu  il  martın  16-dək  fəaliyyət  göstərmiĢdi.  Sonuncu  tarixdə  onu 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə bu vaxtadək 

Zaqatalanın  qubernatoru    vəzifəsində    xidmət    göstərən  general-

mayor Əliyar bəy  HaĢımbəyov  əvəz  etmiĢdi. 

...Qeyd  etmək  lazımdır  ki,  hələ  1919-cu    ililn    yanvarında  

daĢnakların  Araz-Türk  Respublikası  üzərinə  hücumu  güclənən 

zaman    hökumətin    sədri    Əmir  bəy  (1918-ci  il  dekabrın  1-dən 

1919-cu ili yanvarın 1-dək) idi. Əmir  bəy  istefa verəndə hökumə-

tin  baĢçısı  Bəhram xan, Naxçıvan  Milli  ġurasının sədri isə Cəfər-

qulu xan Naxçıvanski (5 fevral 1859, Naxçıvan Ģəhəri-1929, Maku 

Ģəhəri, Cənibi Azərbaycan. General-mayor C.Naxçıvanski də 1919-

cu ilin sentyabrınadək Araz Türk Respublikası hökumətinin baĢçısı 

olmuĢdu.  C.  Naxçıvanski  məĢhur  sərkərdə,  general-mayor  CəmĢid 

xan  Naxçıvanskinin  atası  idi)  olmuĢdu.  Bəhram  xan  Naxçıvanski 

Araz-Türk  Respublikasının  Azərbaycan  Xalq  Cümhuriyyəti  höku-

məti  ilə  danıĢıqlar  aparmaq  üçün  Bakıya  gəlmiĢ  nümayəndə  heyə-

tinin də baĢçısı olmuĢdu... Belə ki, B. Naxçıvanskinin  baĢçılığı  ilə  

Araz  Türk  Cühuriyyətinin (tarixi  ədəbiyyatda Araz Cümhuriyyəti 

də  yazılır)  1919-cu    il    martın    8-də    Bakıya  ezam  olunan    xüsusi  

nümayəndə  heyətinin    tərkibinə  dahi  Azərbaycan  Ģairi  Hüseyn 

Cavid  də  (Hüseyn  Abdulla  oğlu  Rasizadə,  24  oktyabr  1882  - 

Naxçıvan-5  dekabr  1941,  ġevçenko  rayonu,  TayĢet  kəndi,  Ġrkutsk 

vilayəti,  Rusiya)  daxil  idi.  Nümayəndə  heyəti  Azərbaycan  Xalq 

Cümhuriyyətinin rəhbərliyi ilə müəyyən məsləhətləĢmələr, o cümlə-

dən  Naxçıvan  məsələsinin Paris Sülh Konfransında müzakirə olun-

masının mümkünlüyü haqqında  danıĢıqlar aparmıĢdı. B. Naxçıvan-

ski Bakıya gələrkən yolüstü Tiflisdə Gürcüstan hökumətinin üzvləri 

ilə,  eləcə  də,  Gəncədə  müsavatçılarla  görüĢərək,  Naxçıvanın  Azər-

baycan Xalq Cümhuriyyətinə birləĢdirilməsi  ilə  bağlı  məsləhətlər  

aparmıĢdı. 

Bəhram  xan  NaxĢıvanskinin  Bakıya  səfərindən  və  Azərbay-

can  Xalq  Cümhuriyyəti    rəhbərliyi  ilə  danıĢıqlardan  sonra  iki  res-

publika  arasında  qardaĢlıq  əlaqələrinin  xeyli  canlanması  müĢahidə  

edilmiĢdi.  DanıĢıq  və  raılaĢmadan  sonra  Azərbaycan  Xalq 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə