Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə90/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   86   87   88   89   90   91   92   93   ...   156

 

272 


may  1918-15 dekabr 1918) nəqliyyat, poçt və teleqraf naziri vəzifə-

sinə təyin edilmiĢdi. Hökumət baĢçısı Ə.Çermoyevin rəhbərlik etdiyi 

Qafqaz  Dağlılar  Birliyinin  nümayəndə  heyəti  1918-ci  il  noyabrın 

sonunda Bakıya gələndə, Azərbaycan Cümhuriyyəti hökuməti ilə bir 

sıra  müqavilələr  imzalanan  zaman  müqavilələrdən  birinə  nəqliyyat, 

poçt və teleqraf naziri kimi Ġ. Heydərov qol çəkmiĢdi. 

1918-ci  il dekabrın  15-də Dağıstanın  Ġttifaq  ġurası  (Qafqazın 

Dağlı  Xalqlarının  Birliyi  Cəmiyyətinin  Parlamenti)  təsis  olundu. 

ġura  Ə.  Çermoyevin  istefasını  qəbul  etdi.  Yeni  hökumətin  təĢkili 

daxili iĢlər naziri PĢimaxo Kotsevə həvalə olundu. P. Kotsevin yeni 

hökumət kabinetində (15 dekabr 1918-23 mart 1919) Ġ. Heydərova 

yollar naziri vəzifəsi verilmiĢdi. 

Ġbrahim bəy Heydərov 1919-cu ilin yazında Fransanın paytax-

tı Parisdə keçirilən beynəlxalq Sülh Konfransında Avropa dövlətləri 

ilə  danıĢıqlar  aparmaq  üçün  Dağıstandan  göndərilən  nümayəndə 

heyətinin tərkibində idi... Payızda oradan geri qayıdanda artıq gene-

ral Denikin Dağıstanı tutmuĢdu. Ġ. Heydərov əldə silah denikinçilərə 

qarĢı vuruĢmuĢdu... 

1920-ci ilin əvvəllərində 11-ci ordu Dağıstanı denikinçilərdən 

təmizlədikdən  və  orada  sovet  hakimiyyəti  qurulduqdan  sonra           

Ġ. Heydərov Bakıya gəlmiĢdi. Burada ictimai-siyasi, habelə mədəni 

tədbirlərdə fəal iĢtirak edərək,”Əhrar” partiyasının  üzvü Ağa Kərim 

Əminovla (1888,Bakı- 1921, Bakı) birlikdə xeyriyyə konsertlərinin, 

teatr tamaĢalarının, həmçinin  Üzeyr bəy Hacıbəylinin  (18 sentyabr 

1885,  ġuĢa  qəzasının  Ağcabədi  kəndi  -  23  noyabr  1948,  Bakı) 

“Leyli  və  Məcnun”  operasının,  habelə  “Azərbaycan    gecələri”nin  

təĢkilində  fəal  iĢtirak  etmiĢdi. 

1920-ci  ilin  əvvəlində  Ġbrahim  bəy  Heydərovu  çətin  bir 

sahəyə,  yeni  bir  məsul  vəzifəyə  təyin  etmiĢdilər.  Belə  ki,  o,  Azər-

baycan hökumətinin qərarı ilə 1920-ci il yanvarın 6-da Azərbaycan 

Cümhuriyyəti  daxili  iĢlər  nazirinin  müavini  vəzifəsinə  təyin  edil-

miĢdi.  Həmin  vaxt  daxili  iĢlər  naziri  Məhəmməd  Həsən  Hacınski 

idi.  Hərtərəfli,  təcrübəli,  peĢəkar  kadr  olan  Ġbrahim  bəy  Heydərov 

daxili  iĢlər  nazirinin  müavini  vəzifəsində  1920-ci  il  martın  10-dək 

fəaliyyət  göstərmiĢ,  bu  vəzifədə  həmin  sahənin  inkiĢafı  üçün,  o 



 

273 


cümlədən    respublikada  ictimai  asayiĢin  mühafizəsi  və  cinayətkar-

lıqla  mübarizədə  var  qüvvəsini sərf  etmiĢdi... 

...  Daxili  iĢlər  nazirinin  müavini  Ġbrahim  bəy  Heydərovun 

1920-ci  il  yanvarın  23-də  Bakıdan  Qarabağ  General-Qubernatorlu-

ğuna məxfi qrif altında göndərdiyi teleqramda deyilirdi: 

”ġuĢa.  Hüseyn  bəy    Mahmudbəyova.  Səlim  bəyə  çatdırınki, 

(rotmistr  Səlim  bəy  Qarabağdakı  kürd  süvari  divizionunun 

komandiri  idi)  Xəlil  paĢa  Xosrov  bəy  Sultanovun  sərəncamında 

olmasını əmr edir. Nömrə 423. 

Daxili iĢlər naziri əvəzi Heydərov”. 

Bir  gün  sonra,  yanvarın  24-də  Xəlil  paĢanın  bu  gün  axĢam 

qatarla  ġuĢaya  salınacağını,  onun  üçün  Yevlax  stansiyasına  

avtomobil  göndərməyi  əmr  edirdi . 

...Daxili  iĢlər  nazirinin  müavini  Ġbrahim  bəy  Heydərov  türk 

generalı Xəlil paĢanın Azərbaycandakı fəaliyyətindən...xəbərdar idi. 

Azərbaycanın  istiqlal  fədailərindən  biri  Ġsa  bəy  AĢurbəyli  (1878-

1938)  bir  çox  milli  təəssübkeĢlərimiz  kimi  otuzuncu  illərdə  həbs 

olunduqdan  sonra  XDĠK-in  müstəntiqinə  verdiyi  ifadələrində  Ġb-

rahim bəy Heydərovun kommunistlərlə “əməkdaĢlığı”nı bildirmiĢdi. 

Bu,  general  Mustafa  Faruq  Nuru  paĢa  ilə  əlaqədardı.Belə  ki, 

bolĢeviklər  tərəfindən  Batumda  həbs  edilmiĢ  Nuru  paĢanı  xilas  et-

mək lazım idi. Ġ. Heydərov və silahdaĢları Nuru paĢanın xilasını çə-

tinliklə də olsa təĢkil etməyi bacarmıĢ (bu iĢi əslən göyçaylı, Azər-

baycan  Parlamentinin  üzvü  Yusif  Yaqub  oğlu  Əhmədov  (Əhməd-

zadə).  Otuzuncu  illərdə  repressiyaya  məruz  qalmıĢ,  həbs  olunaraq, 

1938-ci  il  iyulun  26-da  güllələnmiĢdi)  və  onu  azad  etdirib  Bakıya 

gətirmiĢdi.  Bakıda  sabiq  daxili  iĢlər  naziri  Behbud  xan  CavanĢirin 

yanında Nuru paĢa, Həmid Sultanov, Əli Heydər Qarayev, Ġbrahim 

bəy  Heydərov,  Ġsa  bəy  AĢurbəyli  və  Zaqafqaziya  Diyar  Komitəsi 

nümayəndəsinin iĢtirakı ilə yığıncaq olmuĢdu. Ġclasda qəbul edilən 

qərara əsasən Nuru paĢa təhlükəsizlik nöqteyi-nəzərdən daha etibar-

lı hesab olunan Dağıstana yola salınmıĢdı...Sonra onun ardınca Tür-

kiyədən general Xəlil paĢa da Bakıya gəlmiĢdi... 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  Ġ.  Heydə-

rov lazımlı bir mütəxəssis kimi Azərbaycan SSR yollar, poçt və te-

leqraf  naziri  Cəmil  bəy  Vəzirovun  (1886,  ġuĢa  qəzası,  Zümürxaç 




 

274 


kəndi  -  1943,  Oryol  Ģəhəri,  Rusiya)  müavini  təyin  edilmiĢdi.  Ancaq 

heç bir ay keçməmiĢdi ki, Azərbaycan FK tərəfindən həbs olunmuĢ-

du.  Onu  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  həbsdə  yatan 

görkəmli  xadimlərinin  azad  olunmasına  yardım  göstərməsində  suç-

layırdılar. Ġ. Heydərov yalnız, Azərbaycan SSR XKS-in sədri, köhnə 

dostu N. Nərimanovun iĢə qarıĢmasından sonra 1920-ci ilin sonunda 

həbsdən azad edilmiĢ və daha Bakıda qalmayıb Gürcüstana getmiĢdi. 

Orada hələ sovet hakimiyyəti qurulmamıĢdı. MenĢevik hökuməti onu 

köhnə dostu kimi səmimi qarĢılamıĢdı. Lakin 1921-ci il fevralın 25-

də  Gürcüstan  sovetləĢəndən  sonra  Ġ.  Heydərov  Fransaya  mühacirət 

etməyə  məcbur  olmuĢ  və  ailəsi  ilə  1925-ci  ilədək  orada  yaĢamıĢdı. 

Ġbrahim bəy Fransada siyasi fəaliyyətlə məĢğul olaraq, xarici ölkələr-

də aparılan diaspor iĢini birləĢdirmək, Qafqaz xalqlarının azadlıq mü-

barizəsinə  rəhbərlik  məqsədilə  Parisdə  yaĢayan  Ə.  TopçubaĢov,  Ə. 

Çermoyev, Ceyhun Hacıbəyli (2 fevral 1891, ġuĢa - 22 oktyabr 1962 

Paris),  Heydər  Bammatov  (1890,  Dağıstan  –  1965,  Fransa,  milliy-

yətcə  kumık idi) daxil  olduğu  Konfedarasiya  təsis  etmiĢdi. 

1925-ci ildə Türkiyə hökuməti Ġbrahim bəy Heydərovu Ġstan-

bula dəvət etmiĢdi. Ġbrahim bəy Türkiyəyə köçdükdən sonra “Hey-

dəroğlu”  soyadını  qəbul  etmiĢdi.  Ġbrahim  Heydəroğlu  Türkiyədə 

Kayseri dəmir yolu xəttində, Türkiyənin Yollar Nazirliyində və axı-

rıncı iĢ yeri olan AbadlaĢdırma Nazirliyində müxtəlif məsul vəzifə-

lərdə çalıĢmıĢ,  yüksək elmi heyətin üzvü olmuĢdu. O, 1949-cu ildə 

70  yaĢında  vəfat  etmiĢ  və  Ankaradakı  Cəbəçi  məzarıstanlığında 

dəfn  olunmuĢdur... 

Ġbrahim bəy Heydəroğlunun nəsil və ailəsi barədə də bir qədər 

bəhs  etmək  yerinə  düĢər.  Onun  nəslinin  baĢçısı  Hacı  Osman  bəy 

Heydərov Dərbəndin köklü sakinlərindən idi. O, Dərbənd Ģəhərinin 

də baĢçısı olmuĢdu. Hacı Qasım bəyin Nemətulla və  Minətulla adlı 

2 oğlu vardı. Nemətulla (4 oktyabr 1827 - 20  yanvar 1901) hərbçi 

olmuĢ, çar Rusiyasının general-mayoru (1844) rütbəsinədək yüksəl-

miĢ, 3-cü dərəcəli “Müqəddəs Georgi” ordeninə layiq görülmüĢ və 

Rusiyada  bu  ordeni  alan  ilk  müsəlman  idi.  Ġkinci  oğul    Minətulla 

bəyin  3  oğlu  dünyaya  gəlmiĢdi:  Ġsa  bəy,  Musa  bəy  və  Qasım  bəy. 

1822-ci  il  təvəllüdlü  Ġsa  bəy  Heydərov  Ġbrahim  bəyin  atasıydı.  O, 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə