Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə96/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   92   93   94   95   96   97   98   99   ...   156

 

291 


...General  M.Tlexas  kabinet  məmuru  deyildi.  Məsul  dövlət 

vəzifəsində  çalıĢan  general  M.  Tlexas  gözəl  baĢa  düĢürdü  ki,  ona 

tapĢırılan çətin vəzifənin öhdəsindən layiqincə gəlməlidir. Əvvəlllər 

döyüĢlərdə  sınaqdan  çıxmıĢ  M.  Tlexas  cinayətkarlıqla  mübarizədə 

və  müstəqil,  milli  dövlətimiz  əleyhinə  çalıĢan  qüvvələrə  qarĢı 

barıĢmaz və amansız idi. General M. Tlexas Bakı qradonaçalnikinə, 

Bakı  və  Sabunçu  polismeysterliklərinə  pristavların,  digər  polis 

məmurlarının və qorodovoyların xidməti fəaliyyətində qanunçuluğa 

riayiət etmələrinə həmiĢə ciddi nəzarət edir,nizam-intizamı diqqətdə 

saxlayırdı.  O,  Bakı  Ģəhərində  və  bütövlükdə  Bakı  quberniyasının 

hər  yerində  qayda-qanunun  möhkəm  olması,  asayiĢin  mühafizəsi, 

cinayətkarlıq  və  onun  növləri  ilə,  xüsusilə,  bolĢeviklərin  Azərbay-

can  hökuməti  əleyhinə  gizli  fəaliyyətinə  qarĢı  tədbirlər  görürdü. 

Cinayət hadisəsi baĢ verəndə general-qubernator dərhal orada görü-

nərdi. General Murad Gəray bəyin Milli Ordumuzun formalaĢması, 

inkiĢafında  da  xidmətləri  vardı.  Buna  görə  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  hərbi  naziri  S.  Mehmandarov  DĠN-ə  göndərdiyi 

iki məktubda ona xüsusi minnətdarlığını  yazmıĢdı... 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolĢevik-

lər  general-mayor  M.  Tlexası  bağıĢlamadılar  və  onu  dərhal  elə 

1920-ci  il  aprelin  28-də  həbs  etdilər.  Onu  güya  inqilabçı  bolĢevik 

Əli Bayramovun qəsdən qətlə yetirilməsinin təĢkilatçısı ittihamı ilə 

mühakimə  esdərək,  iĢgəncələr  verdilər.  Güya  Bakı  Polismeysterli-

yinin  Xəfiyyə  ġöbəsinin  rəisi  Əbdül  Məcid  Reburov  və  onun 

əməliyyatçıları,  Bakının  4-cü  polis  sahə  pristavının  müavini 

Süleyman  bəy  Sübhanverdixanov  bolĢeviklər  Əli  Bayramov  və 

Həbib  Cəbiyevin  Azərbaycan  Parlamentinin  üzvü  Ə.H.  Qarayevin 

evində gizləndiyini bilib  evi  mühasirəyə  alanda  əməliyyata general 

M. Tlexas özü Ģəxsən rəhbərlik etmiĢdir... Məhkəmədə bu iĢin polis 

tərəfindən  təĢkil  olunması  irəli  sürülmüĢdü.  Murad  Gəray  bəyin 

istintaqını 11-ci ordunun Siyasi Ġdarəsinin Xüsusi ġöbəsinin keçmiĢ 

rəisi,  həmin  vaxt  isə  Azərbaycan  SSR  Fövqəladə  Komissiyasının 

(FK)  sədri  vəzifəsini  tutmuĢ,  cəllad  Semyon  Pankratovun  rəhbəri 

olduğu  FK-nın  baĢ  müstəntiqi  Adamyan  aparırdı.  10  gün  ərzində 

isintaq  və  mühakimə  olunan  General  M.Tlexas  Ali  Ġnqilabi 

Tribunalın  28  may  1920-ci  il  tarixli  1  nömrəli  hökmü  ilə  ölüm 




 

292 


cəzasına  məhkun  edilmiĢdi.  Hökmü  Ali  Ġnqilabi  Tribunalın  sədri 

Teymur  Əliyev  imzalamıĢdı. 

BolĢevik  Əli  Bayramovun  qətlində  günahı  sübut  olunmama-

sına baxmayaraq, general Murad Gəray bəy Tlexas 1920-ci il mayın 

29-da Bakıda gecə saat 2-də güllələnmiĢdi. Bu zaman onun cəmi 46 

yaĢı vardı. Böyük Məhəmməd Əmin  Rəsulzadə  özünün “Azərbay-

can  Cümhurlyyəti”  kitabında  Murad  Gəray  bəy  Tlexası  (kitabda 

Dəlxas yazılıb)  “Ġstiqlal  ġəhidi” adlandırmıĢdır... 

 

 

 



TEYMUR bəy MƏLİK-ASLANOV 

(1889 - 1920) 

 

Teymur  bəy  Ağa  bəy  oğlu  Məlik-



Aslanov  1889-cu  ildə  Qarabağda,  ġuĢa 

qəzasının  Dizaq  sahəsinin  (indi  Hadrud-

dur, 1939-cu ilədək Dizaq adlanırdı) Tuğ 

kəndində  əsilzadə  ailədə  anadan  olmuĢ-

du. Onun özündən 10 yaĢ böyük qardaĢı, 

Azərbaycanın görkəmli ictimai-siyasi xa-

dimi Xudadat bəy Məlik-Aslanov (1879-

1935) Azərbaycan Xalq Cümhuriyyətinin 

ilk  yollar,  poçt  və  teleqraf  naziri  olmuĢ, 

repressiyayaya məruz qalmıĢdır...Teymur 

bəy  özü  isə  Peterburq  Yol  Mühəndisliyi 

Ġnstitutunu  bitirmiĢ,  AXC  dönəmində 

Azərbaycan  Dəmir  Yol  Ġdarəsinin  rəisi 

və  Bakı  Dəmir  Yolunun  general-

qubernatoru olmuĢdu... 

...Teymur  bəy  Məlik-Aslanov  Azərbaycanda  sovet  hakimiy-

yəti  qurulduqdan  sonra  milli  qüvvələrimiz  tərəfindən  Gəncə  üsya-

nında  (24  may-4  iyun  1920-ci  il)  bolĢevik-rus-daĢnak  qüvvələrinə 

qarĢı  fəal  iĢtirak  etmiĢdi.  Odur  ki,  üsyan  qan  içində  yatırıldıqdan 

sonra Azərbaycan FK əməkdaĢları tərəfindən həbs edilmiĢdi. Azər-

baycan SSR Ġnqilabi Hərbi Səhra Məhkəməsi 1920-ci il iyulun 17-



 

293 


də  14  nəfər  kommunistin  Ģahidliyi  və  qondarma  ifadələr  əsasında 

keçmiĢ  müsavatçı,  Azərbaycan  Cümhuriyyəti  Dəmir  Yolunun  və 

Bakı  Dəmir  Yolu  üzrə  general-qubernator  Teymur  bəy  Məlik-As-

lanovun  edam  olunması  haqqında  hökm  çıxarmıĢ  (orada  deyilirdi 

ki,  hökmdən  kassasiya  Ģikayəti  vermək  olmaz),  onun  evindən  28 

min  340  rubl  dəyərində  əĢyası  müsadirə  olunmuĢdu.  Hökm  elə 

həmin ay yerinə yetirilmiĢdi... 

 

 



 

MƏHƏMMƏD KOVXA 

(1859 – 1933) 

 

Məhəmməd  Mahmud  oğlu  Kovxa 



(Mahmudov)    (xalq  arasında  Məmməd 

Koxa  kimi  məĢhur  olmuĢdur)  Azərbay-

can Xalq Cümhuriyyəti dövründə türklə-

rin  köməyə  gəliĢi  zaman  (1918-ci  ilin 

iyununda)  Qazaxın  general-qubernatoru 

olmuĢdu. Bu zaman ay yarım idi ki, hə-

min  vəzifədə  Hacı  Kərim  Sanılı  (1878-

1937)  idi.  H.  Sanılı  sol  menĢevik  idi  və 

general-qubernator 

vəzifəsinə 

gürcü 

menĢevik  hökumətinin  köməkliyi  ilə... 



gəlmiĢdi.  Onun  M.  Kovxa  ilə  köhnədən 

düĢmənçiliyi  vardı.  Lakin  nüfuzlu  mül-

kədar  nəslindən  olan  M.  Kovxanı  yerli  əhali  müdafiə  edirdi  və 

onların tələbiylə H. Sanılı vəzifədən kənarlaĢdırılmıĢ və Azərbaycan 

Cümhuriyyəti hökumətinin  qərarı ilə  general-qubernator vəzifəsinə 

təyin edilmiĢdi. 

M.  Kovxa  öz  xeyirxah  əməlləri  ilə  hələ  general-qubernator 

vəzifəsinə  təyin  edilməmiĢdən  əvvəl  el-oba  arasında  böyük  hörmət 

qazanmıĢdı . M.  Kovxa hələ 1914-cü ildə Avey  dağından camaata 

bulaq  çəkdirmiĢdi.  Qeyrətli  Ģəxsiyyət  olub.  Xalqın  xeyir-Ģərində 

yaxından  iĢtirak  edib,  onlara  dayaq  durub,  əl  tutub...  M.  Kovxa 

1914-1920-ci  illərdə  erməni-daĢnak  dəstələrinə  zərbə  vuranlardan 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə