«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/37
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34153
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

«Allaһın kömәyi, әrәnlәrin sәyi ilә qızı aldım». Beyrәyә, anasına vә 
bacılarına müjdәçi gәldi. Sevindilәr, şad oldular. Baybörә bәy dedi: 
«Dәli nә qәdәr mal istәdi?» Dәdə dedi: «Yarımasın Dәli Qarcarı, һeç 
mümkün olmayan mal istәdi!» Baybörә bәy dedi: «Axı, nә dilәdi?» 
Dәdә dedi: «Min ayğır istәyibdir ki, ilxıya girmәmiş olsun. Min dә 
buğra istәdi ki, maya görmәmiş olsun. Min dә qoç dilәyibdir ki, qoyun 
üzü görmәmiş olsun. Min dә quyruqsuz-qulaqsız köpək istәyib. Min dә 
qaraca-qaraca birәlәr dilәdi. «Bu şeylәri gәtirsәniz, bacımı verərәm. 
Gәtirmәsәn, gözümә görünmәyәsәn, yoxsa sәni öldürәrəm!»—dedi.    
Baybörә bәy dedi: «Dәdә, mən üçünü taparsam, ikisini sәn 
taparsanmı?» Dәdә Qorqud «Bәli, xanım, tapacağam»,—dedi. Baybörә 
bәy: «İndi, Dәdә, köpәklə birәni sәn tap»,—dedi. Özü də tövlə-tövlə 
atları üçün getdi. Min ayğır seçdi. Dәvәlәrinin arasından min buğra-nәr 
seçdi. Qoyun sürülәrindәn min qoç seçdi.
Dәdә Qorqud da min quyruqsuz-qulaqsız köpәklә min dә birә tapdı. 
Bunları götürüb Dәli Qarcarın yanına getdi. Dәli Qarcar eşitdi, qarşısına 
gәldi. «Görüm, dediyimi gətirdilәrmi?»—dedi. Ayğırları görәndә 
bәyәndi. Dәvәlәri də görüb bәyәndi. Qoçları bәyәndi. Köpәkləri 
görәndә qaһ-qaһ güldü, dedi: «Dәdә, bәs mәnim birәlәrim һanı?» Dәdә 
Qorqud: «һey, oğul „ Qarcar, o itmilçәyi kimi adamı dәli elәyәr. O bir 
acıqlı canlıdır. Ona görә dә bir yerdә yığıb saxlamışam. Gәl gedәk, 
kökünü götür, arığını qoy qalsın»,—dedi.  
 
Dәdә Qorqud Dәli Qarcarı birә olan yerə gətirdi. Dәli Qarcarı 
soyundurub ağıla saldı. Birәlәr Dәli Qarcarın bәdәninә daraşdılar. Dəli 
Qarcar gördü birәlәrlә bacarmır, dedi: «Dədә, kömәk! Allaһ eşqinә, 
insaf elә! Qapını aç, çıxım». Dәdә Qorqud: «Oğul, Qarcar, qarğayıb 
elәmәyәsәn, bu tapşırdığın şeydir, götur! Nә oldu, belә özünü itirdin? 
Köklә-rini seç, arığını qoy!»—dedi.
Dәli Qarcar dedi: «Vay, Dәdә sultan, allaһ bunların kökünü dә götürsün, 
arığını da! Bir mәni qapıdan çölә çıxar, kömәk elə». Dәdә qapını açdı. 
Dәli Qarcar çıxdı. Dәdә gördü ki, birәlәr Dәlinin canına keçmişdir; 
başı-bәdәni birәdәn görünmür. Üz-gözü bәlli deyil. Dәli Qarcar 
Dәdәnin ayağına düşdü: «Allaһ eşqinә, mәni xilas et!»—dedi. Dәdә 
Qorğud «Get, oğul, özünü suya vur!»—dedi.  
43


Dәli Qarcar qaçaraq getdi, suya düşdü. Birәdir dә, suda axdı getdi. 
Gәldi paltarını geydi, evinә getdi. Böyük toy һazırlığını gördü:
Oğuz zamanında evlәnәn Һәr igid ox atardı. Oxu düşәn yerdә dә gәlin 
otağı qurardı. Beyrәk xan da oxunu atdı, oxu sancılan yerdә otağını 
qurdurdu. Adaxlısından bir bәylik qırmızı qaftan gәldi. Beyrәk geydi. 
Bu iş yoldaşlarına xoş gәlmәdi. Pәrt oldular. Beyrәk dedi: «Niyә pәrt 
oldunuz?» Dedilәr: «Necә pәrt olmayaq? Sәn qırmızı qaftan keyirsәn, 
biz isə ağ qaftan!» Beyrәk: «Belә şeydәn ötrü niyә һalınızı pozursunuz? 
Bu gün mәn geymişәm, sabaһ naibim1 geysin. Qırx günәdәk sıra ilә 
geyinәk, Ondan sonra bir dәrvişә verәk!»—dedi. Qırx igidlә yeyib-içib 
oturmuşdular.  
Yarımasın kafirin casusu, bunları görüb, getdi Bayburd һasarının bәyinә 
xәbәr verdi. Dedi: «Nə oturursan, sultanım, Baybican bәy o sәnә 
verәcәyi qızı Beyrәyә verdi. Bu gecә gәlin gedәcәkdir».
O mәlun yeddi yüz kafirlә atlanıb yürüşә çıxdı. Beyrәk apalaca gәlin 
otağında yeyib-içib xәbәrsiz oturmuşdu. Gecә yuxusu vaxtı kafirlәr 
һucum etdi. Naib qılıncını siyirdi, әlinә aldı. «Mәnim başım Beyrәyin 
başına qurban olsun!»—dedi.  
Naib yaralandı, һәlak oldu. 
Dәrinlik batırar, çoxluq qorxudar. 
At işlәyәr, әr öyunәr...
Atsız kişinin ümidi olmaz.
 
 
Otuz doqquz igidlə Beyrәk dustaq getdi, Dan yeri qızardı, günəş doğdu. 
Beyrәyin atası-anası baxıb gördü ki, gәlin otağı görünmәz olmuşdur. 
Aһ-vay etdilәr, ağılları başlarından çıxdı. Gördülәr ki, yurdda bir 
quzğun, bir tazı dolaşır. Otaq yerlә-yeksan, naib isә һәlak olmuşdur. 
Beyrәyin atası böyuk çalmasını götürüb yerә çırpdı. Dartdı, yaxasını 
yırtdı. «Oğul, oğul!»—deyib yüyürdu, zarıldadı. Ağ birçəkli anası 
ağladı, kildir-kildir göz yaşını tökdü, ağ üzünə acı dırnaq çaldı. Al 
yanağını dartdı, qarğı kimi qara saçını yoldu. Ağlayıb-sızlayıb evinә 
gәldi.
Baybörә bәyin qızıl tağlı һündür evinә şivәn düşdü. Qız-gәlininin 
qәһqәһәli gülüşü kəsildi. Ağ әllәrә qızıl xına yaxmadılar. Yeddi bacı ağ 
44


çıxarıb, qara donlarını geydilәr. «Vay, bәy qardaşımız! Muradına-
arzusuna çatmayan yalqız qardaş!»—deyib һönkür-һönkür ağlaşdılar.  
 
Beyrәyin nişanlısına xәbәr çatdı. Banıçiçәk qaralar geydi, ağ qaftanını 
çıxardı. Payız alması kimi al yanağını dartdı, yırtdı. «Vay, al duvağımın 
yiyəsi! Vay, alnımın-başımın ümidi! Vay, şaһ igidim, şaһzadә igidim. 
Doyunca üzünə baxmadığım, igid xanım! Hara getdin, mәni yalqız 
qoyub, igid xanım?! Göz açaraq gördüyüm, könül verib sevdiyim, bir 
yasdıqda baş qoyacağım! Yolunda öldüyüm! Qurban olduğum! Vay, 
Qazan bәyin dostu! Vay, Qalın Oğuzun sevimlisi Beyrək!»— döyib zar-
zar ağladı. Bunu eşidən Qıyan Sәlcik oğlu Dәli Dondaz ağ çıxardı, qara 
geydi. Beyrəyin yar-yoldaşları ağ çıxarıb qara geydilәr. Qalın Oğuz 
bәyləri Beyrək üçün böyük yas tutdular. Ümidlәrini üzdülәr.  
Bu һadisәdәn on altı il keçdi. Beyrəyin ölü-dirisini bilmәdilәr. Bir gün 
qızın qardaşı Dәli Qarcar Bayındır xanın divanına1 gәldi. Diz çöküb 
dedi: «Ağıllı xanın ömrü uzun olsun! Beyrәk diri olsaydı, on altı ildәn 
bәri gәlәrdi. Beyrәyin diri olduğu xəbәrini gәtirәn bir igid olsa, qızılı 
tikişli, naxışlı çuxa, qızıl-gümüş verәrәm. Ölüm xәbәrini gәtirәnә 
bacımı verәrәm».
Belə dedikdә, muradı gözündә qalsın. Yalançı oğlu Yalancığı, dedi: 
«Sultanım, mən gedim, ölüsu-dirisi xәbәrini gәtirim!»
Sәn demә, Beyrәk Yalançı oğluna bir köynәk bağışlayıbmış; geymәyib 
saxlayırmış. Getdi, һәmin köynәyi qana-mana batırdı, gәtirib Bayındır 
xanın önünә atdı. Bayındır xan dedi: «Әdә, bu nә köynəkdir?» Yalancıq: 
«Beyrәyi Dәrbәnddә öldürmüşlәr, bu da nişanıdır, sultanım!»—dedi.  
Bәylәr köynәyi görәndә һönkür-һönkür ağlaşdılar, zarıldadılar. Bayındır 
xan dedi: «Әyә, niyә ağlayırsınız, biz bunu tanımarıq. Adaxlısına 
aparın, görsün. O yaxşı bilәr. Çünki o tikibdir, yenә o tanıyar».
Getdilәr, köynәyi Banıçiçəyә apardılar. Gördü, tanıdı. «Odur!» dedi. 
Dartdı, yaxasını yırtdı. İti dırnaq ilә ağ üzünü aldı-cırdı. Payız alması 
kimi al yanağını yırtdı. «Vay, göz açıb gördüyüm, könül verib sevdiyim! 
Vay, al duvağımın saһibi! Vay, alnımın-başımın ümidi, Beyrәk xan!»—
deyə ağladı.
45


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə