Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə73/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   69   70   71   72   73   74   75   76   ...   156

 

219 


Çernyavski-mühəndis. Ġki nəfər kargüzar, mühasib, arxivarius, qey-

diyyatçı,  ekzekutor  (vergini  ödəyə  bilməyənlərdən  əĢyaları  qanuni 

miqdarda müsadirə edən, əməliyyat-axtarıĢ iĢlərində xüsusi səlahiy-

yəti olan mülki mütəxəssis) və tərcüməçi. Qubernator Dəftərxanası-

nın rəisi Konstantin Qrabovski (o, həm də qubernatorun böyük kö-

məkçisi (birinci müavini) sayılırdı). Qubernator yanında xüsusi tap-

Ģırıqlar üzrə baĢ məmur Abbas bəy CavanĢir. Xüsusi iĢlər üzrə kö-

məkçi Abbasquli bəy Babayev idi. 



Qeyd:  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Gəncə  qu-

berniyasının Sərhədi Mühafizə Dəstəsinin (DİN-ə tabe idi) rəisi və-

zifəsində  Rzaqulu  bəy  Cabbar  bəy  oğlu  Kərimbəyli  (1881-1921) 

xidmət  göstərmişdi.  R.  Kərimbəyli  1921-ci  ildə  məhz  buna  görə 

Azərbaycan FK agentlərinin əli ilə qətlə yetirilmişdi... 

GƏNCƏ ġƏHƏR POLĠSMEYSTERLĠYĠ.Polismeyster (aylıq 

məvacib  650  rubl)  Ġsmayıl  bəy  Hacıəlibəyov.Onun  böyük  kömək-

çisi  (aylıq  məvacibi  550  rubl)  və  kiçik  köməkçisi  (aylıq  məvacibi 

500 rubl).Katib və onun köməkçisi.Mühasib.Qeydiyyatçı-arxivarius 

və tərcüməçi. Gəncə Ģəhərinin pristavlıqları: 1-ci sahənin pristavlığı. 

Pristav  Əkbərağa  bəy  Ġsgəndərbəyov  (aylıq  məvacibi  500  rubl), 

köməkçisi Ġsgəndər bəy Vəkilov. 2-ci sahə pristavlığı.Pristav Nəsib 

bəy  Kidayarbəyov,  köməkçisi  Məcid  Abbasov.  3-cü  sahə  pristav-

lığı. Pristav XankiĢi bəy Sultanov, köməkçisi Kazım bəy Ağasıbə-

yov.  4-cü  sahə  pristavlığı.  Pristav  Əsəd  bəy  Tomtiyev,  köməkçisi 

Süleyman Əliyev.5-ci sahə pristavlığı. Pristav Hüseyn bəy Qəniyev, 

köməkçisi Novruz Poladov. 6-cı sahə pristavlığı.Pristav Xələf Quli-

yev, köməkçisi Abdulla Vidalov. 7-ci  sahə  pristavlığı. Pristav Cə-

fərqulu,  köməkçi  –  boĢdur.  Gəncə  Ģəhər  Poilsmeysterliyi  yanında  

Xəfiyyə  ġöbəsi. Rəisi Mir Cavad Seyidov idi.Üç  polis  nəzarətçisi-

Əli Vəliyev,Muradağa Muradov və Mədət Quliyev (Gəncəli Mədət. 

Az. FK-nın qərarı ilə 1934-cü ildə güllələnib. O, həmin il güllələnən 

35 nəfər içərisində sayca 2-ci idi). (Azərbaycan Respublikası DİN-in 

Baş  Mühafizə  İdarəsinin  sabiq  rəisi,  polis  general-mayoru,  Azər-

baycanın  Milli  Qəhrəmanı  Mədət  Quliyevin  babasıdır.  M.Quliyev 

hazırda  Azərbaycan  Respublikası  Ədliyyə  nazirinin  müavini, 

Məhkəmə  Qərarlarının  İcrası  Baş  İdarəsinin  -  Penitensiar  Xid-

mətinin rəisidir). 



 

220 


GƏNCƏ QƏZASI. Hələ çar hökumətinin  “Qafqazda inzibati 

islahatlar  haqqında”  9  dekabr  1867-ci  il  fərmanına  əsasən  Yeliza-

vetpol  quberniyası  yaradılmıĢdı.  Ərazisi  38922,43  kv.verst,  əhalisi 

1275,131  nəfər  idi.  Yelizavetpol  quberniyasının  tərkibndə  8  qəza 

yaradılmıĢdı.  Gəncə  qəzası  da  Yelizavetpol  adı  ilə  8  qəzanın  içəri-

sində 1 yanvar 1868-ci ildə  yaradılmıĢdı. Qəza Ġdarəsinin rəisi (ay-

lıq  məvacib  650  rubl)  vəzifəsi  -  boĢdur.  Onun  böyük  köməkçisi 

Ġosif  Ledak  (550  rubl),  kargüzarlar  Ġvan  Pyatnitski  və  Miron  Ye-

molyanov, qeydiyyatçı və arxivarius Vasili Nabatçenko. Gəncə qə-

zasının  polis  sahə  pristavlıqları:  1-ci  sahə  polis  pristavlığı.  Pristav 

Molla  Qasım  Bədirxanov.  2-ci  sahə  polis  pristavlığı.  Pristav  Kəbir 

bəy  Səfikürdski.  3-cü  sahə  polis  pristavlığı.  Pristav  Hadı  bəy  Kə-

rimbəyov.  4-cü  sahə  polis  pristavlığı.Pristav  (aylıq  məvacib  500 

rubl)  Məmməd  Muradov. 

NUXA  (ġƏKĠ)  QƏZASI.  Mərkəzi  Nuxa  (ġəki)  Ģəhəri.Çar 

Rusiyasının “Qafqazda inzibati islahatlar haqqında” 10 aprel 1840-

cı  il  tarixli  qanununa  əsasən  1  yanvar  1841-ci  ildə  yaradılıb.Qəza 

Ġdarə  rəisi  (aylıq  məvacib  3.000  manat)    Eyyub    bəy    Rəfibəyov 

(Rəfibəyli) (1890-1979).Onun böyük köməkçisi (aylıq məvacib 550 

rubl) Zahid bəy Ġbrahimbəyov,katib Aleksandr Tarkovski, kargüzar-

lar-Cəfərəli  Zeynalov  və  Rüstəm  bəy  Əlicanbəyov,  qeydiyyatçı  və 

arxivarius – Əhmədağa ġəkixanov. Nuxa Ģəhərinin polis pristavlığı: 

1-ci  sahənin  polis  pristavlığı. Pristav  (aylıq məvacib  500 rubl)  Əh-

mədağa Xocambəyov. 2-ci sahənin polis pristavlığı. Pristav Mürsəl 

bəy  Sədrəddinbəyov,  onun  köməkçiləri-PaĢa  Əfəndiyev,    Abuzər  

bəy  Məlikov  və  Səməd  Məmmədov. 

Nuxa ġəkinin 1968-ci ilə qədər olan adıdır (gürcülər “Nux-pa-

to” demiĢlər). 1968-ci ildən ġəki adlanır. ġəki Azərbaycanın qədim 

Ģəhəridir.  ġəki  “qədim  türk  tayfası  “ġoki”  nin  adındandır.  ġəkiyə 

Göybulaq  (yəni  yaĢıllıq),  KiĢ,  Gələsən-Görəsən,  BaĢ  Küngüt  də 

demiĢlər. Tarixdə ġimali Azərbaycan ərazisində ġakaĢena adlı vila-

yət olub. ġəhərin müəyyən hissəsi əvvəllər KiĢ çayı sahilində yaĢa-

mıĢdır. 1551-ci ildə ġəki Səfəvilər dövlətinin (1501-1736) tərkibinə 

birləĢdirilmiĢdi.  Onsəkkizinci  əsrdə,1743-cü  ildə  Nadir  Ģah  ƏfĢarla 

mübarizənin gediĢində yerli iri feodal Hacı Çələbi Qurbanoğlu ġəki 

xanlığının əsasını qoyub və 1747-1755-ci illərdə hakimiyyətdə olub. 




 

221 


Bu xanlıq Azərbaycan xanlıqarı içərisində güclülərdən idi.1805-ci il 

mayın  21-də  bağlanan  Kürəkçay  müqaviləsinə  görə  ġəki  xanlığı 

Rusiyanın  tərkibinə  keçmiĢdi.  Axırıncı  ġəki  xanı  Səlim  xan  idi 

(1795-1806) (ġəkili Məhəmmədhəsən xanın oğlu Səlim xanın anası 

gürcü  Ġvan  Baqrationun qızıydı. Səlim xan 1826-cı ildə Türkiyədə 

vəfat  etmiĢdir...).  1841-ci  ildə  Nuxa  qəzası  yaradılıb.  1930-cu  il 

avqustun  8-də  ġəki  rayonu  təĢkil  olunub.1963-cü  il  yanvarın  4-də 

ləğv olunaraq, Oğuz rayonuna verilib. Oğuz 18-ci əsrdə ġəki xanlı-

ğının,  sonra  isə  Nuxa  qəzasının  tərkibində  idi.  Oğuz  rayonu  8  av-

qust 1930-cu ildə təĢkil edilmiĢdi,1964-cü il yanvarın 17-dən 1991-

ci  ilin  fevralınadək  VartaĢen  adlanmıĢdır.  Azərbaycan    MM-in    7  

fevral   1991-ci  il tarixli qərarı ilə  VartaĢen  adı  ləğv edilərək,  Qğu-

zun  tarixi  adı  özünə  qaytarılmıĢdır.  ġəki  isə  1965-ci  ildə  yenidən 

müstəqil rayon olmuĢdur. 

ƏRƏġ  QƏZASI.  Mərkəzi  AğdaĢ  Ģəhəri.  Çar  hökumətinin 

“Qafqazda  inzibati  islahatlar  haqqında”  9  dekabr  1867-ci  il  tarixli 

fərmanına əsasən 1 yanvar 1868-ci ildə Yelizavetpol quberniyasının 

tərkibində yaradılmıĢdı. 

ƏrəĢ Qəza Ġdarə rəisi (aylıq məvacib 3.000 manat) Rəhim bəy 

ġıxlinski. Onun böyük köməkçisi Ġsgəndər ġıxzamanov, katib Qri-

qori  Novaxatski.  Kargüzar,  qeydiyyatçı  və  o  həm  də  arxivariusdu-

Əmircan bəy Əmircanov. ƏrəĢ qəzasının polis pristavlıqları: AğdaĢ 

Ģəhərinin polis pristavlığı. Pristav ƏĢrəf Kələntərlinski. Qəzanın 1-

ci  sahə  polis  pristavlığı.  Pristav  vəzifəsi  boĢdur.  2-ci  sahə  polis 

pristavlığı.  Pristav  Kiyar  bəy  ġıxlinski.  3-cü  sahə  polis  pristavlığı. 

Pristav Ġsrafil bəy Bədirbəyov. 

ƏrəĢ  orta  əsr  Ģəhərlərindən  olmuĢdur.  Xarabalıqları  indiki 

Yevlax rayonunun Xaldan kəndi yaxınlığındadır. Salındığı tarix mə-

lum deyil. Orta əsrlərdəki inkiĢafı dövründə mühüm ticarət mərkəzi 

idi. Öz ipəyi ilə Yaxın ġərqdə məĢhur olmuĢdur. Səfəvilər dövründə 

kiçik feodal hökmdarlığı-ƏrəĢ ġultanlığı  yaradılmıĢdı. 1795-ci ildə 

ƏrəĢ Sultanlığı ləğv edilərək, mahal kimi ġəki xanlığının tərkibinə 

qatılmıĢdı. ƏrəĢin sonuncu sultanı ərəĢli Məlik Əlinin qardaĢı oğlu 

ġəhabəddin Sultan olmuĢdur. Müharibələr və tranzit ticarətin zəiflə-

məsi  nəticəsində  tənəzzülə  uğrayan  ƏrəĢ  17-ci  əsrdə  kiçik  bir  ya-

ĢayıĢ məntəqəsinə çevrilmiĢdi. Çar hökumətinin Qafqazda apardığı 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə