«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/37
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34153
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

zaman gəlib çıxdı. Oğlanın anası dedi: «Basat indi çapqınçılıqdan gәlib. 
Gedim, bәlkә mәnә bir әsir verdi, oğulcuğazımı qurtara bildim:»,
Basat qızıl naxışlı günlüyünü qurub oturmuşdu ki, gör-dülәr bir qadın 
gәlir. İçәri, Basatın yanına gәldi, salam verdi, ağladı. Dedi;  
 Ovuclarına sığmır lәlәkli oxun, 
Yekә tәkә buynuzundan bәrk yayın var.
İç Oğuzda, Daş Oğuzda bәllidir adın, 
Aruz oğlu, igid Basat, kömәk et mәnә!
 
Basat dedi; «Nә istәyirsәn?» Qadın dedi; «Vәfasız dünya-da bir kişi 
meydana çıxıb. Oğuz elini yaylağa köçmәyә qoymadı. Böyük iti polad 
qılınclar bir tükünu kәsә bilmәdi. Qarğı nizә oynadanlar-dәrisini dәlә 
bilmәdi, Qayın ağacından düzәlmiş oxları atanlar ona kar etmәdilәr. 
İgidlәrin başçısı Qazana bir zәrbә vurdu, Qardaşı Qaragünә onun әlindә 
әzildi. Bığı qanlı Bükdüz Әmәn onun әlindә döyüldu. Ağ saq-
qallı atan Aruza qan qusdurdu. Meydanda qardaşın Qıyan Sәl
cikin ödü yarıldı, can verdi. Qalın Oğuz bәylәrinin dә kimi-
ni şikәst etdi, kimini һәlak elәdi. Yeddi dәfә oğuz elini ye-
rindәn qovdu. Xәrac istәdi, aldı. İndi gündә iki adam, beş
yüz qoyun istәyir. Bunlu qoca ilә Yapaqlı qocanı ona xidmәtçi
veriblәr. Dörd oğlu olan birini verdi. Üç olan birini verdi,
iki olan birini verdi. İki oğlum vardı, birini verdim, biri
qaldı. Növbə fırlanıb, mәnә çatıb. Onuda istәyirlәr. Xanım,
mәnә kömәk et!»
Basatın qaranlıq çökmüş gözlәri yaşla doldu. Qardaşından ötrü 
söylәmiş, görәk, xanım, nә söylәmişdir: 
  Qayalıq yerdә tikilmiş otaqlarını O zalım yıxmışdır yәqin, qardaş!
İti qaçan atlarını tövlәndәn
O zalım seçmişdir yәqin, qardaş! Tәkһürküclü dәvәlәri qatarından O 
zalım ayırmışdır yәqin, qardaş! Şülәnlәrdә qırdırdığın qoyunları 
0 zalım qırmışdır yәqin, qardaş! Fәrәһlәnib gәtirdiyin gәlinini 
0 zalım sәndәn ayırmışdır yәqin, qardaş! 
Ağ saqqallı atamı
           «Oğul» deyә ağlatdın yәqin, qardaş! 
105


Ağca üzlü anamı sızlatdın yәqin, qardaş! Qarşıdakı uca dağımın zirvәsi 
qardaş! İti axan gözәl suyumun daşqını qardaş! Güclü belimin qüvvәsi,
       qaranlıq çökmuş gözlәrimin işığı, 
qardaş!
 «Qardaşımdan ayrıldım!» deyә çox ağladı, zarıldadı. Basat һәmin 
qadına bir әsir verdi. «Get, oğlunu xilas et!»—dedi
Qadın әsiri götürüb gәldi, oğlu yerinә verdi. һәm dә Aruzu «oğlun 
gəldi!» deyә muştuluqladı. Aruz sevindi. Qalın 0ğuz bәylәri Basatı 
qaşıladılar. Basat atasının әlini öpdü. Ağlaşdılar, hönkürdülәr. Anasının 
evinә gәldi. Anası oğlunu qarşılayıb qucaqladı. Basat anasının әlini 
öpdü. Göruşüb-ağlaşdılar. Oğuz bәylәri toplaşdı. yemәk-içmәk 
mәclislәri oldu. Basat dedi: «Bәylәr, qardaşımın qanını almaq üçun 
Tәpәgözlә qarşılaşmaq istәyirəm. Nә deyirsiz?»
Qazan bәy burada söylәmiş, görәk, xanım, necә söyləmişdir:
 
Böyük nәһәnk oldu Tәpәgöz,
Göydә çevirdim, yıxa bilmәdim, Basat!
Böyük qaplan oldu Tәpәgöz,
Uca dağlarda fırlandıq, yıxa bilmәdim, Basat!
Quduz aslana döndü Tәpәköz,
Qalın qamışlıqda yıxa bilmәdim, Basat!
İgid olsan, yaxşıdır,
     amma mәn Qazandan artıq olmazsan, Basat! Ağ saqqallı atanı 
ağlatma! 
Ağ birçәkli ananı zarıldatma!
 Basat dedi: «Mütlәq gedәcәyәm!» Qazan dedi: «Özün bilәr-sәn». Atası 
ağlayıb dedi: «Oğul, ocağımı saһibsiz qoyma, rәһm elә, getmә!» Basat 
dedi: «Yox, ağ saqqallı әziz ata, gedirәm». Atasını eşitmәdi, paltarının 
qolundan bir tutam ox çıxardı, qurşağına keçirdi. Qılıncını da qurşandı. 
Yayını qoluna saldı. Әtәklәrini yığışdırdı. Atasının-anasının әlini öpdü, 
һalallaşdı, «salamat qalın!»—dedi. Tәpәgözün olduğu Salaxana 
qayasına gәldi. Gördü ki, Tәpәgöz arxasını günә verib yatır. Öz 
belindәn çәkib bir ox çıxardı. Tәpәgözün çiyninә bir ox vurdu. Ox 
106


keçmәdi, parçalandı. Bir dә atdı. O da para-para oldu. Tәpәgöz qocalara 
dedi: «Bu yerin milçәyi bizi dilxor etdi!» Basat bir dә atdı. O da 
parçalandı, bir parçası Tәpəgözün qabağına düşdü. Tәpәgöz sıçradı, 
baxdı. Basatı gördü, әlini әlinә çalıb qaһ-qaһla küldü. Qocalara dedi: 
«Oğuzlardan bizә yenә bir yemәli-yetişmiş quzu gәlib». Basatı 
qabağına qatıb tutdu. Boğazından yapışıb, yatağına gәtirtdi: Çәkmәsinin 
boğazına soxdu. Dedi: «Ay qocalar, günorta üstü bunu mәnimçin şiş-
kabab elәyin, yeyim». Yenә yuxuya getdi.
 Basatın xәncәri vardı. Çәkmәnin boğazını yarıb içindәn çıxdı. Dedi: 
«Ay qocalar, bunun ölümü nәdәndir?» Dedilәr: «Bilmirik. Amma 
gözündәn başqa, ayrı yerdә әt yoxdur». Basat Tәpәgözün başı ucuna 
gәldi. Göz qapağını qaldırdı. Baxdı gördü ki, gözü әtdәndir. Dedi: «Ay 
qocalar, sünkünü oçağa qoyun, qızsın!» Süngünü ocağa saldılar, qızardı. 
Basat әlinә aldı. Adı gözәl Mәһәmmәdә salavat çәkdi. Sün-günü 
Tәpәgözün gözünә elә basdı ki, gözü mәһv oldu. Tәpәgöz elә nәrә 
çәkdi ki, elә һayqırdı ki, dağ-daş әks-sәda verdi. Basat sıçradı. 
Mağaraya qoyunların içinә düşdü. Tәpәgöz bildi ki, Basat mağaradadır. 
Mağaranın qapısında durub, bir ayağını qapının bir yanına, birini digәr 
yanına qoydu. Dedi: «Ay qoyunların başçıları әrkәçlәr, bir-bir gәlin, 
keçin!» Bir-bir gәlib keçdilәr. һәr birinin başını sığalladı. «Toğ-lucuqlar, 
var-dövlәtim qaşqa qoç, gәlin, keçin!»—dedi. Bir qoç yerindәn qalxdı, 
buynuzlayıb irәli cumdu. Basat bir anda qoçu basıb kәsdi, dәrisini 
çıxardı, quyruğu ilә başını dәridәn ayırmadı; dәrinin içinә girdi. Basat 
Tәpәgözün önünә gәldi. Tәpәkez bildi ki, Basat dәri içindәdir. Dedi: 
«Ay qaş-qa qoç, mәnim һәlak olacağımı һaradan bildin? Elә vurum sәni 
mağara divarına ki, quyruğun mağaranı yağlasın!» Basat qoçun başını 
Tәpәgözün әlinә uzatdı. Tәpәgöz qoçun buynuzun-dan bәrk tutdu. 
Qaldıranda buynuzla dәri әlindә qaldı. Basat Tәpәgözün ayaqları 
arasından sıçrayıb çıxdı. Tәpәgöz buynu-zu götürüb yerә çırpdı. Dedi: 
«Oğlan, qurtuldunmu?» Basat de-di: «Tanrım qurtardı». Tәpәgöz dedi: 
«Ay oğlan, al bu barma-ğımdakı üzüyü barmağına tax, sәnә ox vә qılınc 
kar eylәmә-sin». Basat üzüyü alıb barmağına keçirdi. Tәpәgöz dedi: 
«Oğ-lan, üzüyü alıb taxdınmı?» Basat dedi: «Taxdım». Tәpәgöz Ba-
107


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə