Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə100/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   96   97   98   99   100   101   102   103   ...   156

 

303 


hücum etmiĢ, bunun nəticəsində bizim postda olan 6 nəfər əsgərdən 

3 nəfəri öldürülmüĢdür və bütün bunlar əhalinin, qoĢunun hiddətinə 

səbəb olmuĢ, atıĢma baĢlamıĢdır. Mən böyük çətinlikə ġuĢa Ģəhəri-

nin  ermənilər  yaĢayan  birinci  hissəsinin  əhali  və  qoĢun  tərəfindən 

darmadağın  edilməsinin  qarĢısını  almıĢam.Hadisənin  ikinci  günü 

atıĢma dayandırılmıĢdır. MünaqiĢənin ləğv olunması bütün Qarabağ 

üzrə aparılmıĢdır...”. 

Qarabağda  düĢmənlərə  qarĢı  mübarizədə  fərqlənənlərin  qiy-

mətləndirilməsi də bir general-qubernator kimi X.Sultanovun diqqə-

tində idi və buna mühüm əhəmiyyət verirdi. Bu mənada onun 1919-

cu  il  iyulun  14-də  Azərbaycan  Cümhuriyyətinin  hərbi  naziri            

S. Mehmandarova göndərdiyi teleqram xarakterikdir: 

“Cənab hərbi naziri, Zati-Aliləri! 

Qarabağın  xalq  milisi  sıralarında  Moskva  Ġnstitutunun  tələ-

bələri  Ġsgəndər  bəy  Sultanov  və  keçmiĢ  Qarabağ  Süvari  Alayının 

əsgəri    XankiĢi    Nuru  oğlu  xidmət  edirlər.  Onlardan  birinə  -  ləzgi 

alayı ilə birlikdə bolĢeviklərə qarĢı döyüĢlərdə iĢtirak etmiĢ Ġsgəndər 

bəy Sultanova Türkiyə hərbi ordeni  “Məcidiyyə”, ikincisi - XankiĢi 

Nuru  oğluna  axırıncı  müharibənin  “Georgi  Kavaleri”  ordeni  veril-

miĢdir. 


Axırıncı  Qarabağ  hadisələri  zamanı  onlar  böyük  bacarıq  və 

Ģücaət göstərmiĢlər. Bu haqda  Zati-Alilərinə məlumat verərək, xa-

hiĢ edirəm ki, Siz onların birinci zabit rütbəsinə təqdim olunmaları  

haqqında  sərəncam  verəsiniz”. 

1919-cu  il  iyulun  29-da  Qarabağın  həyatında  əlamətdar  bir 

gün idi. Həmin gün Azərbaycan Cümhuriyyətinin baĢ naziri və eyni 

zamanda daxili iĢlər naziri N.Yusifbəyli Gəncənin general-quberna-

toru  X.  Rəfibəylinin  və  hərbi  nazir    S.  Mehmandarovun  müĢaiyəti 

ilə  əvvəlcə  Xankəndinə  (Qarabağ  xanlığı  Rusiyaya  birləĢdirildikdə 

(14  may  1805)  Xankəndi  axırıncı  Qarabağ  xanı  Mehdiqulu  xanın 

arvadı Pəricahan bəyimə bağıĢlanmıĢdı...), iyulun 30-da isə ġuĢaya 

gəlmiĢ,  Qarabaq  General-Qubernatorluğunun  iqamətgahında  onu 

Xosrov  bəy  və  bütün  ĢuĢalılar  səmimi  və  duz-çörəklə  qarĢılamıĢ-

dılar... 

X.  Sultanovun gördüyü tədbirlər nəticəsində  16 avqust 1919-

cu  ildə  ġuĢada  keçirilən  Qarabağ  ermənilərinin  7-ci  qurultayında 




 

304 


onlar Azərbaycan hökumətini tanıdıqları barədə qərar çıxarmıĢdılar. 

Avqustun  20-də  isə  ġuĢada  erməni  nümayəndələri  ilə  “Dağlıq 

Qarabağ  ermənilərinin  Azərbayacan  hökuməti ilə müvəqqəti  mü-

qaviləsi” imzalanmıĢdı. Ġyirmi altı maddədən ibarət müqavilənin 5-

ci  maddəsinə  əsasən  Qarabağ  General-Qubernatorluğu  yanında  6 

nəfərdən ibarət (3 azərbaycanlı və 3 erməni olmaqla”  ġura yaradıl-

mıĢdı. Ümumiyyətlə, 1919-1920-ci illərdə  daĢnakların  Qarabağdan 

və Zəngəzurdan  təmizlənməsində  Xosrov bəy qardaĢı Sultan bəylə  

birgə  böyük  xidmətlər   göstərmiĢdi... 

Xosrov  bəy  Qarabağın  və  Zəngəzurun  müdafiəsində  mühüm 

rol  oynayacaq  hərbçi kadrların hazırlanması ilə də məĢğul olmuĢ-

du.  Onun  köməyi  sayəsində  Gəncə  hərbi  məktəbində  Zəngəzur 

(Laçın) ġöbəsi açılmıĢdı. Hərbi məktəbin birinci qəbulunada, 1919-

cu  ilin  sentyabrında  Gəncə  hərbi  məktəbinin  piyada  və  artilleriya 

Ģöbələrinə hərbi  təlim  keçmək üçün 121 nəfər gənc cəlb olunmuĢ-

du.  Həmin  gənclər  içərisində  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

hərbi  nazir  əvəzi,  artilleriya  general-leytenantı  Ə.  ġıxlınskinin  31 

oktyabr  1919-cu  il  tarixli  507  nömrəli  əmri  ilə  Zəngəzurdan 

(Laçından  )  31  nəfər  gənc  də  “Zəngəzur  atıcı  batalyonunda”  hərbi 

təlim  keçmiĢdi.  Bundan  baĢqa,  Azərbaycan  Cümhuriyyəti  DĠN-də 

Qarabaq  General-Qubernatorluğuna  kömək  məqsədilə  tədbirlər 

görürdü. Məsələn, daxili iĢlər naziri əvəzi M.Vəkilovun X. Sultano-

va  ünvanladığı    4    fevral    1920-ci  il  tarixli  teleqramda  Zəngəzura 

hərbi  yardım  məqsədilə  digər  yerlərin  əhalisindən  təĢkil  olunmuĢ 

1000 nəfərlik partizan dəstəsinin hazırkı vəziyyətdə bölgəyə göndə-

rilməsinin  vacibliyi  məqsədəyuğun  hesab  edilirdi.  X.  Sultanovun 

sədrliyi ilə keçən Qarabağ General-Qubernatorluğunun 1920-ci il 9 

fevral tarixli iclasında Bakıdan gələn tələbələrin də müdafiə məsə-

lələrinə cəlb olunduğu vurğulanmıĢdı. 

X. Sultanov general-qubernator olmasına baxmayaraq, həmçi-

nin  həftənin  Ģənbə  və  bazar  günləri  Qarabağ  əhalisinə  bir  həkim 

kimi də təmənnasız xidmət göstərirdi. O, həmin günlər Zəngəzurun 

və  Qarabağın  kəndlərinə  gedərək,  xəstə  insanları  təmənnasız  müa-

licə edirdi. Zəngəzurda  Xosrov bəy evlərindən birini “YaĢıl aptek”ə 

çevirmiĢdi. Xosrov bəyin “YaĢıl aptek”ində xəstələrə müalicə məq-



 

305 


sədilə  Çalbayırda  onların  ailəsinə  məxsus  yaylaqlardan  toplanmıĢ 

otlardan, bulaq və mineral sularından düzəltdiyi dərmanlar  verirdi. 

Xosrov  bəy  Sultanov  tariximizi,  ədəbiyyatımızı  və  ümumiy-

yətlə, mədəniyyətimizin müxtəlif sahələrini ürəkdən sevən  və bilən

dərin  biliyə  malik  olan  hərtərəfli  bir  çəxsiyyət  idi.  Bir  laçınlı  kimi 

poyeziyada  Sarı AĢığın bayatılarını və alovlu istiqlal  Ģairi  Əhməd 

Cavad    Axundzadənin  (5  may  1892,ġəmkir,Seyfəli  kəndi  -  10 

oktyabr 1937, Bakı, repressiya olunmuĢ və güllələnmiĢdir) Ģerlərini 

daha  çox  sevib  mütaliə  edirdi.  Xosrov  bəyi  yaxından  tanıyanlar 

ġuĢadkı  evini  “ġərq  kitabxanası”  adlandırırdılar.  Onun  general-

qubernatorluğun  inzibati  iĢçılərinə  və  məmurlarına  ġərq  ədəbiyyatı 

və  tarixindən  mühazirələr  oxuması,  Firdovsidən,  Xaqanidən, 

Nizamidən,  Xətaidən,  Vaqifdən  Azərbaycanca  əzbər  Ģerlər  deməsi 

barədə məlumatlar vardır... 

1920-ci  il  aprelin  28-də  Azərbaycanda  sovet  hakimiyyəti     

11-ci  ordunun  təcavüzü  və  iĢğalı  nəticəsində  “qurulduqdan”  sonra 

yeni  yaranan  H.Sultanovun  baĢçılıq  etdiyi  XDĠK  Xosrov  bəy 

Sultanovu  tabeçilikdə  olan  bir  dövlət  məmuru  kimi  Bakıya  sərən-

cama  çağırmıĢ,  tutduğu  vəzifəsindən  azad  edib,  həbs  etdirmiĢdi...   

X.  Sultanov  yalnız  köhnə  dostu,  Azərbaycan  SSR  XKS-in  sədri     

N.  Nərimanovun  iĢə  qarıĢması  nəticəsində  həbsdən  azad  olunmuĢ-

du.  Xosrov  bəy  sovet  hakimiyyətinə  lazım  olan  bir  təcrübəli  kadr 

kimi   N.  Nərimanovun məsləhəti ilə bir müddət  ġuĢa Qəza  Ġnqilab 

Komitəsinin sədri vəzifəsində çalıĢmıĢdı... N. Nərimanov X. Sulta-

novun  çox  qabiliyyətli,  elmli,  qeyrətli  bir  vətənpərvər  ziyalı  oldu-

ğunu    yaxĢı    bilirdi.  Lakin    sovet  hakimiyyət  orqanlarında  məsul 

vəzifələrə soxulmuĢ bolĢevik cilidində olan erməni-daĢnakların onu 

bir  millətçi  kimi  yenidən  ləkələyə  biləcəyini,  bu    yaxın  günlərdə  

tutulacağını  yəqin  etdikdən  sonra  Xosrov  bəyin  hökmən  tezliklə 

xarici ölkələrdən  birinə qaçırılmasını məsləhət bilmiĢdi.Məhz onun 

yaxından  köməkliyi  ilə  Xosrov  bəy  gizli  yolla  Bakıdan  çıxarılmıĢ 

və  qardaĢı  Sultan  bəyin  göndərdiyi  atlı  adamlar  tərəfindən  

Abdallara  (Laçına)  gətirilmiĢdi. 

Haşiyə: 1924-cü ilə qədər Laçının adı Abdallar adlanırdı. Əl-

veriĢli coğrafi-strateji mövqedə yerləĢən Abdallar Zaqafqaziyada  

və    Ön    Asiyada    yaĢamıĢ  qədim    türk  tayfasının  adını  daĢı-



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə