Kərimov Tofiq Mirzə oglu


MƏHƏMMƏD BAĞIR bəy ŞEYXZAMANLI



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə93/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   89   90   91   92   93   94   95   96   ...   156

 

281 


 

MƏHƏMMƏD BAĞIR bəy ŞEYXZAMANLI 

(ŞEYXZAMANOV) 

(1880 – 1920) 

 

Məhəmməd  Bağır  bəy    (Məm-



mədbağır yazılır, əslində Məhəmməd 

Bağır düzdür) Saleh bəy oğlu ġeyza-

manlı  (ġeyzamanov)  1880-ci  ildə 

Gəncədə  əsilzadə  ailədə  anadan  ol-

muĢdu.  Ġlkin  təhsilini  Gəncə  Ģəhər 

Gimnaziyasında almıĢdı... Müsavatçı 

idi. Azərbaycanın əsl istiqlal fədailə-

rindən biri olmuĢdur.M. ġeyxzaman-

lı məĢhur Gəncə Müsəlman Xeyriyyə 

Cəmiyyətinin  TəftiĢ  Komissiyasının 

üzvü idi... 

...1919-cu  il  iyunun  11-də  Azərbaycan  Dövlət  Müdafiə 

Komitəsinin  (DMK)  Əks-Ġnqilabla  Mübarizə  TəĢkilatı  (tarixi 

ədəbiyyatda  Əks-KəĢfiyat  Xidməti  də  adlanır)  yaradılmıĢdı. 

TəĢkilatın  yaranması  Azərbaycanı  hədələyən  xarici  və  daxili  əks 

qüvvələrə qarĢı mübarizə zərurətindən irəli gəlmiĢdi. 

Bu təĢkilat əvvəlcə DMK-ya tabe idi, lakin sonra Azərbaycan 

Cümhuriyyəti Daxili ĠĢlər Nazirliyinin sərəncamına keçmiĢ və onun 

mühüm  xidmət  strukturlarından  birinə  çevrilmiĢdi.  Əks  Ġnqilabla 

Mübarizə  TəĢkilatının  ilk  rəisi  (sədri)  məhz  əslən  Gəncədən  olan 

Məhəmməd  Bağır  bəy  ġeyxzamanlı  olmuĢdu.  Onun  müavini  isə 

“Hümmət”  müsəlman  təĢkilatının  üzvü  Mirfəttah  Müsəvi  (1891-

1919)  təyin  edilmiĢdi.  Əks-Ġnqilabla  Mübarizə  TəĢkilatı  yarandığı 

ay  onun  cəmi  17  əməkdaĢı  (3  nəfər  baĢ  agent,  14  agent)  çalıĢırdı. 

Ümumiyyətlə, mövcudluğu dövründə (11 iyun 1919 - 6 mart 1920) 

bu təĢkilatda 100-dən artıq agent xidmət göstərmiĢdi. 1919-cu il av-

qustun 20-də Məhəmməd Bağır bəy ġeyxzamanlı öz xahiĢi ilə istefa 

vermiĢ  və  əvəzinə  qardaĢı  Nağı  bəy  ġeyxzamanlı  (ġeyxzamanov) 

təyin edilmiĢdi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk xüsusi orqa-

nının rəhbəri Məhəmməd Bağır bəy ġeyxzamanlı 1920-ci il Gəncə 




 

282 


üsyanından  (24  may  -  4  iyun  1920)  sonra  bolĢeviklər  tərəfindən 

həbs edilmiĢ və Ali Ġnqilabi Tribunalın hökmü ilə 1920-ci il mayın 

29-da güllələnmiĢdir... 

Gəncədə  Məhəmməd Bağır bəy ġeyxzamanlının vaxtı ilə  ya-

Ģadığı evə xatirə lövhəsi - onun baralyefi vurulmuĢdur. Böyük M.Ə. 

Rəsulzadə  özünün  “Azərbaycan  Cümhuriyyəti”  kitabında  Məhəm-

məd Bağır bəy ġeyxzamanlını “Ġstiqlal  ġəhidi” adlandırmıĢdır... 

 

 



 

 NAĞI bəy ŞEYXZAMANLI (ŞEYXZAMANOV) 

(1883 – 1967/69) 

 

Nağı  bəy  Saleh  bəy  oğlu 



ġeyxzamanlı  (ġeyxzamanov)  Azər-

baycan  Xalq  Cümhuriyyətinin  gör-

kəmli  xadimlərindən  biri  idi.  1883-

cü ildə Gəncədə əsilzadə ailədə ana-

dan olmuĢdu...  Ġlkin təhsilini  Gəncə 

Ģəhər klassik Gimnaziyasında almıĢ-

dı... Gəncədə N.Yusifbəylinin “Türk 

Ədəmi Mərkəziyyət” firqəsinin üzvü 

olmuĢ, sonra isə “Müsavat” partiya-

sına girmiĢdi. O, Gəncə Milli Komitəsinin Gənclər TəĢkilatının səd-

ri kimi də fəaliyyət göstərmiĢdi. 

1919-cu il avqustun 20-də Azərbaycan Xalq Cümhuriyyətinin 

ilk xüsusi orqanının - Əks-Ġnqilabla Mübarizə TəĢkilatının rəisi Mə-

həmməd  Bağır  ġeyxzamanlı  öz  xahiĢi  ilə  tutduğu  vəzifəsiondən 

istefa  vermiĢ  və  onun  yerinə  məhz  qardaĢı  Nağı  bəy  ġeyxzamanlı 

təyin edilmiĢdi...1919-cu il sentyabrın 13-də Bakı Möhkəmləndiril-

miĢ  Hərbi  Müdafiə  Rayonu  ilə  Bakı  General-Qubernatorluğu 

birləĢdirilmiĢdi.  Bir ay sonra, 1919-cu il oktyabrın 26-da Nağı  bəy 

ġeyxzamanlının rəhbərlik etdiyi Əks-Ə Ġnqilabla Mübarizə TəĢkilatı 

Bakı  General  Qubernatorluğuna tabe edilmiĢdi.  Həmin quruma isə 

milliyyətcə  çərkəz  olan  general-mayor  Murad  Gəray  bəy  Tlexas 

baĢçı  təyin  edilmiĢdi...Beləliklə,  Əks-Ġnqilabla  Mübarizə  TəĢkilatı 




 

283 


ilə Bakı General-Qubernatorluğu birləĢib Azərbaycan Xalq Cümhu-

riyyəti  DĠN-in  vahid  srukturu  kimi  fəaliyyətini  davam  etdirmiĢdi... 

Nağı  bəy  ġeyxzamanlı  Əks-Ġnqilabla  Mübarizə  TəĢkilatının  sədri 

olmaqla bərabər, “Difai” təĢkilatının iĢindən də kənarda qalmırdı... 

Lakin  1920-ci  il  martın  6-da  Azərbaycan  Xalq  Cümhuriyyəti 

Nazirlər Nurasının qərarı ilə Əks-Ġnqilabla Mübarizə TəĢkilatı (tari-

xi  ədəbiyyatda  Müsavat    Əks-KəĢfiyat  Xidməti  də  adlandırılır) 

“istənilən  səmərəni”  vermədiyi  üçün  ləğv  edilmiĢdi.  Bu  haqda 

Nazirlər  ġurasının  1920-ci  il  6  mart  tarixdə  keçən  iclasında 

gündəlikdə duran məsələlərdən biri kimi daxili iĢlər naziri Mustafa 

bəy  Vəkilov  məlumat  vermiĢ  və  ertəsi  günü  rəsmi  dövlət  mətbu 

orqanıi  olan  “Azərbaycan”  qəzetinin  7  mart  tarixli  nömrəsində 

bildiriĢ də dərc olunmuĢdu... Ancaq hadisələrin yaxın gələcək gediĢi 

göstərmiĢdiki, Nağı bəy ġeyxzamanlının rəhbərlik etdiyi, özüdə pis 

iĢləməyən Əks-Ġnqilabla Mübarizə TəĢkilatının ləğvi gənc Azərbay-

can Respublikasının o zamankı mürəkkəb tarixi Ģəraitində bir qədər 

tələsik  qəbul  edilmiĢ  qərar  idi  və  çox  keçmədən  bu  mühüm xüsusi 

orqanın  yoxluğu  özünün  mənfi  nəticələrini  göstərmiĢdi...Reallıq 

bundan  ibarət  idi  ki,  həmin  mühüm  qurumun  mövcudluğu  və 

saxlanması  hələ  zəruri  idi...Beləliklə,  Nağı  bəyin  bu  çətin  və 

məsuliyyətli  vəzifədə  1920-ci  il  martın  6-dək  xidmət  göstərdiyi 

aydın olur... 

Nağı  bəy  ġeyxzamanlı  Azərbaycanda  sovet  hakimiyyəti  qu-

rulduqdan və Gəncə üsyanınının (24 may - 4 iyun 1920-ci il) məğ-

lubiyyətindən  sonra  F.  Xoyski,  X.  Xasməmmədov  və  H.  Ağayevlə 

birlikdə bolĢeviklərin əlinə keçməmək üçün əvvəlcə Tüflisə getməyi 

qərarlaĢdırmıĢdı... Mərhum xalq artsti, aktyor Məmmədrza  ġeyxza-

manov (4 avqust 1915, Gəncə - 25 yanvar 1984, Bakı,70 yaĢ) söylə-

yirdi ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra dayım 

Nağı bəyin Tiflisə gedib-çıxmasına (Bakının Güzdək stansiyasından 

vaqonda  gizlənməklə  Yevlax  stansiyasına,  oradan  da  Gürcüstana) 

kömək etmiĢdi... Lakin  1920-ci il iyunun 19-da Tiflisdə F. Xoyski 

erməni  terrorçuları  tərəfindən  qətlə  yetirildikdən  sonra  Tiflisdən 

Ġstanbula  getmiĢ,  məĢəqqətli  mühacir  həyatı  yaĢamağa  baĢlamıĢdı. 

Ġstanbulda  siyasi  mühacirlər  arasında  Nağı  bəy  “Keykur”  soyadını 

qəbul etmiĢdi. 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə