262
“QurtuluĢ” (1934-1938) jurnallarında siyasi mövzularda da bir çox
yazılar dərc etdirmiĢdi. Ġkinci Dünya müharibəsindən (1 sentyabr
1939-2 sentyabr 1945-ci il) sonra da Ankarada yaĢayarkən Mustafa
bəyin “Azərbaycan”,”Mücahid” və digər jurnallarda da Azərbaycanın
ən yeni tarixi ilə bağlı siyasi memuarları çap olunmuĢdu.
Tez-tez Avropa ölkələrinin paytaxtlarında olan M. Vəkilovu
siyasi dairələrdə yaxĢı tanıyır və qiymətləndirirdilər. Ancaq gözü
götürməyənlər və mühacirlər arasında onun müvəffəqiyyətlərinə
Ģayiələr qoĢanlar da tapılırdı... Mustafa bəy azərbaycanlı mühacirlər
içərisində ən qapalı Ģəxs sayılırdı. Odur ki, belə Ģayiələrə əhəmiyyət
vermədən öz iĢləri ilə məĢğul olurdu.
1938-ci ilin noyabrın 10-da M. Atatürk vəfat etmiĢdi.
M. Vəkilov M.Ə. Rəsulzadə ilə birlikdə Ankarada onun dəfnində
iĢtirak etməyə getmiĢdi. Türklər Sovetlər Ġttifaqı ilə münasibətləri
mürəkkəbləĢdirmək istəməyərək M.Ə. Rəsulzadədən xahiĢ etmiĢdi-
lər ki, Atatürklə bağlı vida nitqi ilə çıxıĢ etməsin. O, bundan incimiĢ
və çıxıb getmiĢdi. Mustafa bəy isə getməmiĢ və öz istəyinə nail ol-
muĢdu. Həmin hadisənin Ģahidi olanlar söyləyirdilər ki, Atatürkün
qəbri üzərinə ən bahalı əklil azərbaycanlılar adından qoyulmuĢdu.
Həmin əklili Mustafa bəy qoymuĢ və dəfn mərasimində təsirli və
yaddaqalan nitq ilə də çıxıĢ etmiĢdi.
Ġkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almani-
yanın PolĢa üzərinə hücumu ilə baĢlanmıĢdı. PolĢanın almanlar tərə-
findən iĢğalı ərəfəsində M. Vəkilov VarĢavanı tərk edib Fransaya
getməyə macal tapmıĢdı. Lakin 1940-cı ildə hitlerçillərin Fransaya
hücumları baĢlandlqda daha orada da qalmaq olmazdı. Axı, heç
nədən həlak ola bilərdi. Odur ki, oranı tərk etmək qərarına gəlib
neytral ölkəyə - Ġsveçrəyə keçmiĢ və orada 1944-cü ilədək yaĢamıĢ-
dı. 1943-cü il noyabrın 6-da Almaniyanın Berlin Ģəhərində azər-
baycanlı siyasi mühacirlərin Milli Azərbaycan Qurultayı keçiril-
miĢdi. Həmin qurultayda M. Vəkilov onun Rəyasət Heyətinin fəxri
üzvü seçilmiĢdi. Qurultayda “Azərbaycan Milli Birlik Məclisi”
yaradılmıĢdı ki, onun da təsisçilərindən biri Mustafa bəy olmuĢdu...
Ġsveçrədə M. Vəkilov türk Ģəhəri Amasiyada çoxdan yaĢayan
mühacir qohumlarının təkidi ilə yenidən ailə qurmuĢdu. Bu dəfə o,
Firdovsi xanımla evlənmiĢdi. Həmin izdivacdan 2 övladı - qızı
263
Serpil və oğlu Nadir dünyaya gəlmiĢdi. Bundan sonra, Mustafa bəy
ailəsi ilə Ankaraya köçmüĢ və ömrünün sonunadək orada
yaĢamıĢdı.
M.Vəkilov gözəl və hərtərəfli Ģəxsiyyət kimi yaddaĢlarda qal-
mıĢdır. O, Azərbaycan musiqisinə və poeziyasına qəlbən bağlı bir
Ģəxsiyyət idi. Güclü ədəbiyyat həvəskarı olan Mustafa bəy xalqımı-
zın iftixarı, xalq Ģairi Səməd Vəkilovun (Vurğunun) (21 mart 1906,
Qazax qəzasının Yuxarı Salahlı kəndi - 27 may 1956, Bakı Ģəhəri)
yaxın qohumu idi. Məhz S. Vurğun və böyük satirik Ģairimiz M.Ə
Sabir onun ən çox sevdiyi Ģairlər idilər. M.Ə . Sabirin ölümündən
sonra onun seçilmiĢ əsərlərinin- “Hop-hopnamə”nin nəĢr etdiril-
məsinin əsas təĢkilatçılarından biri Mustafa bəyin əmisi professor
Məmməd Rza Hacı Mansur oğlu Vəkilov (8 mart 1864, Qazax
qəzası, Salahlı kəndi - 1944, Bakı) olmuĢdur.
Öz dövrünün görkəmli ictimai-siyasi xadimi, xalqımızın istiq-
laliyyəti uğrunda var qüvvəsini əsirgəməyən, cəlayi-vətən düĢərək,
mürəkkəb və keĢməkeĢli həyat yolu keçmiĢ M. Vəkilov inanırdı ki,
vaxt gələcək uğrunda yorulmadan mübarizə apardığı Azərbaycanın
yenidən müstəqilliyə qovuĢması gerçəkləĢəcək. Onun inamı bu gün
həyata keçmiĢ, özünü doğrultmuĢdur.
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, sabiq daxili
iĢlər naziri Mustafa bəy Nadir bəy oğlu Vəkilov 1965-ci il
noyabrın 1-də 69 yaĢında Türkiyənin Amasiya Ģəhərində vəfat
etmiĢ, Ankarada dəfn olunmuĢdur...Qəbri nurla dolsun!
264
İKİNCİ FƏSİL
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
DAXİLİ İŞLƏR NAZİRLƏRİNİN SİLAHDAŞLARI
Azərbaycan Xalq Cümhuriyyəti daxili iĢlər nazirlərinin silah-
daĢları (nazir müavinləri, general-qubernatorlar, qubernatorlar, qəza
rəisləri, polismeysterlər, pristavlar və s.) arasında milli istiqlalımız
yolunda canlarını fəda etmiĢ, repressiyalara məruz qalmıĢ, güllələn-
miĢ, sürgünlərdə olmazın əzab-əziyyətlərə düçar olmuĢ, lakin öz
əqidələrindən dönməyən Ģəxsiyyətlər çox idi. Onlardan bir qisminin
həyat və fəaliyyəti, aqibətləri ilə Sizləri tanıĢ edirik.
NAZİR MÜAVİNLƏRİ
MEHDİ bəy HACINSKİ
(1879-1941)
TanınmıĢ ictimai-siyasi xadim, publisist, teatr xadimi və tən-
qidçisi, aktyor olan Mehdi bəy Hacınski o zaman zərurət olduğu
üçün DĠN-də xidmət göstərməyə cəlb olunmuĢ və 1918-ci ilin sen-
tyabrından daxili iĢlər nazirinin müavini vəzifəsinə təyin edilmiĢdi...
265
Mehdi bəy Süleyman bəy oğlu
Hacınski 1879-cu il may ayının 24-də
Qubada əsilli ailədə anadan olmuĢdu.
Bakıdakı realnı məktəb və ġərq dilləri
kurslarını bitirən M. Hacınski 1896-cı
ildə Bakıda müsəlman teatr truppasının
təĢkilində yaxından iĢtirak etmiĢdi. O,
1905-ci ildə Bakı ġəhər Dumasının üz-
vü seçilmiĢdi. M. Hacınski “Cəmyəti
xeyriyyə”, ”Nicat” və “ġəfa” xeyriyyə
cəmiyyətlərinin təĢkilatçılarından, ”Ni-
cat”ın teatr bölməsinin rəhbəri olmuĢ-
du.Dövrü mətbuatda Azərbaycan teatrı
və aktyorlarına dair məqalə, oçerk, he-
kayə və felyetonlarla “Avara”, ”Dəm-
dəməki”, ”Ürufzadə”, ”Estet” imzaları ilə çıxıĢlar etmiĢdi.
1906-1907-ci illərdə bir müddət “Hümmət” müsəlman bolĢe-
vik təĢkilatının orqanı olan “Təkamül” qəzetinin naĢiri iĢləmiĢ, Ba-
kının teatrlarında aktyor kimi də fəaliyyət göstərmiĢdi. Azərbaycan
xalq yaradıcılıq nümunələrinin toplanıb doğma dildə və rus dilində
nəĢr edilməsində də onun xidmətləri vardı. Mehdi bəy M. Ə. Sabirlə
yaxın olmuĢ, onun ölümündən sonra əsərlərinin nəĢrində fəal
iĢtirak etmiĢdi.
M.Hacınski 1917-ci ildən “Müsavat“ partiyasının, Zaqafqazi-
ya Seyminin, Müsəlman fraksiyasının üzvü olmuĢdu. O, Milli
ġuranın Azərbaycanın Ġstiqlal Bəyannaməsini qəbul etmiĢ 24+2 üz-
vündən biri idi. 1918-ci ilin payızından (sentyabrından) Azərbaycan
Cümhuriyyətinin daxili iĢlər naziri B.CavanĢirin müavini vəzifəsin-
də çalıĢırdı. M. Hacınski 1918-ci il dekabrın 7-də Azərbaycan Parla-
mentinin tərkibinə daxil edilmiĢ, Parlamentin Rəyasət Heyətinin
katibi seçilmiĢdi.
M. Hacınski 1918-ci il oktyabrın 26-da Gəncədə gizir məktə-
binin buraxılıĢ mərasimində DĠN-in rəsmi nümayəndəsi kimi iĢtirak
və çıxıĢ etmiĢdi. O, öz çıxıĢında bildirmiĢdi ki, bu günlərdə Bakıda
da 1200 nəfərlik DĠN-in qorodovoylar (polis nəfərləri) hazırlayan
Dostları ilə paylaş: |