Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə105/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   101   102   103   104   105   106   107   108   ...   156

 

318 


artıq 1 ay idi ki, dünyasını dəyiĢmiĢdi. Onun vəfatı barədə M.Ə. Rə-

sulzadə demiĢdi: ” Ələkbər bəy Gəncənin ən yaxĢı vətəndaĢı, Azər-

baycanın  milli  ideallarının  təəssübkeĢdir”.  Nəsib  bəy  Yusifbəyli: 

”Ələkbər  bəy  Azərbaycanın  namuslu  vətəndaĢıdır”.  ġəfi  bəy  Rüs-

təmbəyli:  ”  Ələkbər  bəy  Azərbaycanın  nəhəng  ictimai-siyasi  xadi-

midir”.  Xidadat  bəy  atasının  əməllərini  davam  etdirəcəyinə  söz 

vermiĢ və buna əməl etmiĢdi... 

...  Ələkbər  bəy  oğlunun  mükəmməl  təhsil  alması  və  xalqı 

üçün  gərəkli  bir  Ģəxsiyyətə  çevrilməsi  yolunda  hər  bir  qayğısını 

göstərmiĢdi. Xudadat bəy əvvəlcə Gəncə rusdilli klassik gimnaziya-

sında oxumuĢ, sonra Ukraynada Xarkov Ġmperator Tibb Universite-

tinin tibb fakultəsinin cərrahlıq Ģöbəsinə daxil olmuĢdu. Universiteti 

bitirdikdən sonra təyinat üzrə Xarkovda qalıb 3 il hospitalda ordina-

tor  vəzifəsində  qulluq  göstərmiĢdi.  Elə  həmin  müddətdə  yaxın 

qohumu, Gəncəli xeyriyyəçi Mirzə bəy Mirzə Kərim bəy oğlu Rəfi-

bəylinin qızı Cəvahir xanımla da ailə qurmuĢdu. Qeyd etmək lazım-

dır  ki,  Xudadat  bəy  mərhum  xalq  Ģairəmiz  Nigar  Rəfibəylinin  (13 

iyun 1913, Gəncə - 9 iyul 1981, Bakı) atası və Aərbaycan Yazıçılar 

Birliyinin  sədri  Anarın  babasıdır.  Xudadat  bəyin  Nigar  xanımdan 

baĢqa RəĢid və Kamil adlı 2 oğluda vardı. ”Arran”  ləqəbi götürmüĢ 

oğlu  Kamil  Gəncə  üsyanından  (24  may  -  4  iyun  1920-ci  il)  sonra 

Ġstanbula mühacirət edərək  orada  yaĢmıĢdı... 

...1907-ci  ildə  Xarkovdan  Gəncəyə  qayıdan  X.Rəfibəyli 

həmin il noyabrın 15-də qubernatorun əmri ilə Afanasyev adına Ye-

lizavetpol  (Gəncə)  Ģəhər  xəstəxanasının  müdüri  təyin  edilmiĢdi.  O, 

1912-1913-cü illərdə Sankt-Peterburqa gedərək, 6 ay knyaginya Ye-

lena  Petrovna  adına  Ġmperator  Kliniki  Ġnstitutunda  məĢhur  profes-

sorların  apardığı  12  ixtisas  kursunun  dinləyicisi  olmuĢdu.  1914-cü 

ildə həmyerlisi, ondan əvvəl Moskva Universitetinin tibb fakultəsini 

bitirmiĢ, sonralar Azərbaycan Milli ġurasının və Parlamentinin sədr 

müavini olmuĢ Həsən bəy Ağayaevlə birgə Gəncədə  “Yelizavetpol  

Tibb Cəmiyyəti”ni  yaradıb özü sədr, Həsən bəy isə katib olmuĢdu. 

X. Rəfibəyli 1915-ci ildə kollec müĢaviri rütbəsinə irəli çəkilmiĢdi. 

Xudadat bəy Aslan bəy Səfikürdski, ġəfi bəy Rüstəmbəyli və digər 

məsləkdaĢları ilə birlikdə 1918-ci il yanvarın 9-12 arasında ġəmkir 

yaxınlığında, Dəllər dəmiryol stansiyasında Qafqaz (türk) cəbhəsin-




 

319 


dən  geri  qayıdan,  lakin  özlərini  azğıncasına  aparan  9  eĢalon  rus 

əsgərlərini  qarĢılayıb  onların  tərkisilah  edilməsinə  nail  olmuĢdu. 

Həmin  silahlar  sonra  Gəncə  üsyanı  zamanı  milli  qüvvələrimizin 

karına gəlmiĢdi. Maraqlıdır ki, cərrah olan Xudadat bəy humanistlik 

göstərərək  atıĢma  zamanı  yaralnmıĢ  rus  əsgərlərini  ölümdən  xilas 

etmiĢdi... 

Bu  hadisə  tarixə  “ġəmkir  davası”  kimi  düĢmüĢdür.  1918-ci 

ilin yanvarın əvvəlində Türkiyə cəbhəsindən qatarlarla geri qayıdan 

silahlı rus əsgərlərinin tərksilah edilməsi  haqqında Zaqafqaziya Ko-

missarlığı  hökumətinin (1918-1921) sədri  Noy Jordaniya qərar im-

zalamıĢ  və  bununla  əlaqədar  Gəncə  Milli  Müsəlman  Komitəsinin 

(MMK)  köməyinə    knyaz    Abxazovun  baĢçılığı  altında  xüsusi 

qüvvə  göndərmiĢdi.Gəncə  MMK  o  zaman  Ģəhərdə  əhalinin 

təhlükəsizliyini  təmin  edir,  qayda-qanun  yaradır  və  ona  nəzarəti 

həyata keçirirdi. O, ümumiyyətlə, bütün Gəncəbasarda real nüfuzlu 

idarəetmə  qurumu  idi.  Həmin  vaxt  gürcü  məĢhurlarından  biri 

Aleksandr  Mucirinin  dediyi  kimi:  ”  Bakı  Azərbaycanın,  Gəncə  isə 

azərbaycanlıların paytaxtıdır”,-sözləri kerçək vəziyyəti əks etdirirdi. 

Daim iĢ  baĢında olan Gəncə Milli  Müsəlman  Komitəsinə 14 nəfər 

görkəmli  xadim,  o  cümlədən    Ələkbər  bəy  Rəfibəyli,  Həsən  bəy 

Ağayev,  Ələkbər  bəy  Xasməmmədov,  Xəlil  bəy  Xasməmmədov, 

Məhəmməd  Bağır  və  Nağı  bəy  ġeyxzamanlı  qardaĢları,  Həsən  bəy 

Fəttah  oğlu  və  baĢqaları  daxil  idilər.MMK-nın  fəaliyyəti  iki 

istiqamətdə qurulmuĢdu. Açıq məsələlər proqramına  fərdi təqaüdçü  

Ələkbər bəy Rəfibəyli, gizli məsələlər proqramına isə N. Yusifbəyli 

rəhbərlik  edirdi.  MMK-nın  5  nəfərdən  ibarət  Ġcraiyyə  Komitəsinə 

N.  Yusifbəyli,  A.  Səfikürdski  (hüquqĢünas),  Əhməd  Cavad  (Ģair), 

X.  Xasməmmədov  (hüquqĢünas),  Axund  (Molla)  Məhəmməd  ağa 

PiĢnamazzadə  (Mirzə  Məhəmməd  Mirzə  Kərim  oğlu  Axundzadə. 

Görkəmli  din  xadimi,  publisist,  dramaturq,  ədəbiyyatĢünas  alim. 

1875-ci ildə Gəncədə anadan olmuĢdu. 1920-ci il Gəncə üsyanından 

sonra oktyabrın 2-də Azərbaycan FK tərəfindən həbs edilib Bakıya 

göndərilmiĢ, 10 il iĢ kəsmiĢdilər. 1921-ci ildə N. Nərimanovun kö-

məyi ilə cəzası yüngülləĢdirilmiĢdi... M.PiĢnamazzadə 1923-cü ildə 

Bakıda  48  yaĢında  vəfat  etmiĢdi...).  Gəncə  MMK-nın    tabeliyində 

silahlı  süvari  və  piyada  qoĢun  hissələri  vardı.  Komitənin  silahlı 




 

320 


döyüĢ  dəstələrinə  məĢhur  qaçaq  Qənbər  Qənioğlu  Bəhmənli,  Sarı 

Hacı  Ələkbər  (Gəncənin  Xəlfəli  məhəlləsindən),  samuxlu  qaçaq 

Məmmədqasım,  qaçaq  Mikayıl,”Tatoğlu  Həsən”  (Həsən  Hacı 

Mustafa  oğlu  Adıgözəlov.1875-ci  ildə  anadan  olmuĢdu.  Gəncə 

üsyanından  sonra  bolĢeviklər  tərəfindən  mütləq  güllələnəcəyini 

yəqin  bildiyindən  Batuma  “qaçmıĢdı”.  Məqsədi  Batumdan  gəmi-

lərdən  biri  ilə  Türkiyəyə  getmək  idi...Lakin,  1920-ci  ilin  iyununda 

Ģəhərin  yaxınlığında  ələ  keçmiĢ  və  naməlum  Ģəraitdə  öldürülmüĢ-

dü...), ərəĢli ƏĢrəf bəy,  Qaramanlı  Qamboy Quliyev və digər milli 

təəssübkeĢlər baĢçılıq edirdilər. MMK-nı bilavasitə qoruyan  müha-

fizə  dəstələrinin  rəisi    isə  polkovnik, knyaz   Maqalov    və   podpol-

kovnik Hüseynqulu  xan Xoyski idi. 

1918-ci il yanvarın 9-da ġəmkirin 2 verstliyində, ġəmkirçayın 

sağ sahilində 18-ci rus ordusuna daxil olan bolĢevik əsgərlərin tərk-

silah  olmaları  tələb  olunduqda,  eĢalondakı  əsgərlər  bunu  rədd  edib 

gülləbərana  baĢlamıĢdılar.  Onları  buna  təhrik  edən  və  fitnəkarlıq 

törədən  S.ġaumyan  tərəfindən  göndərilmiĢ,  milliyyətcə  çex  olan 

Ġvan  Vatsek  olmuĢdu.  O,  qabaqcadan  Poylu  (Saloğlu)  stansiyasına 

gedib rus əsgərlərini tabe olmamağa və azərbaycanlılarla vuruĢmağa 

təĢviq  etmiĢdi...Rus  əsgərləri  vəhĢiliklər  törətmiĢdilər.  Əhalidən 

xeyli öldürülən vardı. Top atəĢləri ilə onların evləri dağıdılmıĢdı... 

Onlar Zaqafqaziya Komissarlığının xüsusi zirehli qatarlar qrupunun 

rəisi,  knyaz  Abxazovu  və  60-a  yaxın  gürcü  əsgər  və  zabitini  də 

güllələmiĢdilər...Buna  görə  Gəncə  MMK-nın  göstəriĢilə  onun 

sərəncamında    olan    milli  silahlı  qüvvələrimiz  rus  əsgərləri  ilə  dö-

yüĢmüĢdülər.Nəticədə rus əsgərləri tərkisilah olmağa məcbur olmuĢ  

və onlardan külli miqdarda silah və döyüĢ sursatları müsadirə edil-

miĢdi. Bu iĢdə Gəncənin ġahsevən məhəlləsindən Kərbəlayi Həsən 

ġahsevənlinin adı xüsusi qeyd olunmalıdır. Lakin rus əsgərlərindən 

900 nəfər öldürülmüĢdüsə,yüzlərlə soydaĢımızda həlak olmuĢdu... 

1918-ci  il  Mayın  28-də  Azərbaycan  Xalq  Cümhuriyyəti  ya-

randıqda, 2-ci hökumət  kabinetində (17 iyun - 7 dekabr 1918-ci il) 

Xudadat  bəy  Rəfibəyli  səhiyyə  və  sosial  təminat  naziri  təyin  olun-

muĢdu. Ömrünün  axırınadək heç bir siyasi partiyanın üzvü olmayıb 

bitərəf qalan X. Rəfibəyli sonra Azərbaycan hökumətinin 1919-cu il 

6  may  tarixli  qərarı  ilə  Gəncə  quberniyasının  general-qubernatoru 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə