Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə99/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   95   96   97   98   99   100   101   102   ...   156

 

300 


il aprelin 3-də tanımıĢdı. Sonrakı hadisələr sübut etmiĢdi ki, ingilis-

lər heç də Azərbaycan hökumətinin Qarabağdakı tədbirlərinə səmi-

mi  olmamııĢlar.  X.  Sultanov  Azərbaycan  hökumətinə  göndərdiyi 

məlumatlarda  real  faktlarla  bildirirdi  ki,”Qarabağ  və  Zəngəzur 

məsələlərinin  həllində  ingilis  köməyindən  qətiyyətlə  imtina  etmək 

lazımdır, onlar bu iĢdə bizə yalnız maneçilik törədirlər”. 

Azərbaycan  Cümhuriyyəti  Nazirlər  ġurasının    1919-cu  il  29 

yanvar  tarixli  iclasında  müəyyən  məsləhətləĢmələrdən  sonra 

“CavanĢir, ġuĢa, Cəbrayıl və Zəngəzur qəzalarına general-quberna-

tor təyin edilməsi haqqında“ DĠN-in məruzəsi dinlənilmiĢdi. Ġclasda 

X.Sultanovun  general-qubernator  təyin  edilməsi,Nazirliyin  20 

milyon manatlıq fondundan general-qubernatorun ehtiyacları üçün 5 

milyon  manat ayrılması, həmin məbləğdən 1 milyon manatın gene-

ral-qubernatorun  sərəncamına  indi  buraxılması,ondan  isə  728.300 

manatın  qubernatorluğun  Ģtatının  saxlanması,  600  nəfərlik  süvari 

dəstəsinin  təĢkili  və  1  ay  müddətində  təmin  olunmasına,  271  ma-

natın  isə  gözlənilməz,  təcili  tədbirlərə  xərclənməsi,  yuxarıda  qeyd 

olunan  dəstənin  sayının  3000  min  nəfərə  qaldırılmasının  mümkün-

lüyünü etiraf etməklə hökumətin xüsusi göstəriĢi ilə həyata keçiril-

məsi  qərara  alınmıĢdı.  Ġclasın  qərarı  ilə  general-qubernatorluğun 

müavinliyinə (hərbi məsələlər üzrə) əslən  Qubadlıdan  olan Çingiz 

Ġldırım  (10  iyul,  1890  Qubadlı-    1938,  Moskva,  Suxanovka, 

güllələınib) təyin olunmuĢdu. 

X.  Sultanova  tapĢırılmıĢdı  ki,  Dağlıq  Qarabağda  ermənilərin 

separatçı  çıxıĢlarına  son  qoyub  orada  qayda-qanun  yaratsın.  X. 

Sultanov  tapĢırılan  vəzifənin  öhdəsindən  layiqincə  gəlmiĢdi.  O, 

böyük  qardaĢı,  məĢhur  xalq  qəhrəmanı  Sultan  bəylə  ermənilərə 

qarĢı  həmiĢə  sərt  mövqedə  durmuĢ,  onlara    dəfələrlə  sarsıdıcı 

zərbələr endirmiĢdı...Ermənilərin müstəqil Xalq Cümhuriyyətimizin 

ərazi  bütövlüyünə  və  varlığına  qarĢı  mənfur    niyyətlərini  Xosrov 

bəy puç etmiĢdi. 1919-cu il martın 21-dən 30-dək davam  edən Əs-

kəran  döyüĢlərində  X  Sultanov  general-mayor  Həbib  bəy  Səlimo-

vun  (1881-1920)  komandanlıq  etdiyi  Azərbaycan  Ordusunun  qüv-

vələrini  də  cəlb  etməklə  Ġrəvandan  Qarabağa  göndərilmiĢ  daĢnak 

generalı  Dro  (Drostamat)  Kanayanın  və  “Dəli  Qazar”ın  quldur-

terrorçu dəstələrini darmadağın etmiĢdi. DüĢmənlərə qarĢı vahid və 




 

301 


mərkəzləĢdirilmiĢ  qüvvələrin  yaradılmasını  zəruri  hesab  esdən 

Xosrov bəy 1919-cu il aprel  ayının 2-də  Bakıya  Nazirlər ġurasının 

sədrinə  göndərdiyi  məktubunda  yazırdı  ki,  ağır  anda  qanuna  görə 

general-qubernatorluğun  hakimiyyəti  BaĢ  komandanın  hakimiyyə-

tinə  bərabər  tutulur  və  general-qubernatorluğun  ərazisindəki  silahlı 

qüvvələr onun tabeliyinə keçməlidir.Çünki  bunu  mövcud  vəziyyət  

tələb  edir... 

1919-cu  il  aprelin  5-də  Xosrov  bəy  general-qubernatorluğun 

fəaliyyəti  ilə  xalqı  tanıĢ  etmək  üçün  rəsmi  dövlət  qəzeti  olan 

“Azərbaycan” ın müxbirinə olduqca maraqlı müsahibə vermiĢdi... 

X.  Sultanov  1919-cu  il  aprelin  6,  7  və  14-də  Azərbaycan 

hökumətinə yeni məktublar ünvanlamıĢdı. Azərbaycan hökumətinin 

baĢçısına ünvanladığı 14 aprel tarixli məktubunda bildirirdi ki, Qa-

rabağ  General-Qubernatorluğuna  aid  ərazilərin  məsələsini  qəti  həll 

etmək  üçün  kifayət  qədər  hərbi  sursatlı  2  min  nəfər  əsgər  bəs  edər 

və  bu  məqsədlə  də  bölgələrdəki  hərbi  hissələrin  onun  tabeçiliyinə 

keçməsini  xahiĢ  edir.  Əks  təqdirdə,  istefaya  buraxılmasını  xahiĢ 

edir.  ”Buna  görə  də  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin 

19 aprel 1919-cu il tarixli iclasında Nazirlər ġurasının sədri  N.Yu-

sifbəyli    X.  Sultanovun  rəhbərlik  etdiyi  generai-qubernatorluqdakı 

hərbi  hissələrin  ona  tabe  olması  haqqında  əlavə  vəsadətinə  dair 

məruzə ilə çıxıĢ etmiĢdi.  Ġclasda Qarabağ General-Qubernatorluğu-

nun hüdudlarında yerləĢən hərbi hissələrin Xosrov bəyin icazəsi və 

razılığı  ilə  hərəkət  etməsi  və  onun  məsul  olması  qərara  alınmıĢdı. 

Hökumət  baĢçısı  N.Yusifbəyli  bu  qərara  uyğun  olaraq  Hərbi 

Nazirliyə  X.  Sultanovun  vəsadətini  yerinə  yetirməyi  və  həmin 

sahədə ona kömək göstərmək barədə sərəncam vermiĢdi. 

Xosrov  bəy  baĢ  nazir  N.Yusifbəyliyə  göndərdiyi  məktubda 

yazırdı:  ”XahiĢ  edirəm,  xəzinəyə  birdəfəlik  200  min  manatdan  az 

olmayaraq, pulun (daha yaxĢı olardı ki, mənim vasitəmlə) köçürül-

məsi haqqında sərəncam verəsiniz ki, mən bu pulu ehtiyac olan hal-

larda  xəzinəyə  buraxım.Bu,  ermənilərin  xəzinədəki  pulları  ələ 

keçirə bilmək imkanı  ilə izah olunur. Tezliklə, Andronikin “məsə-

ləsi”ni  ləğv  etmək  üçün  gördüyümüz  fəal  və  qəti  hərəkətlər 

haqqında  məruzə  hazırlanacaqdır.  Bir  ay  ərzində  ermənilərlə  və 

ingilislərlə apardığımız dinc, ehtiyatlı siyasət heç bir nəticə vermə-




 

302 


yərək,  məsələni  yubadır.  Ermənilərin  hər  yerdə  hərəkətlərindən 

görünür  ki,  onlar  güclü  hazırlığa  malikdir.  XahiĢ  edirəm,  hərbi 

nazirə  sərəncam  verəsiniz  ki,  əvvəlcə  geyim  ləvazımatı  hazırlığı 

olmadan  orduya  çağırıĢ  keçirilməsin.  Dünən  yerli  batalyonun  his-

sələri  içərisində  ayaqqabı,  geyim  çatıĢmazlığı  ucbatından  narazılıq 

olmuĢdur. Mən iĢə qarıĢmasaydım, bu, kəskin xarakter alardı. Dörd 

qəzada hazırda sakitçilikdir. Vəd olunmuĢ patronları almamıĢam”. 

X.  Sultanov  Qarabağda  ingilis  siyasəti  ilə  əlaqədar  yaranmıĢ 

vəziyyəti  aradan  qalırmaq  üçün  1919-cu  il  iyun  ayının  4-də  saat    

10-da  ġuĢada  general-qubernatorluğun  binasında  müttəfiq  qoĢunla-

rın nümayəndəsi polkovnik D. ġatelvortla görüĢüb söhbət aparmıĢ-

dı... Onun da razılığı əsasında gizli yolla ġuĢaya silah gətirən Ermə-

ni Milli  ġurasının fəal separatçı üzvləri, ġuĢa keĢiĢləri Ter-Ovanes-

yan,  Mirzəbekov,  Vartapetovlar,  həmçinin  E.  ĠĢxanyan,  Avetisyan 

və  Tumanyansı  həbs  edib,  iyunun  5-də  səhər  saat  9-da  ingilis  ko-

mandanlığının nümayəndəsi Azərbaycan məmurlarının müĢayiəti və 

ingilis əsgərlərinin  mühafizəsi alyında onların Qarabağ hüdüdların-

dan çıxarılmasına, əvvəl Tiflisə, oradan da Ermənistana ötürülməsi-

nə nail olmuĢdu. Ġyunun 5-də X. Sultanovun yanına gələn R.N. Mə-

lik-ġahnazarov  ġuĢada  baĢ  verən  faciəli  hadisələrin    dayandırılma-

sında  gördüyü  təsirli  tədbirlərə  görə  onunla    həmrəy    olduğunu  

bildirmiĢdi. 

General-qubernator  X.  Sultanov  ġuĢanın  müdafiə  olunması 

haqqında gördüyü tədbirlər barədə Nazirlər ġurasının sədri N.Yusif-

bəyliyə göndərdiyi növbəti məktubunda bildirirdi : ” Köçəri maldar-

ların hərəkəti ilə əlaqədar mənim tərəfimdən Əskərandan TurĢsuya 

qədər  40  kilometrlik  məsafədə  və  xüsusilə,  köçərilərin  keçdiyi  ən 

mühüm  məntəqə olan ġuĢa ətrafında xalq  milisindən və piyadalar-

dan ibarət gücləndirilmiĢ gözətçi məntəqələri qoyulmuĢdur. Milliy-

yətindən asılı olmayaraq, ġuĢaya kənardan silahlı dəstələrin gəlmə-

sinə  mane  olmaq  üçün  ġuĢa  ətrafında  bütün  məntəqələr  mənim 

əmrimlə  tutulmuĢdur.  Bunlar  Erməni  Milli  ġuraasının  (bu  ġuranın 

üzvləri Qarabağda millətlərarası və etnik münaqiĢələri qəsdən qızıĢ-

dırmaqla Xosrov bəyin iĢini mürəkkəbləĢdirirdilər) rəhbərlik etdiyi 

erməni  əhalisindən  olan  bəzi  ünsürlərin  xoĢuna  gəlməmiĢdir,onlar 

bizim  əsgərlərin  tutduğu  1-ci  məntəqəyə  -  “Üçmıxa”-a  4  iyunda 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə