Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə87/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   83   84   85   86   87   88   89   90   ...   156

 

262 


“QurtuluĢ”  (1934-1938)  jurnallarında  siyasi  mövzularda  da  bir  çox 

yazılar  dərc  etdirmiĢdi.  Ġkinci  Dünya  müharibəsindən  (1  sentyabr 

1939-2 sentyabr 1945-ci il) sonra da Ankarada yaĢayarkən  Mustafa 

bəyin “Azərbaycan”,”Mücahid” və digər jurnallarda da Azərbaycanın 

ən yeni tarixi ilə bağlı siyasi memuarları çap olunmuĢdu. 

Tez-tez  Avropa  ölkələrinin  paytaxtlarında  olan  M.  Vəkilovu 

siyasi  dairələrdə  yaxĢı  tanıyır  və  qiymətləndirirdilər.  Ancaq  gözü 

götürməyənlər  və  mühacirlər  arasında  onun  müvəffəqiyyətlərinə 

Ģayiələr qoĢanlar da tapılırdı... Mustafa bəy azərbaycanlı mühacirlər 

içərisində ən qapalı Ģəxs sayılırdı. Odur ki, belə Ģayiələrə əhəmiyyət 

vermədən öz iĢləri ilə məĢğul olurdu. 

1938-ci  ilin  noyabrın  10-da  M.  Atatürk  vəfat  etmiĢdi.           

M.  Vəkilov    M.Ə.  Rəsulzadə  ilə  birlikdə  Ankarada  onun  dəfnində 

iĢtirak  etməyə  getmiĢdi.  Türklər  Sovetlər  Ġttifaqı  ilə  münasibətləri 

mürəkkəbləĢdirmək istəməyərək M.Ə. Rəsulzadədən xahiĢ etmiĢdi-

lər ki, Atatürklə bağlı vida nitqi ilə çıxıĢ etməsin. O, bundan incimiĢ 

və çıxıb getmiĢdi. Mustafa bəy isə getməmiĢ və öz istəyinə nail ol-

muĢdu.  Həmin  hadisənin  Ģahidi  olanlar  söyləyirdilər  ki,  Atatürkün 

qəbri  üzərinə  ən  bahalı  əklil  azərbaycanlılar  adından  qoyulmuĢdu. 

Həmin  əklili  Mustafa  bəy  qoymuĢ  və  dəfn  mərasimində    təsirli  və 

yaddaqalan  nitq  ilə də çıxıĢ etmiĢdi. 

Ġkinci Dünya müharibəsi  1939-cu il sentyabrın 1-də Almani-

yanın PolĢa üzərinə hücumu ilə baĢlanmıĢdı. PolĢanın almanlar tərə-

findən  iĢğalı  ərəfəsində  M.  Vəkilov  VarĢavanı  tərk  edib  Fransaya 

getməyə  macal  tapmıĢdı.  Lakin  1940-cı  ildə  hitlerçillərin  Fransaya 

hücumları  baĢlandlqda  daha  orada  da  qalmaq  olmazdı.  Axı,  heç 

nədən  həlak  ola  bilərdi.  Odur  ki,  oranı  tərk  etmək  qərarına  gəlib 

neytral ölkəyə - Ġsveçrəyə keçmiĢ və orada 1944-cü ilədək yaĢamıĢ-

dı.  1943-cü  il  noyabrın  6-da    Almaniyanın  Berlin  Ģəhərində  azər-

baycanlı  siyasi  mühacirlərin  Milli  Azərbaycan  Qurultayı  keçiril-

miĢdi. Həmin qurultayda M. Vəkilov onun Rəyasət Heyətinin fəxri 

üzvü  seçilmiĢdi.  Qurultayda  “Azərbaycan  Milli  Birlik  Məclisi” 

yaradılmıĢdı ki, onun da təsisçilərindən biri Mustafa bəy olmuĢdu... 

Ġsveçrədə M. Vəkilov türk Ģəhəri Amasiyada çoxdan yaĢayan 

mühacir qohumlarının təkidi ilə yenidən ailə qurmuĢdu. Bu dəfə o, 

Firdovsi  xanımla  evlənmiĢdi.  Həmin  izdivacdan    2    övladı  -  qızı 




 

263 


Serpil və oğlu Nadir dünyaya gəlmiĢdi. Bundan sonra, Mustafa bəy 

ailəsi  ilə  Ankaraya  köçmüĢ  və  ömrünün  sonunadək  orada 

yaĢamıĢdı. 

M.Vəkilov gözəl və hərtərəfli Ģəxsiyyət kimi yaddaĢlarda qal-

mıĢdır.  O,  Azərbaycan  musiqisinə  və  poeziyasına  qəlbən  bağlı  bir 

Ģəxsiyyət idi. Güclü ədəbiyyat həvəskarı olan Mustafa bəy xalqımı-

zın iftixarı, xalq Ģairi Səməd Vəkilovun (Vurğunun) (21 mart 1906, 

Qazax  qəzasının Yuxarı Salahlı kəndi - 27 may 1956, Bakı Ģəhəri) 

yaxın  qohumu  idi.  Məhz S. Vurğun  və  böyük satirik Ģairimiz M.Ə 

Sabir  onun  ən  çox  sevdiyi  Ģairlər  idilər.  M.Ə  .  Sabirin  ölümündən 

sonra  onun  seçilmiĢ  əsərlərinin-  “Hop-hopnamə”nin  nəĢr  etdiril-

məsinin  əsas  təĢkilatçılarından  biri  Mustafa  bəyin  əmisi  professor 

Məmməd  Rza  Hacı  Mansur  oğlu  Vəkilov  (8  mart  1864,  Qazax 

qəzası, Salahlı kəndi  - 1944, Bakı) olmuĢdur. 

Öz dövrünün görkəmli ictimai-siyasi xadimi, xalqımızın istiq-

laliyyəti  uğrunda  var  qüvvəsini  əsirgəməyən,  cəlayi-vətən  düĢərək, 

mürəkkəb və keĢməkeĢli həyat yolu keçmiĢ M. Vəkilov inanırdı ki, 

vaxt  gələcək uğrunda  yorulmadan  mübarizə  apardığı  Azərbaycanın 

yenidən müstəqilliyə qovuĢması gerçəkləĢəcək. Onun inamı bu gün 

həyata keçmiĢ, özünü  doğrultmuĢdur. 

Azərbaycanın  görkəmli  ictimai-siyasi  xadimi,  sabiq  daxili 

iĢlər  naziri    Mustafa  bəy  Nadir  bəy  oğlu    Vəkilov  1965-ci  il 

noyabrın  1-də  69  yaĢında  Türkiyənin  Amasiya  Ģəhərində  vəfat 

etmiĢ, Ankarada  dəfn  olunmuĢdur...Qəbri nurla dolsun! 

 

 



 

264 


 

İKİNCİ FƏSİL 

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ  

DAXİLİ İŞLƏR NAZİRLƏRİNİN SİLAHDAŞLARI 

 

 



 

 

Azərbaycan Xalq  Cümhuriyyəti daxili  iĢlər nazirlərinin silah-



daĢları (nazir müavinləri, general-qubernatorlar, qubernatorlar, qəza 

rəisləri,  polismeysterlər,  pristavlar  və  s.)  arasında  milli  istiqlalımız 

yolunda canlarını fəda etmiĢ, repressiyalara məruz qalmıĢ, güllələn-

miĢ,  sürgünlərdə  olmazın  əzab-əziyyətlərə  düçar  olmuĢ,  lakin  öz 

əqidələrindən dönməyən Ģəxsiyyətlər çox idi. Onlardan bir qisminin 

həyat və fəaliyyəti, aqibətləri ilə Sizləri tanıĢ edirik. 

 

 

 



NAZİR MÜAVİNLƏRİ 

 

 



 

 

MEHDİ bəy HACINSKİ 



(1879-1941) 

 

TanınmıĢ ictimai-siyasi xadim, publisist, teatr xadimi və tən-



qidçisi,  aktyor  olan  Mehdi  bəy  Hacınski  o  zaman  zərurət  olduğu 

üçün DĠN-də xidmət göstərməyə cəlb olunmuĢ və 1918-ci ilin sen-

tyabrından daxili iĢlər nazirinin müavini vəzifəsinə təyin edilmiĢdi... 



 

265 


Mehdi  bəy  Süleyman  bəy  oğlu 

Hacınski  1879-cu  il  may  ayının  24-də 

Qubada  əsilli  ailədə  anadan  olmuĢdu. 

Bakıdakı  realnı məktəb  və ġərq dilləri 

kurslarını  bitirən  M.  Hacınski  1896-cı 

ildə Bakıda müsəlman teatr truppasının 

təĢkilində  yaxından  iĢtirak  etmiĢdi.  O, 

1905-ci ildə Bakı ġəhər Dumasının üz-

vü  seçilmiĢdi.  M.  Hacınski  “Cəmyəti 

xeyriyyə”, ”Nicat”  və “ġəfa” xeyriyyə 

cəmiyyətlərinin təĢkilatçılarından, ”Ni-

cat”ın  teatr  bölməsinin  rəhbəri  olmuĢ-

du.Dövrü mətbuatda  Azərbaycan teatrı 

və aktyorlarına dair məqalə, oçerk, he-

kayə  və  felyetonlarla  “Avara”,  ”Dəm-

dəməki”, ”Ürufzadə”, ”Estet”  imzaları  ilə  çıxıĢlar  etmiĢdi. 

1906-1907-ci  illərdə  bir  müddət  “Hümmət” müsəlman bolĢe-

vik təĢkilatının orqanı olan “Təkamül” qəzetinin naĢiri iĢləmiĢ, Ba-

kının teatrlarında aktyor kimi də fəaliyyət göstərmiĢdi. Azərbaycan 

xalq yaradıcılıq nümunələrinin toplanıb doğma dildə və rus dilində 

nəĢr edilməsində də onun xidmətləri vardı. Mehdi bəy M. Ə. Sabirlə 

yaxın  olmuĢ,  onun  ölümündən    sonra    əsərlərinin    nəĢrində    fəal  

iĢtirak  etmiĢdi. 

M.Hacınski 1917-ci ildən “Müsavat“ partiyasının, Zaqafqazi-

ya  Seyminin,  Müsəlman  fraksiyasının  üzvü  olmuĢdu.  O,  Milli 

ġuranın Azərbaycanın Ġstiqlal Bəyannaməsini qəbul etmiĢ 24+2 üz-

vündən biri idi. 1918-ci ilin payızından (sentyabrından) Azərbaycan 

Cümhuriyyətinin daxili iĢlər naziri B.CavanĢirin müavini vəzifəsin-

də çalıĢırdı. M. Hacınski 1918-ci il dekabrın 7-də Azərbaycan Parla-

mentinin  tərkibinə  daxil  edilmiĢ,  Parlamentin  Rəyasət    Heyətinin  

katibi  seçilmiĢdi. 

M. Hacınski 1918-ci il oktyabrın 26-da Gəncədə gizir məktə-

binin buraxılıĢ mərasimində DĠN-in rəsmi nümayəndəsi kimi iĢtirak 

və çıxıĢ etmiĢdi. O, öz çıxıĢında bildirmiĢdi ki, bu günlərdə Bakıda 

da  1200  nəfərlik  DĠN-in  qorodovoylar  (polis  nəfərləri)  hazırlayan 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə