Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə101/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   97   98   99   100   101   102   103   104   ...   156

 

306 


mıĢdır.  Tarixi  ədəbiyyatda  Abdallar  hun  türk  tayfalarından  biri 

kimi  səciyyələnir.  Abdallar  1829-cu  ildə  yaradılan  Qarabağ 

əyalətinin,  1861-ci  ildən  isə  Zəngəzur  qəzasının  tərkibində 

olmuĢdu. Abdallar kəndi Laçının  yerləĢdiyi mərkəz idi. Laçınla 

Xocalı  arasında  -  Qarabağ  dağ  silsiləsində  erməni  daĢnakların 

qənimi,  Sultan  bəy  və  Xosrov  bəyin  döyüĢ  yoldaĢı,  məĢhur 

sərrast  atıcı  Qaçaq  Xanalının  (Xanalı  Novruzalı  oğlu  Xana-

lıyev.1867-ci ildə FərraĢda anadan olub. 1944-cü ildə 77 yaĢında 

orada  öz  əcəli  ilə  dünyasını  dəyiĢib)  doğulduğu  səfalı  FərraĢ 

kəndi  yerləĢir.  Bu  kənddən  bir  qədər  aralı,  ”Çəvəndinin  yolu” 

adalanan  ərazidə  adına  el  arasında  “qızıl  palıd”  deyilən  nadir 

palıd növü hesab edilən  “qırmızı  palıd” bitir. Dünyanın heç bir 

ərazisində,  deyilənlərə  görə  bu  palıddan  bitmir.  XX  əsrin 

əvvəllərində fransız iĢ adamları və Ģirkətləri Fransa hökumətinin 

razılığı ilə FərraĢ kəndinə gəlib çıxmıĢdılar. Sən demə, bu palıd 

ağacından  çox  keyfiyyətli,misli-bərabəri  olmayan  Ģərab  çəllək-

ləri  düzəltmək  mümkün  imiĢ... 

1924-cü ilin əvvəllərində Azərbaycan  Mərkəzi  Ġcraiyyə  Ko-

mitəsinin    katibi  iĢləyən görkəmli  yazıçı,  ictimai  xadim Tağı  ġah-

bazi (Simurq) (2 iyul 1892,Bakı - 1938,Bakı. Otuzuncu illərdə rep-

ressiya olunaraq, 1937-ci ildə həbs edilib və 1938-ci ildə güllələnib) 

Ġnqiabi ġöhrət ġurasının üzvləri Ġsmayıl ġəfiyevlə (əvvəllər Ağdam 

Ġcraiyyə  Komitəsinn  sədri  iĢləmiĢdi.1923-cü  il  avqustun  6-da 

Kürdüstan  qəzası  yaradıldıqda  o,  qəza  Partiya  Komitəsinin  1-ci 

katibi vəzifəsinə göndərilmiĢdi) və Kürdüstan qəzası (6 avqust 1923 

- 8 avqust 1929) Ġcraiyyə Komitəsinin sədri Hüsü Hacıyevlə (1897, 

ġuĢa  -  1931,  Kürdəmir.  Öldürülüb...)  Zəngəzur  qəzasının  bir  sıra 

kəndlərini  gəzərkən,  Abdallarda  da  dayanmıĢdılar.  Kürdüstan 

qəzasının  (qəza  cəmi  6  -  QaraqıĢlaq,  Kəlbəcər,  Qubadlı,  Qoturlu, 

Kürdhaçı (Qurdqajı) və Muradxanlı nahiyələrindən ibarət idi) mər-

kəzi  üçün  yeni  yer  seçilərkən  Tağı  ġahbazi  Abdallar  adını  bəyən-

məmiĢ və Laçın qayasının adını mərkəz kimi yeni yaranacaq  Laçın 

Ģəhəri  elan  etmiĢdi.  Abdallar  kəndi  ilə  Laçın  qaysının  altındakı 

düzənlik  yerdə  yeni  Ģəhərin  əsaı  qoyulmuĢdu.  Ġlk  küçə  Laçın 

dağının ətəyində,Abdallar poçtunun yaxınlığında düzəngahda  salın-

mıĢdı.  Beləliklə,  1924-cü  ildə  hazırki  Laçın  Ģəhərinin  bünövrəsi 




 

307 


qoyulmuĢdu. 1930-cu il avqustun 8-də Laçın rayonu təĢkil olunmuĢ 

və  Laçın  Ģəhəri  onun  mərkəzi  elan  edilmiĢdi.  Tarixin  müxtəlif 

dönəmlərində  Ġaçına  “Ağcayazı”,”QaraqıĢlaq”,  ”QarıqıĢlaq”,  Qara-

kaha”, ”Laçın-Avaz” da demiĢlər... Laçın Ģəhəri və rayonu 1992-ci 

il  mayın  18-də  erməni  qəsbkarları  tərəfindən  iĢğal  edilmiĢdir... 

Ermənilər Laçına indi “Berdzor” adı qoymuĢlar... 

...1921-ci  il  iyulun  25-də  Bakıdan  Xosrov  bəyin  dədə-baba 

yurdlarını  “yoxlamağa” gələn komissiya və  ġuĢa Qəza  Ġnqilab Ko-

mitəsi  Sultanovların  evlərini,  var-dövlətlərini  və  mülklərini  müsa-

dirə  etdikdən  sonra,  bolĢeviklərin  onu  sağ  qoymayacağını  yəqin 

edən  X.  Sultanov  1922-ci  ildə  Cəbrayıl  ərazisində,  Qumlaq  kəndi 

yaxınlığında  Araz  çayı  üstündəki  qədim  Xudafərin  körpüsündən 

köçməklə  böyük  qaradĢı  Sultan  bəy,  digər  qardaĢı  Ġsgəndər  bəylə 

Ġran Ģahı Əhməd Ģah Qacarın (1897-1925.1909-1925-ci illərdə Ģah-

lıq etmiĢdir) razılığı ilə əvvəlcə Əcəmə (farslar tarix boyu öz ölkələ-

rini  Əcəm  (yəni  qeyri-ərəb)  də  adlandırmıĢlar...)  gedib  Cənubi 

Azərbaycanın  Larican  və  Xumarlı  kəndlərində,  sonra  bir  müddət 

Ərdəbil  yaxınlığındakı  Qalakəndində  yaĢamıĢdılar...  Lakin  sovet 

cəsusları  onlardan  əl  çəkməmiĢ  və  qardaĢı  Ġsgəndər bəyi  öldürdük-

dən  sonra,  onlara  rəğbətlə  yanaĢan  Ġran  Ģahının  məsləhəti  ilə 

Türkiyəyə müraciət etmiĢdilər. Türkiyə dövləti 1923-cü ildə Xosrov 

bəyi  və  Sultan  bəyi  mehribanlıqla  qəbul  etmiĢ  və  onların  Ģərəfinə 

rəsmi  keçid  düzənlənmiĢdi.Türkiyə  hökuməti  onlara  Qars  vilayə-

tinin Köçqoy kəndində (tarixi ədəbiyyatda Köçgöy, Qoçköy kimi də 

adlandırılır)  torpaq,  mülk  və  malikanə  verərək,  təhlükəsiz    həyat  

Ģəraiti  yaratmıĢdı. 

Xosrov bəyin  böyük qardaĢı,  xalq  qəhrəmanı Sultan bəy öm-

rünün  sonuna  qədər  Qarsın  ətrafında  yerləĢən  həmin  kənddə 

mühacir  həyatı  yaĢamıĢ  və  1955-ci  ildə  orada  84  yaĢında  vəfat 

etmiĢ,  həmin  kənddə  də  böyük  hörmətlə  dəfn  olunmuĢdu.  Sultan 

bəyin  Ənvər  (1914-1969)  bəy  adlı  oğlu  vardı.  Ənvər  bəy  sovet 

dövründə repressiyadan yaxa qurtarmaq üçün familiyasını Muradov 

soyadı  ilə  əvəz  etmiĢdi.  Sultan  bəyin  nəvəsi,  Ənvər  bəyin  oğlu 

Elbrus  da  Muradov  soyadını  daĢıyır.  O,  1967-1986-cı  illərdə  Bakı 

Metropolitenində  və  Azərbaycan  Dəmir  Yolunda  müxtəlif  məsul 

vəzifələrdə  iĢləmiĢdir.  1987-ci  ildən  Bakı  Metropolitenində  baĢ 




 

308 


mühəndis  vəzifəsində  çalıĢmıĢdır...  2009-cu  ildə  70  yaĢı  tamam 

olmuĢ  Elbrus  müəllim  Azərbaycan  Prezidenti  Ġlham  Əliyevin 

fərmanı ilə “Əməkdar mühəndis” adına layiq görülmüĢdür. O, həm 

də “Fəxri dəmiryolçu”dur. Elbrus Muradov uzun illərdən sonra Qar-

sa,  Köçqoy    kəndinə  gedib  məĢhur  xalq  qəhrəmanı,  babası  Sultan 

bəyin abadlığa ehtiyac duyuian qəbrini tapmıĢ, ziyarət etmiĢdir... 

...Slavyan  Universitetinin  elmi  iĢçisi  Nazim  VəliĢov  2011-ci 

ilin  martında  Qarsda  olaraq,  həmin  ayın  31-də  erməni-daĢnakların 

xalqımıza  qarĢı  törətdikləri  soyqrımı  günü  Sultan  bəyin  qəbri 

üstündə bu soyqrımın tarixi  kökləri, erməni-daĢnakalrın cinayətkar 

əməllərini ifĢa edən nitqlə çıxıĢ etmiĢdir. O, söyləyir ki, ”Köçqoy” 

kəndi  Qarsdan  67  km.məsafədə  yerləĢir.  Bu  kənddən  Ermənistanın 

Leninakan  (keçmiĢ  Gümrü)  Ģəhəri  görünür,cəmi  8  km-dir.  ”Köç-

qoy”    kəndində  700  nəfər  yaĢayır.  Kənddə  vaxtıilə  oraya  pənah 

aparmıĢ 35 laçınlı ailə də məskunlaĢıb. Onların hamısı doğma yurd-

ları  Laçının  Ģərəfinə  özlərinə  “Laçınlı”  soyadını  qəbul  etmiĢdir. 

Həmin Ģəxslərdən biri  Elbrus Muradovun oxĢarı Adil  Laçın,  digəri 

isə  Mehmet  Laçınlıdır.Nazim  müəllim  bizimlə  söhbətində  bildir-

miĢdir ki, 2011-ci  il martın 31-də keçirilən tədbirdə oradakı  laçın-

lılarla  birlikdə,  ”Köçqoy”    kəndinin  əhalisinin  demək  olar  ki,  tən 

yarısı,  Naxçıvanın  Qarsdakı  konsulu  Ayxan  bəy,  xaricdə  yaĢayan 

azərbaycanlılarla iĢ üzrə Azərbaycan Beynəlxalq Diaspora Mərkəzi-

nin Ġdarə Heyətinin üzvləri və digər maraqlı qurumların təmsilçiləri 

iĢtirak edirdilər.Yeri gəlmiĢkən, Azərbaycan Milli Məclisinin üzvü, 

yazıçı  Aqil  Abbasda  2012-ci  ilin  may  ayında  Qarsa  gedərək, 

”Köçqoy” kəndində baxımsız qalmıĢ Sultan bəyin məzarını tapmıĢ, 

onu  ziyarət  edərək,  fotoĢəkilini  çəkmiĢ  və  qəbrin  üstünü  təzədən 

inĢa  etdirmək  üçün  yerli  hakimiyyətdən  icazə  almağı    qərarlaĢdır-

mıĢdı... 

Xosrov bəyə gəldikdə isə, o, siyasi mühacir fəaliyyətini (Ġran-

da, Fransada, Almaniyada və Türkiyədə) davam etdirirdi. O, Alma-

niyada  Tibb  Universitetində  professor  vəzifəsində  çalıĢmıĢdı... 

1926-cı  il  mart  ayının  4-də  Parisdən  Tehrana  gələn  Xosrov  bəy 

“Ġttihad”ın mühacirətdəki siyasi lideri kimi partiyanın xarici ölkələr 

Bürosunu formalaĢdırmaq və bütün ittihadçıları bir təĢkilat ətrafında 

cəmləĢdirmək istəyirdi.Xosrov bəy Ġranda olarkən, orada “Ġttihad”ın 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə