47
çevrilən Zabit müəllim 1983-cü ildə dissertasiya işini uğurla müadifə eдяряк
филолоэийа елмляри намизяди алимлик дяряъясиня алмыш, 50-dən artıq elmi
məqalənin və onlarla kitabın müəllifi olmuşdur.
Tapşırılan hər bir сащядя işiниn öhdəsindən laйигинъя gələn, universitetin
ictimai həyatında yorulmadan çalışan Zabit müəllim həm də филолоэийа elmинə
böyük töhfələr вермишдир. Онун «Nitq mədəniyyətinin əsasları» вя «Müəllimin
nitq mədəniyyəti» (həmmüəlliflə) kitabları тялябялярин столцстц китабларына
чеврилмишдир. Досент Zabit Мяммядов «Klassik aşıq poeziyasının dili»
mövzusunda doktorluq диссертасийасы щазырламыш,
анъаг амансыз юлцм она
диссертасийаны мцдафия етмяйя имкан вермямишдир.
Zabit müəllim 1996-ъы илдян юмрцнцн сонунадяк Педагожи
факцлтянин декан мцавини вязифясиндя чалышырды. Яввял дя дедийим
кими Забит мцяллим тялябялярин севимлиси иди. Чцнки о, мüəllim
yoldaşlarına necə hörmət bəsləyirsə, tələbələriня дя ейни ъцр мцнасибят
эюстярирди. Bu, onun səmimiliyi, insanlara olan məhəbbəti ilə əlaqədar иди.
Педагожи
факцлтянин
университетимизин
сайылан-сечилян
факцлтяляриндян бирinя чеврилмясиндя Забит мцяллимин ямяйи
данылмаздыр.
Забит мцяллимин язиз хатиряси онун севянлярин йаддашында даим
йашайаъагдыр. Аллащ рящмят елясин!
Вугар Мещрабов,
АДПУ-нун цмуми ишляр цзря проректору,
Физика-рийазиййат елмляри намизяди, досент
Gözəl alim, səmimi insan
48
Onu uzun illər idi ki tanıyırdım. Birlikdə bir çox elmi məclislərdə konfrans
və yığıncaqlarda iştirak edirdik. O həmişə öz təmkinliliyi, səbirliliyi və mədəni
rəftarı ilə diqqəti cəlb edirdi. Onu bizlərdən fərqləndirən cəhətlərdən biri də
hamıya qarşı səmimi münasibət bəsləməsi, daim onu əhatə edənlərə diqqət və
qayğı göstərməsi idi.
Mən dəfələrlə eşidirdim ki, Zabit müəllim gənc aspirantlara, dissertantlara
necə qayğı və həssaslıqla yanaşır. Təsadüfi deyildi ki, Zabit müəllim uzun müddət
filologiya fakültəsində əvəzolunmaz bir kadr kimi həmkarlar təşkilatının sədri
vəzifəsində çalışmışdı. Elə onun son on illik əmək və pedaqoji fəaliyyəti də diqqəti
çəkən olmuşdur. Belə ki bu son illər ərzində Zabit müəllim gözəl təşkilatçılıq
bacarığı ilə rəhbərliyin diqqətini cəlb etmiş, ona dəfələrlə təşəkkürlər elan
olunmuş, müxtəlif mükafatlar verilmişdir.
Zabit müəllim, işgüzarlığı və səmimiliyi ilə seçilirdi. Ona tapşırılan hər bir
işi böyük həssaslıq və dəqiqliklə yerinə yetirirdi. Məhz bu keyfiyyətinə görə də
rəhbərlik onun əməyini daim diqqət mərkəzində saxlayırdı. Istənilən problemlərin
həllində onun tutduğu təmkinli mövqe hər bir kəsin yaxşı yadındadır.
Universitetimiz nüfuzlu ziyalılarından olan Zabit Məmmədov bizim və onu
tanıyanların yaddaşında həmişə səmimi bir insan, gözəl alim və ziyalı kimi
qalacaqdır.
Prof. Bəhlul Ağayev
professor Nadir Abdullayev
DOST ÖMRÜNDƏN XATIRƏ
Lap bu yaxın günlərə qədər dünyamızda bir Zabit vardı: səmimi, mehriban,
qayğıkeş, xeyirxah, ləyaqətli, insanlığın meyarı, Tanrının sevimli bəndəsi, dostum,
qardaşım Zabit. O Zabit ki, indi aramızda yoxdur, öz əbədi dünyasına qovuşmuş,
istəklilərinin, dostlarının qəlbində, xatirəsində yaşayır. Yoxluğunu heç vəchlə
qəbul edə bilmədiyim bu insan, dost haqda yazmaq mənim üçün çətin olsa da, bəzi
xatirələri söyləməyi lazım bildim ki, qoy onun ruhu çad olsun, rahatlıq tapsın.
Həyat adlı məktəbin ən çətin dərslərindən keçən, bu dünyanın acısını-
şirinini dadan, bərkindən-boşundan çıxan Zabit müəllim sözün əsl mənasında
insan, şəxsiyyət idi. Malik olduğu yüksək insanı keyfiyyətlər, dəyərlər ona işlədiyi
kollektivdə böyük hörmət və inam yaratmışdır. İnsanlara müraciət forması, səsinin
tonu, işlətdiyi ifadələr, heç kəsin xətrinə dəyməməsi, çöhrəsindəki daimi
təbəssüm, müsahibini axıra qədər dinləmək, fikrinə hörmətlə yanaşmaq, duzlu,
məzəli söhbətləri, zarafatları onunla təmasda olanları məmnun edər, razı salardı,
lakin bununla belə o, prinsipial mövqeyindən də geri çəkilməzdi.
Tələbələr onu özləri üçün arxa, dayaq sayar, istənilən vaxt qapısını açar,
problemlərini, dərd-sərlərini ona bildirər, Zabit müəllim bir dekan müavini kimi
onları dinləyər, məsləhət verərdi. Müəllim –tələbə münasibəti zəminində yaranan