Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə74/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   70   71   72   73   74   75   76   77   ...   156

 

222 


inzibati  islahatlar  və  dəyiĢikliklər  dövründə  1883-cü  ildə  Nuxa  qə-

zasının cənub hissəsi hesabına Yelizavetpol (Gəncə) quberniyasının 

tərkibində  yeni  inzibati  ərazi  vahidi kimi  ƏrəĢ  qəzası  yaradılmıĢdı. 

Ərazisi 2308,10 kv.verst idi. ƏrəĢ qəzası Ģimaldan Nuxa, həmçinin 

Göyçay,  cənub-qərbdən  CavanĢir  (mərkəzi  Tərtər  idi),  Ģimali 

qərbdən Yelizavetpola daxil olan qəzalar, habelı Zaqatala dairəsi ilə 

həmsərhəd  idi.1918-1920-ci  illərdə  ƏrəĢ  qəzasının  mərkəzi  AğdaĢ 

idi (AğdaĢın adı ilk dəfə 1578-ci ilə aid mənbələrdə çəkilib. AğdaĢ 

Ağzıbir də adlanıb, yəni “çıxılmaz yer, darısqal, möhkəm yer, batıq 

yer,  sulu  göl”  və  s.  deməkdir.  Ona  tarixin  müxtəlif  dönəmlərində 

Türyançay (yəni sürətli, iti axan çay), Keçtazlı, Yuxarı Ağcayazı da 

demiĢlər...  AğdaĢ  16-cı  əsrdən  mövcuddur  və  qədim  Dəhnə  

kəndindən Ģimalda yerləĢir.1900-cü ildə Ģəhər statusu almıĢdı). 

 ƏrəĢ  Qəza  Ġdarəsinə  qəza  rəisi,  onun  müavini,  xəzinədar, 

məntəqə  iclasçıları  və  polis  idarəsi  daxil  idi.  Əslində,  hakimiyyət 

bütünlüklə  qəza  rəisinin  əlində  cəmləĢmiĢdi.  Qəzada  məhkəmə  də 

yaradılmıĢdı.  AXC  hökuməti  1918-ci  il  avqustun  26-da  ƏrəĢ 

qəzasının  AğdaĢ  yaĢayıĢ  məntəqəsinə  Ģəhər  statusu  vermiĢ,  daxili 

iĢlər naziri Behbud xan CavanĢirə tapĢırmıĢdı ki, Ģəhərin ərazisi və 

burada  tətbiq  ediləcək  özünüidarənin  yaradılmasının  gediĢi  barədə 

xüsusi məruzə hazırlayıb hökumətə tədim etsin. 1919-cu il dekabrın 

10-da  Azərbaycan  hökumətinin  yeni  qərarı  ilə  ƏrəĢ  qəzasaı  AğdaĢ 

qəzası  adlandırılmıĢdı.  ƏrəĢ  qəzası  1929-cu  ilədək  mövcud  olmuĢ-

du.  1930-cu  il  avqustun  8-dən  QutqaĢen  (indiki  Qəbələ)  rayonu  

yaradılanda  ƏrəĢ  bu  rayonun  tərkibinə qatılmıĢdı. 

Qeyd: Qədim Qəbələ indiki rayon mərkəzindən 20 km.cənub-

qərbdə yerləşib. 6-cı əsrdə paytaxtın Partava (Bərdə) köçürülməsi-

nədək  Qafqaz  Albaniyasının  paytaxtı  olmuşdu.  Qəbələ  18-ci  əsrdə 

Qəbələ  Sultanlığının  mərkəzi  idi.  Sovet  dönəmində,1930-cu  il 

sentyabrın  8-də  Qəbələnin  adı  dəyişdirilib  və  Qutqaşen  adı  ilə  ra-

yon təşkil olunub. 1963-cü il yanvarın 4-də Ağdaş rayonunun tərki-

binə daxil edilib. 1964-cü il yanvarın 17-də yenidən müstəqil rayon 

olmuşdur. 1991-ci  il fevralın 7-də Qəbələnin  tarixi  adı  özünə qay-

tarılmışdır. 

ġAMXOR (ġƏMKĠR) QƏZASI. Mərkəzi ġəmkir Ģəhəri. Qə-

za  Ġdarə  rəisi  (aylıq  məvacib  3.000  manat)  Ġsgəndər  bəy  Qəmbə-



 

223 


rəliyev (tarixi  ədəbiyyatda Əliyev  yazılır.Qəmbərəliyev düzdür).(o, 

bu vəzifəyə Azərbaycan Cümhuriyyətinin daxili iĢlər naziri M. Və-

kilovun  18  fevral  1920-ci  il  tarixli  34  nömrəli  əmri  ilə  12  noyabr 

1919-cu  ildən  sayılmaqla  təyin  edilmiĢdi).  Onun  böyük  köməkçisi 

Abbas Əliyev.1-ci sahə polis pristavlığı. Pristav Ġsgəndər Qasımov. 

2-ci sahə polis pristavlığı. Pristav Məmməd Tağı Tağıyev. 3-cü sahə 

polis  pristavlığı.    Pristav  Həmid  bəy  Səfikürdski.  4-cü  sahə  polis 

pristavlığı. Pristav  Əsgərağa  ġıxlinski  idi. 

ġəmkir  Azərbaycanın  orta  əsr  Ģəhərlərindən  biridir.  Orta  əsr 

ərəb və fars mənbələrində bu söz “ġəmkür”, türk mənbələrində isə 

“ġəmkir” kimi iĢlənib. Mənası “KünəĢə tapınan” (“ġəms”-”GünəĢ”, 

”Kür”  isə  “tapınan”,  yəni  “GünəĢə  tapınan”lar”  yurdu”  deməkdir). 

”ġəmkir” sözünü  “Kür qırağı” kimi yozanlarda var.Orta əsr ġəmkir 

Ģəhərinin xarabalıqları ġəmkirçayın sol sahilindədir. ġəmkir “ġəmü-

kür”, yəni “Kür qalası”, ”Kür mayağı” deməkdir.”ġəmkir” sözü tay-

fa  və  ya  tayfa  baĢçısının  adı  ilə  də  bağlanır.  ġəmkirin  ilkin,  geniĢ 

yayılmıĢ  adlarından  biri  Abbaslıdır.  Bu,  Abbas  adlı  Ģəxsin,  yaxud 

mənĢəcə qədim türk xəzər-peçeneqlərdən sayılan abas-avaz adlı tay-

fanın  adıyla  bağlıdır.  ġəmkirə    “Dağ  Cəyir”,    yəni  “dağlıq  sahədə 

yerləĢən cəyir (kənd) də demiĢlər. Azərbaycanda xanlıqlar dövründə  

(1747-1828)  ġəmkir  Gəncə  xanlığının  tərkibində  olub.Hələ  bir  il 

qabaq,  1803-cü  ildə  çar  qoĢunları  tərəfindən  tutulan  ġəmkir    Rusi-

yanın  tərkibinə  qatılıb. 

On doqquzuncu əsrin birinci yarısında çar hökumətinin icazə-

si ilə alman kolonistlərindən bir qrupu da ġəmkirdə məskunlaĢmıĢ-

dı. Həmin dövrdən (1819-cu il)  ġamxor  “Anino”  (almanca) adlan-

mıĢdı. 1819-cu ilin  aprelində ġəmkirin  yaxınlğındakı  Çıraqlı  yaĢa-

yıĢ  məntəqəsinə  (sonralar  bir  müddət  Leninkənd  adlanmıĢdır)  Tif-

lisdən Yelizavetpola (Gəncə) köçmüĢ 194 alman ailəsi “Annenfeld” 

və “Helenendorf” (22 aprel 1819-cu il) adlı iki koloniya salmıĢdılar. 

1888-ci  ildə  almanlar  hazırkı    ġəmkir  rayonu  ərazisində  “Georqs-

feld”  (indiki Çinarlı qəsəbəsi), 1902-ci ildə “Alekseyevka”, 1906-cı 

ildə “Avxenfeld” (indiki Ġrmaslı kəndi), 1906-cı ildə indiki Ağstafa 

rayonu  ərazisində    “Qrunfeld”  (indiki  Həsənli  kəndi),  1912-ci  ildə 

Tovuzda “Trauhenfeld”  (indiki  Tovuz Ģəhəri) və 1914-cü ildə yenə 

orada  “Yelizavetinna”  adlı  yaĢayıĢ  məskənləri  salmıĢdılar.  1918-ci 




 

224 


ilin  məlumatına  görə  müxtəlif  illərdə  Azərbaycanda  məskunlaĢmıĢ 

alman  kolonistlərinin  sayı  6  minə  qədər  idi.  Sovet  dönəmində, 

Ġkinci Dünya müharibəsinin gediĢində,1941-ci ildən SSRĠ hökuməti 

almanlara  etibar  etmədiyindən  Azərbaycanda  olan  almanlarıda  

Qazaxıstana və Sibirə sürgünə göndərməyə baĢlamıĢdı.Təkcə həmin 

ildə  23  min  koloniyalı    alman    Azərbaycandan    SSRĠ-nin    Asiya 

hissəsinə sürgün  edilmiĢdi. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dönəmində  hökumətin  22 

aprel 1920-ci il tarixli qərarı ilə Gəncə qəzasının qərb hissəsində və 

keçmiĢ Ġrəvan quberniyasının “Yeni Bayazid” qəzasına (vaxtıilə bu-

raya  Türkiyənin  Yeni  Bayazid  bölgəsindən  ermənilər  köçürülmüĢ-

dülər...) bitiĢik  hissələrində ġamxor qəzası  yaradılmıĢdı. Azərbay-

canda  sovet dövründə qəzalar rəsmən 1929-cu il  aprein 8-dək  əsas 

inzibati  ərazi  vahidi  kimi  saxlanmıĢdı.Lakin  1930-cu  ildən  onlar 

ləğv  edilmiĢ  və  rayonlaĢma  baĢlanmıĢdı.1930-cu  il  avqustun  8-də 

indiki ġəmkir rayonu təĢkil olunmuĢdu (Annino, Annünfeld adı hələ 

qalırdı). Alman kolonist ailələrinin tədricən sürgün yerini tək etmə-

lərindən  sonra,  bizimkilərin  “Yelenendorf”  kimi  tələffüz  etikləri 

Helenendorfa  1938-ci  ildə  məĢhur    inqilabçı  Xanlar    Səfərəliyevin   

Ģərəfinə  Xanlar rayonu adı verilmiĢdi. 1938-ci ilədək  isə Anino adı 

ilə  bərabər  Annelfelddə  demiĢlər.1938-ci  ildə  Annenfeld  ġamxora 

birləĢdirilmiĢ  və  ġamxorun  əvvəlik  adı  bərpa  olunmuĢdu.ġamxor 

adı  1991-ci  ilədək  yaĢamıĢdı.  Azərbaycan    Respublikası  MM-in  7  

fevral  1991-ci  il tarixli qərarı ilə  ġamxor adı  ləğv edilmiĢ  və ġəm-

kirin qədim tarixi adı özünə qaytarılmıĢdır. ġəmkir rayonu Azərbay-

canın  Ģimal-qərbində  yerləĢir. O, Bakı  ilə  399  km.məsadfə dədir. 

QAZAX QƏZASI. Mərkəzi Qazax Ģəhəri. Qazaxın əsası 8-ci 

əsrdə  Azərbaycanda  məskunlaĢmıĢ  ərəb  hakimi  Mərvan  ibn  Mə-

həmməd  (732-744)  tərəfindən  qoyulmuĢ  və  o  zaman  Kasal  adlan-

mıĢdır.Qazax xalq adıdır.”Qazax” (“qazaq”) sözünü ilk dəfə X əsr-

də  ərəb  tarixçisi  Əbu  Məhəmməd  Əhməd  ibn  əl-Kufi  (926-cı  ildə 

vəfat edib) yeddi-səkkizinci əsr hadisələri ilə əlaqədar “Kasak” kimi 

iĢlətmiĢdir.  Bu,  qıpçaq  mənĢəli  qazax  etnik  birliyini  əks  etdirir. 

”Qazax” qədim türk sözü “qaz” (“qas”) “ucalıq”, ”yüksəklik”, ”ax”  

(“ağ”)  “yer”, ”sahə” deməkdir. Bəzi tədqiqatçılar qazax sözünü “at-

lılar yeri”, “atlılar diyarı”, ”azad köçərilər”, ”qaçaq”, yəni öz tayfa-




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə