Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə56/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   52   53   54   55   56   57   58   59   ...   78

128 
 
Respublikanın iqtisadi regionlarında kitabxana-informasiya resurs-
larının  yerləşməsi,  əhalinin  informasiya  təminatının  ödənilməsində 
kitabxanaların rolu və gələcək perspekrivləri, bu sahədə yazılmış bir çox 
məqalələrdə  işıqlandırılmışdır.  Respublikamızın  Aran,  Dağlıq  Şirvan, 
Naxçıvan,  Dağlıq  Qarabağ  və  Kəlbəcər-Laçın  iqtisadi  rayonlarında 
yerləşən  kənd  kitabxanalarının  müasir  inkişaf  səviyyəsi  də  diqqətdən 
kənarda qalmamışdır.  
 Azərbaycan  Respublikasının  Aran  iqtisadi  rayonu  Ağcabədi, 
Ağdaş,  Beyləqan,  Bərdə,  Biləsuvar,  Göyçay,  Hacıqabul,  İmişli, 
Kürdəmir,  Neftçala,  Saatlı,  Sabirabad,  Salyan,  Ucar,  Zərdab  inzibati 
rayonlarını və Şirvan, Mingəçevir, Yevlax şəhərlərini əhatə edir. İqtisadi 
rayon  əlverişli  iqtisadi-coğrafi  mövqeyə  malikdir.  İqtisadi  rayonun 
ümumi sahəsi 21,43 min kv.km olmaqla, ölkə ərazisinin 24,7%-ni əhatə 
edir.  İqtisadi  rayonda  əhalinin  orta  sıxlığı,  hər  kv  km-ə  78  nəfər  təşkil 
edir. İqtisadi rayonda 1988 kitabxana resursu var. Onlardan 1571-i kənd 
yaşayış  məntəqələrindədir.  Bu  kitabxanalardan  875-i  Mədəniyyət  və 
Turizm Nazirliyinin, 688-i isə Təhsil Nazirliyinin tabeliyindədir. İqtisadi 
rayonun  kənd  yaşayış  məntəqələrində  7842550  nüsxə  informasiya 
resursu  var  ki,  onun  98,9%-i  kitablardır.(6.S.55-56)  İqtisadi  rayonun 
kənd kitabxanalarında 25 kompüter olmaqla,  cəmi 1932 nəfər kitabxana 
mütəxəssisi  var  və  onların  təhsil  səviyyəsi  belədir:  ali-ixtisas  təhsillilər 
133 nəfər, ali-qeyri-ixtisas təhsillilər 132 nəfər, orta ixtisas təhsillilər 437 
nəfər,  orta-qeyri-ixtisas  təhsillilər  306  nəfər,  ümumi  orta  təhsillilər  924 
nəfər.  İqtisadi  rayonun  kitabxana  mütəxəssislərinin  təhsil  səviyyəsinə 
görə müqayisəli təhlilindən görünür ki, ümumi orta təhsillilər ali və orta 
ixtisas  təhsilli  mütəxəssislərdən  çoxdur.  İqtisadi  rayonun  kənd  yaşayış 
məntəqələrində  1558  nəfər  mütəxəssis  var.  Onların  76  nəfəri  ali-ixtisas, 
372 nəfəri orta ixtisas təhsillidir.(6.S.75-83) 
 İqtisadi  regiona daxil olan Ağcabədi  inzibati  rayonunda cəmi 148 
kitabxana  resursu  var.  Bu  kitabxanaların  124-ü  kənd  yaşayış 
məntəqələrindədir  ki,  onların  67-i  Mədəniyyət  və  Turizm  Nazirliyinin, 
50-i  isə  Təhsil  Nazirliyinin  tabeliyində  fəaliyyət  göstərir.  Ağcabədi 
rayonunun  kənd  yaşayış  məntəqələrində  342836  nüsxə  informasiya 
resursundan  99,8%-i  kitablardır.  Rayonun  kənd  kitabxanalarında  cəmi  1 
kompüter  var.  Ağcabədi  rayonunda  olan  115  nəfər  kitabxana  mütəxəs-
sisindən  95  nəfəri  kənd  kitabxanalarında  çalışır.  Bu  mütəxəssislərdən  6 
nəfəri ali-ixtisas təhsilli, 29 nəfəri orta ixtisas təhsilli və. s-dir.  
 Ağdaş  inzibati  rayonunda  144  kitabxana  resursundan  117-i  kənd 
yaşayış  məntəqələrindədir.  Onların  69-u  Mədəniyyət  və  Turizm 
Nazirliyinin, 48-i isə Təhsil Nazirliyinin tabeliyindədir. Ağdaş rayonunun 
kənd  yaşayış  məntəqələrində  604820  nüsxə  informasiya  resursundan 


129 
 
99%-i  kitablardır.  Kənd  kitabxanalarında  1  kompüter  var.  Ağdaş  rayon 
kitabxanalarında  128  nəfər  mütəxəssisdən  104  nəfəri  kənd  kitab-
xanalarında çalışır. Onların da 3 nəfəri ali-ixtisas təhsilli, 17 nəfəri orta 
ixtisas təhsilli və. s-dir. 
 Beyləqan  inzibati  rayonunda  102  kitabxana  resursu  var.  Bu 
kitabxanalardan  86-ı  kənd  yaşayış  məntəqələrindədir.  Onların  43-ü 
Mədəniyyət və Turizm Nazirliyinin, 43-ü Təhsil Nazirliyinin tabeliyində 
fəaliyyət  göstərir.  Rayonun  kənd  kitabxanalarında  453267  nüsxə 
informasiya  resursundan  99,9%  kitab  olmaqla,  cəmi  1  kompüter  var. 
Beyləqan  rayonunun  kənd  kitabxanalarında  cəmi  93  nəfər  kitabxana 
mütəxəssisi  çalışır  ki,  onların  da  14  nəfəri  ali-ixtisas  təhsilli,  25  nəfəri 
orta ixtisas təhsillidir. və.s.  
 Bərdə  inzibati  rayonunda  196  kitabxana  resursu  var.  Bu 
kitabxanaların  169-u  kənd  yaşayış  məntəqələrindədir.  Kitabxanaların 
109-u  Mədəniyyət  və  Turizm  Nazirliyinin,  60-ı  Təhsil  Nazirliyinin 
tabeliyində  fəaliyyət  göstərir.  Bərdə  rayonunun  kənd  yaşayış  məntə-
qələrindəki  kitabxanalarda  olan  670252  nüsxə  informasiya  resursundan 
99,6%-i  kitablardır.  Rayon  kənd  kitabxanalarında  cəmi  3  kompüter  var. 
Bərdə  rayon  kitabxanalarında  151  nəfər  mütəxəssisdən  126  nəfəri  kənd 
kitabxanalarında  çalışır.  Mütəxəssislərin  5  nəfəri  ali-ixtisas  təhsilli,  18 
nəfəri orta ixtisas təhsillidir.  
 Biləsuvar  inzibati  rayonunda  76  kitabxana  resursundan  65-i  kənd 
yaşayış məntəqələrindədir. Bu kitabxanaların 35-i Mədəniyyət və Turizm 
Nazirliyinin,  30-u  Təhsil  Nazirliyinin  tabeliyində  fəaliyyət  göstərir. 
Biləsuvar  rayonunun  kənd  kitabxanalarında  456163  nüsxə  informasiya 
resursu var.  Bu fondun  99,7%-i  kitablardır.  Kənd kitabxanalarında cəmi 
1 kompüter var. Biləsuvar rayon kitabxanalarında 64 nəfər mütəxəssisdən 
54  nəfəri  kənd  kitabxanalarında  çalışır.  Onlardan  6  nəfəri  ali-ixtisas 
təhsilli, 9 nəfəri orta ixtisas təhsillidir. 
 Göyçay  inzibati  rayonunda  120  kitabxana  resursu  var.  Bu 
kitabxanaların  100-ü  kənd  yaşayış  məntəqələrindədir.  Onların  57-i 
Mədəniyyət və Turizm Nazirliyinin, 43-ü Təhsil Nazirliyinin tabeliyində 
fəaliyyət  göstərir.  Göyçay  rayonunun  kənd  yaşayış  məntəqələrində 
602062  nüsxə  informasiya  resursundan  97,7%-i  kitablardır.  Kənd 
kitabxanalarında  cəmi  2  kompüter  var.  Göyçay  rayon  kitabxanalarında 
152  nəfər  mütəxəssisdən  134  nəfəri  kənd  kitabxanalarında  çalışır  və 
onların  da  5  nəfəri  ali-ixtisas  təhsilli,71  nəfəri  orta  ixtisas  təhsillidir. 
Kitabxanalarda cəmi 2 kompüter var.  
Hacıqabul  inzibati  rayonunda  66  kitabxana  resursundan  47-i  kənd 
yaşayış  məntəqələrindədir.  Mədəniyyət  və  Turizm  Nazirliyinin  tabeli-
yində 24, Təhsil Nazirliyinin tabeliyində isə 23 kitabxana var. Hacıqabul 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə