Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə106/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   102   103   104   105   106   107   108   109   ...   156

 

321 


təyin  edilmiĢ  və  Azərbaycan  Cümhuriyyətinin  süqutunadək  həmin 

vəzifədə  sədaqətlə  çalıĢmıĢdı...Xudadat  bəy  general-qubernator 

olmaq istəmirdi. Lakin əhalinin xahiĢi ilə buna razılıq verəndə belə 

bir  Ģərt  kəsmiĢdi  ki,  iĢdə  günün  birinci  yarısını  qubernator,  ikinci 

yarısını  isə cərrah kimi iĢləyəcək... 

Gəncə  Ģəhəri  1918-ci  il  iyunun  17-dən  1918-ci  il  sentyabrın 

16-dək  Azərbaycanın  paytaxtı  idi...O  zaman  Gəncə  quberniyası 

Azərbaycanın  təxminən yarısını əhatə edirdi. Xudadat bəy təzə və-

zifəyə  təyin  olunanda  atası  Ələkbər  bəy  artıq  1  ay  3  gün  idi  ki, 

dünyasını  dəyiĢmiĢdi.  Ağır  kədərə  baxmayaraq,  atasının  qırxından 

sonra, 1919-cu il mayın 17-də Gəncə. Nuxa, Qazax, ƏrəĢ qəza rəis-

lərinə və Gəncənin polismeysterinə teleqram  göndərərək, o gündən 

vəzifəsinə baĢladığını bəyan etmiĢdi. Həmin vaxtlar Gəncə quberni-

yasında dərəbəylik edən, öz aralarında çəkiĢmələr aparan və beləlik-

lə  də,  əhalinin  dincliyini  pozan  bir  neçə  qaçaq  dəstəsini  özünün  

yüksək    nüfuzu  və  məharəti  ilə  çöx  keçmədən  barıĢdırmıĢ  və  itaət 

göstərməyən bəzilərini isə zərərsizləĢdirmiĢdi...Onun general-quber-

nator təyin edilməsindən sonra bütün Gəncə və Gəncəbasar  erməni-

lərinin  qəddi  qırılmıĢ,  yerli  bolĢeviklərin  milli  müstəqil  dövlətimiz 

əleyhinə yönəlmiĢ fəaliyyəti də çətinləĢmiĢdi. 

Bir faktı misal gətirmək yerinə düĢər...Gəncə qəzasının Qara-

çinar, Çaykənd, Erkəc, Buzuluq, Todan, Ġrəvan kəndlərinin erməni 

əhalisi  Azərbaycan  hökumətinə  tabe  olmurdular.  Ġrəvandan  gəlmiĢ 

millətçi ermənilər və yerli cinayərkar qruplar fəlakətlər törədir, Ara-

nın azərbaycanlı əhalisinə yaylağa köçməyə imkan vermir, əkinləri-

ni    suvarmağa  qoymurdular.  Odur  ki,azərbaycanlılar  və  digər  mü-

səlman  əhali  Xudadat  bəyə  Ģikayət  etmiĢdilər.Xudadat  bəysə 

ermənilərin tabe olmasını təmin etmiĢdi.... 

X.  Rəfibəyli  Gəncə,  Gədəbəy  və  Qazaxda  “mülki  müdafiə” 

(partizan)  dəstələrinin  təĢkilində  də  mühüm  rol  oynamıĢdı.  Buna 

Azərbaycan  Ordusunun  Hərbi  Qərargah  rəisi,general-leytenant 

Məmməd  bəy  Sulkeviçin  (əslən  PolĢa  tatarı  idi.  Masey  bəy,  Maçe 

bəy də adlanırdı. O, 20 iyun 1865-də Krımda anadan olmuĢ, 15 iyul 

1920-ci  ildə  bolĢeviklər  tərəfindən  Bakıda,  Nargin  adasında  güllə-

lənmiĢdir...) Xudadat  bəyə ünvanladığı müraciət də sübutdur. Mü-

raciətdə  deyilirdi:  ”  Zati  Alinizdən  xahiĢ  edirəm  ki,  ordumuzun 




 

322 


indiki  vəziyyətində  Vətənimizin  müdafiəsi  üçün  çox  gərək  olan 

partizan  iĢinin  təĢkilində  yardımınızı  əsirgəməyəsiniz”. 

1919-cu ilin  mayında Azərbaycan Cümhuriyyətinin  hərbi na-

ziri, Peterburq yunker məktəbinin yetirməsi, tam artillrtiya generalı 

S.  Mehmandarov  Milli  Orduda  Azərbaycanın  müstəqilliyini  sarsıt-

mağa  və  sovet  Rusiyası  ilə  birləĢməyə  çağıran  təbliğata  qarĢı  mü-

barizənin  zəruriliyi  ilə  əlaqədar  olaraq,  Xudadat  bəyə  ünvanladığı 

müraciətdə  bildirirdi:  ”Ordu  kəĢfiyyatı  yerli  Ģəraiti  kifayət  qədər 

yaxĢı bilmədiyindən  bu  istiqamətdə müstəqil çalıĢmağın çətin ol-

duğunu  nəzərə alaraq, Daxili ĠĢlər Nazirliyinin təkcə Bakıda deyil, 

bütün respublika ərazisində həm ordumuzu, təbii ki, həm müstəqilli-

yimizi  qorumaq  üçün  bu  məsələdə  fəal  yardım  göstərəcətyinə  

ümidvardır”. 

X.Rəfibəyli  öz    xidməti  iĢində  olduqca  qanunu  sevən,  bunu 

axıradək  gözləyən və baĢqalarından da tələb edən bir ali dövlət mə-

muru idi. Hətta general-qubernator olsa belə, xidməti heç vaxt  poz-

maq istəmirdi. Bunu aĢağıdakı xarakterik raportdan da görmək olar: 

“Azərbaycan Respublikasının daxili iĢlər nazirinə. 

XahiĢ  edirəm,  mənə  sabaha  xidməti  iĢlə  əlaqədar  Bakıya 

gəlməyimə icazə  verəsiniz.  Qubernator Rəfibəyov. 

27 dekabr 1919-cu il”. 

1  oktyabr  1919-cu  il.  ƏrəĢ  kəndinin  Bəydili  kəndinin  əhalisi 

general-qubernator  X.Rəfibəyliyə  müraciət  edib  kömək  istəyir: 

kasıb kəndlilər onların torpaqlarını ələ keçirmiĢ mülkədarın qudur-

ğanlığından Ģikayətlənib Xudadat bəydən onlara arxa durmağı, tor-

paqlarının  özlərinə  qaytarılıb  verilməsini  xahiĢ  edirdilər.  Xudadat 

bəy onların xahiĢinin yerinə yetirilməsini təmin etmiĢdi... 

Adam  öldürdüyünə  görə  20  yaĢından    “qaçaq”    düĢmüĢ  

“Qatır Məmməd” (Məmməd Əli oğlu Məmmədov sovet dönəmində 

uzun illər adlandırıldığı kimi heç demə, ”xalq qəhrəmanı”  deyilmiĢ. 

Hətta ona eyni adlı bədii film də çəkilmiĢdir. Ġndi aĢkarlanan tarixi 

sənədlər  və  faktlar  sübut  edirki,vaxtıilə  Gəncəbasarda  heykəli 

qoyulmuĢ  bu  “qaçaq”  Rusiya  bolĢevikləri  tərəfindən  maliyyə-

ləĢdirilmiĢ və silahlandıılaraq birinci milli müstəqil dövlətimiz olan 

Azərbaycan  Xalq  Cümhuriyyətinə  qarĢı vuruĢmuĢdur.  Bunu  Gəncə 

qəzasının  rəisi  Bəhram  bəy  Məlik-Abbasovun  general-qubernator 




 

323 


X.  Rəfibəyliyə  göndərdiyi  aĢağıdakı  raportuda  sübut  edir:  ”Qatır 

Məmmədin quldur dəstəsi Boyəhmədlidə, Erkəcdə erməni bolĢevik-

ləri ilə əlbir fəaliyyət göstərir.XahiĢ edirəm, Bulutxanova təklif edə-

siniz  ki,  yaylağa  strajniklərdən  ibarət  kifayət  qədər  qüvvə  gətirsin, 

pristav K. Səfikürdski isə günü bu gün Boyəhmədliyə - Qatır Məm-

mədin quldur  dəstəsiylə  erməni  rayonları hüdüdlarında mübarizə 

aparmaq  üçün  təlimatları  almaqdan  ötrü  yanıma  gəlsin...”. 

1919-cu    ilin  noyabr  ayında    Gəncə  Polismeysterliyinin  rəisi 

Ġsmayıl bəy Hacıəıibəyov qubernator X. Rəfibəyliyə raportunda bil-

dirirdi  ki,Gəncə  bolĢevikləri  Tovuz,  Dəllər  və  Zəyəm  kəndlərini 

Azərbaycan  hökumətinə qarĢı  mübarizəyə təhrik  edirlər... 

X.Rəfibəyli Azərbaycan  Xalq  Cümhuriyyətini sonadək, hətta 

sovet hakimiyyəti qurulmasının elan edilməsindən bir neçə gün keç-

məsinə baxmayaraq belə, Gəncədə milli hökumətimizi qanun-qayda 

ilə saxlayır və bolĢevik hakimiyyətinin üçüncü günündə də general-

qubernator  imzası  ilə  əmrlər  imzalayırdı.  1920-ci  il  aprelin  28-də 

11-ci  ordu  hissələri  Bakını  iĢğal  etdikdən  və  Azərbaycanda  sovet 

hakimiyyətinin  qurulduğu  elan  olunduqdan  sonra,  elə  həmin    gün 

Gəncə  bolĢeviklərinin  lideri  Fərhad  Əliyevin  sədrliyi  ilə  Gəncə 

Quberniya Ġnqilab Komitəsi yaranmıĢdı. Ġnqilab Komitəsinin nüma-

yəndələri onun evinə gələrək, hakimiyyəti təslim etməsini, bütün si-

yasi dustaqların azad edilməsini, əhaliyə çağırıĢla müraciət olunma-

sını  ultimatum  Ģəklində  tələb  etdikdə,  o,  bildirmiĢdi  ki,  mən  əvvəl 

Bakıya zəng vurum, əgər siz deyən düzdürsə, gəlin, qubernatorluğa, 

məndən dövlət vəzifəsini qanun-qayda ilə təhvil alın. Sonra Bakıya 

zəng  vuraraq  Parlamentin  Sosialistlər  fraksiyasının  üzvləri  Aslan 

bəy Ağalar bəy oğlu Səfikürdski (30 sentyabr 1881,Gəncə qəzasının 

Səfikürd kəndi - 20 sentyabr 1937, Bakı) və Qasım bəy Abbasqulu 

bəy oğlu Camalbəyovla (1881, Naxçıvan Ģəhəri - 1937, Bakı. Rep-

ressiya  və  həbs  edilib,  1938-ci  il  yanvarın    8-dən  9-na  keçən  gecə 

güllələnib. O, həmin gecə güllələnən 45 nəfərin içərisində sayca 15-

ci  idi)  danıĢıqlar  apardı,eyni  zamanda  Hərbi  Nazirliyin  BaĢ 

Qərargah  rəisi,  general-leytenant  Həmid  bəy  QaytabaĢı  ilə  əlaqə 

saxlayıb  həqiqətən  hakimiyyətin  Parlament  tərəfindən  kommunist-

lərə  təhvil  verildiyini  öyrəndikdən    sonra  1920-ci  il  aprelin    29-da  

bütün quberniyada  hakimiyyətin  Ġnqilab Komitəsinə verilməsi ba-




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə