Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə86/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   82   83   84   85   86   87   88   89   ...   156

 

259 


1925-ci  ilin  yanvarında  ġimali  Qafqazda  xidmət  göstərirdi.  Həmin 

il  fürsət  tapıb  təqibdən  yaxa  qurtarmaq  üçün  Ġrana  keçən  Sultan 

Hüseynzadə  orada  orduda  xidmət  göstərmiĢ  və  mirpənc  (general-

leytenant) rütbəsinə yüksəlmiĢdi... 

Otuzuncu  illərdə  repressiyaya  məruz  qalmıĢ  Xədicə  Qayıbo-

vanın istintaq materiallarında S.Hüseynzadənin adı çəkilirdi. Ġstinta-

qı aparan leytenant Tevosyanın hazırladığı 16 mart 1938-ci il tarixli 

arayıĢda Azərbaycan Dövlət Konservatoriyasının müəllimi X. Qayı-

bovanın  “cinayətlərindən”  biri  kimi  onun  evində  türk  ordusunun 

azərbaycanlı zabiti S. Hüseynzadənin gizləndiyi və onun Ġrana məhz 

X.Qayıbovanın  köməkliyi  ilə  getdiyi  bildirilirdi.  1938-ci  il  martın 

23-də  ikinci  dindirilməsində  yazdığı  ifadədə  Xədicə  xanım  S.  Hü-

seynzadənin bir zaman ona aĢiq olduğunu, hərdənbir onu teatra də-

vət etdiyini bildirmiĢdi. Xədicə xanımın mənzili Sultan bəyin yaĢa-

dığı  evə  baxırdı.  Bu  ev  indiki  Azərbaycan    Akademik  Milli  Teat-

rının arxasında, ġah döngəsində idi. Milyonçu AĢurbəyova məxsus 

həmin  evdə  Sultan  bəyin  atası  Ġsmayıl  Hüseynzadə  yaĢamıĢdı... 

Xədicə  xanımın  ifadəsindən  məlum  olur  ki,  Sultan  bəy  Ġrana  qaç-

mazdan  əvvəl    Bakıda  həbs  olunmuĢ  və  onun  azad  edilməsi  üçün 

Xədicə  xanım  Ə.H.Qarayev  və  M.  D.  Hüseynova  müraciət  etməli 

olmuĢdu... 

Sultan  bəyə  görə  ailə  üzvləri  də  repressiyaya  məruz  qalmıĢ-

dılar. Atası Ġsmayıl bəy Əli bəy Hüseynzadənin də qardaĢı olduğuna 

görə sovet hakimiyyəti tərəfindən 1941-ci ildə həbs olunaraq, uzaq 

Qazaxıstana  sürgün  edilmiĢdi.  O,  elə  sürgündəcə  1943-cü  ildə  75 

yaĢında dünyasını dəyiĢmiĢdi. Ömrünün bir hissəsini Türkiyədə və 

Ġranda  yaĢayan  general  Sultan  bəy  Hüseynzadə  haqqında  sonuncu 

məlumat dayısı Əziz bəyin arvadı Səlma xanımla 1962-ci ildə Ġstan-

bulda  görüĢməsi  barədədir.  Sultan  bəyin  varisi  olmadığından  o, 

varidatını  məhz  dayısı  arvadı  Səlma  xanıma  miras  buraxmıĢdı. 

General Sultan Hüseynzadənin məzarı Təbrizdədir... 

...1920-ci ilin dekabrında M.Vəkilov Müseyib Bədəlbəyov va-

sitəsilə Bakıdan partiya üçün pul və siyasi ədəbiyyat almıĢdı. Ancaq 

bolĢeviklərin  artıq  onu  tezliklə  yaxalayacağını  duyaraq,  1920-ci  ilin 

dekabr ayının sonunda Tiflisdən Ġstanbula getməyə məcbur olmuĢdu. 



 

260 


Ġstanbulda    “Müsavat”ın    Xarici  Bürosunda  fəaliyyətini  da-

vam etdirən M. Vəkilov 1924-cü ildə M.Ə. Rəsulzadənin rəhbərliyi 

altında mühacir Azərbaycan Milli Mərkəzinin (əslində Milli Birlik) 

yaradılmasında  yaxından  iĢtirak  etmiĢ,  onun  üzvü  olmuĢdu. 

TəĢkilatın  əsas  məqsədi  bütün  siyasi  mühacirləri  birləĢdirmək  idi. 

O, Azərbaycanda gizli fəaliyyəti davam etdirən milli qüvvələrimizlə 

əlaqələr yaratmaq üçün çox səylər göstərirdi. 

1925-ci ildə Azərbaycan Milli Mərkəzində bir qədər fikir ayrı-

lığı  yaranmıĢdı. Mustafa bəy  ġəfi bəy Rüstəmbəyli (Aran) ilə bir-

likdə  M.Ə.  Rəsulzadəni  və  “Müsavat”ın  Xarici  Bürosunun  digər 

rəhbərlərini  tənqid  edərək,  onları  öz  fəaliyyətlərini  yalnız  Türkiyə 

ilə  məhdudlaĢdırdıqlarına  görə  günahlandırırdı.  O,  hesab  edirdi  ki, 

bu  iĢi  daha  geniĢ  miqyasa-Qərbi  Avropa  ölkələrinə  keçirmək 

lazımdır.  Bu,  öz  təsirini  göstərmiĢ,  M.Ə.Rəsulzadə  1929-cu  ildə 

xüsusi nümayəndə heyəti ilə Qərbi Avropaya yola düĢmüĢdü. 

Lakin sovet  hökuməti  də  yatmamıĢdı...  Xalq  Daxili  ĠĢlər Ko-

missarlığının  agentləri  hər  yerdə  siyasi  mühacirləri  güdür,  onların 

hətta Ģəxsi həyatda belə fəaliyyətlərini fasiləsiz izləyir və nəzarətdə 

saxlayırdılar.  Siyasi  mühacirlərin  Azərbaycanda  qalmıĢ  qohumları 

da nəzarətdə saxlanılır və onlar vasitəsilə xaricdəki əlaqələrinin öy-

rənilməsinə  cəhdlər  göstərilir,  Azərbaycan  Milli  Mərkəzinə  yol 

tapmağa  çalıĢırdılar.  Mustafa  bəy  bunu  təbii-sövq  hisslə  duyur  və 

ehtiyatı əldən vermirdi. O, Bakını subay tərk etmiĢdi. Mühacirətdə 

Ġstanbul Universitetinin tələbəsi Sürəyya xanım Talıbxanlı ilə tanıĢ 

olaraq  onunla  evlənmiĢdi.  Sürəyya  xanım  Mustafa  bəyin  hələ 

Bakıdan tanıdığı Talıb xan Talıbxanovun (O, ġamaxı qəzasının rəisi 

olmuĢdu) qızı idi. Lakin M. Vəkilovun PolĢaya gedib uzun müddət 

orada qalmasından sonra Sürəyya xanımla ilə yolları ayrılmıĢdı... 

M.Vəkilov  1929-cu  ildə  Azərbaycan  Milli  Mərkəzindən  çıx-

mıĢ və PolĢaya getmiĢdi. Səbəbi isə Türkiyədə yaĢayan azərbaycanlı 

siyasi mühacirlər arasında ziddiyyətlərin güclənməsiydi. Məhz buna 

etiraz  kimi  Mustafa  bəy  Lehistanın  (PolĢa)  baĢçısı,  marĢal  Yuzef 

Pilsudskinin yanına getmiĢdi. M. Vəkilov Azərbaycan Milli Mərkə-

zindən  çıxsa  da,  siyasi  fəaliyyətini  dayandırmamıĢdı...  O,  azərbay-

canlı  mühacirlərin  Parisdə  yaratdıqları  “Prometey”  təĢkilatında  da 

fəal  surətdə  iĢtirak  edirdi.  Bu  təĢkilat  1926-cı  ildə  Fransada  “Ko-




 

261 


mintern”ə qarĢı mübarizə məqsədilə yaradılmıĢdı. ”Gənc prometey-

çilər” Kommunist Ġnternasionalı gənclərinə qarĢı fəaliyyət göstərir-

dilər. TəĢkilat əslində, siyasi mühacirlərin qurumu idi. 1928-ci ildə 

PolĢada  da  onun  mərkəzi  yaranmıĢdı.  ”Prometey”in  əsas  məqsədi 

sovet hakimiyyətini devirmək idi.”Prometey”in yaradılmasının əsas 

təĢəbbüsçülərindən  biri  M.Ə.  Rəsulzadə  idi.TəĢkilatı  PolĢa 

hökuməti maliyyələĢdirirdi. Azərbaycan “Prometey”də M.Ə.Rəsul-

zadə  və  Mir  Yaqub  Mehdiyevlə  (Mirmehdiyev)  (1891,  Xırdalan, 

Bakı-1952,  Türkiyə)  təmsil  olunurdu.  M.Vəkilov  ilk  vaxtlar 

S.Əhmədov,  M.Çokayev,  Osman  Xoca  və  B.Mirski  ilə  birlikdə  

“Promotey”in  Ġstanbul Komitəsinə daxil idi. 

...  MarĢal  Yuzev  Pilsudski  vaxtı  ilə  rus  çarı  III  Aleksandra 

(1881-1894)  qarĢı  sui-qəsddə  iĢtirak  etmiĢ  və  buna  görə  həbsdə 

yatmıĢdı.  Birinci  Dünya  müharibəsi  zamanı  Avstriya-Macarıstan 

ordusunun tərkibində polyak hərbi hissəsinin komandiri kimi Rusi-

yaya qarĢı vuruĢmuĢdu. Həm çar və həm də sovet Rusiyasına qarĢı 

döyüĢmüĢdü. O, əliboĢ oturmayaraq, sovet hakimiyyəti əleyhdarla-

rını öz ətrafına cəlb edir və gələcək planlarında onlardan istifadə et-

məyi  düĢünürdü.  1926-cı  ildə  PolĢada  hakimiyyət  onun  əlinə  keç-

dikdən sonra Y.Pilsudski, bir-birinin ardınca Qafqazın (o cümlədən 

Azərbaycanın) və Ukraynanın görkəmli siyasi mühacirlərini yanına 

dəvət etməyə baĢlamıĢdı. Azərbaycanlı mühacirlər Türkiyədən “qo-

vulandan”...sonra  məhz  PolĢada,  onun  yanında  sığınacaq  tapmıĢ-

dılar.  M.Ə  Rəsulzadə  Pilsudskinin  vəfatını  eĢidəndə  (1935)  onun 

ölümünə  bərk  ağrımıĢ,  Berlində  çıxan  ”QurtuluĢ”  məcmuəsində 

çıxıĢ  edərək,    polyak  xalqının  öz  böyük  oğlunu  itirməsi 

münasibətilə dərdinə Ģərik çıxmıĢdı. VarĢavada Mustafa bəy faktiki 

olaraq  “Promotey”  siyasi    klubunda  ikinci  Ģəxs  idi.  Kluba  isə 

məĢhur  ukraynalı    professor    Roman    Snal-Stotski    baĢçılıq  edirdi. 

Klub Ġkinci Dünya müharibəsinə qədər mövcud olmuĢdu. 

M.Vəkilov həm də jurnalist idi. Hələ  Ġstanbulda fəaliyyət gös-

tərərkən  orada  nəĢr  olunan  “Yeni  Qafqasiya”  (1923-1927),  ”Azəri 

türkü”  (1928-1930),  ”Odlu  yurd”  (1920-1930),  ”Azərbaycan  yurd 

bilgisi” (1932) jurnallarında Azərbaycan tarixinə və ədəbiyyatına dair 

məqalələr yazmıĢdı. Mustafa bəy Parisdə fransızca çıxan “Prometey”  

(1927-1938),  rusca    “Kafkaz”  (1934-1938)  və    Berlində  nəĢr  edilən 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə