Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə102/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   98   99   100   101   102   103   104   105   ...   156

 

309 


Tehran və Təbriz Komitələrini yarada bilmiĢdi. Xosrov bəy Tehran 

Komitəsinə  AĢur  bəy  Ġsabəylini,  Təbriz  Komitəsinə  isə  qardaĢı 

Ġsgəndər bəyi  təyin etmiĢdi. Xosrov bəy digər ittihadçı məsləkdaĢı, 

Azərbaycan  Cümhuriyyəti  Parlamentinin  sabiq  üzvü  Mir  Yaqub 

Mehdiyevlə birlikdə  “Ġttihad”  partiyasının xarici ölkələr  Bürosunu  

yaratmaq  üçün  ciddi  cəhdlər  göstərmiĢdi... 

Xosrov bəy Sultanovun ailə üzvlərinin taleyi də özü kimi keĢ-

məkeĢli  olmuĢdu.  1922-ci  ildə  Ġrana  keçməsindən  sonra  onun  ailə 

üzvləri bir müddət Ağdamda olan mülklərinin birində qohumlarının 

himayəsində  yaĢamıĢdılar.1930-cu  ildə  Xosrov  bəyin  neft  sənaye-

sində  yüksək  vəzifədə  çalıĢan  qardaĢı  Rüstəm  bəy  (1875-1941) 

Sultan  bəyin  ailəsini  Bakıya  gətirmiĢdi.  Sultan  bəyin  həyat  yoldaĢı 

Dilrüba  xanım  kirayədə  uĢaqları  ilə  çətin  həyat  yaĢasada,  Əli 

Bayramov  adına  tikiç  fabrikində  sex  rəisi  vəzifəsində  çalıĢmıĢdı. 

BaĢqalarından  fərqləndiyi  üçün  o,  hətta  bir  müddət  Bakı  ġəhər 

sovetinn deputatı da olmuĢdu. Sultan bəyin oğlu Ənvər Bakıdakı 33 

nömrəli  orta  məktəbdə  rus  dili  müəllimi,  digər  oğlu  Çingiz  isə 

biologiya müəllimi  kimi həm  də həmin məktəbin  direktor müavini 

iĢləmiĢdi. Lakin hiss olunurdu ki, bunlar nisbi sakitlikdir. Nəhayət, 

1937-ci  il  noyabrın  20-də  Azərbaycan  SSR  XDĠK  əməkdaĢları 

onlarında  qapısını  döydülər,  Cənubi  Qazaxıstan  çöllərinə  sürgün 

etdilər. Dilrüba xanım və övladları  Qazaxıstanın Suzan rayonunun  

Çulak-Kurqan  kəndində  uzun  və  əzablı  sürgün  həyatı  yaĢadılar... 

Sürgün yerində ermənilərin iyrənc hiylələri ilə də üzləĢdilər...1948-

ci ildə icazə alıb Bakıya gələn Dilrüba xanım Azərbaycan KP MK-

nın  birinci  katibi  M.C.  Bağırovun  qəbuluna  yazılaraq,  onunla 

görüĢmüĢ,  Vətənə  qayıtmalarına  kömək  etməsini  xahiĢ  etmiĢdi... 

Lakin Dilrüba xanım və uĢaqları yalnız 1955-ci ildə bəraət aldıqdan 

sonra, 1956-cı ildə Bakıya qayıda bilmiĢdilər...1969-cu ildə Xosrov 

bəyin qardaĢı oğlu Ənvər Bakıda 55 yaĢında dünyasını dəyiĢmiĢdi... 

Sovet  dövründə  SSRĠ-də,  o  cümlədən  Azərbaycanda  digər 

görkəmli siyasi mühacirlərimiz kimi X. Sultanovun da adının çəkil-

məsi  qadağan  edilmiĢdi.  Ermənilər  isə  Xosrov  bəyi  unuda  bilmir, 

onun harada olması və nə iĢlər gördüyü barədə məlimat əldə etməyə 

çalıĢırdılar.  Vaxtıilə  Xankəndi  ətrafında  erməni  quldur  dəstələrinə 

divan  tutan  Qarabağın  sabiq  general-qubernatorunu  mütləq  öldür-




 

310 


məyi  qarĢılarına  məqsəd  qoyan,  fiziki  cəhətdən  məhv  etməyə  çalı-

Ģan  daĢnaklar  nəhayət,  1936-cı  ildə  onun  dəqiq  izinə  düĢə  bilmiĢ-

dilər... Belə ki, həmin il Trabzon Ģəhərində qısamüddətli dincəldiyi 

zaman  erməni  kəĢfiyyatının  dəqiq  məlumatı  və  onların  qətl  törət-

mək  məramı  üzrə  Xosrov  bəy  labüd  ölüm  təhlükəsilə  üzləĢmiĢdi. 

Bu,  oteldə  qaldığı  vaxt  baĢ  vermiĢdi.  Lakin  dostları  onun  dadına 

vaxtında çata bimiĢdilər. Qaldığı motelin xidmətçisi məsələni bilən 

kimi  Xosrov  bəyin  dostlarına  çatdıra  bimiĢ  və  onlar  özlərini    yeti-

rərək, onu  vaxtsız  ölümdən  xilas  etmiĢdilər... 

Bu  hadisədən  sonra  ehtiyatlı  dolanan  X.  Sultanov  daha  11  il 

ömür sürmüĢdü...  Ġkinci  Dünya müharibəsi  baĢlananda  (1 sentyabr 

1939-cu  il)  Xosrov  bəy  yenə  Türkiyədə  yaĢayırdı.  O,  sovet-alman 

cəbhəsində  əsir  düĢmüĢ  azərbaycanlıları  Almaniyanın  hərbi  düĢər-

gələrindən  xilas  etmək  üçün  böyük  xidmətlər  göstərmiĢdi...  Məhz 

Xosrov  bəy  Sultanovun  səyləri  nəticəsində  minlərlə  azərbaycanlı 

ölüm məngənəsindən xilas olmuĢdu. 

Azərbaycan  xalqının  görkəmli  ictimai-siyasi  xadimi  Xosrov 

bəy Sultanov 1947-ci ildə Türkiyənin Trabzon Ģəhərində 68 yaĢında 

vəfat etmiĢdi... Yeri gəlmiĢkən, hərb tariximizin yorulmaz tədqiqat-

çısı,  hazırda  istefada  olan  polkovnik-leytenant,  yazıçı-jurnalist  ġə-

mistan Nəzirli hələ 1995-ci ildə yazdığı  “Cümhuriyyət generalları” 

adlı  kitabında  Xosrov  bəyin  1941-ci  ildə  Türkiyədə  vəfat  etdiyini, 

məzarının  isə  Bursada  azəri  qəbristanlığında  olduğunu  yazmıĢdır. 

Xosrov bəyin məzarının Bursada olduğunu digər yorulmaz tədqiqat-

çı Səbahəddin Eloğlu ilk dəfə Türkiyəyə getdidən sonra yazmıĢdır. 

Tədqiqatçı  Nazim  Tapdıqoğlu  isə  belə  hesab  edirki,  Xosrov  bəy 

Bursa Ģəhərində 1956-cı ildə vəfat etmiĢdir... Bəzi sənədlərdə Xos-

rov  bəyin  1941-ci  ildə  Ġstanbulda,  digər  sənədlərdə  Türkiyənin  Ģi-

malında 1963-cü ildə vəfat etməsi ilə bağlı müxtəlif məlumatlar var-

dır... Fikrimizcə, Xosrov bəyin 1947-ci ildə vəfat etməsi tarixi daha 

qəbulediləndir.  Çünki  bu  məlumatı  cari  tarixĢünaslıq  dövriyyəsinə 

Nazirlər  Kabinetinin  müvafiq  sərəncamına  uyğun  olaraq    Milli  

Arxiv    Ġdarəsinin  rəisi  Ataxan  PaĢayevin  baĢçılıq  etdiyi  “Azər-

baycan  Xalq  Cümhuriyyətinin  Ensiklopediyası”  adlı  sanballı  kitabı 

hazırlayıb nəĢr etdirmiĢ mötəbər redaksiya heyəti daxil etmiĢdir. 

 



 

311 


BƏHRAM xan NAXÇIVANSKİ 

 

Bəhram xan Naxçıvanski 1872-



ci  ildə  Naxçıvan  Ģəhərində  əsilzadə 

ailədə- məĢhur  Kəngərlilər nəslindən 

olan  Əmənulla  xanın  ocağında  dün-

yaya  gəlmiĢdi.  Atası  çar  polkovniki 

Əmənulla  xan  Kəngərli  1845-ci  il 

iyunun 15-də anadan olmuĢ və 1891-

ci ildə xəstələnərək həyatdan vaxtsız, 

cəmi  46  yaĢında  köçmüĢdü.  Bəhram 

xan və ondan 1 yaĢ kiçik qardaĢı Ək-

bər  xanın  (1873-1961)  10  yaĢınadək 

uĢaqlığı ġuĢada ana nənəsinin yanın-

da  keçmiĢdi.  Çünki,  onların  ana  nə-

nəsi  Azərbaycanın  məĢhur  Ģairəsi,  el 

arasında  “xan  qızı”  kimi  çağırılan 

XurĢudbanu Natəvan idi. X. Natəvan 

(6 avqust 1832-ci il ġuĢa - 2 oktyabr 

1897-ci  il,  ġuĢa  65  yaĢ)  1847-ci  ildə 

çar ordusunun general-mayoru, əslən Dağıstanın  Aksay  kəndindən 

olan    Xasay  xan  Usmiyevlə  (22  mart  1808,  Aksay  kəndi-21  aprel 

1867, Voronej Ģəhəri, Rusiya, 59 yaĢ) ailə qurmuĢdu. Onlar Tiflisdə 

tanıĢ  olmuĢdular.  X.  Usmiyev  Qafqazın  caniĢini  Mixayil  Voront-

sovun  (19  may  1782,  Sankt  -  18  noyabr  1856,  Sank-Peterburq,  74 

yaĢ) Ģəxsi yavəri idi. X. Usmiyev fransızca Parisdəki fransızlar kimi 

təmiz danıĢırdı. X. Usmiyev X. Natəvanı elə Qafqaz CaniĢinliyində 

(1844-1917)  görüb  bəyənmiĢdi.Görkəmli  musiqiçi,  alim,  Ģair, 

rəssam,  xəttat,  münəccim,  kimyaçı  və  riyaziyyatçı  Mir  Mövsüm 

Nəvvab  (Hacı  Seyid  Əhməd  oğlu.  27  sentyabr  1883,  ġuĢa)  deyirdi 

ki, Xasay xan Böyük Monqol Ġmperiyasının (1206-1368) yaradıcısı 

Çingiz  xanın  (əsl  adı  Temuçindir)  (1162,  Monqolustan,  Kentil 

dağları - 11 avqust 1227, Monqolustan)  (“Çingiz” sözünün mənası 

“bütün xalqların xaqanı, yer üzünün xanlar xanı” deməkdir. Ona bu 

ad  1206-cı  ildə  bütün  monqolların  Onon  çayı  sahilində  keçirilən 

qurultayında verilmiĢdi) nəslindəndir. 

Bəhram xan Naxçıvanski 

(şəkildə öndə) 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə