Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə110/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   106   107   108   109   110   111   112   113   ...   156

 

333 


 

ƏMİRASLAN  xan  XOYSKİ 

(1888-1954) 

 

Əmirasalan  xan  (tarixi  ədə-



biyyatda  qısaca  Əmir  xan  yazılır) 

məĢhur Xoyskilər nəslinin və Azər-

baycan  Xalq  Cümhuriyyətinin  gör-

kəmli  nümayəndələrindən  biri  idi. 

O, Fətəli xan Xoyskinin böyük qar-

daĢı 


Cahangir  xanın  oğluydu.        

Ə.  Xoyski  1888-ci  ildə  Gəncədə 

doğulmuĢdu. Ali təhsilini  Peterburq 

Universitetinin  hüquq  fakultəsində 

almıĢdı...  Azərbaycan  Xalq  Cüm-

huriyyəti  dövründə  Əmir  xan  Xoy-

ski Bakı qubernatorunun böyük kö-

məkçisi  (1-ci  müavini-vitse-quber-

nator),  aylıq  məvacibi  2700  manat  idi.O,  bu  vəzifəyə  Azərbaycan 

Cümhuriyyəti 

daxili  iĢlər  nazirinin  əvəzi,  general-mayor 

M.S.Ağabəyzadənin  25  sentyabr  1919-cu  il  tarixli  əmri  ilə 

qubernator    Əmir  bəy  Nərimanbəyovla  bir  gündə  təyin  edilmiĢdi. 

Daha  sonra  Gəncə  qəzasının  rəisi  iĢləmiĢdi.  Ə.  Xoyski  1919-cu  il 

oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı  və Daxili ĠĢlər Na-

zirliyinin  müvafiq  əmri  ilə  Qazax  qəzasının  qubernatoru  olmuĢ, 

1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DĠN-in Xüsusi Səla-

hiyyətli müvəkkili təyin edilmiĢdi. Bu vəzifə general-qubernator və-

zifəsinə  bərabər  idi  və  Ə.  Xoyskiyə  müstəsna    hüquqlar    vermiĢdi. 

11-ci  ordunun  Bakını  1920-ci  ilin    27  aprel  iĢğalı    ərəfəsində  Ə. 

Xoyski    Quba    qəzasının  rəisi...  vəzifəsində  idi.  Ə.  Xoyski  sovet  

hakimiyyətinə qarĢı  1920-ci il mayın 24 - iyunun 4-də Gəncədə baĢ 

vermiĢ üsyanda fəal iĢtirak etmiĢdi... 

Azərbaycanda    sovet  hakimiyyəti  qurulduqdan  sonra  1920-ci 

il  iyunun  19-da  əmisi  F.Xoyski  Tiflisdə  muzdlu  erməni  qatilləri 

tərəfindən  xaincəsinə  qətlə  yetirildikdə  bərk  sarsılmıĢ  Ə.Xoyski 

həbs  və  təqibdən  yaxa  qurtarmaq  üçün  bacısı  Sara  bəyimlə  Türki-



 

334 


yəyə  getmiĢdi. Azərbaycanda  qalan  Əmir xanın həyat yoldaĢı  Əf-

Ģan  xanım bir neçə ay sonra vəfat etmiĢdi  (ƏfĢan  xanım Cənubi 

Azərbaycandakı  Maku  xanlığının  nəslindən  olan  Cəfər  xanın  qızı 

idi).  Əmir  xanın  10  yaĢlı  oğlu  Cəfər  xan  (1912-1987)  ana  babası 

Cəfər  xanın  adını  daĢıyırdı.  O  və  12  yaĢlı  bacısı  Bəyim  atasız  və 

anasız qalaraq qohumlarının himayəsində yaĢamıĢdılar. Bu  zavallı-

larda  böyüyəndə  bütün  Xoyskilər  nəsli  kimi    təqiblərə  və    sürgün-

lərə  məruz  qalıb, öz soyadlarını (Cangirli) dəyiĢib Cahangirli soya-

dını daĢımağa məcbur olmuĢdular... 

Sovet    quruluĢu  dönəmində,  ömrü  boyu  Azərbaycana  qayıt-

maq  həsrəti  ilə  yaĢayan,  lakin  bu  arzusuna  çata  bilməyən,  bundan  

məhrum  qalan  Əmir  xan  Xoyski  bir  çox  istiqlal  fədailərimiz  kimi 

siyasi  mühacirət  həyatı  yaĢayaraq,1954-cü  ildə  Ankarada  66 

yaĢında  vəfat  etmiĢdi.  Hərçənd,  ġ.  Nəzirli  “Cümhuriyyət  general-

ları” kitabında Əmir xanın 1966-cı ildə Ġstanbulda vəfat etdiyini ya-

zır... Fikrimizcə, 1954-cü il, Ankara daha dəqiqdir. Əmir  xan Xoy-

skinin  iki  arvadı  vardı.  Onlardan  olan  övladları    Xoylu    soyadını  

daĢıyır  və  Türkiyədə  yaĢayırlar... 

 

 

 



CAVAD bəy MƏLİK-YEQANOV 

(1878 – 1942) 

 

Cavad  bəy  Rza  bəy  oğlu  Məlik-Yeqanov  (Məlik-Yeqanlı) 



Azərbaycan  Xalq Cümhuriyyətinin  görkəmli xadimlərindən biri ol-

muĢdur.  O,  1878-ci  ildə  Qarabağda  ġuĢa  qəzasının  Tuğ  kəndində 

əsilzadə  ailədə  doğulmuĢdu.Tuğdakı  mülkdə  anadan  olmasına 

baxmayaraq,  ailələri  ġuĢada  yaĢayırdı.  Ġbtidai  təhsilini  Mir  Mehdi 

Xəzaninin  (Mir  Mehdi  HəĢim  bəy  oğlu  Musəvi.  Görkəmli  tarixçi, 

tədqiqatçı  və  Ģair  idi.1819-cu  ildə  BərgüĢad  mahalının  Məmər 

kəndində  anadan  olmuĢdu.”Xəzani”  onun  ədəbi  təxəllüsüdür. 

Axund  Mir  Mehdi  Xəzani  1894-cü  ildə  Tuğ  kəndində  75  yaĢında 

vəfat etmiĢdi) məktəbində alıb, sonra texniki məktəbi də bitirmiĢdi. 

Lakin o, ixtisasca iqtisadçı  idi. 




 

335 


1903-cü ildən Bakının neft mədən-

lərində iĢləmiĢ, inqilabi hərəkatda iĢtirak 

etmiĢdi. ”Hümmət” təĢkilatının üzvü ol-

muĢdu.  1909-cu  ildə  Bakıdan  sürgün 

edilmiĢdi.  1914-cü  ildə  yenidən  Bakıya 

qayıdıb,  neft  mədənlərində  çalıĢmıĢdı. 

Ġslam dininə itaət edirdi. ”Hümmət” par-

tiyasında  fəaliyyəti  qeyd  olunmalıdır. 

Lakin  1917-ci  ildə  “Müsavat”  partiyası-

na daxil olmuĢdu... 

...Cavad 

bəy 


Məlik-Yeqanov 

1918-ci  ildə  Zaqafqaziya  Seyminin  Mü-

səlman  fraksiyasının  üzvü  idi.  O,  Azərbaycan  Milli  ġurasının  Ġs-

tiqlal  Bəyannaməsini  qəbul  edən  24+2  üzvündən  biri  idi.C.Məlik-

Yeqanov  Müsəlman  Fəhlələrinin  Həmkarlar  Ġttifaqının  yaradıcısı, 

Azərbaycan Xalq Cümhuriyyətinin Həmkarlar təĢkilatının banilərin-

dən idi... Məhz fəhlələrin ümumi yığıncağının qərarı ilə o, 1918-ci il 

dekabrın 7-də Azərbaycan Cümhuriyyəti Parlamentinə millət vəkili 

seçilmiĢdi.  O,  Parlamentdə  “Müsavat”  və  Bitərəflər  fraksiyası”nda 

təmsil olunurdu. Parlamentin iclaslarında fraksiya siyahısında adı 9-

cu  səslənirdi...  Parlamentin  üzvü  kimi  münaqiĢəli,  çətin  bölgələrə 

ezam  olunurdu.Parlamentdə  onun  yaxından  məĢğul  olduğu 

məsələlərdən biri fəhlə məsələsi idi. O, fəhlələrin ağır güzəranı  ilə  

əlaqədar hökumət qarĢısında  kəskin  tələblərlə  çıxıĢ  edirdi. 

Cavad  bəy  Məlik-Yeqanov  Azərbaycan  Cümhuriyyəti  döv-

ründə  Lənkəranın  1-ci  general-qubernatoru  olub.  O,  bu  vəzifəyə 

1919-cu il avqustun 12-də Azərbaycan Cümhuriyyəti Nazirlər ġura-

sının  və  Daxili  ĠĢlər  Nazirliyinin  birgə  qərarı  ilə  təyin  olunmuĢdu. 

C.Məlik-Yeqanov Lənkəranda inzibati idarəçiliyin təĢkili, möhkəm-

ləndirilməsi  və  həyata  keçirilməsi,  qanunçuluğa  nəzarət,  ictimai-

asayiĢin  qorunması  və  cinayətkarlıqla  intensiv  mübarizə  iĢlərinə 

rəhbərlik  etmiĢdi...  Sonra  bu  vəzifələrin  həyat  keçirilməsində    onu  

Bəhram  xan  Naxçıvanski  əvəzləmiĢdi... 

...Onbirinci  ordu  tərəfindən  1920-ci  ilin  27  aprel  iĢğalından 

sonra C.Məlik-Yeqanov mayın 11-də həbs olunmuĢdu. Lakin iyulun 

19-da azad edilmiĢdi... Sonrakı həyatında repressiyalar davam etmiĢ 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə